Türkiyədə ağır qəza - 24 nəfər yaralandı
Dərc olunub:
19-10-2022, 01:15
Türkiyənin Manisa bölgəsində ağır yol nəqliyyat hadisəsi baş verib.
Yerli mətbuat xəbər verir ki, hadisə zamanı 24 nəfər yaralanıb, onlar xəstəxanaya çatdırılıb.
Məlumata görə, mikroavtobus ötmə əməliyyatını düzgün həyata keçirməyən digər mikroavtobusu vurmamaq üçün sərnişin avtobusları və minik avtomobillərinə çırpılıb.
Bundan sonra yolda 5 km-lik tıxac yaranıb.