Sizin Reklam Burada

Təbrizdə çıxan “Sorxab” qəzetində ulu öndər Heydər Əliyev haqqında məqalə dərc olunub

Təbrizdə çıxan “Sorxab” qəzetində ulu öndər Heydər Əliyev haqqında məqalə dərc olunubTəbrizdə nəşr olunan “Sorxab” qəzetində “Azərbaycan Respublikasının intibah tarixində Heydər Əliyev fenomeni” sərlövhəli məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən bəhs olunur. Məqalədə qeyd olunub ki, may ayının 10-u ulu öndər Heydər Əliyevin anadan olduğu gündür. O, müstəqil Azərbaycan Respublikasının siyasi, iqtisadi əsaslarını yaradıb, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirmiş fenomen şəxsiyyət kimi çağdaş tariximizdə əbədiyaşarlıq qazanaraq hələ sağlığında canlı əfsanəyə çevrilib. Məhz dünya miqyaslı ictimai-siyasi xadim Heydər Əliyevin böyük əməyi, qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan dövləti qurulub və dünyada öz layiqli yerini tutub.

Ulu öndər Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycan Sovet Sosialist Respublikasının və 1993-2003-cü illərdə müstəqil Azərbaycan Respublikasının rəhbəri kimi gördüyü misilsiz işlər xalqının yaddaşında həmişəlik qalacaqdır. Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində iqtisadiyyat, sənaye və kənd təsərrüfatında, mədəniyyət və təhsil sahəsində böyük uğurlar əldə edilmiş, çoxsaylı sənaye müəssisələri, mədəniyyət və təhsil ocaqları, tibb müəssisələri inşa edilmiş, yeni yaşayış massivləri salınmış, yollar tikilmiş, ucqar rayonlara qaz xətləri çəkilmişdir.

Ulu öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycan Respublikasına rəhbərliyi isə dövlətçilik tariximizin ən şanlı səhifələrini təşkil edir. 1993-cü ildə Heydər Əliyevin xalqın təkidli tələbi ilə Azərbaycan Respublikasında siyasi hakimiyyətə qayıdışından sonra qısa zamanda dövlətçiliyin qorunması üçün həyati əhəmiyyətə malik olan ictimai-siyasi sabitlik təmin olundu, ölkənin potensial imkanları, milli mənafeləri, qlobal iqtisadi meyillər, geosiyasi reallıqlar və bir çox digər amillər nəzərə alınmaqla Azərbaycan Respublikasının inkişaf strategiyası hazırlandı. Ümummilli Lider Azərbaycan Respublikasını böyük bəlalardan, müstəqilliyini itirməkdən və bir dövlət olaraq yox olmaq təhlükəsindən xilas etdi, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, iqtisadiyyatının yenidən qurulması və dirçəlməsinə, ölkənin beynəlxalq nüfuzunun artması və mövqelərinin möhkəmlənməsinə nail oldu.

Məlumdur ki, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətində Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad olunması xüsusi yer tuturdu. Bu mühüm missiyanı onun siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev tamamladı. Ölkə başçısının həyata keçirdiyi qüdrətli dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi, vətənpərvərliyi sayəsində 44 gün davam edən Vətən müharibəsində torpaqlarımız erməni işğalçılarından təmizləndi, ölkəmizin ərazi bütövlüyü təmin olundu.

Torpaqlarımızın işğaldan azad olunması nəticəsində Azərbaycan-İran dövlət sərhədinin bərpası müxtəlif sahələrdəki mövcud potensialdan tam şəkildə yararlanmağa, nəqliyyat-kommunikasiya dəhlizlərinin gerçəkləşdirilməsində birgə iştiraka əlverişli şərait yaradıb. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ulu öndər Heydər Əliyevin siyasi kursunun davamının nəticəsidir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər