Sizin Reklam Burada

Səfərbərliyə çağırılan ruslar arasında ölənlər var

Səfərbərliyə çağırılan ruslar arasında ölənlər varRusiyada qismən səfərbərliyə cəlb olunaraq, Ukraynaya qarşı müharibəyə göndərilənlər arasında ölənlər var.

Bu barədə Çelyabinsk vilayət qubernatorunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, səfərbərliklə hərbi xidmətə çağırılmış 5 yerli sakin Ukraynada gedən döyüşlərdə həlak olub. Həmin şəxslər Korkino şəhər komissarlığından hərbi xidmətə çağırılıblar.

Onların hansı şəraitdə həlak olduğu məlum deyil. Ölənlərin ailələrinə maddi yardım göstəriləcək.

Qeyd edək ki, sentyabrın 21-də Rusiya prezidenti Vldaimir Putin Ukrayna ilə müharibədə iştirak üçün qismən səfərbərlik elan edib. Putin xalqa müraciətində bildirib ki, səfərbərlik yolu ilə hərbi xidmətə çağırılan vətəndaşlar müqavilə əsasında Rusiya Federasiyası Silahlı Qüvvələrində xidmət edən hərbi qulluqçu statusu alacaqlar.

Müdafiə naziri Sergey Şoyqu isə vurğulayıb ki, səfərbər ediləcək 300 min əsgər hərbi ixtisası və döyüş təcrübəsi olan şəxslərdən ibarət olacaq.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər