"Rusiyanı dayandırın""Biz BMT Təhlükəsizlik Şurasında veto hüququnu ölüm hüququna çevirən bir ölkə ilə qarşı-qarşıyayıq".

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski BMT Təhlükəsizlik Şurasında çıxışında deyib.

O bildirib ki, bu, qlobal təhlükəsizliyin bütün arxitekturasını pozur.

Prezident qeyd edib ki, Rusiyanın əməlləri qlobal aclığa gətirib çıxaracaq, bu böhran Afrikada, Asiyada aclığa səbəb olacaq və ölkələrin daxili siyasətində böhran yaradacaq.

Zelenski Rusiyanı dayandırmağa çağırıb: "Belə davam edərsə, hər bir ölkə öz təhlükəsizliyini təmin etmək üçün beynəlxalq hüquqa deyil, yalnız silah gücünə arxalanacaq".
“Aprel döyüşləri - Böyük zəfərə aparan yol” mövzusunda konfrans keçirilibAprelin 5-də Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatında “Aprel döyüşləri - Böyük zəfərə aparan yol” mövzusunda konfrans keçirilib.

Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının və Xətai rayon təşkilatının birgə təşəbbüsü ilə keçirilən konfransda əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Konfransın moderatoru, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə bildirib ki, 2016-cı ilin Aprel döyüşləri ordumuzun gücünün, xalqla ordunun birliyinin, gənclərimizin vətənpərvərliyinin göstəricisi kimi tarixə düşdü. Onun sözlərinə görə, bu döyüşlərin gedişində Lələtəpə kimi yüksəklik geri alındı. Nəticədə 1994-cü ildə düşməndən azad edilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin təhlükəsizliyi təmin olundu. V.Rəhimzadə qeyd edib ki, bu gün xalqımız tarixi Zəfərimizin sevincini yaşamaqla yanaşı, Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdışa hazırlıq görür. Cocuq Mərcanlı bu qayıdışın başlanğıcı idi. Dövlətimizin qətiyyəti, ordumuzun gücü, qüdrəti, xalqımızın dəmir yumruq kimi birliyi, həmrəyliyi sayəsində bu qayıdış əbədidir.

Tədbirdə çıxış edən ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, aprelin 2-dən 5-dək davam edən bu döyüşlər Azərbaycan hərb tarixində mühüm yer tutur. Aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda Ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Aprel döyüşlərində də Prezident, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan xalqının bir yumruq kimi birləşdiyini xatırladan polkovnik deyib: “Bu hadisələr göstərdi ki, Azərbaycan xalqı Qarabağın işğaldan azad edilməsi məsələsində hamılıqla birləşə bilir. Bu birlik sonradan Vətən müharibəsində düşmənin başını əzən “Dəmir yumruğ”a çevrildi”.

YAP Mərkəzi Aparatının Siyasi təhlil, maarifləndirmə və seçkilərlə əlaqədar iş şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov çıxışında bildirib ki, Aprel döyüşləri böyük zəfərimizin başlanğıcı idi. Onun sözlərinə görə, həmin günlər xalqımız Prezident İlham Əliyevin ətrafında sıx birləşərək öz əzmini nümayiş etdirdi: “Döyüşlərdə işğalçı Ermənistan ağır zərbələr aldı, işğal altında olan torpaqlarımızın bir hissəsi azad edildi. Məğlub olduğunu görən Ermənistanın o zamankı rəhbərliyi döyüşlərin dayandırılması üçün başqa ölkələrə yalvarırdı. Lakin düşmən nə Aprel döyüşlərindən, nə Günnüt əməliyyatından, nə də Tovuz hadisələrindən nəticə çıxarmadı. Ona görə də, 44 günlük Vətən müharibəsində işğalçılar torpaqlarımızdan qovuldu və ordumuz şanlı zəfər tarixi yazdı”.

Çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri, Qarabağ qazisi Anar Məmmədov Ermənistanın heç vaxt sülhə gəlmək niyyətində olmadığını, işğalçı siyasətini davam etdirmək istədiyini xatırladıb. Onun sözlərinə görə, Azərbaycan Ordusu işğalçıya öz gücünü göstərdi: “Aprel döyüşlərində və 44 günlük Vətən müharibəsində erməni ordusu haqqında mif tamamilə dağıdıldı. Bütün dünya xalqımızın gücünü gördü. Dövlətimiz həm masada, həm də döyüş meydanında qalib gəldi. Bu gün dünya bizim döyüş təcrübəmizi öyrənir. Biz qalib ölkənin vətəndaşı olmaqdan qürur duyuruq”.

Konfransda çıxış edən YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elməddin Quliyev illər ötdükcə Aprel zəfərinin möhtəşəmliyinin daha aydın göründüyünü söyləyib. Onun sözlərinə görə, həmin döyüşlər bir daha təsdiqlədi ki, erməni işğalı uzun müddət davam edə bilməz və Qarabağ “dondurulmuş” münaqişə deyil: “Şanlı aprel döyüşlərindən nəticə çıxarmayan Ermənistanın kriminal rəhbərliyi yenidən hərbi təxribatlara əl atdı. 2020-ci ilin 27 sentyabr tarixi onların “arzularının” tükənən günü oldu. Azərbaycan xalqı Prezidentimizin ətrafında sıx birləşməklə bütün dünyaya sübut etdi ki, Qarabağ millətimizin milli ləyaqət rəmzidir və Azərbaycan xalqı 30 ildə bir an da olsun Qarabağ arzusundan bir addım belə geri çəkilməyib. 30 ilin nisgilinə, acısına, torpaq həsrətinə son qoyan 44 günlük Vətən müharibəsi Azərbaycanın zəfəri ilə dünyaya səs saldı”.

YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov isə çıxışında Azərbaycan gənclərinin vətənpərvərlik ruhunun yüksək olduğunu bildirib. Onun sözlərinə görə, həm Aprel döyüşləri, həm də 44 günlük Vətən müharibəsi bu faktı təsdiqləyir. Prezident İlham Əliyevin Azərbaycan gənclərinin torpaqlarımızın işğaldan azad edilməsində rolunu yüksək qiymətləndirdiyini deyən B. İslamov diqqətə çatdırıb ki, müharibədən sonra yaranmış yeni reallıqlar da gənclərin qarşısında yeni vəzifələr müəyyənləşdirib. Bu da, müstəqil dövlətimizi qorumaq, onu daha da gücləndirmək və əsl həqiqətləri, uğurlarımızı dünyada təbliğ etməkdən ibarətdir.

Konfransda daha sonra şəhid Rəşad Niftalılının atası Şakir Niftalıyev, şəhid Kəmaləddin Məmmədzadənin bacısı Ülkər Məmmədzadə, Aprel döyüşlərinin iştirakçısı, mayor Amil Cəlilov, Vətən müharibəsi qazisi Famil Məlikov və qazi, ərazi partiya təşkilatının sədri Tariyel Şıxbalayev çıxış edərək aprel döyüşlərindən, 44 günlük Vətən müharibəsindən, qazi və şəhid ailələrinə dövlət qayğısından bəhs ediblər.
"Şuşa ili"nə həsr edilmiş xüsusi qrant müsabiqəsi keçiriləcəkŞuşa şəhərində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

İclası Müşahidə Şurasının sədr müavini, Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev açaraq gündəliyə daxil olan məsələlər barədə məlumat verib.

O, "Şuşa ili"nə həsr edilmiş xüsusi qrant müsabiqəsi və 2022-ci il üçün kiçik qrant müsabiqələrinin mövzuları barədə fikirlərini bildirərək QHT-lərin hər iki müsabiqəyə ictimai əhəmiyyət kəsb edən layihələr təqdim edəcəyinə əmin olduğunu vurğulayıb.

İclasda qonaq qismində iştirak edən Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov çıxış edərək Agentliyin “Şuşa ili"nə həsr edilmiş qrant müsabiqəsi keçirməsindən məmnun olduğunu vurğulayıb, bu məqsədlə birgə müzakirənin təşkil edilməsinin səmərəli olduğunu bildirib.

Müşahidə Şurasının üzvləri müsabiqə mövzuları ətrafında müzakirələr aparıblar və müvafiq qərarlar qəbul ediblər.

Qeyd edək ki, Agentlik yaxın günlərdə hər iki müsabiqəyə layihələrin qəbulunu elan edəcək.

"Ailə - gələcək inkişafın bünövrəsidir” mövzusunda tədbiri keçirilibBu gün İmişli rayonu Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Azərbaycan Valideyn-Müəllim Assosiyasiyası” ictimai birliyinin “Ailə - gələcək inkişafın bünövrəsidir” adlı layihəsi üzrə növbəti tədbiri keçirib.

İcra hakimiyyətinin nümayəndəsi Asif Abışov tədbir iştirakçılarını Rayon İcra Hakimiyyətinin Başçısı adından salamlayaraq, mövzunun çox aktual oldugunu bildirmiş, iştirakçılara ugurlar arzulamışdır. Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri və müxtəlif ailələri təmsil edən valideynlər iştirak etmişdir.

Layihə rəhbəri, AVMA icraçı direktoru Şahin Rəcəbov çıxış edərək layihənin məram və məqsədləri barədə danışaraq, dövlətin sütunu olan ailə institutunun üzləşdiyi müxtəlif problemlər, ailə dəyərlərinə təsir edən amillər, cəmiyyətin bu istiqamətdəki narahatçılıqları, valideynlərarası münasibətlər, valideyn-övlad münasibətləri, valideyn məsuliyyəti və s. bu istiqamətdəki problemlər, çıxış yolları barədə ətraflı məlumat vermişdir.

Qarşılıqlı müzakirə şəklində keçən görüşdə ailələlər öz ailə təcrübələri barədə fikirlərini bölüşüb, ailə dəyərlərinə təsir edən amillər və bu dəyərləri qorumaq, ailələri möhkəmlətmək üçün müxtəlif maraqlı təkliflərlə çıxış ediblər.

Daha sonra layihə heyəti rayonun nümunəvi ailələrindən sayılan Şahsuvar Əmirahovun ailəsində qonaq olmuş, bu ailədə ailə dəyərlərinə olan münasibət, nümunəvi ailənin təcrübəsi barədə reportaj hazırlaymışlar. Yaxın zamanlarda regionlarda nümunəvi ailələrdən çəkilən reportajlar sosial mediada geniş yayımlanacaqdır. Layihə üzrə artıq Şəmkir, İsmayıllı və İmişlidə tədbirlər ugurla başa çatmış, növbəti tədbirlər, sabah Şirvanda və bir müddət sonra Masallı və Qusar rayonlarında davam etdiriləcəkdir.

#Azərbaycan #İmişli #Şirvan, #Masallı, #Qusar #RİH
Xaricdə təhsil alan 27 nəfərin diplomu tanınmadıMart ayı üçün xarici diplomların tanınması üzrə müraciətlərin statistikası açıqlanıb.

Təhsildə Keyfiyyət Təminatı Agentliyindən verilən Avrasiya.net-ə verilən məlumata görə, ötən ay 98 müraciətçinin 71-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 27 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 17, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 4, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 3, digər səbəblər üzrə 3 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiyadan 31, Ukraynadan 30, Türkiyədən 18, Gürcüstandan 7, Latviya 3, digər ölkələrdən isə 9 müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 12, iqtisadiyyat üzrə 7, menecment üzrə 6, tibb üzrə 6, maliyyə və kredit üzrə 4 nəfər müraciətçi qeydə alınıb.
Paşinyandan Brüssel görüşü öncəsi KRİTİK MESAJ: Azərbaycanla razılaşmalıyıq"Ermənistanın Azərbaycanla sülh müqaviləsi məsələsində qeyri-müəyyən mövqedə olmasının səbəbi ondan ibarətdir ki, orada Nikol Paşinyan təkbaşına qərar qəbul edə bilmir".

Bunu Milli.Az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

O bildirib ki, sabahkı Brüssel görüşündə Nikol Paşinyan Azərbaycanın şərtlərini qəbul edə bilər:

"Əgər Paşinyanın komandası varsa, onun böyük problemi də var. O problem də ondan ibarətdir ki, o komandanın içində bir neçə tirəlik var. Faktiki olaraq komandanın rəhbəri varsa, - hazırda Ermənistanda parlament idarəçiliyinin şahidiyik və parlament çoxluğunun nümayəndəsi həm də hakim partiya sayılır və orada koalisiya var. Bilirik ki, bu komandanın rəhbəri də Nikol Paşinyandır.

Biz Ermənistan təcrübəsində həmişə şahid oluruq ki, onların taleyüklü qərar qəbul etməkdə heç də İrəvanda oturan rəhbərin səlahiyyəti yoxdur. İlk növbədə diaspora təşkilatları, xüsuilə də ABŞ-dakı ANKA təşkilatı, Avropa ölkələrində - Fransada, Belçikada və digər ölkələrdə olan diaspora təşkilatlarının rəhbrləri bu proseslərə çox kobud sürətdə, ağına-bozuna baxmayaraq müdaxilə edirlər. Ona görə də bu rəhbərin özünün qətiyyəti çatmır ki, ümumiyyətlə idarəetməni özünə bağlasın, onun məsuliyyətini şəxsən özü daşısın. O, bunu bacarmır. Niyə bacarmır?! Çünki bunlar əvvəl-axır həmişə diasporaların əlinə baxırlar. Bunun da səbəbi odur ki, Ermənistan iqtisadiyyatı işləmir, ölkə daxilində vəziyyət gərgindir, sosial problemlər gündən-günə dərinləşir. Bu səbəbdən də rəsmi İrəvan həmişə "yetim payına", yardımlara möhtacdırlar. Yardım göndərən də deyir ki, "Bilirsən nə var, mən razılıq vermədən istər Türkiyə ilə bağlı olsun, istərsə də Azərbaycanla bağlı, qərar qəbul etmə".

Bu proseslərdən görürük ki, həqiqətən də zaman Azərbaycanın xeyirinə işlədi, Azərbaycan bu vəziyyətdən kifayət qədər məharətlə istifadə etdi. Amma zamana qarşı işləyən Ermənistan da indi faktiki olaraq elə bir zəlil vəziyyətdədir ki, çalışır vaxt udmaqla daxiləki bütün oponentlərə göstərsin ki, "biz əgər nəyəsə qərar verəcəyiksə bu, yeganə çıxış yoludur". Yəni əgər söhbət Azərbaycanın 5 bəndlik sülh təklifindən gedirsə, əlbəttə ki, bu, Ermənistan üçün də çıxış yoludur, türkiyə də bunu anlayır. Çünki regionda olan natamam, subyektivliyini itirmiş ölkə Ermənistandır və onun yükü gündən-günə ağırlaşır. Ona görə də indiki məqamda Nikol Paşinyanın qəsdən bu süründürməçiliklə məşğul olması ondan irəli gəlir ki, o, məhz bu sistem daxili oponentlərinə, müxaliflərə göstərir ki, "Daha başqa çıxış yolumuz yoxdur. Biz Azərbaycanın dediyi ilə razılaşmalıyıq". Həqiqətən də Azərbaycanın təklifləri hər iki tərəf üçün çox uyğun, rasional təkliflərdir və Ermənistan onlardan həqiqətən də faydalanacaq.

İndi gördüyümüz kimi ABŞ-la maliyyə yardımı məsələsində ANKA arasında nə qədər böyük qalmaqallar yaşanır. Erməni lobbi təşkilatının rəhbərləri ABŞ-a, Ağ Evə müraciət ediblər ki, o yardımları artırsınlar. Onlar hay-həşir qaldırıblar ki, "siz Ermənistanı yalnız buraxmalı deyildiniz, Ermənistan regionda təkdir, qonşu dövlətlər ona düşməndir və s.". Bu baxımdan çox güman ki, Brüssel görüşlərində bu dəfə artıq Nikol Paşinyan ola bilsin ki, tamhüquqlu ölkənin nümayəndəsi kimi özünü nümayiş etdirsin və qəti qərarını versin".
NATO-nun Baş katibi: "Rusiyanın hərəkətləri hər birimiz üçün təhlükədir"“Gərginliyin artdığını görürük”.

“Report” xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

“İkinci Dünya müharibəsindən bəri Avropada belə hal olmamışdı. Rusiyanın hərəkətləri hər birimiz üçün təhlükədir. Rusiya insanların yaşamaq hüquqlarına hörmət etmir. Biz Ukraynanı illərdir dəstəkləyirik. Biz on minlərlə ukraynalı əsgərə təlim keçmişik”, - o bildirib.
Əjdər Ola 8 il 6 ay HƏBS VERİLDİBakı Ağır Cinayətlər Məhkəməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həbsdə olan sabiq aparat rəhbəri Əjdər Cəbiyevin (Əjdər Ol) cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Prosesdə təqsirləndirilən şəxs son söz deyib.

Əjdər Cəbiyev məhkəmədən xahiş edib ki, şəxsiyyətini və nüfuzunu nəzərə alaraq ədalətli qərar qəbul etsin.

Müşavirədən sonra məhkəmə hökmü elan edilib. Məhkəmənin hökmü ilə Əjdər Cəbiyev 8 il 6 ay müddətinə həbs edilib.

Xatırladaq ki, Əjdər Cəbiyev Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənsiməmə, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) 311.3.1, 311.3.2 və 311.3.3-ci (külli miqdarda rüşvət alma) maddələri ilə təqsirli bilinib.

Ə.Cəbiyev Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əjdər Ol təxəllüsü ilə tanınan şair-publisistdir.
Rusiyanın daha bir helikopteri məhv edildiUkrayna ordusunun 95-ci briqadasının hərbçiləri Xarkov vilayətində Rusiyanın Ka-52 helikopterini vurublar.

Bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko məlumat verib.

Onun sözlərinə görə, helikopter Ukrayna istehsalı olan “Stuqna” raketi ilə məhv edilib.

Geraşenko helikopterdə olan iki pilotun da öldürüldüyünü bildirib.