Toyda məhkəmə katibini döyən polis işdən çıxarıldıXəbər verdiyimiz kimi, iyunun 4-də Kürdəmir rayonunda keçirilən toy mərasimlərindən birində rayon məhkəməsinin katibi Yaşar Cəbiyevlə rayon polis şöbəsinin əməkdaşı, polis kapitanı Vüsal Kərimov arasında münaqişə baş verib.

DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev açıqlamasında bildirib ki, bu məsələ dərhal DİN tərəfindən nəzarətə götürülməklə xidməti yoxlamalara başlanılıb:

“Polis kapitanı V.Kərimov tutduğu vəzifədən azad olunaraq sərəncama götürülüb. Hazırda araşdırmalar davam etdirilir”.

Qeyd edək ki, hadisə rayondakı “Nicat Plaza” şadlıq sarayında qeydə alınıb. Belə ki, toy mərasiminin sonuna yaxın orada qonaq qismində iştirak edən Kürdəmir Rayon Məhkəməsinin katibi Yaşar Cəbiyevlə Kürdəmir Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Vüsal Kərimov arasında mübahisə yaranıb. Mübahisə daha sonra münaqişəyə çevrilib və dava-dalaş düşüb. Bu zaman V.Kərimov məhkəmə katibini vuraraq ona xəsarətlər yetirib.
Putinin şok “SSRİ-2 planı”: Polşa da daxil...Putin heç vaxt planlarını gizli saxlamayıb. O, açıq şəkildə SSRİ-nin dağılmasını ötən əsrin ən böyük geosiyasi fəlakəti adlandırır. İndi isə o, SSRİ-2 planının başa çatdırmağa nə qədər hazır olduğunu nümaiş etdirir.

Axar.az xəbər verir ki, bu fikrləri erməni siyasi şərhçi Romella Mnatsakanyan bölüşüb.

Onun sözlərinə görə, bütün bunlar Ermənistanda çoxdan yaxşı başa düşülürdü, çünki ölkədə baş verənlərin demək olar ki, hamısı Kremlin istəklərindən qaynaqlanır.

“Biz bunu Rusiyanın 2008-ci ilin avqustunda müharibə apardığı Gürcüstanda gördük. Bəli, formal olaraq Dmitri Medvedyev o zaman Rusiya Federasiyasının prezidenti idi. Amma biz ağıllı adamlarıq və başa düşürük ki, o, heç vaxt müstəqil qərarlar qəbul etmirdi. Ölkəni ancaq və ancaq Putin idarə edirdi. İndi də o, təkcə Krımı deyil, bütün Ukraynanı ilhaq etməyə qadir olduğunu dünyaya göstərmək qərarına gəlib. Aydındır ki, o, bütün Ukraynanı ələ keçirmək istəyir. Kiyev də daxil olmaqla.

Məsələni bir zərbə ilə həll etməyin mümkün olmaması taktiki səhvdir. Artıq nəticələr çıxarılıb, tezliklə yeni cəhd baş tutacaq. Qərb isə yenə hirslənməklə kifayətlənəcək. ABŞ və bütövlükdə NATO-nun Rusiyaya qarşı açıq mübarizə aparmaq üçün kifayət qədər cəsarəti çatmayacaq. SSRİ 2 - böyük bir şey olacaq: Belarus, Qazaxıstan, Ukrayna, Gürcüstan, Qırğızıstan, Özbəkistan, Ermənistan, bəlkə də Polşa...”, - deyə erməni ekspert qeyd edib.
Koronavirusa 10 yeni yoluxma - Ölən varAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına 10 yeni yoluxma faktı qeydə alınıb, 7 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 792 820 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 049 nəfər müalicə olunaraq sağalıb, 9714 nəfər vəfat edib, aktiv xəstə sayı 57 nəfərdir.

Ölkədə son sutka ərzində 2508, hazırkı dövrədək isə 6 911 894 test aparılıb.
Mələksiniz hamınız...Dünən Bakıda yerləşən liseylərdən birinin müəllimləriylə bağlı gözümə sıçrayan xəbərlərin başlıqlarını oxuyanda və özündə yaranışdan yerli-dibli olmayan, yanından yel olub ötə bilmədiyi dəyərlərlə bağlı ehkam kəsməyə vərdiş eləmiş birinin ənənəvi cızmaqarasıyla tanış olanda ölçüyəgəlməz bir “rüsvayçılığın”, “biabırçılığın” baş verdiyini düşündüm. Cızmaqara da, bu cızmaqaradan üfürülüb ortaya çıxarılan başlıqlar da belə idi: “....Liseydə rüsvayçılıq”, “...Məktəbdə biabırçılıq” və s. Doğrusu, ağlımdan min bir ssenari keçdi, təfərrüatına varmayacağam. Təbii ki, öncə “rüsvayçılığın” liseyin divarları arasında baş verdiyini düşündüm. Amma canımı dişimə tutub, əsasən “erməni büdaq cümləsini” xatırladan mətnlərlə tanış olanda, anlaşıldı ki, “rüsvayçılıq”, “biabırçılıq” restoranlardan, əyləncə mərkəzlərindən birində və yalnız xanımların iştirak etdiyi məclisdə baş verib. Liseyin xanım müəllimləri onlara Konstitusiya ilə verilən istirahət hüququndan istifadə etmək niyyətinə düşüblər, amma fərqinə varmayıblar ki, sən demə varlığıyla yoxluğu bilinməyən hansısa əyyaş “əxlaq keşikçisi”ndən icazə almaq lazımmış... Bu “əxlaq keşikçisi” də deyəsən unudub yolüstü qəlyanaltılarda orasına-burasına basılan pulları, boğazından süzdüyünün hesabına yazdığı mədhiyyələri, həcvnamələri...

