Bakıda 17 yaşlı oğlan itkin düşüb
Dərc olunub:
27-09-2022, 11:10
Bakıda 17 yaşlı oğlan itkin düşüb.
Nizami rayonu, Naxçıvanski küçəsində yaşayan, 2005-ci il təvəllüdlü Zakir Zeynalov sentyabrın 25-də evdən çıxıb və geri qayıtmayıb.
Faktla bağlı Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində araşdırma aparılır.