Nazir iş otağında güllələnib
Dərc olunub:
7-06-2022, 09:30
Dominikanın ətraf mühit naziri Orlando Xorxe Meru tanışı tərəfindən güllələnib.
Bu barədə ölkə prezidentinin mətbuat katibi Homero Fiqeroa məlumat verib.
Onun sözlərinə görə, nazirə atəş açan Miqel Krus adlı şəxs polis nəzarətinə götürülüb. Nazirin iş otağında güllələndiyi bildirilib.
Cinayətin motivləri barədə məlumat verilməyib.
Qeyd edək ki, Homero Fiqeroa dövlət başçısı adından mərhumun ailəsinə başsağlığı verib.