İran Rusiyanın məşhur qırıcısını alır
Dərc olunub:
5-09-2022, 14:18
Tehran Rusiyadan Su-35 qırıcıları almağı düşünür.
Bunu İran Ordusunun Hərbi Hava Qüvvələrinin komandanı, briqada generalı Həmid Vahidi deyib.
“Rusiyanın Su-35 qırıcılarının alınması Hərbi Hava Qüvvələrinin gündəmindədir və ümid edirik ki, gələcəkdə bu “4++” nəsil qırıcıları ala biləcəyik".
O qeyd edib ki, Su-30 modelinin alınması isə ordunun planlarına daxil deyil.