Sizin Reklam Burada

"Azərbaycan və Qırğızıstan rəsmi şəkildə strateji tərəfdaşdılar"

"Azərbaycan və Qırğızıstan rəsmi şəkildə strateji tərəfdaşdılar" Ortaq köklərə və tarixi bağlılığa malik olan Azərbaycan və Qırğız xalqları sevindirici haldır ki, bu münasibətləri rəsmi dövlət səviyyəsində də inkişaf etdirməyə nail olublar. Sovet İttifaqı dövründə sıx əlaqələrə malik olan Azərbaycan və Qırğızıstan SSRİ dağıldıqdan sonra da müstəqil dövlətlər kimi bu dostluq münasibətlərini davam etdirmiş və hazırda münasibətlərimiz yeni mərhələyə qədəm qoymaqdadır. Məlumat üçün qeyd etməliyik ki, iki ölkə arasında diplomatik əlaqələr 90-cı illərin əvvəlləri başlamış və bu əlaqələrin inkişafı Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlı olmuşdur. Sovet imperiyasının dağılmasından sonra öz müstəqilliklərini bərpa etmiş Azərbaycan və Qırğızıstan sovet dönəmində mövcud olmuş dostluq və qardaşlıq münasibətlərində yeni bir səhifə açılmışdır.

Bildiyimiz kimi Azərbaycanın xarici siyasətində türk dövlətləri ilə münasibətlərin daha da yaxşılaşdırılması əsas prioritet istiqamətlərdən birini təşkil etməkdədir. Qırğızıstan - Azərbaycan münasibətlərinin daha da inkişafı və yeni mərhələyə qədəm qoyması isə cənab Prezident İlham Əliyevin adı ilə bağlı olmuşdur. Qeyd etməliyik ki, son illərdə Azərbaycanla Qırğızıstan əlaqələrinin inkişafında və ikitərəfli münasibətlərin daha da dərinləşməsində dövlət başçılarının qarşılıqlı səfərləri xüsusilə böyük əhəmiyyət kəsb etmişdir. Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun 20 aprel 2022-ci il tarixində ölkəmizə rəsmi səfəri zamanı Azərbaycan Respublikası və Qırğızıstan Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamənin imzalanması isə böyük əhəmiyyət kəsb etməklə yanaşı iki dövlət arasında münasibətlərdə tarixi mərhələnin başlanğıcını qoydu. Strateji münasibətlərin əsasını qoyan bu sənəd hər iki dövlət arasındakı münasibətləri strateji müttəfiqlik səviyyəsinə qaldırmışdır. Sevindirici haldır ki, strateji müttəfiq kimi Azərbaycan və Qırğızıstan bu münasibətləri daha da dərinləşdirmək məqsədilə qarşılıqlı əməkdaşlığı gücləndirməkdədir.

Məhz Azərbaycanın regionda yaratdığı yeni geosiyasi reallığın fonunda Azərbaycanla Qırğızıstan arasında əlaqələrin genişləndirilməsinə xüsusi ehtiyac vardır. 11oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qırğızıstana etdiyi rəsmi səfəri isə əməkdaşlıq əlaqələrinə yeni bir stimul vermişdir. Bu səfər zamanı iki ölkə arasında mövcud olan strateji müttəfiqlik əlaqələrinin daha da dərinləşdirilməsi və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə nail olunmuşdur. İmzalanmış sənədlər əsasında iki qardaş respublika arasında müxtəlif sahələrdə qarşılıqlı əlaqələrin daha da artırılması nəzərdə tutulmuşdur.

Qeyd etməliyik ki, hazırda iki dövlət arasında əməkdaşlığın şaxələndirilməsi üçün siyasi iradə və bir-birindən cəlbedici imkanlar mövcuddur. İnanırıq ki, Azərbaycanla Qırğızıstan arasında mövcud olan və müxtəlif sahələri əhatə edən münasibətlər dərinləşəcək və hər iki xalqın dostluq və qardaşlığı daha da möhkəmlənəcəkdir.

Rəşad Rəhmanov
Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər