"Zaman Ermənistana sülh şəraitində yaşamağı öyrətməlidir""Azərbaycanda vətəndaş cəmiyyəti yeni mərhələyə başlayır və QHT-dövlət münasibətləri sahəsində bir sıra müsbət nümunələr formalaşdırılıb".

Avrasiya.net xəbər verir ki, bu sözləri "Vətəndaş" İctimai Birliyinin sədri Günel Səfərova ATƏT-in Demokratik İnstitutlar və İnsan Hüquqları Bürosunun Varşavada keçirilən ənənəvi toplantısında zamanı deyib.

O qeyd edib ki, Azərbaycanda QHT-Dövlət münasibətləri son illər yüksəliş dövrünü yaşayır:

"Son iki ildə sahəyə məsul rəsmilər bu istiqamətdə müəyyən addımlar atır. İndiyədək Prezidentin köməkçisi Hikmət Hacıyevin QHT nümayəndələri ilə bir neçə görüşü olub və bu görüşlərdən sonra bu qənaətə gəlmək olur ki, dövlət QHT sektorunu düşdüyü vəziyyətdən çıxarmağın yollarının axtarılmasında maraqlıdır. Bu sahədə atılan addımlar arasında QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yaradılması, onun Müşahidə Şurasında müstəqil imicli təşkilatların təmsilçiliyinə şərait yaradılması da var.

Rəsmi səviyyədə qeyri-hökumət təşkilatları ilə geniş onlayn müzakirələr göstərir ki, hökumət artıq QHT-ləri tərəfdaş kimi görür, dialoqda maraqlıdır. Gözləyirik ki, bu dialoq davamlı olsun və indiyədək olan nəticəsiz danışıqlar kimi qalmasın.

Günel Səfərova deyib ki, QHT-lər təkliflə çıxış edib və dövlət qurumlarına təqdim edib:

"Qeyd edim ki, həm Agentlik, həm də vətəndaş cəmiyyəti qurumları 2014-cü ildə və sonrakı müddətdə QHT qanunvericiliyinə edilmiş dəyişikliklərin aradan qaldırılması üçün konkret təkliflər hazırlayaraq hökumətə təqdim edib. O təkliflər vətəndaş cəmiyyəti ilə bağlı indiyədək mövcud olan narahatlıqların aradan qaldırılmasına yönəlib. Bu narahatlıqlar ilk növbədə QHT-lərin qeydiyyatı sahəsində mövcud olan problemlərlə bağlıdır. Qeyri-hökumət təşkilatlarının (QHT) reyestri, qrant müqavilələrinin qeydə alınması, QHT-lərin bank əməliyyatları ilə bağlı bir sıra prosedurlar elektronlaşdırılır.

Güman edirik ki, Milli Məclisin payız sessiyasında qanunvericiliyə ilkin dəyişikliklər ediləcək və sonrakı mərhələdə addım-addım irəliyə gediləcək.

Təşkilat sədri ATƏT-in toplantısında Vətən müharibəsi haqda da danışıb:

"İkinci Qarabağ savaşında, 44 günlük müharibədə Azərbaycanın qeyri-hökumət təşkilatları, tarixində ilk dəfə olaraq həmrəylik nümayiş etdirdi və bu həmrəylik mühiti bu gün də davam edir.

Əslində Pandemiya və müharibə vətəndaş cəmiyyətinin nə qədər zəruri təsisat oldugunu bir daha təsdiqlədi. QHT-lərin fəaliyyəti nəticəsində bəzi beynəlxalq təşkilatlar səfərbər edildi, real mənzərənin ortaya çıxarılmasına xidmət edən hesabatlar hazırlandı. Bəli qərəzli hesabatlar da oxuduq.

İkinci Qarabağ müharibəsi müddətində Azərbaycana gələn bəzi insan hüquqları müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilatlar müharibə müddətində Azərbaycana gəldilər və sivillərin Ermənistan tərəfindən hədəfə alındığı faktını öz hesabatlarında da göstərmişlər.

Qeyd edim ki, 100 nəfər mülki əhali həyatını itirib. Belə bir sual yaranır bəs burda iştirak edən digər insan hüquq təşkilatları harda idilər?

