Koronavirusun daha yoluxucu variantı AŞKARLANDI
Dərc olunub:
10-08-2022, 18:34
Hindistanın paytaxtı Dehlidə koronavirusun "Omikron" ştamının daha yoluxucu variantı aşkar edilib.
Bu barədə NDTV telekanalı məlumat yayıb.
Yeni alt variant BA-2.75 adlandırılıb.
Məlumata görə, "Omikron"un bu variantı daha çox ötürücüdür, eyni zamanda daha çox insanı yoluxdura bilər.
Qeyd edək ki, "Omikron" ştamı ilk dəfə 2021-ci ilin noyabrında Botsvana və Cənubi Afrikada müəyyən edilib.