"Paşinyan bu yaramazların içərisində ən normalıdır…"Azərbaycanın apardığı strateji siyasət onu Avropa İttifaqından tutmuş, Misirə, Yaponiyaya qədər böyük bir ərazidə qəbul edilmiş fiqurantlarından birinə çevirmişdir.

Avrasiya.net xəbər verir ki, bunu sabiq spiker Rəsul Quliyev sosial səhifəsində yazıb.

Spiker qeyd edib ki, bu gün qətiyyətlə Azərbaycanın ərazi bütövlüyünün şübhə altında olmadığını (heç bir Qarabağsız) biz yox, artıq bütün dünya qəbul edib. Şuşa şəhərini Azərbaycanın mədəniyyət paytaxtı elan etmək və paytaxta uyğun rekonstruksiyalar etməklə keçmiş və gələcək tariximizi əbədiləşdirmək strateji planının çox böyük əhəmiyyəti var.

Ermənistanın baş naziri Azərbaycanda gedən proseslərin mahiyyətini anlayan yeganə siyasətçidir. O, Rusiyadan xilas olub Qərbə yaxınlaşmaq istəyir. Onu dəstəkləyən ermənilərdə bunu istəyir. Dünyada 20-ci əsrdə genosid olub. Hitler rejimi 6 miliyon yəhudini qətlə yetirib. Bu gün yəhudi milləti və höküməti alman xalqı və höküməti ilə ən yaxın münasibətdədirlər. Rusiyaya qarşı vuruşan - Türkiyə ordusuna arxadan müharibə açan erməni millətçilərinə qarşı vuruşan Türkiyəni genosiddə günahlandırmaq böyük şübhə altındadır.

ABŞ və Avropa İttifaqı (ola bilər Fransadan başqa) ölkələri Paşinyana Azərbaycan və Türkiyə ilə müqavilələr bağlamağı məsləhət görürlər. Paşinyan bu işi görmək istəyir. Ancaq Ermənistanın keçmiş yaramazları buna imkan verməməyə çalışırlar. Nə üçün? Yəni bu yazıqlar doğrudan Qarabağı qismən qaytaracaqlarına inanırlar. Düşünmürəm, buna inanmaq səviyyəsində uzun qulaqları olsun. İnanmırlar. Fikirləşirlər Putin bunları hakimiyyətə gətirmək üçün Qarabağı Azərbaycandan alıb bunlara verəcək. Bəlkə də doğrudan da bu səviyyədə düşünəcək əbləh və nadandırlar. Putin heç öz səfeh Yanukoviçini hakimiyyətə gətirə bilmədi...

Azərbaycan tək deyildir, arxasında ən azı Ukrayna ordusundan daha güclü Türkiyə dayanıb. Ukraynadan fərqli olaraq Türkiyənin NATO silahları var. Tanınmış Bayraktar dronları var!

Bu əbləhlər məgər Azəraycanın Orta Asiya dövlətləri və Qazaxstan arasında xüsusi hörmətə malik olduğunu bilmirlərmi?!

Azərbayan və Türkiyə kömək edib Paşinyanı Putinin əlindən qurtarmalıdır, çünki o bu yaramazların içərisində ən normalıdır…
Qanuni oğrular müharibəyə görə bakılı Namiqə qarşı toplaşdıKriminal aləmin əsas fiqurları avtoritetlər Rusiya-Ukrayna müharibəsinə görə Dubaya toplaşıblar.

Avrasiya.net Bakupost.az-a istinadən xəbər verir ki, toplantı ötən həftə qanuni oğru Badri Kutaiskinin təşkilatçılığı ilə baş tutub. Görüşə kriminal avtoritet Tariyel Oniani də gəlib.

Görüşdə bildirilib ki, ukraynalı qanuni oğruların ruslara qarşı döyüşlərdə, hərbi əməliyyatlarda könüllü iştirakı düzgün deyil.

Kriminal aləmdə istənilən halda dövlət və hakimiyyətlə əməkdaşlıq qəbul olunmadığına görə, Ukrayna rejimini də bu məsələdə avtoritetlər dəstəkləməyəcək.

Badri Kutaiski Ukrayna qanuni oğrularına orduya qoşulmamağı, döyüşlərə qatılmamağı barədə mesajı göndərib:

“Hökumət və oliqarxlar tərəfindən şirnikləndirici təkliflərə uyub, bu qərarı saymayanlar cəzalandırılacaq”.

Əldə olunan məlumata görə, görüşün əsas məqsədlərindən biri də “Xasanovskiy” və Namiq Bakinskiyə qarşı qüvvələri birləşdirməkdir. Bu barədə müəyyən razılıq əldə olunub.
Bakıda çörəyin içərisindən bolt çıxıb, araşdırmalara başlanılıbBakıda tanınmış marketlərin birində “Çörəkçi” adı ilə satılan məhsulun içərisindən dəmir parçaları - “bolt-qayka” çıxıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) "Report"un sorğusuna cavab olaraq bildirilib ki, bununla bağlı məlumat mediadan götürülərək araşdırılması üçün AQTA-da aidiyatı üzrə yönləndirilib.

Qeyd olunub ki, araşdırmalar aparılacaq və araşdırmaların nəticələri ilə bağlı ətraflı məlumat veriləcək: "Vətəndaşlardan xahiş edirik ki, bu kimi hallarla rastlaşdıqda konkret faktları - məhsulun adı, istehsalçısı, satış obyekti, istehsal tarixi və s. göstərməklə Agentliyin 1003 “Çağrı Mərkəzi”nə zəng edib məlumat versinlər".
Mingəçevirdə DƏHŞƏT - Ata doğma qızını dirəyə bağlayırmışMayın 10-u saat 12 radələrində Mingəçevir şəhərində yaşayan, 2003-cü il təvəllüdlü A.M.-in atası tərəfindən qanunsuz azadlıqdan məhrum edilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, araşdırmalarla 1978-ci il təvəllüdlü N.M.-in psixi xəstəlikdən əziyyət çəkən, kənar şəxslərin qulluğuna ehtiyacı olan qızını fiziki zor tətbiq edib döyməklə yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən dəmir dirəyə bağlamasına, həmçinin evin zirzəmisində saxlayıb aclığa məruz qoyub əzab verməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.6 (işgəncə verməklə əzab vermə) və 145.2.5-ci (qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə cinayət işi başlanıb. N.M. şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda iş üzrə istintaq tədbirləri davam edir.

Qeyd edək ki, Mingəçevirdə 19 yaşlı əqli qüsurlu qız atası tərəfindən işgəncələrə məruz qalıb. Beşuşaqlı ailə yanvar ayından şəhərin Samux küçəsində yerləşən fərdi təsərrüfatlardan birində kirayədə yaşayıb. Usta kimi çalışıb ailəsini dolandıran Ülman Bədəlovun qonşularla sıx münasibəti olmayıb. Ata 2003-cü il təvəllüdlü qızı - Nuranə Bədəlovanı günlərlə həyətdə dəmir dirəyə bağlı saxlayırmış. Hadisəsnin təkrarlandığını göən qonşular hüquq-mühafizə orqanlarını məlumatlandrıblar.
Bakıda bu yaşayış binası sökülür - FotoBakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə və İ.Talıblı küçələrinin kəsişməsində yerləşən binanın söküntüsünə başlanılıb. Hazırda sökülməkdə olan "xruşovka" tipli binanın yerində yaşayış və qeyri-yaşayış binasının tikintisi planlaşdırılır.

Avrasiya.net xəbər verir ki, bu barədə Trend-ə ərazidə yaşayan sakinlər deyib.

Xatırladaq ki, Yasamal Rayon İcra Hakimiyyətinin baş memarı Eyvaz Bağırov açıqlamasında bildirmişdi ki, mərhələli şəkildə həmin ərazidəki bir neçə bina söküləcək.

Qeyd edək ki, SSRİ-də ilk beşmərtəbəli "xruşşovka" bina 1957-ci ildə Moskvada inşa olunub. Bundan qısa müddət sonra SSRİ-nin bütün şəhərlərində bu panel binaların inşasına başlanılıb. Azərbaycanda isə "xruşşovka"ların tikintisinə 1959-cu ildə start verilib.
Ermənistanda əsgər güllələnərək öldürülübMayın 11-də Ermənistanın şərq istiqamətində yerləşən N saylı hərbi hissənin döyüş postlarından birində sıravi əsgər Argişti Armenoviç Yeqyanın meyiti aşkarlanıb.

“Report” xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 20 yaşlı əsgər sinəsindən güllə yarası alıb.

Faktla bağlı araşdırma aparılır.
Xaricdə təhsil alan 90 nəfərin diplomu tanınmadıAprel ayı üzrə 360 müraciətçinin 270-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 90 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Təhsildə Keyfiyyət Təminatı Agentliyindən Avrasiya.net-ə verilən məlumata görə, tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 42, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 25, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 13, digər səbəblər üzrə 10 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Türkiyə Respublikasından 128, Rusiya Federasiyasından 77, Ukraynadan 69, Gürcüstandan 23, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 15, digər ölkələrdən isə 48 müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 39, iqtisadiyyat üzrə 30, biznesin idarə edilməsi 24, tibb 20, menecment üzrə 18 nəfər müraciətçi qeydə alınıb. Bildirilib ki, sənədlərə ortalama baxılma müddəti 22 gün təşkil edib.
Türk düşmənləri İrəvanda müqavilə imzaladılarİrəvanda Ermənistan-Yunanıstan-Kipr hərbi əməkdaşlığının planlaşdırılması üzrə məsləhətləşmələr keçirilib.

Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Ermənistan nümayəndə heyətinə Müdafiə Nazirliyinin idarə rəisi Leon Ayvazyan, Yunanıstan nümayəndə heyətinə polkovnik Sokrat Serves, Kipr nümayəndə heyətinə isə polkovnik Lukas Hadjikonstantinos rəhbərlik edib.

Görüşdə Ermənistan, Yunanıstan və Kipr arasında ikitərəfli və üçtərəfli formatda hərbi əməkdaşlıq çərçivəsində son illər görülən işlərə nəzər salınıb, əməkdaşlığın perspektivləri müzakirə edilib.

Həmçinin regional təhlükəsizlik və beynəlxalq hadisələrlə bağlı bir sıra məsələlər müzakirə olunub. Ayvazyan Ermənistan-Azərbaycan sərhədində və Qarabağdakı vəziyyəti təqdim edərək, regionda sabitlik və sülhün bərqərar olması üçün səylərin zəruriliyini vurğulayıb.

Məsləhətləşmələr zamanı əldə olunan razılaşmalara əsasən, Ermənistan-Yunanıstan İkitərəfli Hərbi Əməkdaşlıq Proqramı və Ermənistan-Yunanıstan-Kipr Üçtərəfli Əməkdaşlıq Fəaliyyət Planı imzalanıb.

İmzalanan sənədlər Ermənistan, Yunanıstan və Kiprdə xüsusi təyinatlı qüvvələrin döyüş hazırlığı, sülhməramlılıq, hərbi tibb, mühəndislik və təcrübə və məlumat mübadiləsini əhatə edən onlarla fəaliyyəti nəzərdə tutur.
Kainat elə nizamla idarə olunur ki, bu dünyaya heç kim boşu boşuna doğulmurHər kəsin bu həyat da, bir missiyası var. Onun missiyası məhv olmaqda olan bir xalqı ayağa qaldırmaq ,axan qanı durdurmaq, sonra isə bir memar kimi bu dövləti qurmaq, yaratmaq idi. O, tariximizi yenidən yazdı. Elə bir tarix yazdı ki, Azərbaycan bayrağını elə yüksəklərə qaldırdı ki, bu bayraq əbədiyyətə qədər enməsin. Heydər Əliyev elə bir şəxsiyyət idi ki, o təkcə yaşadığı dövrdə deyil ondan sonrakı illərdə də, öz xalqını düşünürdü. Bunun üçün özü kimi qüdrətli bir şəxsiyyət yetişdirdi və öz xalqını yalnız ona, Ali Baş Komandan İlham Əliyevə əmanət etdi. O, bu fikrində yanılmamışdı, çünki ot öz kökü üstə bitər deyib atalarımız. İstər onu yetişdirənin şəxsiyyəti, istər genlərində olan vətən sevgisi, istərsə də doğuşdan olan bacarıqlar onun belə bir qüdrətli sərkərdə kimi formalaşmasına şərait yaratdı və Ulu Öndərin illər öncədən düşündükləri gerçəkləşdi, çünki o elə bir şəxsiyyət idi ki, hər şeyi dəqiqliklə düşünüb, neçə illər sonrasınıda görmə qabiliyyəti var idi.

Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən Ali Baş Komandanımız isə həm Ulu Öndərin, həm də, Azərbaycan xalqının ümidlərini doğrultdu. Bu gün Azərbaycan dünyada tanınan, inkşaf etmiş, müstəqil, ərazi bütövlüyü təmin edilmiş bir dövlətdir. Bu dövlətin memarı Ulu Öndərdir. Ruhun qarşısında baş əyirik, Azərbaycanı sevənin hər kəsin sevdiyi şəxsiyyət!

Ramil Əliyev "İnkşafa və islahatlara dəstək"İB sədri
Ukrayna qəhrəmanları sübut etdilər ki...Ceyhun Məmmədov: “Bu gün 50-dən çox soydaşımız ən qaynar nöqtələrdə Ukrayna uğurunda səngərlərdədir”

Rusiya Ukraynaya hərbi təcavüzündən iki ay ötür. Kreml istəyinə nail ola bilməsə də, Ukraynanın bir çox şəhəri dağıdılıb, ölkədə həyat sönüb, mülki əhali arasında ölüm, qaçqınların sayı artıb. Lakin ukraynalılar ümidlərini itirməyiblər, əli silah tutan hər bir vətənpərvər Rusiya işğalına qarşı səfərbər olunub. Vətənpərvər, mübariz ukraynalılar qələbə ümidi ilə vuruşurlar və bir çox hallarda buna nail olurlar. Xalq inanır ki, həmrəylik və birlik düşmənə ən sarsıdıcı və ağır zərbədir. Ukraynada yaşayan, bu ölkəni özlərinə ikinci vətən sayan azərbaycanlılar da Rusiyanın işğalına qarşı həmrəylik nümayiş etdiriblər. Aralarında canlarından keçəni də var, yaralanan da, qəhrəman olan da, Ukrayna ordusuna mənəvi dəstək göstərən də.

Ukrayna Azərbaycanlıları Radasının (UAR) baş katibi Ceyhun Məmmədovla söhbətimiz də elə bu mövzu üzərində qurduq.

- Rusiyanın Ukraynaya hərbi təcavüzündən iki ay ötür. Düzdür, Ukrayna ordusunun uğurları da var, amma vəziyyət gərgin olaraq qalır...

- Bu gün Rusiyanın Ukraynaya hərbi təcavüzündən iki ay deyil, 8 il 76 gün keçir. Bu müharibənin hər bir günü günahsız insanların faciəsi və eyni zamanda Ukrayna xalqının şücaət salnaməsidir. Ukrayna qəhrəmanları sübut etdilər ki, Putin Rusiyası uğursuzluğa düçar olmayacaq və məğlub edilməyəcək qədər böyük və güclü deyil. Ukrayna qəhrəmanları sübut etdilər ki, “sovet qardaşlığı” deyilən bir anlayış olmayıb, yoxdur və olmayacaq! Ukrayna qəhrəmanları sübut etdilər ki, nüvə silahına sahib olan dünyanın “ikinci” ordusu belə xalqın qarşısında dayana bilməz. Ukrayna uğrunda canından keçən və canından keçməyə hazır olan milyonlar sübut etdi ki, onlar vətənlərini və azadlıqlarını qoruyub gücləndirə biləcəklər. Onlar ukraynalıların igidliyini və imperialist rusların isə alçaqlığını bütün dünyaya bir daha sübut etdilər. Bu gün “Biz ukraynalıyıq” sözü dünyanın ən tanınmış və hörmət olunan bir brendinə çevrilib. Ukrayna xalqı azad dünyanın avtoritarizmə qarşı mübarizəsinin lideri olduğunun fərqindədir və bu missiyanı uğurla başa çatdıracağna artıq kimsənin şübhəsi yoxdur.

- Ukraynada yaşayan digər xalqların nümayəndələrinin Rusiyanın təcavüzünə münasibəti necədir, bu haqda nələr eşidirsiz?

- Ukraynada yaşayan və sağlam düşüncəyə sahib olan hər kəs milliyətindən və dini mənsubiyyətindən asılı olmayaraq ukraynalıların yanındadır. Özümüzdən götürək, burada yaşayan azərbaycanlıların ən böyük birliyindən biri olan Ukrayna Azərbaycanlıları Radası müharibənin aktivləşdiyi ilk gün bəyanatla çıxış edərək Ukrayna dövlərini və xalqını dəstəklədi. Müharibənin sonrakı gedişində də bunu əməli olaraq göstərdik və göstərməyə də davam edirik. Hansı təşkilatda təmsil olunmağından asılı olmayaraq bütün azərbaycanlılarımız həm orduya, həm də ehtiyacı olanlara humanitar yardımlarını davam etdirir. Savaşın ilk günlərində, ərzaq qıtlığının olduğu zamanlarda UAR ofisində Kiyev Azərbaycanlıları Konqresinin sədri, UAR İdarə Heyətinin üzvü Oleq Krapivin tərəfindən Kiyev əhalisinə ərzaq yardımları göstərilməyə başladıq. Bu proses demək olar ki, bütün regionlara da yayıldı - Odessa, Poltava, Lvov, Çerkası və digər regionlarda diasporumuz tərəfində Ukrayna xalqına və ordusuna dəstək verilir. Bu proses dayanmayıb hətta daha da sistemləşib.

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, UAR İdarə Heyətinin üzvü Hikmət Cavadov da Bakıdan Kiyevə tibbi ləvazimatlardan ibarət humanitar yardım göstərib. Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun fəxri sədri Oqtay Əfəndiyevin gördüyü işlərin miqyası da çox böyükdür. Ukrayna ordusuna üç milyon qriven yardım etməsinin yanında onun rəhbərliyi ilə mütəmadi olaraq əhaliyə ərzaq yardımı göstərilir.
Bu arada heç bir duaspor təşkilatında təmsil olunmayan iki soydaşımızın xidmətini də xüsusi olaraq qeyd etməliyəm - Anar Rəfiyev və Mətləb Mustafayev. Bu iki qəhərəman Azərbaycan övladı da həm soydaşlatımızın təxliyəsində, həm də ukraynalılara yardımda çox önəmli işlər görüblər və görməyə də davam edirlər.

UAR baş katibi olaraq mən də bu proseslərin içindəyəm, müxtəlif yardım qrumlarına dəstək verirəm. Hətta bu yaxınlarda Ukraynanın Prezidenti ofisi tərəfindən mənə Fəxti Fərman verildi. İşlərimizi qiymətləndirdiyinə görə Ukrayna Prezidentinin Müdafiəçilərinin Hüquqları üzrə Müşaviri Alena Verbitskaya sizin vasitənizlə də bir daha təşəkkür edirəm!

Bundan əlavə Ukraynada fəaliyyət göstərən bünün müsəlman diasporaları ilə birlikdə Ukraynanın Etnosiyasət və Vicdan Azadlığı üzrə Dövlət Xidmətinin sədri Olena Boqdanın rəhbərliyi ilə 2 forum keçirdik. Bu formlarda dünyanın nüfuzlu təşkilatlarına müraciətlər qəbul olundu.

- Ukraynada yaşayan bir çox azərbaycanlı da bu müharibədə Ukraynanın haqq işinə qatıldı, ölkəni müdafiəsinə qalxdı...

- Bu gün 50-dən çox soydaşımız ən qaynar nöqtələrdə Ukrayna uğurunda səngərlərdədir. Bunlardan iki nəfər - Raqif Əliyev və Məcid Əbdülqafarov Ukrayna prezidenti Vladimir Zelenski tərəfindən “İgidliyə görə” ordeni ilə təltif ediliblər. Bizdə olan məlumatlara görə 10 soydaşımız Ukrayna uğurunda şəhid olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

- Ümumiyyətlə, bu müharibədə Azərbaycan hökumətinin Ukraynaya humanitar yardımı ölkə rəhbərliyi, xalqı tərəfindən necə qarşılanır.

