Ukrayna Baş Qərargahı: "İki istiqamətdə Rusiyanın 10 hücumunun qarşısı alınıb"
“Rusiya Donetsk istiqamətindən artilleriya atəşi açmaqla yanaşı, aviazərbələr də endirib”.
“Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının yaydığı əməliyyat məlumatında bildirilib.
“Belarus ərazisindən Volınsk və Polessk istiqamətində raket və aviasiya zərbəsi təhlükəsi qalmaqdadır. Belarus Silahlı Qüvvələri cənub əməliyyat komandanlığı hərbçilərin sayını 80 minədək artırırmağı planlaşdırır”, - məlumatda qeyd olunub. İnformasiyaya əsasən, son sutkada Ukrayna Silahlı Qüvvələri Donetsk və Luqansk istiqamətlərindən Rusiya qoşunlarının 10 hücumunun qarşısını alaraq bir tankını, 3 artilleriya sistemini, 2 zirehli döyüş maşınını, bir avtomobilini və 2 sursat anbarını məhv edib. Ukraynanın Hava Hücumundan Müdafiə Qüvvələri qarşı tərəfin “Orlan” tipli 2 PUA-sını sıradan çıxarıb.
Baş Qərargah bildirib ki, qarşı tərəfin Donetsk vilayətində açdığı atəş nəticəsində 4 dinc sakin ölüb, 7-si yaralanıb.