Sizin Reklam Burada

Məhv edilmiş erməni hərbçilərin valideynləri Paşinyanın qarşısını kəsmək üçün xiyabana toplaşıblar

Məhv edilmiş erməni hərbçilərin valideynləri Paşinyanın qarşısını kəsmək üçün xiyabana toplaşıblarErmənistanda ikinci Qarabağ müharibəsində Azərbaycan hərbçiləri tərəfindən məhv edilən hərbçilərin valideynləri, eləcə də onlara dəstək verən digər şəxslər Yerablur hərbi xiyabanına toplaşmağa başlayıblar.

Avrasiya.net “Report”a istinadən xəbər verir ki, onların arasında “Şərəf duyuram” fraksiyasının deputatları və Ermənistan Respublika Partiyasının nümayəndələri də var.

Məhv edilmiş əsgərlərin valideynləri aksiyanın bu gün 2020-ci ildə Qarabağda hərbi əməliyyatların başlanmasının növbəti ildönümü günündə keçiriləcəyini bildiriblər. Onların məqsədi Ermənistanın baş naziri Nikol Paşinyanın və Nazirlər Kabineti üzvlərinin Yerablur hərbi xiyabanına səfərinin qarşısını almaqdır.

"Bütün ermənilər, xüsusən də biz valideynlər burada olmalıyıq. Səhərə qədər burada qalacağıq", - hərbçilərdən birinin atası Qarik Qaleyan bildirib.

Onun sözlərinə görə, Ermənistan hökumətindən bir nəfər də olsa belə, əsgərlərin məzarlarını ziyarət etməsinə icazə verilməməlidir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər