Sizin Reklam Burada

"Ermənilərin təxribatçı hərəkətləri cavabsız qalmayacaq"

"Ermənilərin təxribatçı hərəkətləri cavabsız qalmayacaq"Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri ordumuzun Xocalı və Goranboy rayonlarında yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutarkən bilməliydilər ki, onların təxribatçı hərəkətləri cavabsız qalmayacaq, təxribatların qarşısını almaq məqsədilə bu istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən dərhal adekvat cavab tədbirləri görüləcək. Belə də oldu. Azərbaycan Ordusu qanunsuz erməni silahlı dəstələrinin mövqelərinə dəqiq zərbələr endirir.

Bölmələrimizin endirdiyi dəqiq zərbə nəticəsində qanunsuz erməni silahlı birləşmələrinin Xocavənd rayonunun Xanoba kəndi yaxınlığındakı silah-sursat anbarı ləğv edilib. Hərbçilərimizə afərin! 44 günlük müharibə zamanı bizim dinc şəhərlərimizi raket atəşinə tutan, mülki şəxslərin ölümünə səbəb olan Ermənistandan fərqli olaraq Azərbaycan Ordusu həmin günlərdə olduğu kimi indi də heç bir halda mülki infrastrukturu, mülki erməniləri hədəfə almır.

Ancaq erməni separatçıları və qanunsuz silahlı dəstələri mülki şəxslərin "çətiri" altında gizlənməyə və təxribatları davam etdirməyə cəhd göstərməməlidirlər. Ordumuz bütün təxribatların qarşısını almağa, separatçı-terrorçu dəstələri tərksilah etməyə və zərərsizləşdirməyə hər an hazırdır. Heç kimin şübhəsi olmasın, bizim ərazilərimizdə birdənə də əli silahlı erməni terrorçusu qalmayacaq. Onları nə sülhməramlıların himayəçiliyi, nədəki digər havadarları qoruya bilməyəcək!

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər