Səudiyyə SEPAH-la əlaqəli şəxsləri terrorçu elan etdi
Dərc olunub:
7-06-2022, 11:43
Səudiyyə Ərəbistanının Təhlükəsizlik İdarəsi müxtəlif terror qruplaşmaları, o cümlədən SEPAH-la əlaqəli olan 13 şəxs və 3 qurumu terrorizmi maliyyələşdirən şəxs və təşkilatlar siyahısına əlavə etdiyini açıqlayıb.
Axar.az xəbər verir ki, Terrorçuluğun Maliyyələşdirilməsi ilə Mübarizə Mərkəzi tərəfindən hazırlanan bu siyahı Nigeriyada "Boko Haram" qruplaşmasını maliyyələşdirən 6 şəxsi, habelə Bəhreyndə SEPAH-ın dəstəklədiyi "Səraya əl-Əştər" və "Səraya əl-Muxtar" qruplaşmalarını da əhatə edir.
Adıçəkilən mərkəz sonda qeyd edib ki, bir Livan vətəndaşı və iki İran vətəndaşını da SEPAH-ın Qüds qüvvələri və Hizbullah silahlı qruplaşması ilə əlaqələri olduğuna görə terrorçular siyahısına salıb.