Avropa İttifaqının ali nümayəndəsi Belarusa 3 milyard avro vəd edib

Avropa İttifaqının ali nümayəndəsi Belarusa 3 milyard avro vəd edibAvropa İttifaqı demokratiyaya keçid olan kimi Belarusa qarşı tətbiq etdiyi sanksiyaları ləğv edəcək və bu ölkəyə 3 milyard avroluq iqtisadi dəstək planını işə salacaq.

“Report” xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell bəyan edib.

Borrel xatırladıb ki, Aİ müttəfiqləri ilə birlikdə müxalifətə təzyiq göstərmək, eləcə də sərhəddə qaçqın böhranını təşkil etmək, “Ryanair” təyyarəsinin məcburi enişi və Rusiyanın Ukraynadakı hərbi əməliyyatında iştirakına görə Belarusun hüquqi və fiziki şəxslərinə qarşı altı sanksiya paketi tətbiq edib.

Onun sözlərinə görə, 2020-ci ilin avqust ayından etibarən Aİ Belarusda repressiya qurbanlarına, vətəndaş cəmiyyətinə, müstəqil mediaya, qadınlara, gənclərə və tələbələrə, kiçik biznesə, səhiyyəyə və mədəniyyətə dəstək olmaq üçün təxminən 65 milyon avro ayırıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər