Kainat elə nizamla idarə olunur ki, bu dünyaya heç kim boşu boşuna doğulmur
Hər kəsin bu həyat da, bir missiyası var. Onun missiyası məhv olmaqda olan bir xalqı ayağa qaldırmaq ,axan qanı durdurmaq, sonra isə bir memar kimi bu dövləti qurmaq, yaratmaq idi. O, tariximizi yenidən yazdı. Elə bir tarix yazdı ki, Azərbaycan bayrağını elə yüksəklərə qaldırdı ki, bu bayraq əbədiyyətə qədər enməsin. Heydər Əliyev elə bir şəxsiyyət idi ki, o təkcə yaşadığı dövrdə deyil ondan sonrakı illərdə də, öz xalqını düşünürdü. Bunun üçün özü kimi qüdrətli bir şəxsiyyət yetişdirdi və öz xalqını yalnız ona, Ali Baş Komandan İlham Əliyevə əmanət etdi. O, bu fikrində yanılmamışdı, çünki ot öz kökü üstə bitər deyib atalarımız. İstər onu yetişdirənin şəxsiyyəti, istər genlərində olan vətən sevgisi, istərsə də doğuşdan olan bacarıqlar onun belə bir qüdrətli sərkərdə kimi formalaşmasına şərait yaratdı və Ulu Öndərin illər öncədən düşündükləri gerçəkləşdi, çünki o elə bir şəxsiyyət idi ki, hər şeyi dəqiqliklə düşünüb, neçə illər sonrasınıda görmə qabiliyyəti var idi.
Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən Ali Baş Komandanımız isə həm Ulu Öndərin, həm də, Azərbaycan xalqının ümidlərini doğrultdu. Bu gün Azərbaycan dünyada tanınan, inkşaf etmiş, müstəqil, ərazi bütövlüyü təmin edilmiş bir dövlətdir. Bu dövlətin memarı Ulu Öndərdir. Ruhun qarşısında baş əyirik, Azərbaycanı sevənin hər kəsin sevdiyi şəxsiyyət!
Ramil Əliyev "İnkşafa və islahatlara dəstək"İB sədri