"Qarabağ" Konfrans Liqasının pley-offuna vəsiqəni təmin edib"Qarabağ" UEFA Konfrans Liqasının pley-offuna vəsiqəni təmin edib.

Bu "köhlən atlar"ın Bakıda UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyununda Yunanıstan "Olimpiakos"u ilə qolsuz heç-heçə etməsi sayəsində mümkün olub.

Xallarının sayını 9-a çatdıran ölkə çempionu G qrupunda üçüncü yeri rəsmiləşdirib.

Beləliklə, Azərbaycan çempionu tarixində ikinci dəfə Konfrans Liqasının pley-offunda iştirak hüququ əldə edib.
Yeni inkişafa qədəm qoyan Füzuli rayonu“Müharibə zamanı Füzulinin azad olunmasının çox böyük əhəmiyyəti var idi, çünki böyük yaşayış məntəqəsi idi”

2020-ci ilin sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti təcavüzü Vətən müharibəsinin başlandığı gün kimi tarixə düşdü. Azərbaycan xalqının öz torpaqlarının azadlığı uğrunda Vətən müharibəsi dünyada yaşayan azərbaycanlıları da ayağa qaldırmışdır. Dünya azərbaycanlıları Azərbaycan xalqının, Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşmişdir.

Vətən müharibəsinin yadda qalan və qürurlu günləri Ali Baş Komandan İlham Əliyevin işağldakı rayonların azad olunmasını elan etməsi idi. 2020-ci ilin oktyabrın 17-də isə Prezidentin Füzulinin işğaldan azad olmasını bildirməsi ilə növbəti dəfə bütün xalqımızı sevindirmiş oldu.

Xatırladaq ki, Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Ermənistanın silahlı qüvvələri ilə mübarizədə rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 663 nəfər şəhid olmuşdur, 181 nəfər əsir və itkin düşmüşdür. Füzuli rayonunda işğaldan əvvəl 2 şəhər, 16 qəsəbə, 82 kənd və başqa yaşayış məntəqələri mövcud olmuşdur. Füzuli Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. Rayon Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları, habelə Araz çayı boyunca İranla həmsərhəddir. Füzuli rayonunun ərazisi 1386 km², əhalisi isə təxminən 144 min nəfərdir. Ərazidə axan Quruçay, Köndələnçay, Çərəkən çayları Araz hövzəsinin çaylarıdır.

Azərbaycanın iri yaşayış məskənlərindən olan Füzulinin əsası 1827-ci ildə qoyulmuşdur. Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə rayon təşkil olunmuş və Qaryagin adlandırılmışdır. 1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişərək Füzuli rayonu adlandırılmışdır. İşğaldan öncə Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin bir ərazi olmuşdur. Bu abidələr sırasına rayonun Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babi Yaqub (XIII əsr) türbəsini, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəni, XIX əsrin Cəlil türbəsini aid etmək olar.
Füzuli döyüşləri çox gərgin olmuşdur.

Burada sanki Stalinqrad döyüşləri kimi düşmənlə mübarizə aparılmışdır. Nəticədə isə müzəffər ordumz qələbə qazanmışdır. Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. Hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur. Düşmən və bütün dünya artıq Azərbaycanın gücünü görüb və bunu etiraf edib. Füzuli rayonu uğrunda gedən döyüşləri Prezident İlham Əliyev 2021-ci ilin oktyabrın 17-də rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə belə xatırlayıb: “Müharibə zamanı Füzulinin azad olunmasının çox böyük əhəmiyyəti var idi, çünki böyük yaşayış məntəqəsi idi. Cəbrayıldan, Hadrutdan sonra üçüncü böyük yaşayış məntəqəsi işğalçılardan azad edildi. Füzuli uğrunda çox şiddətli döyüşlər gedirdi, bir neçə gün ərzində şəhərin ətrafında çox ciddi əməliyyatlar aparılırdı. Düşmən müqavimət göstərirdi, amma buna baxmayaraq, Azərbaycan Silahlı Qüvvələri öz tarixi missiyasını yerinə yetirdi. Mən Füzulinin azad olunması xəbərini Azərbaycan xalqına çatdıranda artıq Azərbaycan xalqı və hesab edirəm, bütün dünya gördü ki, biz öz şərəfli missiyamızı sona qədər yerinə yetirəcəyik, heç bir qüvvə bizi dayandıra bilməz”.

Füzuli rayonu iğaldan azad olunandan sonra Ali Baş Komandan İlham Əliyev Füzuli rayonuna bir neçə dəfə səfər edib. Rayonda çox böyük abadlıq- quruculuq işləri gedir. Zəfər yolu Füzuli rayonunun Əhməbəyli kəndindən başlanması diqqət çəkir. Artıq Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2021-ci ilin noyabrında Zəfər yolunun açılışı olub. Cəmi 8 ay ərzində inşa olunan və “Qarabağın hava qapısı” adlandırılan Füzuli Beynəlxalq Hava Limanının açılış isə beynəlxaq aləmin xüsusi marağında olub. Artıq bu gün Füzuli rayonu yeni inkişaf dövrünü yaşayır.

