Dövlət başçımıza müraciət edən ermənilərin sayı get-gedə artırSon günlər Azərbaycan vətəndaşlığına qəbul olunmaq üçün dövlət başçımıza müraciət edən ermənilərin sayı get-gedə artır. Məsələn, bir neçə gün öncə Ermənistan vətəndaşı Vahe Qəmbəryanın bizim vətəndaşımız olmaq üçün Prezident İlham Əliyevə müraciət etməsinin şahidi olduq. Rus dilində danışan həmin şəxs sözügedən müraciətində Ermənistan vətəndaşlığından imtina edərək Azərbaycan vətəndaşı olmaq və Bakıya gələrək yaxınlarını ziyarət etmək arzusunda olduğunu bildirdi.

Dünən isə daha bir erməni əsilli şəxsin - İslam dinini qəbul etdiyini söyləyən Aqunik Abovyan adlı erməni qadının Prezident İlham Əliyevə müraciəti yayıldı. Aqunik Abovyan müraciətində dövlət başçımızdan Bakıya və Şuşaya gəlməsi üçün ona icazə verilməsini xahiş edib, həmçinin Azərbaycanda olmaq, həyat yoldaşının və dostlarının vətənini görmək, Şuşada namaz qılmaq arzusunda olduğunu söyləyib.

Etiraf etməliyik ki, hər iki müraciət cəmiyyətdə geniş müzakirələrə səbəb oldu, sosial şəbəkələrdə təpki ilə qarşılandı. Bir çox soydaşlarımız isə hesab edir ki, hazırkı məqamda dünyanın müxtəlif guşələrindən müraciət edən ermənilərə nə vətəndaşlıq verilməməli, nədəki onların Şuşaya, Qarabağın digər guşələrinə səfərləri təşkil olunmamalıdır.

Dövlət sərhədimizdə atəşkəs rejiminin tez-tez pozulduğu və eləcə də Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasında cəmləşən qanunsuz erməni silahlı dəstələrinin davamlı təxribatlar törətdikləri bir mərhələdə hansı dairələrə bağlı olduğu və niyyətləri məlum olmayan erməni əsilli şəxslərin ölkəmizə buraxılması və üstəgəl onların işğaldan azad olunmuş ərazilərə getmələrinə icazə verilməsi həqiqətən də təhlükəli fəsadlarla nəticələnə bilər.

44 günlük müharibədən sonra məğlubiyyətdən doğan çılğın revanşizm və qisas hissləri ilə alışıb yanan ermənilərdən indiki məqamda hər cürə pislik və təxribatlar gözləmək olar. Odur ki, biz keçmiş tarixi mərhələlərdə buraxdığımız səhvlərə indi təkrar yol verməməli, ermənilərin uydurduğu cürbəcür "dostluq və sülh nağılları"na da əsla aldanmamalıyıq.

Hazırda biz bütün diqqətimizi torpaqlarımızda qanunsuz məskunlaşmış Suriya, İraq, Livan ermənilərinin avqustun sonlarıa qədər Laçın şəhərindən, Zabux və Sus kəndlərindən dinc şəkildə çıxarılmasına yönəltməliyik. Habelə sülhməramlıların nəzarəti altındakı digər ərazilərimizin terrorçu-separatçı ünsürlərdən, qanunsuz erməni silahlı dəstələrindən təmizlənməsinə nail olmalıyıq.

O ki qaldı ermənilərə vətəndaşlıq verilməsinə, biz indiki mərhələdə hələlik yalnız Xankəndidə yaşamış və yaşamaqda olan ermənilərə vətəndaşlıq verilməsi barədə düşünə bilərik. O da ki, yalnız Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü qəbul edən və heç bir separatçı fəaliyyətlərdə yer almayan mülki ermənilərə şamil oluna bilər. Yəni ki, elə hər yerindən duran, yuxusunu qarışdıran erməniyə vətəndaşlıq verəcəyik deyə hansısa bir öhdəçiliyimiz yoxdur.

Ümumiyyətlə, hesab edirik ki, vətəndaşlığa qəbul prosedurları indiki məqamda bir qədər sərtləşdirilməlidir. Bu da gələcəkdə millətin və dövlətin təhlükəsizliyinə təhdid yarada biləcək hallardan mümkün qədər sığortalanmağımız üçün vacibdir.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Bakı ilə Dehli arasında birbaşa uçuşlar başlayıb09 avqust 2022-ci il tarixindən etibarən Azərbaycan Hava Yolları Bakı ilə Hindistanın paytaxtı Dehli arasında birbaşa uçuşlara başlayıb.

Hindistan Bakıdakı Səfirliyinin müvəqqəti işlər vəkili cənab Vinay Kumar 10 avqust 2022-ci il tarixində Heydər Əliyev Beynəlxalq Hava Limanında Dehlidən Bakıya ilk birbaşa reyslə gələn sərnişinləri qarşılayarkən, reyslərin həftədə iki dəfə – çərşənbə axşamı və cümə günləri Bakıdan Dehliyə, çərşənbə və şənbə günləri isə Dehlidən Bakıya həyata keçiriləcəyini bildirib. Dehlinin İndira Qandi Beynəlxalq Hava Limanından Bakının Heydər Əliyev Beynəlxalq Hava Limanına uçuş təxminən 4 saat çəkir.

Bollivudun bir sıra məşhur simaları Dehlidən Bakıya ilk uçuşla gəliblər. Onlar Heydər Əliyev Beynəlxalq Hava Limanında ənənəvi Azərbaycan rəqsləri ilə qarşılanıblar. Tədbir zamanı cənab Vinay Kumar iki ölkə arasında sıx tarixi və mədəni əlaqələrin olduğunu qeyd edərək, iki ölkə arasında birbaşa aviareyslərin iqtisadiyyat, mədəniyyət və turizm kimi müxtəlif sektorlarda ikitərəfli əməkdaşlığı daha da gücləndirəcəyini bildirib.

Səfirliyinin müvəqqəti işlər vəkili vurğulayıb ki, daha sürətli və rahat nəqliyyat əlaqəsi, eləcə də asan elektron viza prosedurlarının köməyi ilə daha çox azərbaycanlı turist Hindistanda çoxsaylı təbii-landşaft obyektləri, zəngin təbbi və milli irs, tarixi, coğrafi və mədəni müxtəlifliklər də daxil olmaqla cəlbedici turizm istiqamətlərinin geniş müxtəlifliyindən faydalana bilərlər.

2021-ci ilin yanvar-dekabr aylarında Hindistan və Azərbaycan arasında ikitərəfli ticarət dövriyyəsi 739,10 milyon ABŞ dolları təşkil edib. 2022-ci ilin yanvar-iyun ayları ərzində ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 107,7% artaraq 895,95 milyon ABŞ dolları həcmində olub. Hindistan hazırda Azərbaycan üçün dördüncü ən böyük ixrac ölkəsidir.

Cənab Kumar əlavə edib ki, iki ölkə arasında birbaşa aviareysin ikitərəfli ticarəti daha da inkişaf etdirməsi gözlənilir.


Koronavirusun daha yoluxucu variantı AŞKARLANDIHindistanın paytaxtı Dehlidə koronavirusun "Omikron" ştamının daha yoluxucu variantı aşkar edilib.

Bu barədə NDTV telekanalı məlumat yayıb.

Yeni alt variant BA-2.75 adlandırılıb.

Məlumata görə, "Omikron"un bu variantı daha çox ötürücüdür, eyni zamanda daha çox insanı yoluxdura bilər.

Qeyd edək ki, "Omikron" ştamı ilk dəfə 2021-ci ilin noyabrında Botsvana və Cənubi Afrikada müəyyən edilib.
İrandan Ermənistana qanunsuz yolla yanacaq daşınırmışErmənistanın Dövlət Gəlirləri Komitəsi iri idxalçılar tərəfindən əvvəlcədən hazırlanmış sxem vasitəsilə vergitutma obyektlərini və müvafiq sənədləri olmayan yanacaq tədarüklərini gizlətmək cəhdlərini aşkarlayıb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Ermənistanı yanacaqla təmin edən təsərrüfat subyektlərində aparılan yoxlamalar nəticəsində İrandan Ermənistana böyük həcmdə benzin və dizel yanacağının tədarükünü həyata keçirən bəzi təşkilatların vergidən yayınma mexanizmləri işləyib hazırladıqları və onları həyata keçirməyə çalışdıqları barədə operativ məlumatlar əldə edilib.

Məlum olub ki, bəzi yük avtomobillərinin sürücüləri ilkin razılaşmalara əsasən yanacaq çənlərində daşınması nəzərdə tutulan həcmdən dəfələrlə artıq dizel yanacağı doldurub, müvafiq sənədləri olmadan onu Zəngəzur vilayətində fəaliyyət göstərən benzin və dizel yanacağı doldurma məntəqələrinə satırlar.