- Müharibə başlayandan Azərbaycan Ukrayna xalqına humanitar yardım məqsədilə təcili və təxirəsalınmaz hallarda tibbi yardımın göstərilməsi üçün dərman vasitələri və tibbi sərf, eləcə də ərzaq və qida məhsullarından ibarət yardımlar edib. Bu, Ukraynada çox yüksək qiymətləndirilir. Ukrayna prezidenti bir neçə dəfə özü bu yardımların nə qədər effektli olması barədə danışıb və prezidentimizə və xalqımıza təşəkkür edib. Bununla da Ukrayna xalqı Azərbaycanın humanist, sülhsevər bir ölkə olduğunun bir daha şahidi oldu. Ukraynalılar arasında ölkəmizə, xalqımız sevgi, hörmət artıb.

- UAR bu zaman kəsiyində soydaşlarımızın vətənə köçürülməsi prosesində nə kimi fəaliyyət göstərib..

- Savaşın ilk günlərindən etibarən “qaynat xətt” yaradıldı. Gündə 500-700 arası zənglər gəlirdi. Bütün regionlarda olan təşkilatlarımızla birlikdə soydaşlarımızın təxliyəsini həyata keçirməyə başladıq. UAR-ın təşkilatçılığı ilə 20000-ə yaxın soydaşımız təxliyə olundu. Bu məsələdə başda Oleq Krapivin olmaqla bütün diaspor təşkikatlarımız mütəşəkkil fəaliyyət göstərdilər.

- Ukraynadakı ermənilərin Rusiyanın hərbi təcavüzünə baxışı necədir, onlar hansı tərəfi dəstəkləyir.

- Burada yaşayanlar əsasən Ukraynanı dəstəkləyir. Axı özləri də müharibədən ziyan görürürlər. Amma bu məsələdə Erməistanın mövqeyi hər zamankı kimi yenə zalımın yanındadır.

- Ümumiyyətlə, müharibədə hansı tərəfin məğlub ola biləcəyi ilə bağlı fikirləriniz...

- Bu Ukraynanın azadlıq mübarizəsi ilə yanaşı qeyd etdiyim kimi azad dünya ilə avtoritarizmin mübarizəsidir. Təbii ki, bu mübarizənin haqqın - Ukraynanın qələbəsi ilə başa çatacağına heç kimdə şübhə yoxdur. Bütün sivil dünya Ukrayna üçün, azad dünyanın qorunması üçün birləşib. Amerikanın Ukraynaya ayırdığı 33 mld lend-liz buna əyani sübutdur. Bir də onu deyim ki, Azərbaycan işğalın, müharibənin nə olduğunu görüb. Biz də 30 ilə yaxın məlum hegemon dövlətlərin dəstəyi ilə ermənilərin işğalına məruz qalmışdıq. Bu 30 ildə dünya erməni işğalına göz yumdu, ancaq kağız üzərində bəyanatlar verildi. Hətta deyərdim ki, işğalçıya dəstək göstərildi. Azərbaycana heç bir yardım göstərilmədi. Nəhayət, Müzəffər Ali Baş Komandanımızın uzaqgörən və müdrik siyasəti, Ordumuzun gücü nəticəsində Azərbaycan işğal altında qalan torpaqlarımızı azad etdi. Xalq-Hakimiyyət-ordu birliyi, həmrəyliyi bizim işğalçı üzərində qələbəmizlə nəticələndi. Düzdür, bu gün dünya Ukraynaya kömək edir. Bir çox ölkə Kiyevi silahla təmin edir. Amma iş bununla bitmir. Xalqda mübarizlik, qələbəyə inam, ruh yüksəkliyi yoxdursa, müharibədə qalib gəlmək mümkün olmayacaq. İnanıram ki, Azərbaycanda olduğu kimi Ukraynada da xalq-hakimiyyət-ordu həmrəyliyi, xalqın mübarizliyi nəticəsində Rusiya məğlub olacaq.

Allah Ukraynamızı qorusun!

"Xalq Cəbhəsi"