Abdurəhmanova Səadət Xalid qızı
Odlar Yurdu Universiteti “Dillər” kafedrasının müdür müavini dos. f.f.d.ı
Bakıda avtobus sürücüsü döyüldü - VideoBakıda 204 nömrəli sərnişin avtobusuna dayanacaqdan kənarda minmək istəyən şəxs buna imkan yaratmadığı üçün sürücüyə xəsarət yetirib.

Bu barədə Avrasiya.net-ə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, hadisə ötən gün saat 20:14-də “Kənan-2000” MMC-nin istismarında olan müntəzəm marşrut xətti üzrə avtobusda baş verib. Belə ki, sürücü Yaqub İbadovun idarə etdiyi 90VF933 dövlət qeydiyyat nömrəli avtobus "Koroğlu" metrostansiyasından Ramana qəsəbəsi istiqamətində hərəkət edərkən 78 saylı məktəbin qarşısında 2 kişi və 1 qadın dayanacaqdan kənar avtobusa minmək istiyib. Amma sürücü avtobusu təyin olunmuş dayanacaqda saxlayıb. Vətəndaşlar sonradan avtobusa minərək dayanacaqdan kənar saxlamadığı üçün sürücü ilə mübahisə edib. Sonda şəxslərdən biri sürücüyə fiziki güc tətbiq edərək ona xəsarət yetirib.

Daşıyıcı hadisə barədə polisə müraciət edib və araşdırma aparılır.
Media-QHT münasibətləri yeni mərhələdəAXC TV-nin "Azad meydan" verilişində bu dəfə Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvləri, "Jurnalist Ekspert Mərkəzi" İctimai Birliyinin sədri, Rupor.az xəbər portalının baş redaktoru Ceyhun Musaoğlu və "Gəncliyin Sosial-İqtisadi İnkişafına Yardım" İctimai Birliyinin baş katibi, Azxeber.com informasiya portalının baş redaktoru Hacıbəy Heydərlinin iştirakı ilə QHT-media əməkdaşlığı müzakirə olunub.

Qeyd edək ki, Bakı Natiqlik Məktəbi" İctimai Birliyi (BNM) sentyabrın 1-dən başlayaraq, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2022-ci il kiçik qrant müsabiqəsi çərçivəsində ayırdığı maliyyə dəstəyi ilə "Vətəndaş cəmiyyəti və media" adlı layihənin icrasına başlayıb. Bu ay sona çatacaq layihənin hədəfi qeyri-hökumət təşkilatları ilə media resursları arasında əlaqələrin qurlulmasına mane olan səbəblərin müəyyənləşdirilməsi və aradan qaldırılması, eləcə də davamlı QHT-media işbirliyinin qurulmasına xidmət edən tədbirlərin tədbirlərin həyata keçirilməsidir.

"Azərbaycan və Qırğızıstan rəsmi şəkildə strateji tərəfdaşdılar" Ortaq köklərə və tarixi bağlılığa malik olan Azərbaycan və Qırğız xalqları sevindirici haldır ki, bu münasibətləri rəsmi dövlət səviyyəsində də inkişaf etdirməyə nail olublar. Sovet İttifaqı dövründə sıx əlaqələrə malik olan Azərbaycan və Qırğızıstan SSRİ dağıldıqdan sonra da müstəqil dövlətlər kimi bu dostluq münasibətlərini davam etdirmiş və hazırda münasibətlərimiz yeni mərhələyə qədəm qoymaqdadır. Məlumat üçün qeyd etməliyik ki, iki ölkə arasında diplomatik əlaqələr 90-cı illərin əvvəlləri başlamış və bu əlaqələrin inkişafı Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlı olmuşdur. Sovet imperiyasının dağılmasından sonra öz müstəqilliklərini bərpa etmiş Azərbaycan və Qırğızıstan sovet dönəmində mövcud olmuş dostluq və qardaşlıq münasibətlərində yeni bir səhifə açılmışdır.

Bildiyimiz kimi Azərbaycanın xarici siyasətində türk dövlətləri ilə münasibətlərin daha da yaxşılaşdırılması əsas prioritet istiqamətlərdən birini təşkil etməkdədir. Qırğızıstan - Azərbaycan münasibətlərinin daha da inkişafı və yeni mərhələyə qədəm qoyması isə cənab Prezident İlham Əliyevin adı ilə bağlı olmuşdur. Qeyd etməliyik ki, son illərdə Azərbaycanla Qırğızıstan əlaqələrinin inkişafında və ikitərəfli münasibətlərin daha da dərinləşməsində dövlət başçılarının qarşılıqlı səfərləri xüsusilə böyük əhəmiyyət kəsb etmişdir. Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun 20 aprel 2022-ci il tarixində ölkəmizə rəsmi səfəri zamanı Azərbaycan Respublikası və Qırğızıstan Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamənin imzalanması isə böyük əhəmiyyət kəsb etməklə yanaşı iki dövlət arasında münasibətlərdə tarixi mərhələnin başlanğıcını qoydu. Strateji münasibətlərin əsasını qoyan bu sənəd hər iki dövlət arasındakı münasibətləri strateji müttəfiqlik səviyyəsinə qaldırmışdır. Sevindirici haldır ki, strateji müttəfiq kimi Azərbaycan və Qırğızıstan bu münasibətləri daha da dərinləşdirmək məqsədilə qarşılıqlı əməkdaşlığı gücləndirməkdədir.

