Rusiya nüvə silahından istifadəyə hazırlaşır? - ABŞ
Dərc olunub:
27-09-2022, 10:49
ABŞ indi Rusiya Federasiyasının nüvə silahından istifadə etməyə hazırlaşdığına dair heç bir əlamət görmür.
Bu sözləri Ağ Evin mətbuat katibi Karin Jan-Pyer deyib.
“Sübutlara (nüvə silahının tətbiqinə hazırlıq) və ya şansa gəlincə, biz bunu hazırda görmürük. Bu təhdidləri çox ciddi qəbul edirik, lakin indiki mərhələdə öz nüvə hazırlığı səviyyəmizi dəyişdirmək üçün heç bir səbəb yoxdur”, - Pyer vurğulayıb.