Sonda bir təklifim var. Ermənistan 4 ölkə ilə qonşudur və onun 3-nə ərazi iddiası var. Gürcüstan (Cavakh), Azərbaycan Qarabağ, Türkiyədə Anadolu. Bu platforma və zaman Ermənistana sülh şəraitində yaşamağı öyrətməlidir.
Cahangir Həsənli: "Jurnalistlərin Media Reyestrinə daxil edilməsi üçün ali təhsilli olmaları vacibdir"Jurnalistlərin Media Reyestrinə daxil edilməsi üçün qanunla nəzərdə tutulan tələblərdən biri onun ali təhsilinin vacib olmasıdır.

Avrasiya.net xəbər verir ki, bunu "Report" müsahibəsində Medianın İnkişafı Agentliyinin Media Reyestri xidmətinin rəhbəri Cahangir Həsənli deyib.

C.Həsənli bildirib ki, ali təhsil tələbi jurnalistika sahəsində ali təhsilin olmasını nəzərdə tutmur, yəni istənilən sahədə ali təhsil almış şəxs bu tələbə uyğun hesab edilir:

"Bu yanaşma beynəlxalq təcrübədən irəli gəlir. Belə ki, dünyada kifayət qədər məşhur media nümayəndəsi var ki, ixtisası tamamilə fərqlidir".

"O ki qaldı fərqli ixtisas sahiblərinin jurnalistika baxımında peşəkarlığı məsələsinə, şəxsin Media Reyestrinə qəbul olunması üçün tələblərdən biri də jurnalistika sahəsində ən azı 3 il təcrübəyə malik olmasıdır. Düşünürük ki, 3 illik təcrübə şəxsin bu peşənin xüsusiyyətlərini mənimsəməsi üçün kifayət edər", - xidmət rəhbəri əlavə edib.
Prezident və xanımı Şuşada...Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində Yuxarı Gövhər Ağa məscidini ziyarət edib, burada Heydər Əliyev Fondu tərəfindən aparılan yenidənqurma və bərpa işləri ilə tanış olublar.

Avrasiya.net xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov dövlət başçısına və birinci xanıma görülən işlər barədə məlumat verib.

Bildirilib ki, tarixi Yuxarı Gövhər Ağa məscidində bərpa işləri 2021-ci ilin noyabr ayından başlayıb.

Şuşa şəhəri işğal altında olduğu müddətdə ermənilər tərəfindən dağıdılmış Yuxarı Gövhər Ağa məscidində konservasiya və bərpa işləri ilkin memarlıq üslubuna uyğun olaraq Azərbaycan, İtaliya və Türkiyə şirkətlərinin konsorsiumu tərəfindən və “Paşa Holdinq”in maliyyə dəstəyi ilə həyata keçirilir. Bərpa prosesi Avstriyanın “Wehdorn Architekten” şirkətinin nəzarəti ilə aparılır.

Məscidin daxilindən götürülən məhlul, suvaq, təbii daş, kərpic, ağac və boya nümunələri təhlil və düzgün konservasiya üsullarını əldə etmək məqsədilə Türkiyədəki Fatih Sultan Mehmet Vəqfi Universitetinin nəzdindəki Ahmet Refik Ersen Restavrasiya və Konservasiya laboratoriyasına aparılır.

Bu günədək məsciddə möhkəmləndirmə işləri görülüb. Ermənistanın işğalı dövründə məscidə edilmiş müdaxilələr aradan qaldırılıb. Fasadlarda və binanın daxilində suvaq işləri başa çatdırılıb. Minarələrin boya işlərinə başlanılıb.

Hazırda Şuşa şəhərindən Bakıya gətirilmiş sal qaya parçalarından emalatxanada pəncərə haşiyələrinin daş kəsimi və fiqur hazırlanması işləri davam etdirilir.

Bərpa işlərinin 2023-cü ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.

Xətai rayon ictimaiyyəti Şəhidlərimizin xatirəsini yad edibBu gün 27 sentyabr 2022-ci il Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə başladılan Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin Anım Günüdür.

Anım günündə səhər saatlarından etibarən rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, rayonun prokuroru Sərdar İmanov, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, hüquq-mühafizə orqanlarının nümayəndələri, rayon İcra Hakimiyyətinin nümayəndələri, rayon ziyalıları və ictimaiyyət nümayəndələri II Fəxri Xiyabana, Dədə Qorqud şəhidliyinə gələrək Vətən uğrunda canlarından keçən igid qəhrəmanlarımızın qəbirlərini ziyarət etmişlər. Şəhidlərimizin məzarları üzərinə tər çiçəklər düzülmüş, ruhlarına dualar oxunmuşdur.

Həmçinin rayon ərazisində müxtəlif ünvanlarda şəhidlərin xatirə komplekslərinin qarşısında təşkil olunmuş anım tədbirlərində iştirak etmişlər.

2020-ci il sentyabrın 27-də mənfur erməni təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır.

Vətən müharibəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçuları həlak olmuş, itkin düşmüş, yaralanaraq sağlamlığını itirmişdir. İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunmuşdur.
Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!



Bərdədə 27 Sentyabr - Anım Günü ilə əlaqədar tədbir keçirilibVətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olmuş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş əsgər və zabitlərimizin xatirəsinə ehtiram olaraq 27 sentyabr – Anım Günü ilə əlaqədar Bərdə Regional Mədəniyyət İdarəsi tərəfindən anım tədbiri keçirilib.

Bərdə rayon Mədəniyyət Mərkəzinin qarşısından baş tutan tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi hörmətlə anılıb. Əllərində üçrəngli Azərbaycan Bayrağı və şəhidlərin şəkillərini tutmuş tədbir iştirakçıları tərəfindən dövlətimizə və ordumuza dəstək olaraq “Qarabağ Azərbaycandır!”, “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Müzəffər Ordumuz”, “Vətən sənə canım fəda!” şüarları səsləndirilib.

Tədbirdən sonra Rayon İcra Hakimiyyəti, hüquq-mühafizə orqanları, Təhsil, Bərdə regional Asan Xidmət Mərkəzi, ictimaiyyət nümayəndələri, Bərdə Regional Mədəniyyət İdarəsinin rəhbərliyi və çoxsaylı mədəniyyət işçilərinin iştirakı ilə rayon ərazisində yerləşən Şəhidlər Xiyabanı ziyarət edilib, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olmuş Birinci Qarabağ və Vətən Müharibəsi şəhidlərinin məzarlarını önünə gül dəstələri düzülüb.

Sonda Bərdə Regional Asan Xidmət Mərkəzi və regional mədəniyyət idarəsinin kollektivi tərəfindən Bərdə terrorunda şəhid olan dinc sakinlərin əziz xatirəsinə yaradılmış “Xatirə lövhəsi” ziyarət olunub, qarşısına tər güllər düzülərək mülki şəhidlərin xatirələri bir dəqiqəlik sükutla yad edilib.


“AzerGold” Vətən müharibəsinə həsr olunan silsilə tədbirlər keçirib“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində Vətən müharibəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbirdən öncə Bakıda və Gəncə şəhərində Cəmiyyətin Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş əməkdaşları Muxtar Qasımlı və Rauf Əsgərovun, eləcə də Vətən müharibəsində canlarını qurban vermiş digər qəhrəman oğulların məzarları ziyarət edilib. Cəmiyyətin kollektivi şəhidlərin əziz xatirəsinə sonsuz ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri düzüblər.

Anım tədbirində ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda canından keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra çıxış edən Cəmiyyətin İdarə Heyətinin sədri Zakir İbrahimov Ali Baş Komandan, Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi və rəşadətli Azərbaycan ordusunun şücaəti ilə 44 günlük Vətən müharibəsində əldə edilən tarixi zəfərin dövlət və xalqın mənafeyi baxımından xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb. Bu müharibənin Azərbaycan xalqının, onun liderinin, şanlı ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdiyini bildirən İdarə Heyətinin sədri qalibiyyəti ölkəmizdə aparılan inkişaf siyasəti, mövcud olan ab-hava, xalq-iqtidar birliyi, siyasi münasibətlərin müsbət səviyyəyə qalxması, beynəlxalq nüfuzumuz və ordu quruculuğunun şərtləndirdiyini qeyd edib.

