Kiyev ağır zərbə endirdi - Rusiya qisa alacaq

Kiyev ağır zərbə endirdi - Rusiya qisa alacaqKrımın Saki aerodromuna hücumlar zəruri idi. Ancaq baş verən partlayışlara görə Rusiya qisas almağa çalışacaq.

Bu sözləri hərbi ekspert Yiqal Levin deyib.

Ekspert bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin hücum strategiyasının birinci mərhələsi artilleriya üstünlüyünün aradan qaldırılması, ikincisi isə rusları aviasiyadan məhrum etmək olub:

“Əminəm ki, bu, sadəcə başlanğıcdır. Və əlbəttə, ruslar cavab verməyə çalışacaq. Ehtiyatlı olun. Çox insan olan yerlərə getməyin. Həyəcan siqnalı eşidəndə isə dərhal dəhlizə girib pəncərələrdən uzaqlaşın”.

Qeyd edək ki, ötən gün Ukrayna ordusu Krımdakı aerodroma ağır zərbə endirib, nəticədə Rusiyanın 20-dək döyüş təyyarəsi məhv edilib.