Məhz Azərbaycanın regionda yaratdığı yeni geosiyasi reallığın fonunda Azərbaycanla Qırğızıstan arasında əlaqələrin genişləndirilməsinə xüsusi ehtiyac vardır. 11oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qırğızıstana etdiyi rəsmi səfəri isə əməkdaşlıq əlaqələrinə yeni bir stimul vermişdir. Bu səfər zamanı iki ölkə arasında mövcud olan strateji müttəfiqlik əlaqələrinin daha da dərinləşdirilməsi və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə nail olunmuşdur. İmzalanmış sənədlər əsasında iki qardaş respublika arasında müxtəlif sahələrdə qarşılıqlı əlaqələrin daha da artırılması nəzərdə tutulmuşdur.

Qeyd etməliyik ki, hazırda iki dövlət arasında əməkdaşlığın şaxələndirilməsi üçün siyasi iradə və bir-birindən cəlbedici imkanlar mövcuddur. İnanırıq ki, Azərbaycanla Qırğızıstan arasında mövcud olan və müxtəlif sahələri əhatə edən münasibətlər dərinləşəcək və hər iki xalqın dostluq və qardaşlığı daha da möhkəmlənəcəkdir.

Rəşad Rəhmanov
Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru
Ermənistan qadınları hərbi təlimlərə çağıracaqQadınlar tez-tez Ermənistan Müdafiə Nazirliyinə məktublar yazır, hərbi hazırlıq məsələsini qaldırırlar.

Bu barədə oktyabrın 13-də hökumətin iclasında iştirak edən Ermənistanın müdafiə naziri Suren Papikyan bildirib.

“Bizim artıq hazırlanmış proqramımız var, yaxın vaxtlarda Müdafiə Nazirliyi bəyanat verəcək ki, Ermənistan vətəndaşı olan qadınlar müvafiq poliqonlarda qeydiyyatdan keçib hərbi silahlarla atəş təlimi keçə bilərlər. Bu, təbii ki, istəyə bağlıdır”, - Papikyan deyib.

Öz növbəsində Ermənistanın baş naziri Nikol Paşinyan bildirib: “Əgər söhbət bir aylıq məcburi hazırlıqdan gedirsə, o zaman bunu qadınlar üçün məsələn, 15 və ya 7 gün edə bilərik. Bildirək ki, bütün vətəndaşlardan danışırıqsa, bu dairəyə qadınlar da daxildir. Silahla tanış olmağın heç kimə zərər verdiyini düşünmürəm. Bu da elmdir, heç kimə zərəri olmaz”.
Xamenei 1800-dən çox məhbusu əfv etdiİranın Ali rəhbəri Seyid Əli Xamenei 1800-dən çox məhbusu əfv edib.

Avrasiya.net APAya istinadən məlumat verir ki, Ayətullah Seyid Əli Xamenei Məhəmməd Peyğəmbər və İmam Cəfər Sadiqin mövludunun ildönümü münasibətilə həbsdə olan 1862 nəfərin əfv olunması barədə fərman imzalayıb.

Əfv olunanlar siyasi və mülki məhbuslar, həmçinin hərbi cinayətlərə görə həbs edilmiş şəxslərdir.
Baqdasaryan müharibə anonsu verdi:  NoyabrdaNoyabr ayında Azərbaycan ilə Ermənistan arasında böyük hərbi münaqişə başlayacaq. Hazırda hər iki tərəf hazırlıq işləri görür. Sərhəddə ara-sıra baş verən atışmalar da bunun göstəricisidir.

Avrasiya.net Axar.az-a istinadən xəbər verir ki, bu sensasion fikirlərlə tanınmış erməni siyasətçi Armen Baqdasaryan çıxış edib.

“Hadisələrin gedişatı məhz buna dəlalət edir. Bizi yeni müharibə gözləyir. Azərbaycanın səbri tükənib və əgər məsələ diplomotok masada həllini tapmasa, gələn ay yeni müharibə başlaya bilər. Aydındır ki, avropalıların öz maraqları var, ona görə də biz onlara arxalana bilmərik. Biz buna ümid belə edə bilmərik, çünki Qərbin Azərbaycanın qarşısına qoya biləcək heç bir mexanizmləri yoxdur. Rusiya da bizi dəstəkləməyəcək. Kreml daha ağrılı cavab verəcək, çünki bilir ki, ABŞ bizim regionda yalnız öz maraqlarına uyğun fəaliyyət göstərir, bu ölkənin marağı isə yalnız birdir: Rusiyanı regionumuzdan sıxışdırıb çıxarmaq üçün əlindən gələni etmək”, - deyə erməni ekspert qeyd edib.