Keçmiş icra başçısı prokurorluqda DİNDİRİLDİBaş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Göyçay Rayon İcra Hakimiyyətində yoxlamalar davam etdirilir.

Avrasiya.net APA-ya istinadən xəbər verir ki, bir müddət əvvəl rayon icra hakimiyyətinin başçısı vəzifəsindən azad edilmiş Mehdi Səlimzadə artıq iş üzrə dindirilib.

Bundan başqa, icra hakimiyyətinin bəzi vəzifəli şəxslərinin də ifadələri alınıb.

Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Göyçay Rayon İcra Hakimiyyətində yoxlamalar bir müddət əvvəl başlanılıb
Şəmistan Əlizamanlının “Zəfər nəğmələri” adlı albomu hazırlanır“Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Şəmistan Əlizamanlının “Zəfər nəğmələri” adlı albomu çap olunacaq.

Qaziler.az bildirir ki, albomda vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlının son 30 ildə yaradıcılığına daxil etdiyi hərbi vətənpərvərlik mahnı və marşları yer alacaq.

01.02.2022 və 01.05.2022-ci il tarixlərini əhatə edən layihə çərçivəsində “Zəfər nəğmələri” adlı albomunun hazırlanmasında əsas məqsəd cəmiyyətdə vətənpərvərlik ruhunun inkişafına, xüsusən yeniyetmələr, gənclər arasında milli vətənpərvərlik hisslərinin aşılanması və təbliğ edilməsinə dəstək məqsədi daşıyır. Həmçinin dövlət siyasətinə uyğun olaraq gənc nəslin və gənclərin təlim-tərbiyəsində vətənpərvərlik duyğularının aşılanmasıdır.

“Zəfər nəğmələri” adlı albomun təhsil müəssisələrində, səfərbərlik şöbələrində vıə ordu birliklərində yayılması nəzərdə tutulur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da Ankarada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Avrasiya.net xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çankaya Köşkündə dövlətimizin başçısını qarşıladı.

Prezidentlər birgə foto çəkdirdilər.

4 saatdan artıq davam edənn görüşdə Şuşa Bəyannaməsinin imzalanması və bu sənədin hər iki ölkənin parlamentində təsdiqlənməsi ilə Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətlərinin müttəfiqlik əsasında daha da inkişaf etdiyi vurğulandı. Postmünaqişə dövründə Azərbaycan ilə Ermənistan arasında əlaqələrin normallaşdırılmasının perspektivləri ətrafında fikir mübadiləsi aparıldı. Həmçinin Zəngəzur dəhlizinin açılmasının, onun region üçün yaratdığı perspektivlərin, bu xüsusda Qars-Naxçıvan dəmir yolu xəttinin çəkilməsinin əhəmiyyəti qeyd olundu.

Söhbət zamanı 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda təsbit olunmuş bütün müddəaların Ermənistan tərəfindən icrasının vacibliyi qeyd edildi, Türkiyə və Ermənistan nümayəndə heyətlərinin təmasları mövzusunda müzakirə aparıldı.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında enerji sahəsində əməkdaşlığa toxunuldu, bu xüsusda Cənub Qaz Dəhlizinin uğurla fəaliyyət göstərdiyi qeyd olundu, bu dəhliz vasitəsilə qardaş ölkəyə və Türkiyə ərazisindən keçərək Avropaya qaz təchizatının artırılması imkanları müzakirə edildi, həmçinin İğdır-Naxçıvan qaz xəttinin çəkilməsi və bununla bağlı Azərbaycanın dövlət büdcəsində investisiyanın nəzərdə tutulduğu vurğulandı.

Söhbət əsnasında iqtisadi-ticarət əlaqələrinin daha da genişləndirilməsi barədə fikir mübadiləsi aparıldı.

Hərbi, hərbi texniki, o cümlədən hərbi təlim və tədris sahələrində əməkdaşlığın uğurla davam etdirildiyi bildirildi, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olundu.

Görüşdə Ukraynadakı hadisələrlə bağlı fikir mübadiləsi aparıldı, Türkiyə və Azərbaycanın, eyni zamanda, Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin tezliklə dayandırılması istiqamətindəki şəxsi səyləri yüksək qiymətləndirildi.

Sonda Azərbaycan-Türkiyə müttəfiqlik əlaqələrinin inkişafından bir daha məmnunluq ifadə olundu və Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Azərbaycana səfərə dəvət etdi.
"Vətən müharibəsində qələbəmizin təbliği" layihəsi Mingəçevirdə icra olunubƏsgər Ailələrinə Dəstək ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə “Vətən Müharibəsində qələbəmizin təbliği” layihəsinin icrasını davam etdirir.

“Vətən Müharibəsində qələbəmizin təbliği” layihəsinin növbəti tədbiri 10 mart 2022-ci ildə Mingəçevir şəhərində Gənclər Evində keçirildi.

Tədbirdə şəhid ailələri,müharibə veteranları, qazilər, layihənin icrasını içıqlandıran media qurumlarının bölgələrdəki nümayəndələri iştirak edirdilər.

Tədbiri Əsgər Ailələrinə Dəstək ictimai birliyinin sədri , layihənin rəhbəri Mətanət Əsgərqızı açaraq, şəhidləri bir dəqiqəlik sükutla yad etməyi təklif etdi.

Daha sonra o, layihənin yaradıcı qrupunu təqdim edərək layihənin yüksək səviyyədə keçirilməsində köməyə görə onlara minnətdarlığını bildirdi.

Eyni zamanda layihənin icrası müddətində əməkdaşlıq etdikləri media qurumlarının bölgələrdə olan nümayəndələrinin hər tədbirdə iştirak etdiklərinə, layihənin icrası barədə ətraflı məlumat verdiklərinə görə minnətdarlığını bildirdi.

Həmçinin qeyd olundu ki, bütün tədbirlər foto və video lentinə alınıb. Layihənin sonunda kiçik video çarx hazırlanaraq tədbirlərdə iştirak edən şəxslərə xatirə olaraq çatdırılacaq.

Daha sonra Mətanət Əsgərqızı layihənin məqsədi barədə geniş məlumat verdi. Layihə çərçivəsində tədbirlərdə tarixi qələbənin qazanılmasında Azərbaycan xalqının və ordusunun,onun Müzəffər Ali Baş Komandanının zəfər tariximizdə rolundan danışıdı.

Layihə rəhbəri daha sonra qeyd etdi ki,buna qədər layihə bölgələrdə, Ağdam,Tərtər rayonlarında icra edilib. Ağdam rayonunda şəhid Orxan Dadaşovun xatirə lövhəsinin açılışı olub.Tərtər rayonunda Gənclər Evində gənclərlə, təhsil işçilər və qazilərlə iki tədbir keçirilib.

Vətən Müharibəsi qazisinin xahişi ilə Əsgər Ailələrinə Dəstək ictimai birliyi bir neçə gün sonra yenidən Tərtərə gələrək yolasalma mərasimində iştirak edəcək.

Tərtərdəki tədbirdə Vətən Müharibəsi qazisi Elnur Qurbanlının və Arzuman Abbasovun müraciətinə əsasən iş məsələsi ilə əlaqədar aidiyyəti qurumlara müraciət ediləcək.

Çıxış edənlərin hər biri belə layihələrin icrasını müsbət qiymətləndirdilər. Psixoloq Gültəkin Abdullayeva həm şəhid anaları, həm də qazilərlə xüsusi söhbət apardı.Qeyd etdi ki,psixoloqlar davamlı onlarla görüşməyə, yardım etməyə hazırdılar.

Seanslara nə qədər tez başlanılsa həyatları daha da yüngül olar.Bu məqsədlə Əsgər Ailələrinə Dəstək ictimai birliyinin yerli şöbəsi yaradılaraq orada Psixoloq kabineti təşkil olunmasına qərar verildi.

Məqsəd həssas qrupları müharibədən yaranan stresslərdən bir qədər azad edib , cəmiyyətin aktiv üzvlərinə çevirməkdir. Həm də bu layihənin davamlılığı deməkdir.

Layihənin ekspertlərindən biri Seymur Hidayətov da görülən işləri yüksək qiymətləndirərək davamlılıq məsələsinə xüsusi diqqət çəkdi.

O, qeyd etdi ki, Əsgər Ailələrinə Dəstək ictimai birliyinin sədri Mətanət Əsgərqızının hədəfi düzdür, çünki 3 ay layihə icra etməklə nəticələr yüksək səviyyədə alınmır.

Həm Vətən Müharibəsində qələbəmizin təbliği, həm də psixoloji söhbətlər davamlı olmalıdır. Bu gün gözəl ənənənin təməli qoyuldu.

Daha sonra layihə çərçivəsində iki şəhid ailəsi ziyarət olundu.Şəhidlər xiyabanında iməclik keçirilməsi qərarı verildi.

Mingəçevir Şəhidlər xiyabanına iməclik etməyə gedən tədbir iştirakçıları orada fəxr ediləsi mənzərə ilə qarşılaşıblar, xiyaban süpürülüb təmizlənirdi.Bunu isə sıradan vətəndaşlar edirdi.

Orada bildirildi ki, bu ayrı-ayrı adamların təşəbbüsüdür Daha sonra şəhid ailələri, qazilərlə çay, yemək süfrəsi arxasında söhbətlər davam etdirildi.
Suriya türkmənləri Türk Ağsaqqalları Birliyinin yaranmasını dəstəkləyirSuriya Türkmən Həkimlər Dərnəyinin sədri, müstəqil araşdırmaçı Dr.Muxtar Fateh Bəydili Azərbaycanda fəaliyyət göstərən Türk Ağsaqalları Birliyinin yaranmasını dəstəklədiyini bildirib:

“Qardaş Azərbaycanda belə birliyin yaranması Suriya türkmənları arasında sevincə səbəb olub. Çünki Türk birliyinə nə qədər çox xidmət edən və onun güclənməsinə çalışan təşkilat və birliklər yaranarsa, bu ümumi işin xeyrinə olar. Hər kəs bu işə öz töhfəsini verməlidir. Ən çox birliyi haqq edən millətik. Türk millətinin sosial-mədəni və siyasi-iqtisadi birliyi getdikcə güclənir. Azərbaycanda belə birliyin yaranması zamanın tələbidir”.

M.Bəydili Türk Ağsaqqalları Birliyinin də belə təşkilatlardan olduğunu qeyd edib:

“Birliyin fəaliyyətini sosial şəbəkələr və media üzərində izləyirəm. Keçən ay Quzey Kıbrıs Türk Cümhuriyyətində Xocalı soyqırımı ilə bağlı keçirilən tədbirin yüksək səviyyədə təşkil etdiyini gördüm. Ortada real fəaliyyət var. Birliyin fəaliyyətinə böyük marağımız yaranıb. Özüm də birliyə üzv olacağam”.
Peşə və ali təhsil müəssisələri üçün elan edilmiş təqaüd proqramlarının qalibləri mükafatlandırılıbMartın 10-da “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) peşə və ali təhsil müəssisələri üçün elan etdiyi təqaüd proqramı müsabiqələrinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Mərasimdə təhsil naziri Emin Əmrullayev, “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, Peşə Təhsili üzrə Dövlət Agentliyinin (PTDA) direktor müavini, direktor vəzifəsini icra edən Ceyhun Kərəmov, eləcə də ali təhsil müəssisələrinin rektorları və müsabiqə qalibləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov “AzerGold” təqaüdünü qazanmış tələbələri təbrik edib, onlara təhsil və karyera həyatında uğurlar arzu edib. İdarə Heyətinin sədri təqaüd proqramları haqqında ətraflı bəhs edərək, layihənin Cəmiyyətin orta və uzunmüddətli strategiyası çərçivəsində müəyyən edilmiş kadr ehtiyacları üzrə resursların zamanında cəlb olunması planı çərçivəsində ötən ilin sonlarından etibarən həyata keçirildiyini qeyd edib. Bildirilib ki, sənaye və dağ-mədən istiqaməti üzrə təhsil alan tələbələri əhatə edən layihənin əsas məqsədi təhsilə marağın daha da artırılması, istedadlı tələbələrin potensial bilik və bacarıqlarının real iş yerlərində aşkar edilməsidir.
Z.İbrahimov, həmçinin Səhmdar Cəmiyyətin Azərbaycanda fəaliyyət göstərən bir sıra ali məktəb və peşə təhsili məktəblərinə kadr hazırlığı sahəsində gördüyü işlərdən bəhs edib.

Sədr mütəxəssislərin ixtisas biliklərinin artırılması, təhsil, elm, istehsalat və birgə təhsil proqramları sahəsində qarşılıqlı maraq doğuran əməkdaşlığın yaradılması məqsədilə 8 yerli təhsil müəssisəsi ilə əməkdaşlıq memorandumu və protokolu çərçivəsində işlər görüdüyünü bildirib. 2017-ci ildə ilk olaraq Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti ilə memorandum imzalanıb. 2018-ci ildə Azərbaycan Diplomatik Akademiyası, 2019-cu ildən isə Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Texnologiya Universiteti və Bakı Dövlət Universiteti ilə əməkdaşlığa start verilib. Ötən ildən isə Azərbaycan Texniki Universiteti və Bakı Ali Neft Məktəbi ilə əməkdaşlığa başlanılıb.

İdarə Heyətinin sədri bildirib ki, ali məktəblərlə əldə olunmuş razılaşmalara uyğun olaraq, müvafiq peşə-ixtisas sahəsi üzrə təhsil alan tələbələrin Cəmiyyətin Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə mütəmadi səfərləri təşkil olunur. Beləliklə, ali məktəblərdə elmi-nəzəri biliklərə yiyələn tələbələr əyani surətdə istehsalat təcrübəsinə də yiyələnmiş olurlar. Bununla yanaşı, Səhmdar Cəmiyyətin mütəxəsisləri tələbələrə mühazirələr oxuyur, ustad dərsləri, eləcə də müxtəlif müsabiqələr, stimullaşdırıcı tədbirlər həyata keçirirlər. Elan edilmiş müvafiq vakansiyalara uyğun işçilərin cəlb edilməsində təcrübə proqramlarında iştirak etmiş məzunlara üstünlük verilir.

Təhsil naziri Emin Əmrullayev peşə sahəsində “AzerGold” QSC ilə mövcud əməkdaşlığın əhəmiyyətinə toxunub. Nazir bildirib ki, təqaüd proqramının tətbiqi gənclər üçün stimul kimi qiymətləndirilə bilər. O, həmçinin işəgötürənlərin peşə təhsili sisteminə cəlb edilməsi, kadr hazırlığının işəgötürənlərin tələblərinə uyğun aparılmasının zəruriliyindən danışıb. Emin Əmrullayev çıxışının sonunda təqaüd proqramını qazanmış tələbələri təbrik edib və onlara uğurlar arzulayıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini, direktor vəzifəsini icra edən Ceyhun Kərəmov da öz növbəsində “AzerGold” QSC ilə PTDA arasında mövcud əməkdaşlıqdan danışıb. Ceyhun Kərəmov deyib ki, 2021-ci ildə imzalanmış əməkdaşlığa dair fəaliyyət planına uyğun olaraq həyata keçirilən təqaüd proqramına Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzindən ümumilikdə 56 tələbə müraciət edib. Ceyhun Kərəmov əlavə edib ki, “AzerGold” QSC-nin əməkdaşları bir neçə peşə təhsil müəssisəsinin müəllim heyəti üçün ixtisasartırma təlimləri keçirib və onların şirkətin istehsalat sahələrinə səfəri təşkil edilib. Cari ildə əməkdaşlıq çərçivəsində yeni təhsil proqramlarının və tədris resurslarının hazırlanması, maddi-texniki bazanın müasirləşdirilməsi nəzərdə tutulub.

Tədbirdə qeyd edilib ki, ali təhsil müəssisələrindən 9, peşə təhsili müəssisələrindən isə 18 tələbə “AzerGold” təqaüdünün qalibi olub. Proqram çərçivəsində tələbələrin sosial müdafiəsinə dəstək məqsədi ilə 27 qalibin hər biri üçün 9 ay müddətində ümumilikdə 1800 AZN məbləğində təqaüdün verilməsinə artıq başlanılıb. Proqramda iştirak etmiş tələbələrin gələcəkdə müvafiq vəzifələr üzrə işlə təmin edilməsi də nəzərdə tutulur.

Daha sonra təqaüd proqramını qazanmış tələbələrin təmsil olunduğu ali məktəblər – Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti və Bakı Dövlət Universitetinin rektorları çıxış edərək “AzerGold” arasında imzalanmış anlaşma memorandumu çərçivəsində görüləcək işlər və ali təhsil müəssisələri üçün elan edilmiş təqaüd proqramının əhəmiyyəti barədə çıxışlar ediblər.
Sonda təqaüd proqramını qazanmış tələbələrə sertifikat və xatirə hədiyyələri təqdim olunub.
“İgidlərimizin Yadigarları” şəhid və qazi övladları üçün festival adlı layihə həyata keçirilibMartın 10-da İsmayıllı rayonunda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Üfüq” Gənclərin İnkişafı Naminə İctimai Birliyi tərəfindən “İgidlərimizin Yadigarları” şəhid və qazi övladları üçün festival adlı layihə həyata keçirilib.

Avrasiya.net xəbər verir ki, tədbirdə İsmayıllı rayonundan olan şəhid və qazi övladları iştirak ediblər. Dövlət Himninin səslənməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə çıxış edən “Üfüq” Gənclərin İnkişafı Naminə İctimai Birliyinin sədri, layihə rəhbəri Həzrət Bədiyev bildirib ki, layihənin məqsədi post-müharibə dövründə də şəhid və qazi övladlarının diqqətdə saxlanılması, bununla müharibə qəhrəmanlarının və onların övladlarının diqqətdə saxlanılmasını bəyan etmək, eləcə də uşaqların əyləncəli və səmərəli vaxt keçirilməsinə dəstək vermək və vətənpərvərliyin təbliğ olunmasından ibarətdir.

Daha sonra İsmayıllı rayon İcra Hakimiyyətinin ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Nəsimi Teymurov çıxış edərək bu cür layihələrin önəmindən söz açaraq qeyd edib ki, şəhid və qazi övladları bu gün cəmiyyətdə həssas və diqqətdə saxlanılması önəmli olan məsələdir. “Biz çalışmalıyıq ki, onlar daha çox diqqət və qayğıyla əhatə olunsun və öz atalarının yoxluğunu hiss etməsinlər”.

Layihənin proqram rəhbəri Nuranə Şıxəliyeva da iştirakçılara ətraflı məlumat verib. Tədbirdə eyni zamanda şəhid anaları və qazilərimiz çıxış ediblər.

Rəsmi çıxışlardan sonra festivalın bədii hissəsi başlayıb. Tədbir iştirakçılar şeir və musiqi parçaları səsləndiriblər. Daha sonra tədbir rəsm müsabiqəsi ilə davam etdirilib. Ardınca səhnəyə nağıl qəhrəmanları və Novruzun simvolu olan "kosa və keçəl" dəvət olunub. Uşaqlar musiqi sədaları altında rəqs edib və müxtəlif növ əyləncəli oyunlarda iştirak ediblər. Eyni zamanda iştirakçılar komandalara bölünərək intellektual yarışlarda iştirak ediblər. Qaliblər layihə rəhbəri tərəfindən hədiyyələr və medallarla mükafatlandırılıb.

Ruslar əsgərlərin cəsədlərini yandırır - Ukraynadan İDDİARusiya komandanlığı Ukraynada öldürülən işğalçıların cəsədlərini adi çuxurlarda yandırmağa başlayır.

Bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.

İddia olunur ki, şahidlərin sözlərinə görə, Krımla inzibati sərhəddə yerləşən Çaplinkada martın 9-da Xerson və Nikolayev vilayətlərində öldürülən 50-yə yaxın rus əsgərinin cəsədi sahildəki çuxura atılaraq səhər saatlarında yandırılıb.

Ukrayna daxili işlər nazirinin müaviri Anton Geraşenko bununla bağlı Telegram kanalında yazıb:

"Yerli sakinlər niyə ölənlərin cəsədləri ilə belə edildiyini soruşublar, onlara deyilib ki, cəsədlərin Rusiya Federasiyasına göndərilməsinə qadağa var".

İddia olunur ki, Rusiya Federasiyası Müdafiə Nazirliyi Ukraynada həlak olan əsgərlərin cəsədlərinin məhv edilməsi barədə göstəriş verib. Məumata görə, Rusiya Federasiyası müdafiə nazirinin müavini Aleksey Krivoruçko 26 fevral tarixində müvafiq əmr imzalayıb.
Rusiya müharibəni dayandırmaq İSTƏYİR“Ukraynadakı vəziyyət Rusiyanın dünya siyasi xəritəsində qalmaq uğrunda verdiyi ölümünə döyüşdür”.

Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Antalyada keçirilən mətbuat konfransında bildirib.

“Rusiyaya qarşı təhdid var. Rusiya buna qarşı savaşacaq. Biz savaşı dayandırmaq istəyirik, amma Qərbin dediklərini etməyəcəyik”, - XİN başçısı vurğulayıb.

Qeyd edək ki, bu gün Rusiya, Türkiyə və Ukrayna xarici işlər nazirləri Sergey Lavrov, Mövlud Çavuşoğlu və Dmitri Kuleba arasında üçtərəfli görüş keçirilib.
Ukrayna ordusu İsgəndər-M kompleksini məhv etdiÇerniqov istiqamətində Ukrayna Silahlı Qüvvələri İsgəndər-M ballistik operativ-taktiki raket kompleksi diviziyasını məhv edib.

Bu barədə Ukraynanın “Şimal” əməliyyat komandanlığından məlumat verilib.

“Çerniqov istiqamətində “Şimal” əməliyyat komandanlığının bölmələrindən biri dinc əhaliyə atəş açan İsgəndər-M diviziyasını məhv edib”, - məlumatda deyilir.