MHP sədri baş redaktoru təbrik etdiMilli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov Avrasiya.net saytının baş redaktoru Cavid Şahverdiyevi rəhbərlik etdiyi media qurumunun yaradılmasının 10 illiyi münasibətilə təbrik edib.

MHP mətbuat xidməti xəbər verir ki, təbrik məktubunda deyilir:

“Hörmətli Cavid müəllim,

Bu gün qurucusu olduğunuz xəbər saytı üçün olduqca əlamətdar gündür. Belə ki, bu gün Avrasiya.net saytının 10 yaşı tamam olur.

Ötən 10 ildə Azərbaycan çox böyük bir inkişaf yolu keçib və bu illər ərzində saytınız da Azərbaycanla birlikdə böyüyüb, inkişaf edib.

Bu gün Avrasiya.net saytı ölkədə ictimai rəyin formalaşmasında mühüm rol oynayan KİV-lərdən biridir. Azərbaycanın haqq səsini dünyaya duyurmaq və milli həmrəyliyimizə töhfə vermək işində də Avrasiya.net saytının özünəməxsus rolu və yeri var. İnanıram ki, gələcəkdə daha böyük uğurlara imza atacaqsınız.

Sizi və saytınızın kollektivini 10 illik yubiley münasibətilə Milli Həmrəylik Partiyasının üzvləri adından və şəxsən öz adımdan təbrik edir, fəaliyyətinizdə uğurlar diləyirəm".

Hörmətlə:
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Siyızəndə voleybol üzrə rayon birinciliyi keçirilibAprelin 22-də şəhər 2 saylı tam orta məktəbin idman zalında Siyəzən Rayon Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünü münasibəti ilə 2005-2006-cı il təvəllüdlü oğlanlar arasında voleybol üzrə rayon birinciliyi keçirilib.

Tədbirin açılış mərasimində Gənclər və İdman İdarəsinin rəisi Nadir Məmmədov və Təhsil Şöbəsinin müdiri Pərvin Ağasıyev çıxış edərək yarışın məqsədləri haqqında məlumat veriblər və iştirakçı komandalara uğurlar arzulayıblar.

Siyəzən rayonunda voleybol idman növünün təbliği və inkişaf etdirilməsi, gənclərin idmanın bu növünə marağının artırılması, gənclər arasında idmanın kütləviliyinə nail olunması və sağlam həyat tərzinin təbliğ edilməsi, həmçinin perspektivli idmançıların üzə çıxarılması məqsədi daşıyan birincilikdə 8 komanda iştirak edib. Olimpiya sistemi üzrə təşkil olunan yarışın nəticəsinə əsasən Böyük Həmyə kənd tam orta məktəbin komandası I, şəhər 2 saylı tam orta məktəbin komandası II, Yenikənd kənd tam orta məktəbin komandası III olub. Yer tutan komandalar fəxri fərmanlarla təltif ediliblər.




#ÜmmilliLider99 #voleybol #SiyəzənGİİ #Gənclərİdman #Azərbaycanİdmanı #AZEsport #idman #sağlamhəyat
“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi hesabat verdiAprelin 21-də “Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “İnsan alveri ilə mübarizədə qiymətləndirmə amili və onun əhəmiyyəti” layihəsinin yekun tədbiri keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin layihələrin idarə edillməsi üzrə menecer Fuad Rzazadə, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməliyyat müvəkkili Ruslan Əliyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin direktoru Həbibə Qəribova, tanınmış QHT rəhbərləri və KİV nümayəndələri iştirak ediblər.

“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri, Daxili işlər nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə birbaşa tabe olan İnsan Alveri Qurbanları üçün Sığınacağın direktoru Gülaya Səfərova çıxış edərək diqqətə çatdırdı ki, tədbirin keçirilməsində məqsəd 2018-ci illər və 2022-ci ilin birinci rübü də daxil olmaqla, bu illər ərzində insan alveri ilə mübarizə sahəsində xidmət göstərən qurumlarla əməkdaşlıq sayəsində insan alveri qurbanlarına göstərilən xidmətin kəmiyyət və keyfiyyətinin göstəricilərinin nəticələrini, eyni zamanda layihə çərçivəsində Astara, Şəmkir, Xaçmaz rayonlarında insan alveri qurbanları ilə bağlı əhalinin məlumatlılığının öyrənilməsi məqsədilə keçirdiyimiz sorğuların cavablarını ictimaiətə təqdim etməkdir.

Layihənin icra planına uyğun olaraq ölkədə insan alverinin səviyyəsi və sosial reabilitasiya ilə bağlı kəmiyyət və keyfiyyət qiymətləndirilməsinin nəticələr müzakirə edildi.

Milli Elmlər Akademiyasının elmi işçisi, sosioloq Vəfa Saleh aparılan tədqiqatın nəticələrini tədbir iştirakçılarının diqqətinə çatdırdı. Bildirdi ki, Astara, Şəmkir və Xaçmazda keçirilən sorğulara 147 nəfəri qadın, 153 nəfəri kişi olmaqla 300 nəfərə yaxın insan qatılıb.

Vəfa xanımın sözlərinə görə, sorğunun keçirilməsində əsas məqsəd əhalinin insan alveri ilə bağlı məlumatlılıq səviyyəsini öyrənmək olub:

“Araşdırmalar zamanı bildik ki, əhalinin böyük bir hissəsi məlumatı kütləvi informasiya vasitələrindən, digər hissəsi isə İnsan Alverinə qarşı Mübarizə İdarəsindən, polislərdən alıblar. Araşdırmalar göstərdi ki, daha çox QHT-lərin və digər qurumların bu işlərdə aktiv iştirakı vacibdir. Çünki bu sahədə yalnız kütləvi informasiya vasitələri və polis aktiv olmalı deyil. Cəmiyyətin digər qrupları da bunda iştirak etməlidir.

Onu da deyim ki, apardığımız tədqiqatlardan aydın oldu ki, 2018-ci ildən indiyədək orta məktəblərdə 85 mindən çox insan maarifləndirilibdir. Sadəcə olaraq 2020-ci ildən pandemiya ilə əlaqədar orta və ali məktəblərdə insanların toplanmasının qarşısının alınmasından sonra bu say bir az aşağı düşüb. Buna baxmayaraq, maarifləndirmə işləri müxtəlif sahələrdə bukletlər və digər vasitələrlə davam etdirilib”.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin layihələrin idarə edillməsi üzrə menecer Fuad Rzazadə bildirdi ki, Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 19 aprel 2021-ci ildə Azərbaycan Respublikasının fərmanı ilə yaradılıb.

O, qeyd etdi ki, QHT Agentliyi daim ən mühüm mövzuların Qrant müsabiqələrində yer almasına diqqət edir:

“2021-ci il üzrə elan edilmiş Qrant müsabiqəsi zamanı ümumilikdə 415 QHT Qrant müsabiqəsinin qalibi olub və 411 QHT üçün 3 milyon 769 min 300 manat məbləğində qrant vəsaiti ayrılıb”.

Qeyd edək ki, tədbir qonaqların mövzu ətrafında müzakirəsi ilə davam edib. QHT rəhbərləri “İnsan alveri ilə mübarizədə qiymətləndimə amili və onun əhəmiyyəti” layihəsi əsasında təşkil olunan bu tədbiri yüksək dəyərləndirdilər. Çıxışçılar bildirdilər ki, yaşadığımız gərgin reallıqlarda insan alveri ilə bağlı mübarizə, xüsusən də sadə vətəndaşların rayon və kəndlərədə maarifləndirilməsi işi çox mühüm əhəmiyyət kəsb edir. QHT rəhbərləri cəmiyyətdə olan bir çox problemlərə diqqət çəkərək, belə maarifləndirici tədbirlərin davamlı olmasını vacib saydılar.

Sonda insan alveri ilə mübarizədə xidmətləri olan dövlət nümayəndələrinə, QHT rəhbərlərinə və mətbuat rəhbərlərinə təşəkkürnamələr təqdim edildi.
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın növbəti iclası keçirilib Dövlət Miqrasiya Xidmətində İctimai Şuranın 2022-ci ilin yanvar-mart ayları üzrə görülmüş işlərə dair hesabat iclası keçirilib. İclasda cari ilin fəaliyyət planı və İctimai Şura yanında fəaliyyət göstərən işçi qrupların müvafiq dövrü əhatə edən hesabatları dinlənilib, görülən işlərlə bağlı fikir mübadiləsi aparılıb, bu ilin ikinci rübündə icrası nəzərdə tutulan tədbirlər müzakirə edilib.