Şəhid ailələri və qazilərə qayğının dövlətimizin prioritet istiqamətlərindən biri olduğunu xatırladan Z.İbrahimov şəhid ailələrinin və qazilərin sosial müdafiəsi proqramlarının uğurla icra edildiyini və bu tədbirlərin ardıcıl xarakter daşıdığını xatırladıb. Z.İbrahimov hazırda Cəmiyyətdə 44 nəfər Vətən müharibəsi iştirakçısının, 10 nəfər 1-ci Qarabağ müharibəsi veteranının, 1 nəfər müharibə əlili və 10 nəfər şəhid ailəsi üzvünün çalışdığını diqqətə çatdırıb.

Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyasının Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev dövlət tərəfindən Vətən müharibəsində şəhid olmuş döyüşçülərimizin ailə üzvlərinə, qazi və hərbçilərimizə göstərilən dərin ehtiramdan bəhs edib, yaralı qazilərimizin müalicəsi, reabilitasiyası istiqamətində böyük işlər görüldüyünü, şəhid ailələrinin sosial-məişət problemlərinin həll edilməsi istiqamətində vacib addımların atıldığını qeyd edib.
Tədbirdə çıxış edən şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına təşəkkürlərini bildiriblər. Şəhid Muxtar Qasımlının atası Əli Qasımov övladı ilə fəxr etdiyini və xalqımızın Muxtarın timsalında qəhrəman qazandığını bildirib. O, Muxtarın xatirəsinin yaşadılması istiqamətində dövlətimiz tərəfindən atılan addımları yüksək qiymətləndirib.

Füzulinin bir sıra kəndlərinin alınmasında igidlik göstərən şəhid baş leytenant Rauf Əsgərovun 26 oktyabr 2020-ci ildə Mərdinli kəndində şəhid olduğunu xatırladan Brilliant Əsgərova övladının fəaliyyət göstərdiyi müəssisədə onun əziz xatirəsinin yaşadılmasından qürur duyduğunu dilə gətirib. Şəhidlərin ailə üzvləri Muxtar və Raufla bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.

Tədbirin davamında “AzerGold” QSC-nin Vətən müharibəsində iştirak etmiş əməkdaşları Eldəniz Vəliyev və Sədi Abbasov keçdikləri döyüş yolundan bəhs edib, müharibə təəssüratlarından danışıblar.

Tədbir çərçivəsində, həmçinin Səhmdar Cəmiyyətin əməkdaşları Daşkəsən rayonunda yaşayan şəhid ailələrinin evlərində qonaq olublar. Görüşlərdə böyük amallar uğrunda canlarından keçən, ömür paylarını gələcək nəsillərin firavanlığına bağışlayan qəhrəman şəhidlərimizin əziz xatirələri yad edilib, onlara daim borclu olduğumuz bildirilib. Sosial aksiyada Vətən müharibəsi şəhidlərinin ailələrinə Cəmiyyətin adından maddi yardım və ərzaq bağlamaları təqdim olunub.



“İrəli” Anım Günü çərçivəsində tədbirlərə start verib“İrəli” İctimai Birliyi tərəfindən 27 Sentyabr – Anım Günü ilə əlaqədar olaraq bir sıra tədbirlərin icrasına başlanılıb.

Birliyin mətbuat xidmətindən Avrasiya.net-ə məlumat verilib ki, təşkilatın nümayəndə və üzvlərinin iştirakı ilə II Fəxri və şəhidlər xiyabanında Vətən müharibəsində ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəmanlarımızın əziz xatirəsi dərin ehtiramla yad edilib.
Tədbirlər çərçivəsində Azərbaycan Gənclər Fondunun dəstəyi, “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Müzəffər Əsgərimiz” layihəsinin 15 müxtəlif şəhər və rayonda təqdimatı keçirilib. Layihənin əsas məqsədi 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanlarımızın xatirəsinin əbədiləşdirilməsidir. Layihə çərçivəsində hazırlanmış 27 videoçarxın qarşıdakı günlərdə minlərlə gəncin iştirakı ilə respublikamızın bütün bölgələrində təqdimatının keçiriləcəyi nəzərdə tutulur.

Həmçinin “İrəli” İctimai Birliyinin ofisində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, “Bakı Media Mərkəzi” və “Salnaməfilm” studiyasının birgə istehsalı olan “Şuşa, sən azadsan!” sənədli filminin nümayişi keçirilib.

Tədbir Dövlət Himninin səsləndirilməsi, habelə şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən “İrəli” İctimai Birliyinin baş katibi İlqar Axundov qeyd edib ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının birlik və həmrəyliyinin ən yüksək təntənəsi idi. Müzəffər Ali Baş Komandanın yüksək sərkərdəlik məharəti, qətiyyəti və prinsipiallığı qısa müddətdə işğal altında olan torpaqlarımızın azad edilməsi ilə nəticələndi. İkinci Qarabağ müharibəsində qazanılan qələbəyə görə dövlətimizin başçısına öz minnətdarlığını bildirən İlqar Axundov diqqətə çatdırdı ki, nümayişin keçirilməsi Zəfər tariximiz haqqında gənclərin maarifləndirilməsi məqsədi daşıyır.

Həyata keçirilən tədbirlərlə yanaşı Birlik tərəfindən “Müzəffər Əsgərimizi tanıt” adlı sosial media kampaniyasının keçirilməsi planlaşdırılır. Kampaniyanın əsas məqsədi torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş igid vətən övladlarının əziz xatirəsini dərin ehtiramla yad etmək və onların döyüş yolu haqqında əhalinin məlumatlanmasını təmin etməkdir.



"Rusiya dağılmaq təhlükəsinə daxil olur"Ukraynaya saldıran Rusiya müharibənin ilk günlərində sürətli uğur qazanacağını güman etsə də onun 150 minlik xüsusi təlim görmüş ordusu 6 ay ərzində müdafiəçilər tərəfindən darmadağın edildi. Putin Ukraynanın SSRİ dövründə əldə etdiyi torpaqları zəbt etsə də bundan artığına gücü yetmir. Rusiyanın bütün Ukraynanı nəzarətə götürmək planı uğursuz oldu. Hazırda Rusiyanın əsas məqsədi işğal etdikləri ərazilərdə möhkəmlənməkdir. Ona görə də hələlik şərti olaraq “Novorossiya” adlanan ərazilərdə referendum adında saxta seçkilər keçirərək işğalı öz təsəvvürünə görə qanuniləşdirmək istəyir. Təbii ki, Putinin bu əməliyyatı beynəlxalq birliklər tərəfindən tanınmayacaq. Anoloji vəziyyət Qarabağda da baş vermişdi. Tarix isə zamanı gələndə düşən daşları yerinə qoyur. Ukrayna beynəlxalq səviyyədə tanınan torpaqlarını geri qaytaracaq.

Bunu Avrasiya.net-ə politoloq Vasif əfəndi deyib.

Onun sözlərinə görə, Putinin “qismən səfərbərlik” fərmanı və onun yerinə yetirilməsi çox bibarıçı şəraitdə davam edir. Fərmanda müəyyən ixtisasa malik və məhdud sayda çağırışçıların cəlb ediləcəyi deyilsə də güc strukturkları küçə və bazarlarda qarşılarına keçən gəncləri hərbi mükəlləfiyyətinə baxmadan tutaraq döyüşlərə cəlb etməyə çalışırlar: "Artıq regionlarda etirazlar son həddə çatıb. Dünən bir hərbi komissarın güllələnməsi videosu yayılıb. Çağırışçıların valideynləri və yaxınları sözün əsl mənasında gəncləri güc strukturlarının əllərində alırlar. Artıq Dağıstanda hərbi komissarın əmri ilə çağırış dayandırılıb. Ruslar müharibənin ilk ayında Putinin sürətlə irəliləmisndən ruhlanaraq Ukraynanın tezliklə işğal olunacağını güman edərək ukraynalıları aşağılayıcı ifadələrlə təhqir etməkdən çəkinmirdilər. 150 minlik təlim görmüş ordunun sıradan çıxmasından sonra vəziyyət artıq dəyişib. Bu dəfə 300 minlik təlim görməmiş ordu formalaşdırmaq istəyən Ruisyanın itkilərinin daha çox olacağı şübhəsizdir.

Ona görə də Rusiyada əzizlərini itirmək qorxusu bir çaxnaşma əmələ gətirib. Bu həyacan təbilini ukraynalı dinc insanların öldürüldüyü günlərdə çalmaq lazım idi. İndi isə son məlumatlara görə, səfərbərlik elan olunan andan bir neçə gün ərzində 500 min rus gənci ölkəni tərk edib və yüz minlərlə insan Finlandiya, Monqolustan, Çin, Gürcüstan, Ermənistan və Bakıya can atır. Ruslar məğlub duruma düşdüklərini anlayaraq yenidən nüvə silahı işlədəcəyi ilə dünyanı hədələyirlər. Əvvələr qərb bu təhdidlər qarşısında susqunluq nümayiş etdirirdilərsə artıq qarşılıq verəcəklərini deyirlər.

Proses dərinləşdikcə Rusiya dağılmaq təhlükəsinə daxil olur. Ona görə də Putin yenidən Türkiyənin vasitəçiliyindən yararalnaraq Zelenski ilə danışıqlara başlamaq istəyir. Günü sualı isə başqadır - Zelenski danışıqlara gedəcəkdi?".
"Anım Gününü həm qürur, həm də hüzn hissilə qeyd edirik"Bu gün böyük Qələbəmizin başlanğıc gününü - 27 Sentyabr Anım Gününü həm qürur, həm də hüzn hissilə qeyd edirik. Tariximizin ən şərəfli səhifələrindən birini yazan əziz şəhidlərimizin şücaətini və şəhadətini anırıq. 30 ilə yaxın gözlədiyimiz və ölkəmizi 44 gündə şanlı Zəfərə aparan, torpaqlarımızın işğalına son qoyan hərbi əməliyyatlar məhz bu gün başlayıb. 2020-ci il sentyabrın 27-də Ermənistan Silahlı qüvvələrinin növbəti dəfə bütün cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq müzəffər Azərbaycan Ordusu “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı.

Mən müharibənin birinci günü Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin televiziya ilə xalqa müraciət edərək Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdən yaşayış məntəqələrimizi, hərbi mövqelərimizi atəşə tutduğunu, nəticədə mülki əhali və hərbçiıərimiz arasında itkilərin, yaralananların olduğunu bəyan etməsini bu gün də həyəcan hissilə xatırlayıram. Həmin anlarda hamımız qeyri-adi hisslər yaşayırdıq. Həyəcanla bərabər həm də qürur hissi keçirirdik. Çünki illərdir gözlədiyimiz o tarixi an – düşmənə qiyamətə qədər unutmayacağı cavab anı nəhayət ki, gəlib çatmışdı.

Mən Ordumuzun əks-hücum əməliyyatına başladığı barədə xəbəri eşidən kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ərazi üzrə idarəsinə müraciət etdim, döyüşə yollanmaq üçün könüllülər sırasına qatıldım. İkinci Qarabağ müharibəsinə qatılmaq başqa siyasətçilərimizi deyə bilmərəm, şəxsən mənim çoxdankı arzum idi. Çünki mən Birinci Qarabağ müharibəsində də iştirak etmişdim, ehtiyatda olan zabit idim və Qələbə savaşımızda iştirak edib düşməndən qisas alınmasında mənim də payımın olmasını istəyirdim. Lakin bu savaşda mənim kimi yaşlı könüllülərə, veteranlara ehtiyac qalmadı.

İgid əsgər və zabitlərimiz, qəhrəman qazilərimiz 44 gün ərzində düşmənə elə bir ağır zərbə vurdular ki, nəticədə dünya erməniliyinin əsrlərdən bəri təbliğ etdiyi arzuları, mifik hədəfləri sabun köpüyü kimi puç oldu, bizim isə yaralarımız sarılmış oldu. Bizi böyük Zəfərə aparan 44 günlük Vətən müharibəsinin hər günü Şanlı Ordumuzun yeni-yeni qələbələri ilə, irəliləyişi ilə tarixə düşüb. O dönəmdə bütün xalqımız hər günün yekununda Ali Baş Komandanın canlı müraciətini və ya “tvit”lərini böyük səbrsizliklə gözləyir, işğaldan azad olunmuş yaşayış məntəqələrinin, məhv olunmuş döyüş texnikalarının, silahların siyahısını böyük sevinc hissilə qarşılayırdı.

