"Rusiya dağılmaq təhlükəsinə daxil olur"
Ukraynaya saldıran Rusiya müharibənin ilk günlərində sürətli uğur qazanacağını güman etsə də onun 150 minlik xüsusi təlim görmüş ordusu 6 ay ərzində müdafiəçilər tərəfindən darmadağın edildi. Putin Ukraynanın SSRİ dövründə əldə etdiyi torpaqları zəbt etsə də bundan artığına gücü yetmir. Rusiyanın bütün Ukraynanı nəzarətə götürmək planı uğursuz oldu. Hazırda Rusiyanın əsas məqsədi işğal etdikləri ərazilərdə möhkəmlənməkdir. Ona görə də hələlik şərti olaraq “Novorossiya” adlanan ərazilərdə referendum adında saxta seçkilər keçirərək işğalı öz təsəvvürünə görə qanuniləşdirmək istəyir. Təbii ki, Putinin bu əməliyyatı beynəlxalq birliklər tərəfindən tanınmayacaq. Anoloji vəziyyət Qarabağda da baş vermişdi. Tarix isə zamanı gələndə düşən daşları yerinə qoyur. Ukrayna beynəlxalq səviyyədə tanınan torpaqlarını geri qaytaracaq.
Bunu Avrasiya.net-ə politoloq Vasif əfəndi deyib.
Onun sözlərinə görə, Putinin “qismən səfərbərlik” fərmanı və onun yerinə yetirilməsi çox bibarıçı şəraitdə davam edir. Fərmanda müəyyən ixtisasa malik və məhdud sayda çağırışçıların cəlb ediləcəyi deyilsə də güc strukturkları küçə və bazarlarda qarşılarına keçən gəncləri hərbi mükəlləfiyyətinə baxmadan tutaraq döyüşlərə cəlb etməyə çalışırlar: "Artıq regionlarda etirazlar son həddə çatıb. Dünən bir hərbi komissarın güllələnməsi videosu yayılıb. Çağırışçıların valideynləri və yaxınları sözün əsl mənasında gəncləri güc strukturlarının əllərində alırlar. Artıq Dağıstanda hərbi komissarın əmri ilə çağırış dayandırılıb. Ruslar müharibənin ilk ayında Putinin sürətlə irəliləmisndən ruhlanaraq Ukraynanın tezliklə işğal olunacağını güman edərək ukraynalıları aşağılayıcı ifadələrlə təhqir etməkdən çəkinmirdilər. 150 minlik təlim görmüş ordunun sıradan çıxmasından sonra vəziyyət artıq dəyişib. Bu dəfə 300 minlik təlim görməmiş ordu formalaşdırmaq istəyən Ruisyanın itkilərinin daha çox olacağı şübhəsizdir.
Ona görə də Rusiyada əzizlərini itirmək qorxusu bir çaxnaşma əmələ gətirib. Bu həyacan təbilini ukraynalı dinc insanların öldürüldüyü günlərdə çalmaq lazım idi. İndi isə son məlumatlara görə, səfərbərlik elan olunan andan bir neçə gün ərzində 500 min rus gənci ölkəni tərk edib və yüz minlərlə insan Finlandiya, Monqolustan, Çin, Gürcüstan, Ermənistan və Bakıya can atır. Ruslar məğlub duruma düşdüklərini anlayaraq yenidən nüvə silahı işlədəcəyi ilə dünyanı hədələyirlər. Əvvələr qərb bu təhdidlər qarşısında susqunluq nümayiş etdirirdilərsə artıq qarşılıq verəcəklərini deyirlər.
Proses dərinləşdikcə Rusiya dağılmaq təhlükəsinə daxil olur. Ona görə də Putin yenidən Türkiyənin vasitəçiliyindən yararalnaraq Zelenski ilə danışıqlara başlamaq istəyir. Günü sualı isə başqadır - Zelenski danışıqlara gedəcəkdi?".