İclası giriş sözü ilə açan İctimai Şuranın sədri Azər Allahverənov bildirib ki, son 3 ayda Şura üzvlərinə müraciət edən 100-ə yaxın miqranta zəruri hüquqi məsləhətlər verilib, ehtiyacı olan şəxslərə müxtəlif istiqamətlərdə məlumat dəstəyi göstərilib. Qeyd olunub ki, İctimai Şuranın nəzdində fəaliyyət göstərən işçi qruplar son rüb üzrə vəzifələriniuğurla icra ediblər. Daxil olan müraciətlərlə bağlı təhlilin nəticələrinə diqqət çəkən Azər Allahverənov xüsusilə vurğulayıb ki, qaldırılan həmin məsələlər İctimai Şura qarşısında yeni çağırışlar yaradır. Növbəti mərhələdə ictimai nəzarətin daha konseptual və sistemləşdirilmiş şəkildə həyata keçirilməsində maraqlı olan İctimai Şura üzvləri yeni fəaliyyət istiqamətləri ilə bağlı bir sıra təkliflər irəli sürüblər.

Sonda müzakirəyə çıxarılan məsələlərin əhəmiyyətinə toxunan Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəis müavini Kəyan Hacıyev İctimai Şura tərəfindən fəaliyyət planına uyğun icrası nəzərdə tutulan tədbirlərlə bağlı fikirlərini bölüşüb.
“İnternat məzunlarının peşə təhsilinə cəlb edilməsinə dəstəyin göstərilməsi” layihəsi başa çatıbAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə ilə “SAF Həyat Naminə” Gənclər İctimai Birliyinin 01 fevral 2022-ci il tarixindən həyata keçirməyə başladığı “İnternat məzunlarının peşə təhsilinə cəlb edilməsinə dəstəyin göstərilməsi” adlı layihə artıq icra planına uyğun olaraq fəaliyyətləri başa çatdırmışdır. Layihənin yekunları haqqında məlumatları və fikirlərini layihə rəhbəri Dinara Bayramlı bizimlə bölüşərək aşağıdakıları bildirmişdir.

Layihə rəhbərinin fikirlərinə görə layihənin əsas məqsədi olan “internat təhsili müəssisələrinin məzunları haqqında cəmiyyətin məlumatlandırılması, və onların məşğulluğunun təmin olunması üçün TV-lərin rolunun artırılması” çərçivəsində “Məzun evi”ndə yaşayan 100 nəfərə yaxın internat məzunları arasında sorğu keçirilərək, onların problemləri haqqında məlumatlar toplanıldı. Toplanmış məlumatlar əsasında layihə çərçivəsində “Xəzər” Media Mərkəzində keçirilməsi nəzərdə tutulan və peşəkat təlimçi Teymur Məmmədov tərəfindən həyata keçirilən 5 günlük təlimin proqramı hazırlandı. Təlimdə 30 nəfər inernat təhsil müəssisələrindən məzunlar iştirak edərək, proqram üzrə nəzərdə tutulan məlumatları mənimsəməyə çalışıblar. Təlimlər zamanı “Xəzər” Media Mərkəzinin əməkdaşı, müxtəlif televiziya verilişlərinin prodüsseri Leyla Səfərovanın bələdçiliyi ilə gənclər üçün televiziyanın müxtəlif studiyaları və çəkiliş pavilyonlarına, həmçinin Araz FM, Xəzər FM radiolarına mediaturlar təşkil olunub. Turlar zamanı məzunlar müxtəlif televiziya verilişləri və radio proqramlarının aparıcıları ilə görüşüb söhbət ediblər. Belə ki, televiziya proqramlarının aparıcıları Lalə Azərtaş, Tural Əsədov, Ağakərim Şamidzadə, baş ssenarist Valeh Əhmədov, baş operator Coşqun Əzimovla görüşlər gənclərin böyük marağına, sevincinə səbəb olub. Onlar aparıcılara müxtəlif suallarla müraciət ediblər və şəkillər çəkdiriblər. Həmçinin televiziya işçilərinin iş prinsipləri ilə yaxından tanış olublar. Təlim iştirakçıları eyni zamanda Araz FM radionun rəhbəri Fərid Dadaşov, Xəzər FM radionun rəhbəri Denis Mayorov məzunlarlarla görüş zamanı onların radioya olan maraqlarını, ümumiyyətlə, radio dinləyicisi olaraq radioda işləmək istəklərini öyrənməyə çalışıblar. Gənclərin çox sevdiyi əyləncə verilişi olan “Comedyxana”-nın aktyorları Həsrət Həsrətov və Zarina Qurbanova öz sənətləriylə bağlı fikirlərini və sənət yolları haqqında gənclərimizlə bölüşüblər.

