Papanın səhhəti pisləşib - İstefa verəcək
Dərc olunub:
7-06-2022, 10:49
Son bir neçə gün ərzində Vatikan dairələrində Papanın istefaya getməyə hazırlaşdığı barədə şayiələr yayılıb.
Bu söz-söhbət 85 yaşlı Papa Fransiskin səhhətindən qaynaqlanır.
Keçən yay yoğun bağırsağından əməliyyat olunan Papa Fransisk dizindəki problemlə əlaqədar son həftələrdə əlil arabasından istifadə edir.
İddialara görə, Papanın avqust ayında istefası gözlənilir.
Qeyd edək ki, Fransisk 2013-cü ildən Roma Papasıdır.