“Biz Qazaxıstanda yaşayan azərbaycanlıların birliyinin daha da möhkəmlənməsinə çalışırıq”Fəxrəddin Məhərrəmov: “Qazaxıstanda son baş verənlərdə soydaşlarımıza hər hansı narahatçılıq olmayıb”

Bu ilin əvvəli Qazaxıstan üçün heç də yaxşı başlamadı. Orada başlayan sosial etirazlar sonradan iğtişaşlara çevrildi. Əsas gərginlik də Alma-atıda oldu. Bununla bağlı çoxlu versiyalar yazıldı. Amma bizim üçün önəmli məsələlərdən biri də Qazaxıstansakı soydaşlarımızla bağlı oradakı vəziyyətdir. Qazaxıstanda Azərbaycanlıların Mədəniyyət Mərkəzləri İttifaqının prezidenti Fəxrəddin Məhərrəmov “Diaspornews.az”a özəl açıqlamasında bildirib ki, Qazaxıstanda bu son baş verənlərdə soydaşlarımıza hər hansı narahatçılıq olmayıb: “Qazaxıtsanda baş verən etiraz aksiyaları, eləcə də iğtişaşlarda bizim soydaşlarımız iştirak etməyib. Çox şükür, burdakı soyadaşlarımızın hər hanısı narahatçılığı yoxdur. Yəni dağıntılar zamanı azərbaycanlılardan kiməsə maddi ziyan da dəyməyib. Artıq burada həyat öz axarına düşüb. Biz də hər zamanki kimi öz diaspor fəaliyyətimizi davam etdiririk”.

Fəxrəddin Məhərrəmov öz fəaliyyətləri haqqında da məlumat verib: “Öncə qeyd edim ki, Qazaxıstanda Azərbaycanlıların Mədəniyyət Mərkəzləri İttifaqı Qazaxıstanda yaşayan azərbaycanlıların mədəni dəyərlərinin qorunub saxlanmasını təmin etmək və təbliğ etmək məqsədi ilə Azərbaycan milliyyətindən olan vətəndaşların birliyidir. Əsas vəzifəmiz Qazaxıstan xalqları arasında millətlərarası münasibətlərin və dostluğun möhkəmləndirilməsi, sosial, millətlərarası və dinlərarası münaqişələrin qarşısının alınmasıdır. Biz ünvanlı sosial yardımın verilməsi, işə düzəlməyə köməklik edir, Qazaxıstanda yaşayan aztəminatlı azərbaycanlılara dəstək oluruq.

Milli incəsənət festivallarının, sərgilərin, ənənəvi bayramların, mərasimlərin, aksiyaların, konfransların keçirilməsi, gənc nəslin xalqın adət-ənənələrinə hörmət ruhunda yetişdirilməsi, gənc nəslin ictimai-siyasi və mədəni həyatda iştirakına cəlb edilməsi, sosial layihələrin həyata keçirilməsi işinə də yardımçı oluruq.

Təşkilat öz fəaliyyətini millətlərarası münasibətlər sahəsində sabitliyin möhkəmləndirilməsinə yönəldir. Adət-ənənələrin, dil və mədəniyyətin inkişafı, xalq yaradıcılığının inkişafı kimi sahələrdə təşkilat üzvləri televiziya və radio proqramlarında, dəyirmi masalarda, konfrans və forumlarda, konsertlərdə iştirak edirlər. Forumlar, konsertlər, fleşmoblar, reklam çarxlarının çəkilişində iştirak etmək, korrupsiyanın qarşısını almaq və onlara sıfır dözümlülük göstərmək məqsədilə Qazaxıstanın müxtəlif şəhərlərində müxtəlif təşkilatlarla görüşlər keçirilib. Biz Qazaxıstanda yaşayan azərbaycanlıların birliyinin daha da möhkəmlənməsinə çalışırıq”.

Qazaxıstanda Azərbaycan dilinin qorunub saxlanılması məqsədilə Azərbaycan Dilinin Öyrənilməsi Mərkəzi açılıb

Fəxrəddin Məhərrəmov deyib ki, Qazaxıstanın hər yerində təşkilat üzvləri məktəblilərlə görüşlər keçirir, burada mədəniyyətimiz təbliğ edirr, işləri və fəaliyyətləri haqqında danışırlar: “Onlar CICA ölkələrinin Müstəqillik Sarayında keçirilən Milli Mədəniyyət Mərkəzlərinin Vətəndaş Forumunda iştirak ediblər. Latviyadan olan “Missiya Sibir – 2018” ekspedisiyası ilə görüşlər ediblər. Tayland Krallığının nümayəndələri ilə təcrübə mübadiləsinə dair görüş olub. Şəhər və respublika dəyirmi masalarında və görüşlərdə iştirak ediblər.
Həmçinin “Güldənə Ber, Astana” ekoloji aksiyasında iştirak etdik. Ümumiyyətlə, biz hər il aksiyada iştirak edirik. Qazaxıstan paytaxtının ad günündə doğulanların hamısına hədiyyə verilir. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü hər il qeyd edirk. İl ərzində Qazaxıstan Xalqları Assambleyasının nümayəndələri ilə görüşlər keçirilir”.