Təlimlərin sonuncu günündə iştirakçılarla “Xəzər” Media Mərkəzinin rəhbəri Murad Dadaşovun görüşü baş tutub. Görüş zamanı Murad Dadaşov gənclərə peşə seçimiylə bağlı öz tövsiyyələrini verib. Təlim iştirakçıları Murad Dadaşovla şəkillər çəkdirib və “Xəzər” Media Mərkəzinin rəhbərinə təlimlərin və mediaturların keçirilməsinə şərait yaradıldığına görə təşəkkür ediblər. Gənclər yüksək səviyyəli motivasiya ilə belə təlimlərin tez-tez keçirilməsini dilə gətiriblər.

Dinara Bayramlı onu da qeyd edib ki, təlim iştirakçıları “Xəzər” Media Mərkəzinə xüsusi nəqliyyat vasitəsilə gətiriliblər və təlimdən sonra eyni nəqliyyat vasitəsilə geri qaytarılıblar. Təlim zamanı iştirakçılar çay-kofe və yeməklə təmin olunublar.

Yekun olaraq layihənin icrası zamanı və təlimlərdə, mediaturda aktiv iştirak edən hər bir məzuna “powerbank” hədiyyə olunub. Beləliklə, layihənin icrası yekunlaşıb.
Zeynəb Xanlarovanın bacısı oğluna hökm oxunduXalq artisti Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Axar.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Çingiz Səfərov 3 il 6 ay, sabiq icra nümayəndəsi Rahil Babayev 2 il azadlıqdan məhrum edilib.

Hökmə əsasən, polisin nəzarəti altında verilmiş Daşqın Nəsirov 5 il 6 ay şərti cəza verilib. Bundan başqa, ev dustaqlığında olan Eldar Mirzəyevlə Zəfər Abdulovun hər biri isə 1 il 6 ay sınaq müddəti olmaqla 3 il şərti olaraq azadlıqdan məhrum olunub.

Qeyd edək ki, Türkan qəsəbə sakinləri Xumara Şabanova və Əzizxanım Atayevaya məxsus torpaq sahələrinin saxta sənədlər hazırlanmaqla qanunsuz satılması faktı ilə bağlı prokurorluq orqanları tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi başlanıb.

Aparılmış istintaqla fərdi qaydada torpaq alqı-satqısı ilə məşğul olan Çingiz Səfərov, Qərib Nadirov və Daşqın Nəsirovun təhriki ilə Xəzər RİH-nin başçısının Türkan qəsəbəsi üzrə sabiq nümayəndəsi Rahil Babayev və bələdiyyənin sabiq sədri Mehman Ağayevin, eləcə də ləğv edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin sabiq rəisi Zəfər Abdulovun, sabiq rəis müavini Eldar Mirzəyevlə qabaqcadan əlbir olub öz qulluq səlahiyyətlərindən sui-istifadə edib paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsində dəniz sahilində yerləşən ümumilikdə 1.12 ha ölçüdə, 190 min manat dəyərində torpaq sahəsinin ayrı-ayrı şəxslərin qanunsuz mülkiyyətinə vermələrinə əsaslı şübhələr müəyyən edilib.

İstintaq zamanı Ç.Səfərov, Qərib Nadirov və D.Nəsirov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq - külli miqdarda), 320.2 (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama və ya istifadə etmə) və başqa maddələri ilə, Rahil Babayev, M.Ağayev, Z.Abdulov və E.Mirzəyev isə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və başqa maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.

Təqsirləndirilən R.Babayev və Ç.Səfərov barəsində məhkəmənin qərarı ilə həbs, D.Nəsirov barəsində həbsə alternativ olan ev dustaqlığı, Z.Abdulov və E.Mirzəyev barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, M.Ağayev və Qərib Nadirov isə istintaq orqanının çağırışlarına gəlməkdən qəsdən boyun qaçırdıqlarına görə barələrində axtarış elan edilib.

29.04.2021-ci il tarixdə cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edilməlidir ki, axtarışa elan edilmiş M.Ağayev və Q.Nadirov barəsində cinayət işi ayrıca icraata ayrılaraq hazırda Baş Prokurorluğun İstintaq idarəsində istintaqı davam etdirilir.

Xatırladaq ki, D.Nəsirov Xalq artisti, Milli Məclisin sabiq deputatı Zeynəb Xanlarovanın bacısı oğludur.
Azərbaycanda son sutkada 12 nəfər koronavirusa yoluxub, ölən olmayıbAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına 12 yeni yoluxma faktı qeydə alınıb, 18 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, ölüm faktı qeydə alınmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 457 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 621 nəfər müalicə olunaraq sağalıb, 9 707 nəfər vəfat edib. 129 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 331, bu günə qədər isə ümumilikdə 6 788 729 test icra olunub.
Xalqları birləşdirən ortaq mədəni irs və ortaq tarixAzərbaycan və qırğız xalqları tarix, dil, din və mədəni dəyərlər baxımından bir-birinə çox sıx tellərlə bağlıdırlar. Bu iki xalq arasında münasibətlər tarixin dərinliklərinə gedib çıxır. Qırğızıstanda 20 minə qədər azərbaycanlı yaşayır. Qırğızıstanda yaşayan azərbaycanlıların əksəriyyəti 30-cu illərin repressiyaları zamanı Azərbaycandan sürgün olunanlar və onların övladlarıdır. Qırğızıstandakı Azərbaycan diasporunun nümayəndələri ölkənin biznes sahəsində, iqtisadiyyatın digər sahələrində fəal iştirak edirlər. Öz tarixi yurdlarından ayrı yaşamalarına baxmayaraq, Qırğızıstanda yaşayan azərbaycanlılar dil və adətlərini qoruyub saxlayıblar.

Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlər 19 yanvar 1993-cü ildə qurulub. Lakin bu əlaqələr ilk vaxtlar özünün intensivliyi ilə seçilməyib. 1 aprel 2002-ci ildə Qırğızıstan Azərbaycanda Fəxri Konsulunu təyin edib. 16 may 2007-ci ildə Azərbaycan Respublikasının Qırğızıstanda səfirliyi açılıb, 18 yanvar 2008-ci ildə isə Qırğızıstan Azərbaycana yeni səfirini təyin edib. Müstəqilliyin ilk illərində Azərbaycan-Qırğızıstan əlaqələri Mərkəzi Asiyanın digər türk dövlətləri ilə olduğu kimi, əsasən, beynəlxalq və regional təşkilatların işində əməkdaşlıq çərçivəsində həyata keçirilib. İkitərəfli münasibətlərin genişlənməsində isə ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub.

1993-cü ilin dekabrında Türkmənistanda MDB Dövlət Başçıları Şurasının iclası zamanı Azərbaycan Prezidenti Heydər Əliyevlə Qırğızıstan prezidentinin ikitərəfli görüşü keçirilib. Görüş zamanı iki ölkə arasında münasibətləri möhkəmlətmək üçün ənənələrin, mədəniyyətin, dinin ümumiliyi, dil yaxınlığı kimi möhkəm bünövrənin olduğu vurğulanıb.

Azərbaycan Prezidenti Heydər Əliyev 1995-ci ilin avqustunda Türkdilli Dövlət Başçılarının üçüncü sammitində iştirak etmək üçün Qırğızıstana gedib. Ölkə başçısı Qırğızıstan Prezidenti Əsgər Akayevlə görüşüb. Görüş zamanı iki dövlət arasında əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı məsələlərin müzakirəsinə ciddi ehtiyac olduğu bildirilib. Görüşdə həmçinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması ilə əlaqədar aparılan danışıqlardan da geniş bəhs edilib. Səfər çərçivəsində Heydər Əliyev Bişkekdə Manas dastanının 1000 illik yubileyinə həsr edilmiş bayram tədbirlərində iştirak edib.

1997-ci il aprelin 23-də Qırğızıstan prezidenti Əsgər Akayev Azərbaycan prezidenti Heydər Əliyevin dəvəti ilə Azərbaycana ilk rəsmi səfərini edib. Prezident Heydər Əliyev və Prezident Əsgər Akayevin təkbətək görüşü olub. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib. Sonra isə nümayəndə heyətinin iştirakı ilə Azərbaycan - Qırğızıstan danışıqları keçirilib. Danışıqlar zamanı prezident Heydər Əliyev nitq söyləyib: "... Azərbaycan bundan sonra da bütün sahələrdə Qırğızıstan üçün çox etibarlı tərəfdaş olacaq, qarşılıqlı surətdə faydalı əməkdaşlığı inkişaf etdirməkdən ötrü bütün imkanlardan istifadə edəcəkdir... ".

Qırğızıstan Prezidentinin səfəri zamanı Azərbaycan Respublikası ilə Qırğızıstan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Qırğızıstan Respublikası Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş, turizm sahəsində əməkdaşlıq haqqında Sazişlər də daxil olmaqla müxtəlif sahələri əhatə edən 14 sənəd imzalanıb. Sənədlərin imzalanmasından sonra prezidentlər birgə mətbuat konfransı keçiriblər.

10 dekabr 2003-cü ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Cenevrədə keçirilən İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitinin işi zamanı Qırğızıstan prezidenti Əsgər Akayevlə görüşüb. Görüş zamanı Qırğızıstan prezidenti Dağlıq Qarabağ probleminə toxunaraq deyib ki, biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik və bu mövqeyimizdə qalacağıq.

Azərbaycan və qırğız xalqları digər türkdilli xalqlar kimi ortaq mədəniyyətə malikdirlər. Bu xalqlar arasında mədəni əlaqələr inkişaf etməkdədir. 9 aprel 2000-ci ildə Kitabi-Dədə Qorqud dastanının 1300 illik yubileyi mərasimində Qırğız Respublikasının Prezidenti Ə.Akayev iştirak edib. Azərbaycan nümayəndə heyəti isə 2000-ci ilin payızında Qırğızıstanın Oş səhərinin 3000 illiyində iştirak edib.

2008-ci ilin fevral-mart aylarında dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun anadan olmasının 80 illiyi münasibətilə Azərbaycanda bir sıra təntənəli tədbirlər keçirilib. Prezident İlham Əliyev Ç.Aytmatovu Azərbaycan və Qırğızıstan arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə "Dostluq" ordeni ilə təltif edib.

Hər iki respublika İƏT, İKT, BMT çərçivəsində əməkdaşlıq edirlər. 29 oktyabr 2004-cü ildə Qırğızıstan BMT Baş Məclisinin 59-cu sessiyasının 46-cı plenar iclasında "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı bəndin Baş Məclisin cari gündəliyinə salınmasına dair qərar Qırğızıstan tərəfindən dəstəklənib. Qırğızıstan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir. Bu dövlət münaqişənin həlli üçün müəyyən dövrlərdə fəallıq göstərməyə çalışıb. Belə ki, 1994-cü ilin may ayında MDB-nin vasitəçiliyi ilə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında müqavilə Bişkek şəhərində imzalanıb.

20 aprel 2022-ci ildə Qırğız respublikasının prezidenti Sadır Japarovun Azərbaycan respublikasına rəsmi səfəri prezident İlham Əliyevlə görüşməsi və birgə bəyanat imzalamaları iki dost və qardaş dövlətlər arasındakı diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ərəfəsində ortaq tarixi, mədəni, mənəvi köklərə sahib olan qardaş xalqlar və dövlət arasındakı əlaqələrin daha da möhkəmlənməsinə səbəb olacaqdır.

Vasif Əliyev
Siyəzən şəhər M.Müşfiq adına 2 saylı tam orta məktəbin tarix müəllimi
Rus qazına embarqo qoya bilmərik - ŞoltsAlmaniya Rusiyadan qaz tədarükünə embarqo qoya bilməz.

Axar.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.

“Biz dramatik iqtisadi böhrandan, milyonlarla iş yerinin və bir daha açıla bilməyən fabriklərin itirilməsindən qaçmaq istəyirik. Bunun ölkəmiz, bütün Avropa üçün ciddi nəticələri olacaq və Ukraynanın bərpasını maliyyələşdirmək imkanlarına böyük ziyan vuracaq”, - Şolts bildirib.

Kansler qeyd edib ki, qaz embarqosu belə Rusiyanın Ukraynaya qarşı təcavüzünə son qoymayacaq.