Yanacaqdoldurma məntəqələri də öz növbəsində müvafiq yanacaq partiyalarını toplayaraq, onu müvafiq qeydiyyata alınmadan Ermənistanda yanacaq tədarükü ilə məşğul olan iri təşkilatlara satırlar.

Məlumata görə, iri təchizatçı şirkətlərin bəziləri müvafiq sənədləri olmadan İrandan gətirilən yanacağı Ermənistanda yenidən satıb, lakin bunu sənədləşdiriblər ki, guya yanacaq Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki separatçılara çatdırılıb və orada satılıb.

Görülən tədbirlər nəticəsində idxal və təkrar satışla məşğul olan bəzi sahibkarlıq subyektlərinin yanacağın sənədsiz tədarükü və daşınmasında qanun pozuntularına yol verilməsi halları artıq qeydə alınıb. Onlara qarşı müvafiq məsuliyyət tədbirləri görüləcək.
Əsgərin yanından qayıdan ailə qəzaya düşdü: ölən varYevlax rayonunda avtomobillər toqquşub, ölən və xəsarət alanlar var.

 Report xəbər verir ki, hadisə Yevlax-Bərdə avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, VAZ-2106 markalı avtomobillə digər minik avtomobilin toqquşması nəticəsində sürücü - Tovuz rayon sakini, 1953-cü il təvəllüdlü Əmrah Mahmudov ölüb, bir ailənin 3 üzvü - Tovuz rayon sakinləri, 1976-cı il təvəllüdlü Yaşar Alıyev, onun qızı, 2002-ci il təvəllüdlü Aytac Alıyeva və 2010-cu il təvəllüdlü Amil Alıyev isə xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.
DİN Səfər Mehdiyevi saxlayan polislərin işdən çıxarılması iddialarına münasibət bildiribDaxili İşlər Nazirliyi (DİN) Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevi saxlayan yol polislərinin işdən çıxarılması ilə bağlı iddialara münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev “Report”un sorğusuna cavab olaraq bildirib ki, yol polislərinin daxili işlər orqanlarından xaric olunması iddiaları əsassızdır.

“Bu məlumatlar həqiqəti əks etdirmir”, - DİN rəsmisi vurğulayıb.

Qeyd edək ki, bir neçə gün öncə Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevin idarə etdiyi avtomobilin saxlanmasını əks etdirən görüntülər yayılıb. Hadisə vaxtı keçmiş sədr idarə etdiyi “Mercedes Galendevagen” markalı, 90 AA 978 dövlət qeydiyyat nişanlı avtomobildən düşərək yol polisi əməkdaşlarına hirslənib.

Bu gün isə həmin yol polislərin daxili işlər orqanlarından xaric olunması ilə bağlı məlumatlar yayılmışdı.
200-dən az bal toplayanların nəzərinə! - DİM yeni məlumat yaydıBu il II qrup üzrə müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.

Avrasiya.net xəbər verir ki, bu barədə məlumat II ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçada yer alıb.

Bildirilib ki, II qrupda müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir:

- Dövlət ali təhsil müəssisələrinin (ADA Universiteti və Bakı Ali Neft Məktəbi istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır;

- Marketinq, biznesin idarə edilməsi, turizm bələdçiliyi, turizm işinin təşkili ixtisasları üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır.
Mehdiyevi saxlayan yol polisləri işdən çıxarıldı - VideoDövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevi saxlayan yol polisləri ilə bağlı yeni xəbər var.

Avrasiya.net Sfera.az-a istinadən xəbər verir ki, adlarını dəqiqləşdirə bilmədiyimiz sözügedən DYP əməkdaşları vəzifələrindən azad edilərək, sərəncama götürülüb.

Məlumat üçün bildirək ki, bir neçə gün öncə Səfər Mehdiyevin idarə etdiyi avtomobilin saxlanmasını əks etdirən görüntülər yayılıb. Hadisə vaxtı keçmiş sədr idarə etdiyi “Mersedes Gelandevagen” markalı, 90 AA 978 dövlət qeydiyyat nişanlı avtomobildən düşərək yol polisi əməkdaşlarına hirslənib.

Özünü general-polkovnik Mehdiyev kimi təqdim edən Səfər Mehdiyevin onu saxlayan polisə “Nə həyasız adamsan? Sirena yandırdığımı görmürsən?” dediyi eşidilir.

Yol polisi isə ona “Cənab general, nömrədə yazılmır axı kimdir sürən?! Bizə deyiblər ki, siqnal olmaz” cavabını verib. Daha sonra Gömrük Komitəsinin sabiq rəhbəri avtomobilinə əyləşərək uzaqlaşıb.
“Məhkəmə qərarı olsa da, “MALİBO” MMC evimizi təhvil vermir” - ŞİKAYƏTBakı şəhəri Salatın Əsgərova küçəsi, 106 ünvanda ikiotaqlı, sahəsi 52 kv.m olan mənzildə daimi pasport qeydiyyatında yaşayan ailə bu gün evsiz qalıb. Həmin evdə dörd nəsil yaşayan ailə birdən-birə mənzillərindən çıxarılaraq, küçələrdə qalmağa məcbur edilib. Hara müraciət etsələr də, şikayətlərinə məhəl qoyan tapılmır. Əslində, məhkəmələr bu ailənin haqqını tanıyıb. Şirkət isə məhkəmələrin ədalətli qərarını tanımaqdan imtina edir.

“Həftə içi” qəzetinə şikayət ərizəsi ilə müraciət edən, hazırda ahıl yaşında Bakı şəhəri, Pirşağı qəsəbəsində müvəqqəti məskunlaşan Əli Əliyev və onun həyat yoldaşı Tamilla Əliyeva bütün dövlət hüquq-mühafizə, məhkəmə orqanlarına edilən müraciətlərə baxmayaraq, pozulmuş hüquqlarını bərpa edə bilməyiblər. Buna görə də Əliyevlər ailəsi həm evlərinin əllərindən alınmasına görə, həm də ailə başçısı Əli Əliyevin sağlıq durumunun ağırlaşaraq yataq xəstəsi olması üzündən hədsiz üzüntü və həyəcan içində yaşayır.

Nəhayət, şikayət ərizəsi ilə redaksiyamıza müraciət edən Əli Əliyevin həyat yoldaşı Tamilla Əliyeva Prezidentin “Problemlərinizi deyin...” çağırışına güvənərək, dövlət başçısına üz tutduğunu bildirib.

T.Əliyeva deyir ki, yoldaşı ağır xəstəlikdən əziyyət çəkir və bu gün öz ata-baba yurdundan çıxarılmasına, haqqını bərpa edə bilməməsinə görə xəstəliyi daha da ağırlaşıb. Bildirir ki, 2018-ci ilin yanvarında İmişli rayonundan sabiq millət vəkili Əsabil Qasımova məxsus və qardaşı Vüqar Qasımov tərəfindən idarə olunan “MALİBO” MMC şirkəti ərazidə “Pilot layihə” adı altında köhnə evlərin yerində hündürmərtəbəli evlər tikiləcəyini deyərək, sakinləri ərazidən köçürüblər. Sakinlərlə danışıqları şirkət adından Nicat Sadıqov aparıb.

2018-ci ilin 25 mayında “MALİBO” MMC ilə aralarında bağlanan müqaviləyə görə, göstərilən ünvanda 10-cu blok, 9-cu mərtəbədə Əliyevlərə məxsus 52 kv.m ikiotaqlı köhnə mənzilin əvəzinə, onlara təmirsiz 60 kv.m yeni mənzil veriləcəyi barədə sövdələşmə olub. Şirkət evi 24 aya təhvil vermədikləri təqdirdə, hər ay Əliyevlərə 400 manat kirayəhaqqı ödəyəcəklərini müqavilədə qeyd ediblər.

Razılığa əsasən şirkət evi söküb. Daha sonra MALİBO-nun rəhbərləri Əliyevlərə verdikləri müqaviləni məhkəmələr yolu ilə ləğv etməyə və ailəni mənzilsiz qoymağa çalışıblar.

T.Əliyeva deyir ki, 4 il müddətində şirkətlə məhkəmə çəkişmələri olub. Üstəlik şirkət ailəyə müvəqqəti narahatlığa görə heç bir kirayə haqqı ödəməyib. Əliyevlərin mənzillərini geri almaq idiası ilə baş vurduğu Nəsimi rayon məhkəməsi, Bakı Apelyasiya və Ali Məhkəməsi “Malibo” MMC ilə Əliyevlər arasında bağlanmış 25.05.2018 tarixli 126 saylı müqaviləni etibarlı hesab edərək, onlara tikiləcək binadan mənzilin verilməsi barədə Qərar qəbul edib.

T.Əliyeva bildirib ki, nəhayət, mənzillərinin haqqını almaq üçün 2022-ci ilin aprel ayında Ali Məhkəmənin qərarını əsas tutaraq, “MALİBO” MMC-nin ofisinə üz tutublar. Onlar şirkətin meneceri Nicat Sadıqova məhkəmənin qərarını təqdim edib, nəhayət, mənzillərinin onlara təhvil verilməsini istəyiblər.

“Nicat Sadıqov bizə bildirdi ki, şirkətin rəhbərləri Əsabil və Vüqar Qasımov qardaşlarının tapşırığına əsasən, bizə nə mənzil, nə də kirayəhaqqı vermədilər. Məhkəmənin qərarı onlar üçün əsas deyil, hara istəyirsiniz, şikayət edin”.

Beləcə, çarəsiz nə edəcəklərini bilməyən Əli Əliyev, xanımı Tamilla Əliyeva ölkə başçısı İlham Əliyevdən kömək istəyirlər. Səslərini dövlət başçısına çatdırmaq üçün mediaya üz tutublar.

“Cənab Prezident!

Xahiş edirik, haqqımızı qoruyun. Ali Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduğu halda, şirkət rəhbərliyi Azərbaycanda qanunları saymır, qərarı icra etmir! “MALİBO” MMC-nin vəzifəli şəxsləri barəsində tədbir görülməsində və bizim ailənin mənzillə təmin olunmasında və kirayə haqqı ödənilməsində köməklik göstərməyinizi Sizdən xahiş edirəm.”

P.S.

Şikayətlə bağlı qarşı tərəflə dəfələrlə əlaqə yaratmaq istəsək də, zənglərimiziz cavabsız qaldı. Bununla belə, səsləndirilən iddialarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Ermənilər yalnız bu halda Şuşaya gələ BİLƏCƏKLƏRAqunik Abovyan adlı erməni qadın Prezident İlham Əliyevə müraciət edib. İslam dinini qəbul etdiyini deyən qadın Prezidentdən Bakıya və Şuşaya gəlməsi üçün ona icazə verilməsini xahiş edib.

O, Şuşada namaz qılmaq arzusunda olduğunu söyləyib. Abovyan, həmçinin qeyd edib ki, Azərbaycanda olmaq, həyat yoldaşının və dostlarının vətənini görmək onun ən böyük arzusudur:

"İcazə verin, Azərbaycana gəlim, gözəl şəhərinizi gəzim. İstəyirəm ki, yoldaşımın və dostlarımın vətənini görüm. Qarabağda, Şuşada olmaq, orada namaz qılmaq istəyirəm".

Erməni qadının sözügedən müraciəti sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Əksəriyyət hesab edir ki, niyyəti şübhə doğuran erməni qadının xahişi yerinə yetirilməməli, kimliyindən və hansı mövqedə olmasından asılı olmayaraq, heç bir erməni işğaldan azad olunmuş ərazilərə buraxılmamalıdır.

Milli Məclisin deputatı Fazil Mustafa da belə düşünür. Aqunik Abovyanın müraciəti barədə Modern.az-a danışan deputat bildirib ki, indiki durumda erməni qadının Şuşaya və Bakıya gəlməsinə icazə verilməməlidir. Lakin Milli Məclis üzvü hesab edir ki, ermənilər yalnız Azərbaycan vətəndaşlığına qəbul olunduqdan sonra Şuşaya, eləcə də Bakıya gələ bilərlər.

“Bu kimi məsələlərdə birinci növbədə vətəndaşlıq məsələlərinin üzərində düşünməliyik. Vətəndaşlıq almaq istəyən erməni varsa, bu, mümkün ola bilər. Ermənilər oranı görsün, buranı görsün, bu mümkün deyil. Şuşanı minlərlə azərbaycanlı görməyibsə, niyə ermənilərə bu şansı yaratmalıyıq?

Başa düşdüm, Şuşanı görmək istəyir, amma o halda mümkün ola bilər ki, birinci Azərbaycan vətəndaşlığı üçün müraicət etsinlər. Yəni Şuşanı görmək üçün Azərbaycan vətəndaşı olmalıdırlar. Fikrimcə, bu prinsipi əsas götürməliyik. Əlbəttə, nə vaxtsa turist kimi hansısa ölkənin vətəndaşları Şuşaya gələcəklər, amma ermənilərə qarşı yanaşma bu cür olmamalıdır. Vətəndaşlığımızı qəbul edirlərsə, həm Şuşaya, həm də Bakıya gələ bilərlər. İndiki şəraitdə ermənilərə vaxtımızı və enerjimizi sərf etmək doğru deyil”, - deyə parlamentari vurğulayıb.