Bəli, Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi, cəsur xüsusi təyinatlılarımızın Şuşada üçrəngli bayrağımızı yenidən ucaltması tariximizin həqiqətən də ən böyük uğurlarından biridir. Bu uğura biz hamımız – Azərbaycan Ordusu, Azərbaycanın Ali Baş Komandanı və Azərbaycan xalqı birlikdə imza atmışıq. Bu Zəfər Ordu-Dövlət-Xalq birliyi sayəsində qazanılıb. Xalqımız və siyasi qüvvələrimiz 44 gün ərzində bütün dünyaya əsl milli həmrəylik nümayiş etdirib.

Biz bu günü ona görə Anım Günü kimi qeyd edirik ki, 44 gün ərzində o torpaqlarımızın hər qarışı şəhid qanıyla yoğrulub. Xalqımız və dövlətimiz Vətən uğrunda canlarından keçmiş əsgərlərimizin, zabitlərimizin xatirəsini əziz tutur və hər zaman dərin ehtiramla yad edir. Bu gün ölkənin bütün şəhər və rayonlarında minlərlə insan müqəddəs ziyarətgaha, and yerinə çevrilmiş Şəhidlər xiyabanına, şəhid məzarlıqlarına axışır, hər yerdə şəhidlərin ruhuna dualar oxunur. Onlar bizim uğrumuzda, biz bu torpaqlar üzərində təhlükəsiz və firavan yaşayaq deyə şəhid olublar. Ona görə də əziz şəhidlərimizə hər birimizin vəfa və şükran borcumuz var. Onları anmaq və gələcək nəsillərə tanıtmaq müqəddəs borcumuzdur. Şəhidlər məhz xatırlandıqca diri olurlar, ölməz olurlar. Biz Milli Həmrəylik Partiyası olaraq bütün şəhidlərimizin ruhları qarşısında dərin ehtiram hissilə baş əyir, qazilərimizə isə həm cansağlığı diləyir, həm də təşəkkürlərimizi bildiririk!

Mən əminəm ki, biz xalq, dövlət və ordu olaraq bundan sonra da sıx birliyimizi, həmrəyliyimizi qoruyub saxlayacayıq. Çünki Cənubi Qafqazda hələ də sülhün bərqərar olmasını istəməyən, mənfur düşmənimizi – Ermənistanı yenidən üzərimizə qızışdırmağa çalışan qüvvələr var. Havadarlarına arxalanan Ermənistan 10 noyabr razılaşması ilə üzərinə götürdüyü öhdəlikləri icra etməkdən hər vasitə ilə yayınır və tez-tez təxribatlar törədir. Lakin biz haqq yolundayıq. Bizim işimiz haqq işidir və biz yenə də Zəfər qazanacağıq. Bununçünsə ölkədə, cəmiyyətdə ilk növbədə milli birliyin olması şərtdir. 27 Sentyabr – Anım Günü də milli birliyimizi daha da gücləndirən amillərdən biridir. “Şəhidlər ölməz, Vətən bölünməz” anlayışı ilə hamımız birlikdə haqq yolumuza, haqq davamıza davam edəcəyik!

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
İrandakı etirazlarda 76 nəfər ÖLÜBÖtən həftə İranda “Əxlaq” polisi tərəfindən hicab bəhanəsilə 22 yaşlı Məhsa Əminin qətlə yetirilməsindən qəzəblənən xalq küçələrə axışaraq hökumət əleyhinə aksiyalar keçirir və ölkə rəhbərliyinin zülmünə qarşı “ölüm olsun diktatora” kimi kəskin şüarlar səsləndirir.

Xarici KİV-ə istinadən xəbər veririk ki, bu günədək kütləvi nümayişlər zamanı 76 dinc etirazçı polislər tərəfindən öldürülüb.

"Hazırda Tehranda keçirilən etirazlarda polis və xüsusitəyinatlı qüvvələr atəş açır Hadisə zamanı ölən və yaralananlar barədə dəqiq məlumat yoxdur", - deyə KİV-də qeyd olunub.