Amerikada jurnalist qətlə yetirilib
Dərc olunub:
5-09-2022, 05:33
Amerikada jurnalist qətlə yetirilib.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, araşdırmaçı jurnalist Ceff Herman Las-Veqas şəhərində mübahisə zəminində bıçaqlanıb.
Çoxsaylı bıçaq zərbələri alan jurnalist hadisə yerində keçinib.
Las-Veqas polisinin sözçüsü Dori Koren jurnalistlərə bildirib ki, faktla bağlı araşdrıma aparılır.
Belə ki, hazırda cinayəti törədən şəxs müəyyən edilib və onun saxlanılması istiqamətində əməliyyat axtarış tədbirləri davam edir.
Son xəbərlər
