Ukraynadan Krım əhalisinə çağırış: Hazır olun!
Dərc olunub:
5-09-2022, 17:29
Krımın və işğal altında olan digər ərazilərin sakinləri işğaldan azad olunma dövrünə indidən hazırlaşmalıdırlar.
Bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.
“İşğal olunmuş ərazilərin, o cümlədən Krım yarımadasının sakinlərindən işğaldan azad etmə tədbirləri zamanı hökumətin tövsiyələrinə əməl etmələrini xahiş edirik. Sığınacaq düzəldin, kifayət qədər miqdarda su ehtiyatı toplayın”, - Podolyak bildirib.