Doğrusu, “mətbəx”lərinin cüzi bir hissəsi ortaya çıxacağı təqdirdə qaçacaq yer bula bilməyəcək kəslərin başqalarının şəxsi həyatına necə bu qədər rahatlıqla müdaxilə etdiklərini anlaya bilmirəm. Nə edək, indi bütün “mətbəx”inizi gün işığına çıxaraq? Üfunət qoxuyacaq axı... Hələ estetikadan milyonlarla kilometr uzaqda dayanan tərəfini demirəm...

...Mələksiniz hamınız. Qanadlarınız da içinizə girib, “vaxtı” gələndə çıxacaq.

Xanımların iştirak etdiyi məclisdən o görüntüləri kimin çəkdiyini və hansı məqsədlə ictimailəşdirdiyini ciddi şəkildə araşdırmaq lazımdır. Məsələyə hüquq çərçivəsində yanaşılarsa, ortalıqda açıq şantaj var. Əslində, hüquqi dövlətdə yaşadığımız üçün hər şeyə hüquq çərçivəsində yanaşmalıyıq. Bu şantajın səbəbi ortaya çıxarılmalıdır və ictimaiyyətə açıqlanmalıdır ki, konkret təhsil müəssisəsinə heç bir aidiyyatı olmayan bir məkanda baş verən, ola bilsin ki, uğursuz bir zarafatın ətrafında yaradılan ajiotajın arxasında hansı alt niyyət dayanır.

...Müəllim də insandır, onun da əylənmək, istirahət etmək hüququ var. Bir zamanlar sovet rejiminin öz ideoloji təbliğatından dolayı müəllimlərin ətrafında yaratdığı və bəzilərinin, yalnız işlərinə yarayanda və başqalarına münasibətdə dilə gətirdikləri cəfəngiyyatı unutmaq lazımdır. Çox da uzağa getməyin, vaxtınız olanda axşamlar Bakının mərkəzi küçələrinə çıxın, açıq havada fəaliyyət göstərən restoran və kafelərdə hər kəsin gözü qarşısında baş verənlərə baxın... İctimai nəqliyyatda, parklarda, ticarət mərkəzlərində, nişan və toy mərasimlərində, əyləncə məkanlarında, gecə klublarında bir-biri ilə “zarafatlaşanlara”, qarnı burnuna, buxağı sinəsinə dəyən gözü yayğınların davranışlarına, özündən bir pillə aşağıda olanları, imkansızları, zəifləri, ailəsinə halal ruzi aparmaq üçün çarpışanları hər addımda əzməyə çalışan harınlara, qudurmuşlara nəzər salın... Belələri nəinki ictimai əxlaqı, Allahı da unudublar! Və hünəriniz varsa adlarını dilə gətirin... Dərinizi boğazınızdan, konkret şəxsə aiddir – sonuncu “tulladığınız” “yüzü” tuluğunuzdan çıxararlar.
Gerçək rüsvayçılığı, biabırçılığı, ictimai əxlaqı pozan hadisələri isə hər addımda görmək mümkündür. Hər addımda...

Əsl rüsvayçılıq və biabırçılıq bilirsiniz nədir? İnsanların diqqətinin real problemlərdən, milli hədəflərdən yayındırılması üçün hoqqabazlıq etmək, böhtan atmaq, şəxsi maraqlarını xalqın və dövlətin mənafeyindən üstün tutmaq, güclünün qarşısında quzuya, zəifin önündə canavara çevrilmək, min oyundan çıxıb mələk kimi görünməyə çalışmaq... Və daha nələr, nələr...
İndi müəllimi hədəfə almaqdan asan heç nə yoxdu... Xüsusilə də təhsil sahəsində “ənənəvi” maraqlarının təmin edilməsinə maneələr ortaya çıxanda, layiq olduğun yer nişan veriləndə...

Bu qədər...

Lisey müəllimləri isə heç bir biabırçılığa, rüsvayçılığa yol verməyiblər. QADIN MƏCLİSİNDƏ, məlhəm bildikləri insanların arasında əyləniblər. İndi aralarından kimsə, hələlik bəlli olmayan səbəblərdən bu məclisdən çəkilən görüntüləri “əxlaq keşikçiləri”nə ötürübsə, bu artıq şəxsi həyata müdaxilədir və cinayət məsuliyyəti yaradır. Əgər ortaqlıda məqsədyönlü şəkildə rüsvay etmək – hüquqi anlayışdır, şantaj yolu ilə nəyəsə nail olmaq niyyəti varsa, bu, ciddi şəkildə araşdırılmalı və günahkarlar kimliyindən asılı olmayaraq məsuliyyətə cəlb olunmalıdırlar.

Elçin Mirzəbəyli
Əməkdar jurnalist
Çempionlar Liqasında mövsümün ilk püşkü atılıbUEFA Çempionlar Liqasında 2022/2023 mövsümünün ilk püşkü atılıb.

"Report"un məlumatına görə, püşkatma nəticəsində ilkin təsnifat mərhələsinin yarımfinal cütlərinin tərkibi müəyyənləşib.

Bu raundda Estoniya “Levadiya”sı İslandiyanın "Vikinqur" komandasına, San-Marinonun “La Fiorita” klubu isə Andorranın "İnter" (Eskaldes) kollektivinə rəqib olub.

Yarımfinallar iyunun 21-də, final isə iyunun 21-də olacaq. Qarşılaşmalar İslandiyada gerçəkləşəcək.

İlkin təsnifat mərhələsinin qalibi I təsnifat mərhələsində Azərbaycan çempionu "Qarabağ"ın potensial rəqibi hesab olunur. Bu raundun püşkü isə iyunun 14-də atılacaq.
Xomeyninin anım günü Milli Bankı yardılarİyunun 4-də Xomeyninin ölümünün 33-cü ildönümü ilə eyni vaxtda Tehranda İranın ən böyük bankı olan Milli Bankda oğurluq hadisəsi baş verib. Oğrular bankda saxlanılan 250 əmanət kassasını özləri ilə aparıblar.

Axar.az xəbər verir ki, İran dövlət televiziyası İran Milli Bankının ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbəri təsdiqləyib.

Bildirilib ki, oğurlar heç bir iz qoymadan hadisə yerindən uzaqlaşıblar.

Məlumatda oğruların peşəkar olduqları, bankı yaxşı tanıdıqları və bu səbəbdən bütün elektron sistemi bloklaya bildikləri, müşahidə kameralarının mərkəzi yaddaş kartını özləri ilə apardıqları qeyd olunub.

Bankın ictimaiyyətlə əlaqələr şöbəsi oğurlanan pulların miqdarının böyük olduğunu bildirsə də, hələlik aparılan vəsaitin dəqiq məbləğinin hesablana bilmədiyini bildirib.
Ukraynanın S-300-ü məhv edildiRusiya raket qoşunları və artilleriyası Kramatorsk yaxınlığında Ukraynanın S-300 hava hücumundan müdafiə sisteminin 3 buraxılış qurğusunu məhv edib.

Bunu Rusiya Müdafiə Nazirliyinin rəsmisi, general-mayor İqor Konaşenkov deyib.

“Eləcə də 39 komanda məntəqəsi, Ukrayna Silahlı Qüvvələrinin artilleriya bölmələrinin 47 atəş mövqeyini, həmçinin canlı qüvvə və hərbi texnikanın cəmləşdiyi 426 ərazi vurulub. Zərbələr nəticəsində 400-dən çox hərbçi, 10 zirehli texnika, üç “Qrad” qurğusu, 10 xüsusi texnika məhv edilib”, - Konaşenkov bildirib.

İrəvanda KTMT-nin növbəti iclası keçiriləcəkİyunun 10-da İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın sədrliyi ilə KTMT-nin Baş katibi Stanislav Zasın iştirak edəcəyi KTMT Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçiriləcək.

Bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Məlumata görə, diplomatik departamentlərin rəhbərləri beynəlxalq və regional təhlükəsizliyin vəziyyətini, onun təşkilata üzv dövlətlərin təhlükəsizliyinə təsirini müzakirə edəcəklər. Eyni zamanda, təşkilatın müasir geosiyasi reallıqlarda böhrana reaksiya mexanizminin təkmilləşdirilməsi istiqamətində Katiblik və KTMT Birgə Qərargahı tərəfindən həyata keçirilən işlər barədə məlumat veriləcək.
Səudiyyə SEPAH-la əlaqəli şəxsləri terrorçu elan etdiSəudiyyə Ərəbistanının Təhlükəsizlik İdarəsi müxtəlif terror qruplaşmaları, o cümlədən SEPAH-la əlaqəli olan 13 şəxs və 3 qurumu terrorizmi maliyyələşdirən şəxs və təşkilatlar siyahısına əlavə etdiyini açıqlayıb.

Axar.az xəbər verir ki, Terrorçuluğun Maliyyələşdirilməsi ilə Mübarizə Mərkəzi tərəfindən hazırlanan bu siyahı Nigeriyada "Boko Haram" qruplaşmasını maliyyələşdirən 6 şəxsi, habelə Bəhreyndə SEPAH-ın dəstəklədiyi "Səraya əl-Əştər" və "Səraya əl-Muxtar" qruplaşmalarını da əhatə edir.

Adıçəkilən mərkəz sonda qeyd edib ki, bir Livan vətəndaşı və iki İran vətəndaşını da SEPAH-ın Qüds qüvvələri və Hizbullah silahlı qruplaşması ilə əlaqələri olduğuna görə terrorçular siyahısına salıb.