ABŞ-ın Rusiyaya qoyduğu qadağalar RƏSMİLƏŞDİ
Dərc olunub:
10-03-2022, 10:50
ABŞ Konqresinin Nümayəndələr Palatası enerji resurslarının idxalını qadağan edən və Rusiyanın Ümumdünya Ticarət Təşkilatında (ÜTT) iştirakını dayandıran tədbirlər haqqında qanun layihəsini təsdiqləyib.
Səsvermə parlamentin saytında canlı yayımlanıb.
415 deputat təşəbbüsü dəstəkləyib. Sənəd Rusiyadan enerji resurslarının, o cümlədən neft və qazın idxalına qadağa qoyulmasını nəzərdə tutur. ABŞ rəsmilərinə, həmçinin Rusiyanın ÜTT-də iştirakını dayandırmaq üçün addımları nəzərdən keçirmək tapşırılıb.