"Azərbaycanın təbii qaz ehtiyatlarına tələbat durmadan artır"Hazırda dünyada yeni innovasiyaların tətbiqi dairəsinin genişlənməsi enerjiyə olan tələbatı da artırır və hər il dünya energetika təsərrüfatında enerjiyə olan tələb daha da çoxalır. Azərbaycan hökuməti ötən əsrin sonlarından başlayaraq enerji təsərrüfatının inkişafı ilə bağlı məqsədyönlü proqramlar həyata keçirməklə, respublikamızın enerji güclərinin bir neçə dəfə artmasına nail olub. Ölkəmiz Avropanın enerji təhlükəsizliyini təmin edən ən etibarlı tərəfdaşlardan biri olaraq dünyanın enerji təhlükəsizliyi məsələlərinin həllində aparıcı mövqe tutur. Ölkə Prezidentinin də qeyd etdiyi kimi, bu gün Azərbaycan öz enerji təhlükəsizliyini 100 faiz təmin edir və bir çox digər ölkələrin, o cümlədən, Avropa İttifaqının üzvlərinin də enerji təhlükəsizliyində danılmaz rola malikdir.»
Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra iqtisadi sahədə öz suveren hüquqlarını gerçəkləşdirməyə və müstəqil siyasət aparmağa başlamışdır. Ölkəmiz regionumuzda və Avropada yerləşən böyük iqtisadi gücü və siyasi nüfuzu olan ölkələrlə həm siyasi, həm iqtisadi, həm də hərbi əməkdaşlıq etməkdə maraqlıdır. Azərbaycan bugünə qədər Avropanı neft və qaz ilə təchiz edirdisə, artıq ölkəmiz enerji siyasətində yeni bir mərhələyə qədəm qoyub. Bu, bərpaolunan enerji resursları ilə bağlıdır. Bu gün elektrik enerjisinin Avropaya nəql edilməsi üzərində işlər aparılır.

Prezident İlham Əliyev cari ilin 2 sentyabr tarixində İtaliyanın Çernobbio şəhərində keçirilmiş 48-ci Beynəlxalq Çernobbio Forumunda «Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu» mövzusunda çıxışında qeyd etdi ki, Azərbaycanın təbii qaz ehtiyatlarına tələbat durmadan artır. "Bir il yarım ərzində artıq Avropaya 13,5 milyard kubmetr qaz nəql edilib ki, onun da 11,7 milyard kubmetri İtaliyanın payına düşür. Cari ildə İtaliya bazarına 10 milyard kubmetr qaz nəql etmək planlaşdırılır. Ümumi ixracımız 22 milyard kubmetrdən artıq olacaq və burada artım üçün çox böyük potensial var." Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması bütün ölkələr üçün böyük perspektivlər vəd edir. Sözügedən Memorandum enerji resurslarımızın daha da inkişaf etdirilməsi istiqamətində atılmış çox vacib addımdır. Bu sənəd gələcək fəaliyyətimizin yol xəritəsidir.

Deputat diqqətə çatdırıb ki, Azərbaycanın enerji diplomatiyasındakı uğurları iqtisadi imkanlarımızın genişlənməsində əhəmiyyətli rol oynayır ki, bu da öz növbəsində hazırda işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinin geniş miqyas almasında sözünü deyir.
Ukraynadan Krım əhalisinə çağırış: Hazır olun!Krımın və işğal altında olan digər ərazilərin sakinləri işğaldan azad olunma dövrünə indidən hazırlaşmalıdırlar.

Bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.

“İşğal olunmuş ərazilərin, o cümlədən Krım yarımadasının sakinlərindən işğaldan azad etmə tədbirləri zamanı hökumətin tövsiyələrinə əməl etmələrini xahiş edirik. Sığınacaq düzəldin, kifayət qədər miqdarda su ehtiyatı toplayın”, - Podolyak bildirib.
Müslümov məhkəmədə özünü təqsirli bildiBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun məhkəmə iclası davam etdirilib.

Avrasiya.net Report-a istiandən xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktının digər hissəsi elan olunub.

İttiham aktında bildirilib ki, təqsirləndirilən şəxs bir qrup şəxslə əlbir olaraq müxtəlif mənimsəmə faktı törədib.

Diqqətə çatdırılıb ki, təqsirləndirilən şəxs mənimsədiyi 27 milyon manatın 20 milyon manatını dövlət büdcəsinə qaytarıb.

Daha sonra ifadə verən S.Müslümov özünü tam təqsirli bilib. O, mənimsəmə maddəsi ilə razı olmadığını bildirib.

Məhkəmənin növbəti iclası sentyabrın 12-nə təyin edilib.

Qeyd edək ki, S.Müslümov Azərbaycan əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işlədiyi müddətdə nazirliyin fəaliyyət istiqamətləri üzrə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsinin təşkil edilməsi, işəgötürənlərin əmək, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı fəaliyyətlərinə dövlət nəzarətinin həyata keçirilməsi və digər səlahiyyətlərin yerinə yetirilməsi zamanı çoxsaylı sui-istifadə hallarına yol verməsinə dair faktlar Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılıb.

Toplanılan materiallar əsasında başlanılan cinayət işi üzrə S.Müslümovun xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlüklər əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən tamah niyyəti ilə qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmasına, habelə onun tərəfindən tabeçiliyində işləyən vəzifəli şəxslərdən vasitəçi kimi istifadə etməklə müxtəlif rayonlarda əlillər üçün fərdi yaşayış və internat evlərinin tikinti-təmirinin aparılması işlərini yerinə yetirən fiziki və hüquqi şəxslərə ayrılmış pul vəsaitlərinin bir hissəsinin tələb edilərək alınmasına əsaslı şübhələr müəyyən edilib.

Həmçinin S.Müslümovun nazirliyin Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən ölkə ərazisində istehsal, sosial-məişət və iaşə təyinatlı obyektlərin inşası və yenidən qurulması zamanı əməyin mühafizəsi tələblərinə əməl olunması, onların istismara buraxılmasına razılığın verilməsi, əməyin mühafizəsi tələblərinə uyğunluğu ilə bağlı müəssisələrdə aparılmış yoxlamaların nəticələrinə görə müxtəlif vaxtlarda külli miqdarda pul vəsaitləri qismində təkrar rüşvət almasına dair məlumatlar əldə olunub.

Eyni zamanda, Daxili nəzarət şöbəsi tərəfindən ərazi strukturlarında aparılmış yoxlamaların nəticələri ilə bağlı onun həmin nazirliyin müxtəlif ərazi şöbələrinin rəhbərlərinin hər birindən 10 mindən 30 min manatadək külli miqdarda təkrar rüşvət almasına əsaslı şübhələr müəyyən edilib. S.Müslümova Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israfetmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma), 313 (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinir.

Daha sonra səhhətindəki problemlərlə bağlı sabiq nazir ev dustaqlığına buraxılıb.
Gənc sosial işçilər üçün təlim proqramının 3-cü mövsümünə tələbə qəbulu elan edilir“İrəli” İctimai Birliyi gənc sosial işçilər üçün həyata keçirilən “Essentials of Social Work” təlim proqramının üçüncü mövsümünə tələbə qəbulu elan edir.

Avrasiya.net xəbər verir ki, 3 aylıq təlim proqramı çərçivəsində seçilmiş gənclər bu sahənin peşəkar mütəxəssisləri tərəfindən müxtəlif təlim və görüşlərdə iştirak edərək, öz biliklərini nəzəri və praktiki modullar vasitəsi ilə artıracaqlar.

Ümumilikdə 75 akademik saatı əhatə edən proqram boyunca sosial işçi təcrübələri, empatiya burulğanı, ahıllar, əlilliyi olan şəxslər, qazilər, bullinqə məruz qalmış uşaqlar, sağlamlıq imkanı məhdud uşaqlarla sosial iş, sosial psixologiya, effektiv ünsiyyət, stressin idarə edilməsi və digər mövzularda təlimlər keçiriləcək. Həmçinin proqram müddətində müxtəlif sosial xidmət müəssisələrinə səfərlər də nəzərdə tutulub.

Həyata keçirilən proqramın əsas məqsədi gənclərə sosial iş sahəsini qeyri-formal təhsil metodları ilə öyrətmək, habelə gənc təlimçi və fasilitatorların, potensial sosial işçilərin hazırlanması, onların bilik və bacarıqlarının artırılması yolu ilə keyfiyyətli gənclərlə işə nail olmaqdır.

Qeyd edək ki, təlim proqramının ilk iki mövsümündə ümumilikdə 100-ə yaxın gənc iştirak edib. Proqramda iştirak etmək istəyən 17-23 yaş arasında, sosial iş üzrə ixtisaslaşan, bu sahəyə maraqlı, yüksək motivasiyalı, təşəbbüskar, komandada işləmək bacarığına malik gənclər aşağıdakı linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər: https://bit.ly/3ejWC2Z
Rusiya Ukraynaya üç istiqamətdə yeni zərbəyə hazırlaşırRusiya ordusu Ukraynaya eyni anda üç istiqamətdən yeni zərbələr hazırlaya bilər.

Bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.

“Bu yolla Kreml hücum illüziyası yaratmağa və Belarusu daha da genişmiqyaslı işğala cəlb etməyə çalışacaq. Biz Rostov və Taqanroq vilayətində texnika və silahlarla dolu qatarları müşahidə etdik. İndi də Belarusdan bizim sərhədimizə, Brest vilayətinə doğru hərəkət edən qatar var. Bu o deməkdir ki, Rusiya eyni anda üç istiqamətdə yeni zərbələr hazırlaya bilər”, - o bildirib.
Rusiya Ukraynaya üç istiqamətdə yeni zərbəyə hazırlaşırRusiya ordusu Ukraynaya eyni anda üç istiqamətdən yeni zərbələr hazırlaya bilər.

Bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.

“Bu yolla Kreml hücum illüziyası yaratmağa və Belarusu daha da genişmiqyaslı işğala cəlb etməyə çalışacaq. Biz Rostov və Taqanroq vilayətində texnika və silahlarla dolu qatarları müşahidə etdik. İndi də Belarusdan bizim sərhədimizə, Brest vilayətinə doğru hərəkət edən qatar var. Bu o deməkdir ki, Rusiya eyni anda üç istiqamətdə yeni zərbələr hazırlaya bilər”, - o bildirib.
İran Rusiyanın məşhur qırıcısını alırTehran Rusiyadan Su-35 qırıcıları almağı düşünür.

Bunu İran Ordusunun Hərbi Hava Qüvvələrinin komandanı, briqada generalı Həmid Vahidi deyib.

“Rusiyanın Su-35 qırıcılarının alınması Hərbi Hava Qüvvələrinin gündəmindədir və ümid edirik ki, gələcəkdə bu “4++” nəsil qırıcıları ala biləcəyik".

O qeyd edib ki, Su-30 modelinin alınması isə ordunun planlarına daxil deyil.
Rusiyanın iki diplomatı öldürüldüKabulda Rusiya səfirliyinin qarşısında baş verən partlayışda azı 10 nəfər ölüb, 8 nəfər yaralanıb.

Bu barədə Rusiya XİN məlumat yayıb.

“5 sentyabr saat 10:50-də (yerli vaxtla) Rusiyanın Kabildəki səfirliyinin konsulluq bölməsinin girişinin yaxınlığında naməlum silahlı partlayıcını işə salıb. Hücum nəticəsində dipmissiyanın iki əməkdaşı ölüb, əfqan vətəndaşlar arasında da zərərçəkənlər var. Səfirlik təhqiqat aparan Əfqanıstan təhlükəsizlik xidmətləri ilə sıx əlaqə saxlayır”, - məlumatda bildirilib.

Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov hadisəni terror aktı adlandırıb:

“Söhbət terror aktından gedir. Hazırda əsas məsələ rus diplomatlarla nə baş verdiyi haqda məlumat almaqdır. Hazırda məlumatlar dəqiqləşdirilir”.

Qeyd edək ki, bundan öncə kamikadzenin Rusiya səfirliyi önündə partlayış törətdiyi, nəticədə 20 nəfərə yaxın şəxsin öldüyü bildirilmişdi.

***

RİA-nın məlumatına görə, partlayış rusiyalı diplomatın viza müraciəti edənlərin adlarını açıqlamaq üçün çölə çıxdığı zaman baş verib.

“Rusiya səfirliyinə yaxınlaşan kamikadze Taliban mühafizəçiləri tərəfindən vurulub...” - məlumatda vurğulanıb.

Bildirilib ki, rusiyalı diplomat və səfirliyin mühafizəçisi olan Rusiya vətəndaşı yaralanıb.
Rusiyanın iki diplomatı öldürüldüKabulda Rusiya səfirliyinin qarşısında baş verən partlayışda azı 10 nəfər ölüb, 8 nəfər yaralanıb.

Bu barədə Rusiya XİN məlumat yayıb.

“5 sentyabr saat 10:50-də (yerli vaxtla) Rusiyanın Kabildəki səfirliyinin konsulluq bölməsinin girişinin yaxınlığında naməlum silahlı partlayıcını işə salıb. Hücum nəticəsində dipmissiyanın iki əməkdaşı ölüb, əfqan vətəndaşlar arasında da zərərçəkənlər var. Səfirlik təhqiqat aparan Əfqanıstan təhlükəsizlik xidmətləri ilə sıx əlaqə saxlayır”, - məlumatda bildirilib.

Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov hadisəni terror aktı adlandırıb:

“Söhbət terror aktından gedir. Hazırda əsas məsələ rus diplomatlarla nə baş verdiyi haqda məlumat almaqdır. Hazırda məlumatlar dəqiqləşdirilir”.

Qeyd edək ki, bundan öncə kamikadzenin Rusiya səfirliyi önündə partlayış törətdiyi, nəticədə 20 nəfərə yaxın şəxsin öldüyü bildirilmişdi.
Ermənistanı hüquqi məsuliyyətə cəlb edəcək layihəyə start verildi“Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Birinci Qarabağ müharibəsi zamanı əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla bağlı hesabatın hazırlanması” adlı layihəsinin icrasına başlayıb.

Təşkilatdan Avrasiya.net-ə verilən məlumata görə, layihənin həyata keçirilməsi Birinci Qarabağ müharibəsi zamanı Roma Statutunun tanıdığı ciddi cinayətlərin qurbanları olan - əsirlikdə qeyri-insani rəftara məruz qalmış, bəziləri dəhşətli işgəncələrlə qətlə yetirilmiş, bəziləri sağlamlığını itirib əlil qayıtmış hərbçilərin, xüsusilə də işğal olunmuş ərazilərin dinc sakinləri olan qadın və uşaqların pozulmuş hüquqlarının tədqiq edilməsi və əldə olunmuş nəticələrin beynəlxalq təşkilatlara təqdim edilməsi zərurətindən irəli gəlib.
Layihənin məqsədi Birinci Qarabağ müharibəsi zamanı erməni əsir və girovluğunda “müharibə hüququ” adlanan beynəlxalq humanitar hüquq normalarına zidd olaraq işgəncə və qeyri-insani rəftara məruz qaldıqdan sonra azad edilmiş Azərbaycan Respublikası vətəndaşlarının əsarətdə üzləşdikləri işgəncə və qeyri-insani rəftar hallarına dair faktların toplanması, eyni zamanda hədəf kontingentləri olan itkin düşmüş şəxslər haqda məlumatların beynəlxalq təşkilatlara təqdim edilməsindən ibarətdir.

Layihə çərçivəsində əsir-girovluqdan azad edilmiş şəxslərin məruz qaldıqları beynəlxalq cinayətlərin aşkar olunması və izlərinin maddiləşdirilməsi istiqamətində toplanacaq materiallar əsasında hazırlanacaq hesabat ingilis dilinə tərcümə olunub, müvafiq beynəlxalq təşkilatlara göndəriləcək. Layihə 3 ay müddətində Bakı şəhəri və Abşeron inzibati ərazisində icra olunacaq.

Bu layihənin nəticəsi olaraq Azərbaycan həqiqətləri olduğu kimi dünya ictimaiyyətinə çatdırılacaq. Münaqişənin yarandığı gündən ikili standartlardan mövqe nümayiş etdirən, illərdən bəri ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri vəhşiliklərə susqunluq göstərən beynəlxalq təşkilatlar və sözdə demokratik dəyərlərə malik olan, özlərini sülh carçısı kimi göstərən, əslində isə erməniləri qorumağa çalışan bəzi ölkələr erməni vəhşilikləri ilə dəlil-sübutlarla əyani şəkildə tanış olacaqlar. Beləliklə, Ermənistanın beynəlxalq hüquqi məsuliyyətə cəlb olunması üçün şahid ifadələrinə əsasən materiallar hazırlanacaq.