Deputatın obyektində kütləvi zəhərlənmə -Milli Məclisin üzvü İqbal Məmmədovun sahibi olduğu “Relax" istirahət mərkəzində kütləvi zəhərlənmə baş verib.

Axar.az xəbər verir ki, hadisə iyulun 19-u günorta saatlarında baş verib.

Belə ki, qohumlardan ibarət 13 nəfərlik qrup Lerikə istirahətə gedib. Onlar nahar etmək və əylənmək üçün "Relax" istirahət mərkəzini seçiblər. Nahardan sonra qrupdakıların səhhətlərində problem yaranıb. Özlərini pis hiss edən qrup üzvləri geri qayıtmaq qərarına gəliblər. Onların vəziyyəti getdikcə pisləşdiyi üçün yaşadıqları ünvana uyğun olaraq Sumqayıt Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Səhhətində problem yaranan 10 nəfərə zəhərlənmə dioqnozu qoyulub, onlara müalicə proseduru tətbiq edilib.

Ailələrdən birinin başçısı Elvin Şirinov Bakupost.az-a bildirdi ki, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edəcəklər:

“300 manat girişə, 350 manat isə yeməyə xərcimiz çıxıb. Görünür, bizə köhnə yeməklər veriblər. Ölümdən döndük”.

Onun sözlərinə görə, zəhərlənənlər arasında azyaşlılar da olub.
QHT-lər intihar hallarının yayılması ilə bağlı bəyanat qəbul etdiAzərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində media sahəsində fəaliyyət göstərən bir qrup QHT-lərlə intihar halları ilə bağlı xəbərlərin yayılması barədə görüş keçirilib. Son günlər media subyektləri tərəfindən intihar halları ilə bağlı xəbərlərin geniş yayılması məqsədilə təşkil edilən görüşdə Müşahidə Şurasının üzvü İsrayıl İsgəndərov, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktor müavini Emil Çaparlı, media sahəsində fəaliyyət göstərən QHT-lər iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən Agentliyin icraçı direktor müavini Emil Çaparlı tədbirin gündəliyi haqqında məlumat verib. Müşahidə Şurasının üzvü İsrayıl İsgəndərov çıxış edərək bildirib ki, son zamanlar bir sıra media subyektləri tərəfindən intihar halları ilə bağlı xəbərlərin geniş tirajlanması, xüsusən də yetkinlik yaşına çatmayan şəxslərin özünə qəsd etməsi ilə əlaqədar mövzuları işləyərkən jurnalist peşəkarlığı baxımından yol verilən qüsurlar cəmiyyətdə narahatlıq yaratmaqla, haqlı olaraq ictimai narazılığa səbəb olur. Unutmaq lazım deyil ki, peşəkar media ictimai əhəmiyyətli informasiyalarla cəmiyyəti məlumatlandırmaq kimi şərəfli və məsuliyyətli missiyanı yerinə yetirir.

Daha sonra çıxış edən QHT nümayəndələri keçirilən mövzunun aktuallığını xüsusi qeyd edərək fikirlərini bölüşüblər. QHT-lər bildiriblər ki, hadisələr bizim hər birimizi narahat edir. Ailədaxili münasibətlər, uşaq və yeniyətmələrin vəziyyəti və rastlaşdıqları problemlər dövlətin diqqəti altındadır. Bizim də borcumuz ondan ibarətdir ki, bütün aidiyyəti dövlət qurumları, cəmiyyət və media, o cümlədən, ailələr bu məsələni diqqətdə saxlamalıdır".

Çıxışlardan sonra mövzu qarşılıqlı diskusiyya əsasında davam edib.

Tədbirin yekunu olaraq mövzu ilə bağlı bəyanət səsləndirilərək, qəbul edilib
Yeniyetmələr və gənclər arasında kompyuter oyunları üzrə rayon çempionatı keçirilibİyulun 20-də Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaranmasının 28-ci ildönümü münasibəti ilə yeniyetmələr və gənclər arasında Kompyuter oyunları üzrə rayon çempionatı keçirilib.

Derbi klubda PES 2013 və Tekken oyunları üzrə təşkil olunan yarışda 40-dan çox yeniyetmə və gənc iştirak edib.

Çempionatın keçirilməsi kiberidman növlərini yeniyetmə və gənclər arasında populyarlaşdırmaq, gənclərin müasir kompyuter texnologiyaları sahəsinə marağını artırmaq, həmçinin yeniyetmə və gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək məqsədi daşıyıb. Yarışın nəticəsinə əsasən yeniyetmələr arasında Tekken oyunu üzrə Şeydalı Mehdi I, Verdiyev Əli II, Dadaşov Dəniz III olub. Gənclər arasında PES 2013 oyunu üzrə Rəfiyev Yusif I, Əsgərov Ayxan II, Nəcəfli Murad III yeri tutub. Yarışın qaliblərinə Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərmanlar təqdim olunub.





#SiyəzənGİİ #AZEyouth #AZEgənc #Gənclərİdman
ABŞ Azərbaycanı bu siyahıdan çıxardıABŞ Dövlət Departamenti Azərbaycanı insan alveri ilə bağlı İzləmə Siyahısından çıxararaq 2-ci səviyyəyə yüksəldib.

Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Qeyd olunub ki, Azərbaycan hökuməti insan alverinin aradan qaldırılması istiqamətində ciddi səylər göstərir:

“Hökumət COVID-19 pandemiyasının insan alverinə qarşı mübarizə potensialına təsirini nəzərə alaraq, əvvəlki hesabat dövrü ilə müqayisədə daha çox səy nümayiş etdirir. Ona görə də Azərbaycan 2-ci səviyyəyə yüksəlib. Bu səylərə əvvəlki illərlə müqayisədə nisbətən daha çox insan alverçisinin həbs edilməsi, daha ciddi cəzaların verilməsi və şərti cəzaların sayının azaldılması daxildir.

Hökumət insan alveri qurbanlarının müdafiəsi istiqamətində görülən işləri genişləndirərək insan alveri qurbanlarına və Daxili İşlər Nazirliyinin (DİN) nəzarətində olan insan alveri qurbanları üçün sığınacağa yardımı artırıb. Eyni zamanda, insan alveri qurbanların şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı fəaliyyətə Dövlət Miqrasiya Xidmətini (DMX) cəlb etmək və insan alverinin qurbanına çevrilmiş əcnəbi vətəndaşların reviktimizasiyasının qarşısının alınması ilə əlaqədar tədbirləri əhatə etmək üçün qanunlara düzəlişlər edilib”.





Əməkdar artistin ölkədən çıxışına qadağa qoyulduƏməkdar artist, Dövlət Pantomima Teatrının direktoru Elman Rəfiyevin ölkədən çıxışına qadağa qoyulub.

Avrasiya.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə qərar Bakı Kommersiya Məhkəməsi tərəfindən çıxarılıb.

Məlum olub ki, teatrın dövlətə 150 min manatdan çox vergi borcu yaranıb. Dövlət Vergi Xidməti tərəfindən borcun ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırılıb. Hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə iddia təmin olunub.

Dövlət Pantomima Teatrının səlahiyyətli şəxsi Elman Rəfiyev olduğu üçün onun Azərbaycan sərhədlərindən kənara çıxışı müvəqətti məhdudlaşdırılıb. Qeyd edək ki, Elman Rəfiyev 2009-cu ildən teatrın direktorudur.
Sülhməramlılar Laçını talan edirlər – VideoRusiyanın sülhməramlı kontingentinin hərbi qulluqçularının Azərbaycanın Qarabağ bölgəsinin Laçın dəhlizində talançılıqla məşğul olduqlarını əks etdirən görüntülər yayılıb.

Axar.az xəbər verir ki, rus hərbçilər Laçının işğalından əvvəl sırf azərbaycanlı əhalinin məskunlaşdığı Qaraqaxa kəndində birmərtəbəli yaşayış binasının dam örtüyünü, taxta konstruksiyaları söküb üzərində Rusiya bayrağı və sülhməramlı qüvvələr yazılmış KAMAZ-a yükləyib aparıblar.

Maraqlı olan odur ki, ermənilərin bu oğurluqlarını rus sülhməramlıları BTR-82A ilə təmin edir.

Daha ətraflı Calibr.az-ın süjetində:
BİABIRÇILIQ! Hovuzda dincələn qadınları çəkib təhqir etdi - "Hansınızın bacısıdır, deyin çəkməyim.." - ŞOK VİDEOSosial şəbəkələrdə istirahət mərkəzlərinin birində video çəkərək insanlara qarşı alçaldıcı ifadələr işlədən şəxsin görüntüləri yayılıb.

Manset.az xəbər verir ki, görüntülərin Nabranda yerləşən istirahət mərkəzlərindən birində çəkildiyi ehtimal edilir.

Sözügedən şəxs "magerramoff" adlı profillə "Tik-tok" platformasında hovuzda çimən qadınları canlı yayımda videoya çəkərək onu izləyən şəxslərə "hansınızın bacısıdır, deyin çəkməyim, qeyrət çəkənlər hanı?" şəklində ifadələr işlədib. 93 min izləyici olan istifadəçinin bu hərəkəti ciddi şəkildə qınanılıb. İstirahət mərkəzində dincələn qadınların görüntülərinin yayılması şəxsi həyata müdaxilə kimi dəyərləndirilib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov “Qafqazinfo”ya bildirib ki, yayılan görüntülərdəki hadisə barəsində məlumat var: “Hazırda araşdırma aparılır. Nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

Azərbaycan Konstitusiyasının 32-ci maddəsinə əsasən, öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.

Qeyd edək ki, sözügedən şəxs videodakı qadınların üzünü açıq şəkildə çəkib paylaşıb. Etik olmadığını nəzərə alaraq videonu qadınların üzü gizlədilmiş şəkildə təqdim edirik:
Prokurorluğun 6 əməkdaşı məsuliyyətə cəlb edildi2022-ci ilin birinci yarımili ərzində şəhər prokurorluq orqanlarının əməkdaşlarından əmək və icra intizamını pozan 6 nəfər intizam məsuliyyətinə cəlb edilib.

Bu barədə  Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, hesabat dövründə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılıb:

"2022-ci ilin birinci yarımili ərzində şəhər prokurorluq orqanlarının əməkdaşlarından əmək və icra intizamını pozan 6 nəfər intizam məsuliyyətinə cəlb edilmiş, onlardan 2 nəfərə töhmət, 1 nəfər şiddətli töhmət verilmiş, 1 nəfərə irad tutulmuş, 1 nəfər tutduğu vəzifədən azad olunub, 1 nəfər prokurorluq orqanlarından xaric edilib".
Dünyada baş verən son geosiyasi dəyişikliklər fonunda Azərbaycan xarici siyasət və beynəlxalq əlaqələr müstəvisində tamamilə yeni mərhələyə qədəm qoyur. Avropa İttifaqı (Aİ) ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması da bunun bariz nümunəsidir. İyulun 18-də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin ölkəmizə səfəri çərçivəsində Prezident İlham Əliyevlə imzaladığı sözügedən Anlaşma Memorandumu bir sıra aspektlərdən olduqca vacib sənəddir. Çünki Avropa İttifaqı ilə enerji sahəsində artıq on beş ildən çoxdur ki, fəal əməkdaşlıq münasibətləri quran Azərbaycan bu Memorandumun imzalanmasından sonra Avropa qitəsinin enerji təhlükəsizliyinin təmin edilməsində həlledici rol oynamağa başlayacaq.

Dövlətimizin başçısının da qeyd etdiyi kimi Azərbaycan artıq Avropanın enerji xəritəsini köklü şəkildə dəyişən bir ölkə halına gəlib. İndi Avropanın enerji təhlükəsizliyi böyük ölçüdə həm də Azərbaycandan asılıdır. Bizə qarşı ənənəvi olaraq həmişə ikili siyasət yürüdən Qərb indi nəhayət ki, Azərbaycanın potensialını və əhəmiyyətini doğru-düzgün dəyərləndirməyə başlayıb. Azərbaycan Avropa İttifaqı ilə konstruktiv əməkdaşlığa böyük önəm verir. Çünki Avropa İttifaqı Azərbaycan üçün əsas ticarət tərəfdaşıdır. Bu baxımdan, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi var. Yeni Memorandum iqtisadi sahədə mövcud olan güclü tərəfdaşlıq əlaqələrini daha da genişləndirmək üçün olduqca böyük imkanlar yaradır. Ona görə də Azərbaycan Prezidenti imzalanan Memorandumu gələcək üçün mühüm “yol xəritəsi” hesab etməkdə və Aİ ilə planlaşdırılan bütün məsələlərin bundan sonra da uğurla icra olunacağına əminliyini bildirməkdə tamamilə haqlıdır.

Azərbaycan üçün yeni fürsətlər, əlverişli imkanlar yaranıb. Azərbaycan və Avropa İttifaqı arasında enerji əməkdaşlığının artırılması barədə imzalanan yeni Memoranduma əsasən, Cənub Qaz Dəhlizinin genişləndirilməsi hesabına Azərbaycandan Avropaya ixrac olunan qazın həcmi 2027-ci ildə 20 milyard kub metrə çatdırılacaq. Bu baxımdan, 2027-ci il Avropa İttifaqı üçün çox önəmli hədəfdir. Çünki Avropa İttifaqı qarşıdakı beş il ərzində Rusiya qazından asılılığı tamamilə sıfıra endirmək niyyətindədir. Ona görə də, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolu artır. Regionda yaranan yeni vəziyyət Avropa İttifaqını Azərbaycanla enerji sahəsində əməkdaşlığının istiqamətlərini genişləndirməyə sövq edir.

Yaranmış situasiyaya uyğun olaraq Avropa İttifaqı öz enerji təminatı mənbələrinin şaxələndirilməsi və Rusiyadan asılılığa son qoymaq istiqamətində səylərini gücləndirir. Bu da Avropa İttifaqına enerji ixrac edən alternativ ölkələrdən biri kimi Azərbaycanın əhəmiyyətini istər-istəməz artırır. Təbii qazın nəqli sahəsində Azərbaycanla əməkdaşlığın gücləndirilməsi hazırda Aİ-nin əsas prioritet istiqamətlərindən birinə çevrilib. Bu baxımdan, srağa gün Bakıda imzalanan enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu həm Aİ üçün, həm də Azərbaycan üçün yeni əməkdaşlıq mərhələsinin əsasını qoyur.

Ancaq bu Memorandum təkcə iqtisadi sahədə əməkdaşlığımızın dərinləşdirilməsi və qitənin enerji təhlükəsizliyinin təmin edilməsi ilə məhdudlaşmır. Memorandumun əhəmiyyəti həm də ondadır ki, bu sənəd Aİ ilə Azərbaycan arasında iqtisadi münasibətlərin genişləndirilməsinə stimul verməklə yanaşı, siyasi müstəvidə də əməkdaşlığımızın sıxlaşması üçün yeni imkanlar, yeni perspektivlər yaradır. Beləliklə, Azərbaycan həm iqtisadi, həm də siyasi baxımdan Avropanın bölgədə ən etibarlı tərəfdaşlarından birinə çevrilir. Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borrellin də qeyd etdiyi kimi Azərbaycanla Aİ arasında imzalanan sənəd enerji səmərəliliyi sahəsində əməkdaşlığı gücləndirəcək və Bakı ilə Brüssel arasında gələcək dialoqun əsasını qoyacaq yeni sazişin imzalanması məsələsi də tezliklə gündəmə gələcək. Bütün bunlar onu göstərir ki, Azərbaycan kifayət qədər çevik xarici siyasət yürüdür.

Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının sədri