Həmsöhbətimiz bu gün Qazaxıstanda fəaliyyət göstərәn Bazar günü məktəblərinin fəaliyyəti haqqında da danışıb: “Tədris ili ərzində tələbələrə açılış dərsləri, viktorinalar keçirilir, digər etnomədəni mərkəzlərin bazar günü məktəblərində oxuyurlar. Şagirdlər müxtəlif şəhər yarışlarında iştirak edirlər. Şagirdləri tarixlə tanış etmək üçün muzeylərə, sərgilərə, mədəniyyət parklarına baş çəkirlər.Sağlam həyat tərzinin təbliği məqsədilə şagirdlər idman seksiyalarına, ippodroma gedirlər. Şagirdlərimizin nailiyyətləri: bütün şagirdlər Azərbaycan dilində səlis danışır, yazır, oxuyur, bazar günü məktəbləri arasında hər il keçirilən şəhər müsabiqələrində iştirak edir, orada mükafatlar qazanır, yaradıcılıq mahnı və rəqs müsabiqələrində çoxlu sertifikatlar və diplomlar alırar.

Yeri gəlmişkən, Azərbaycan dilinin qorunub saxlanılması məqsədilə Azərbaycan Dilinin Öyrənilməsi Mərkəzi açılıb. Dərslərdə təkcə Azərbaycan milliyyətindən olan vətəndaşlar deyil, digər etnik qrupların nümayəndələri də iştirak edir. Dərslər cədvələ uyğun keçirilir”.

“Qazaxıstanın regionlarında vasitəçilik və hüquqi maarifləndirmə işi fəal şəkildə aparılır”
O qeyd edib ki, Qazaxıstanın bölgələrində rəqs və vokal-instrumental ansambllar fəaliyyət göstərir: “Rəqs ansamblı Novruz bayramı, Müstəqillik günü, Qazaxıstan xalqlarının birliyi günü, Qafqaz mədəniyyəti günü, Şəhər günü, Konstitusiya günü və s. şəhər və respublika tədbirlərində iştirak edirik. Tədbirlərdə iştiraka görə ansambllara diplom, təşəkkürnamə və sertifikatlar təqdim olunub.

Bütün bunlarla yanaşı, Qazaxıstanın regionlarında vasitəçilik və hüquqi maarifləndirmə işi fəal şəkildə aparılır. Məqsəd vasitəçilikdən əhali arasında sülhün və harmoniyanın qorunması üçün bir vasitə kimi istifadə etməkdir. Təhsil mühiti və sağlamlıq və gənclərdə vasitəçiliyin inkişaf etdirilməsi məqsədilə Qazaxıstanın 20-dən artıq qurumu ilə memorandum imzalanıb. Qeyd edim ki, şəhər məktəblərində üç vasitəçilik otağı açılıb. Əhalinin məlumatlandırılması və ictimai vasitəçiliyin təşviqi məqsədilə şəhər komandaları və tələbələrlə görüşlər keçirilib. 26 nömrəli məktəbin bazasında sağlamlıq imkanları məhdud, serebral iflic və digər xüsusi qayğıya ehtiyacı olan uşaq və yeniyetmələr üçün “İnklüziv təhsildə vasitəçilik” adlı sosial layihəyə start verilib.

Astananın Sarıarka rayon akimliyində Azərbaycan Etnomədəni Mərkəzinin ictimai vasitəçiləri və digər etnomədəni mərkəzlərin nümayəndələri, şəhərin fəal sakinləri cəlb edilməklə vasitəçilik ofisi açılıb. Həmçinin dəyirmi masalar keçirilib”.

Yeri gəlmişkən, Azərbaycan dilinin qorunub saxlanılması məqsədilə Azərbaycan Dilinin Öyrənilməsi Mərkəzi açılıb. Dərslərdə təkcə Azərbaycan milliyyətindən olan vətəndaşlar deyil, digər etnik qrupların nümayəndələri də iştirak edir. Dərslər cədvələ uyğun keçirilir”.

“Qazaxıstanın regionlarında vasitəçilik və hüquqi maarifləndirmə işi fəal şəkildə aparılır”
O qeyd edib ki, Qazaxıstanın bölgələrində rəqs və vokal-instrumental ansambllar fəaliyyət göstərir: “Rəqs ansamblı Novruz bayramı, Müstəqillik günü, Qazaxıstan xalqlarının birliyi günü, Qafqaz mədəniyyəti günü, Şəhər günü, Konstitusiya günü və s. şəhər və respublika tədbirlərində iştirak edirik. Tədbirlərdə iştiraka görə ansambllara diplom, təşəkkürnamə və sertifikatlar təqdim olunub.

Bütün bunlarla yanaşı, Qazaxıstanın regionlarında vasitəçilik və hüquqi maarifləndirmə işi fəal şəkildə aparılır. Məqsəd vasitəçilikdən əhali arasında sülhün və harmoniyanın qorunması üçün bir vasitə kimi istifadə etməkdir. Təhsil mühiti və sağlamlıq və gənclərdə vasitəçiliyin inkişaf etdirilməsi məqsədilə Qazaxıstanın 20-dən artıq qurumu ilə memorandum imzalanıb. Qeyd edim ki, şəhər məktəblərində üç vasitəçilik otağı açılıb. Əhalinin məlumatlandırılması və ictimai vasitəçiliyin təşviqi məqsədilə şəhər komandaları və tələbələrlə görüşlər keçirilib. 26 nömrəli məktəbin bazasında sağlamlıq imkanları məhdud, serebral iflic və digər xüsusi qayğıya ehtiyacı olan uşaq və yeniyetmələr üçün “İnklüziv təhsildə vasitəçilik” adlı sosial layihəyə start verilib.

Astananın Sarıarka rayon akimliyində Azərbaycan Etnomədəni Mərkəzinin ictimai vasitəçiləri və digər etnomədəni mərkəzlərin nümayəndələri, şəhərin fəal sakinləri cəlb edilməklə vasitəçilik ofisi açılıb. Həmçinin dəyirmi masalar keçirilib”.
YAP Gəncə şəhər təşkilatının sədri Vətən Müharibəsi iştirakçısı ilə görüşübYAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov Vətən Müharibəsi iştirakçısı ilə görüşüb

YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov 44 günlük haqq savaşında möhtəşəm zəfərin qazanılmasına öz töhfəsini verən Vətən Müharibəsi iştirakçısı Fəxrəddin Hacızadə ilə görüşüb.

Görüşdə xalqımızın haqq işi uğrunda canını qurban verən şəhidlərin xatirəsi ehtiramla yad edilib.
Ramil Orucov Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik və qətiyyətli siyasəti, hərbi-diplomatik məharəti sayəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təmin olunduğundan, otuz ilə yaxındır yurd həsrəti ilə yaşayan məcburi köçkünlərin öz ata-baba torpaqlarına qayıtmasına imkan yarandığından qürur hissi ilə danışıb.

O, Fəxrəddin Hacızadənin hərbi əməliyyatlarda göstərdiyi şücaətə görə dövlət təltiflərinə layiq görülməsinin iftixar hissi doğurduğunu vurğulayıb.
Sonda Fəxrəddin Hacızadə Vətən Müharibəsi qaziləri və iştirakçılarına göstərilən diqqət və qayğıya görə ölkə Başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
Bakıda uşağa şprislə işgəncə verən dayə polisə çağırıldıBakıda uşağa iynə vuran dayə polisə çağırılıb.

Avrasiya.net xəbər verir ki, bunu Report.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin inspektoru polis mayoru Anar Qafarov deyib.

O bildirib ki, hadisə ilə bağlı azyaşlıların valideynləri ərazi üzrə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə ərizə ilə müraciət ediblər: "Ərizə əsasında həmin dayə Polis Şöbəsinə dəvət olunub və onun izahatı alınıb. Hadisə ilə bağlı müvafiq təhqiqat araşdırmaları aparılandan sonra dayənin etdiyi əmələ hüquqi qiymət veriləcək".

Qeyd edək ki, ötən gün sosial şəbəkədə dayənin azyaşlıya şpris batırmasını əks etdirən görüntülər yayılmışdı.
Prezident: Şuşa ermənilər üçün yad şəhər idiŞuşa ermənilər üçün yad şəhər idi. Əgər bu, erməni şəhəri idisə, nə üçün belə bərbad vəziyyətdədir? Nə üçün bu şəhərə baxmamısınız? Nə üçün bütün bulaqları qurutmusunuz?

Avrasiya.net xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev fevralın 2-də Gənclər Forumunda gənclərin suallarını cavablandırarkən bildirib.

“Biz Şuşanı azad edəndə orada cəmi 1500 adam məskunlaşmışdı. Düzdür, biz artıq Şuşaya yaxınlaşanda onlar oradan çıxdılar. Amma orada yaşayanların da 90 faizi hərbçilər və onların ailə üzvləri idi. Yaxşı, bu, erməni şəhəridirsə, niyə burada yaşamırsan? Niyə belə bərbad vəziyyətdədir? Niyə şəhəri məhv edirdiniz bu illər boyu?”, – deyə dövlət başçısı bildirib.
Siyəzəndə "Gənclər Günü" ilə bağlı tədbir keçirilibFevralın 2-də Gənclər Mərkəzində Siyəzən Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 2 Fevral “Azərbaycan Gəncləri günü”nün təsis edilməsinin 25 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Şəhidlər Xiyabanını ziyarət edib, Ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyublar.

Daha sonra dəyirmi masa ətrafında davam etdirilən tədbirdə əvvəlcə dövlət himni səsləndirilib və Vətən müharibəsi şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. Daha sonra Gənclər və İdman İdarəsinin rəisi Nadir Məmmədov konfransı giriş sözü ilə açaraq hesabat məruzəsi ilə çıxış edib. Fəal gənclərin iştirak etdiyi tədbirdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Siyəzən nümayəndəliyinin mütəxəssisi Taryel Həmzəyev, fəal gənc Marifəti Tamerlan, Yeniyetmələr arasında Sambo üzrə Avropa çempionatının qalibi, Gənclər arasında Sambo üzrə Dünya birinciliyinin bürünc mükafatçısı Kamran Qasımov, Vətən müharibəsi iştirakçısı, şəhər 3 saylı tam orta məktəbin Hərbi Hazırlıq rəhbəri İlkin İlyasov və Təhsil Şöbəsinin müdiri Pərvin Ağasıyev çıxış edərək dövlət gənclər siyasəti haqqında ətraflı məlumat veriblər. Çıxışlarda gənc nəslin düzgün yetişdirilməsinin ölkə siyasətində önəmli yer tutması, ölkə gənclərinin bu gün dünyanın müxtəlif ölkələrində aktiv olduqları və bütün ümummilli məsələlərdə dövlətin yanında olduqları xüsusi vurğulanıb.

Sonda yekun sözlə çıxış edən Siyəzən Rayon İcra Hakimiyyətinin məsul işçisi Günel Ağayeva Rayon İcra Hakimiyyətinin başçısı cənab Novruz Novruzovun təbrikini tədbir iştirakçılarının nəzərinə çatdıraraq gənclərə göstərilən dövlət qayğısı haqqında danışıb.

Çıxışlardan sonra gənclərin iştirakı ilə müzakirə aparılmış, gənclərin təklifləri dinlənilmişdir.
Tədbirin sonunda 2021-ci il ərzində müxtəlif sahələrdə fərqlənmiş, həmçinin Vətən müharibəsi iştirakçısı olmuş bir qrup gəncə idarə tərəfindən fəxri fərman və hədiyyələr təqdim edilmişdir. Tədbirdə həmçinin 2 Fevral “Azərbaycan Gəncləri günü”ndən bəhs edən videoçarx nümayiş etdirilib. "Gənclər həftəsi" çərçivəsində təşkil olunan tədbirdə 50-dən çox fəal gənc iştirak edib.





#25il
#gənclərgünü
#qalibxalqıngəncləri
#AzərbaycanGəncləriGünü
#AzərbaycanGəncləri
#GənclərHəftəsi2022
#GənclərGünü25il
#SiyəzənGİİ
#GİN
"Gənclərimizin döyüşlərdə göstərdikləri şücaəti həmişə yüksək qiymətləndirməliyik"Gənclər günündə Azərbaycan gənclərinin üstün keyfiyyətləri, uğurları və perspektivləri barədə əlbəttə, çox danışmaq, çox şey yazmaq olar. Ancaq mən isə gənclərimizin vətənpərvərliyi məsələsi üzərində xüsusilə dayanmaq istəyirəm. Bu bir danılmaz həqiqətdir ki, tarixin bütün dönəmlərində və bütün cəmiyyətlərdə məhz gənclər həmişə aparıcı qüvvə, avanqard rolunda çıxış ediblər. Azərbaycanda da bunu həmişə belə görmüşük. Bizim gənclərimiz həmişə inkişafa, yaradıcılığa, elmi tərəqqiyə, müasirliyə meylli olublar.

Ancaq bütövlükdə isə Azərbaycan gənclərini fərqləndirən başlıca keyfiyyət ondan ibarətdir ki, bizim gənclərimiz milli ruhun daşıyıcıları olan, sağlam əqidəli, Vətənə, dövlətə bağlı fərdlərdir. Əksər gənclərimiz həlledici məqamlarda öz potensial enerjilərini bir an belə tərəddüd etmədən ümummilli məqsədlərə, böyük hədəflərimizə həsr edə bilirlər. Biz bunun əyani nümunəsini 44 günlük Vətən müharibəsində gördük. Bu savaş gənclərimizin Vətən məsuliyyətinin özünütəsdiq anı idi. Bəli, gənclərimiz (istər əsgərlərimiz, istərsə də qazilərimiz) İkinci Qarabağ müharibəsi zamanı döyüşlərin önündə gedərək öz canlarını Vətən naminə qurban verməkdən çəkinmədilər.

Azərbaycan gəncliyi bu müharibədə öz milli kimliyini, təəssübkeşliyini, vətənpərvərlik ruhunu parlaq şəkildə nümayiş etdirdi. Məhz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın gənc əsgərlərinin şücaəti nəticəsində torpaqlarımız mənfur erməni işğalından azad edildi. Biz müharibə zamanı gənclərimizin döyüşlərdə göstərdikləri şücaəti, onların Vətən uğrunda fədakarlıqlarını həmişə yüksək qiymətləndirməliyik. Bu bizim mənəvi borcumuzdur. Mən əminəm ki, Azərbaycanın vətənpərvər gəncliyi bundan sonrakı yaxın-uzaq gələcəkdə də Vətən naminə məsuliyyətini daim qoruyub saxlayacaq və düşmənlərimizin hər zaman layiqli cavabını verəcək.

Fürsətdən istifadə edib bir daha bütün gənclərimizi 2 fevral – Gənclər Günü münasibətilə təbrik edir, hər bir gəncimizə uğur diləyirəm. Gününüz mübarək olsun, əziz gənclər!

Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının sədri
Daha bir məktəb distant təhsilə keçirBakı şəhəri Nərimanov rayonu 177 nömrəli tam orta məktəb fevralın 3-dən distant təhsilə keçir.

Bakı şəhəri üzrə Təhsil İidarəsindən verilən məlumata görə, COVID-19 infeksiyasına yoluxma və qarşılıqlı təmas halları ilə bağlı 177 nömrəli tam orta məktəbdə əyani tədris prosesinin 7 gün müddətinə distant təhsillə əvəz olunmasına qərar verilib.
Qaiser Navab Azərbaycan gənclərini təbrik edibPakistan-Azərbaycan Məzunları Assosiasiyasının təsisçisi Qaiser Navab Azərbaycan gənclərini tarixi qələbə ilə nəticələnən vətənpərvər Qarabağ müharibəsində öz ordusuna fəal şəkildə dəstək vermələri münasibətilə ürəkdən təbrik edib.

"Bu gün Azərbaycan gəncləri müxtəlif elmi, idman, mədəni, ictimai və dövlət fəaliyyətlərində iştirak edirlər" - cənab Nəvab deyib.

2022-ci il GSİSD internirlərinin virtual salamlama sessiyasında çıxış edən cənab Nəvab bildirib ki, Azərbaycanda 1997-ci ildən hər il fevralın 2-si Milli Gənclər Günü kimi qeyd olunur. Ümummilli lider Heydər Əliyev fevralın 2-nin Milli Gənclər Günü elan edilməsi haqqında sərəncam imzalayıb.

"Azərbaycan bu günü qeyd edən ilk postsovet və Şərqi Avropa ölkəsidir. Qlobal miqyasda Beynəlxalq Gənclər Günü yalnız 1998-ci il avqustun 12-də Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə Lissabon Konfransında elan edilmişdir". - o, əlavə edib.

Cənab Nəvab müxtəlif hallarda Azərbaycan gəncləri ilə işləməkdən həmişə məmnun olduğunu bildirib.

Dayanıqlı İnkişaf üzrə Qlobal Strateji İnstitutunun - GSISD-nin bütün gənc internirləri Milli Gənclər Günü münasibətilə həmyerlilərimizi təbrik ediblər. Onlar Azərbaycan gənclərini son illərdən tanıdıqlarını və çox işbirlikçi, mehriban və çalışqan olduqlarını bildiriblər.

Cənab Navab bildirib ki, biz həmişə Pakistan və Azərbaycan gənclər arasında əməkdaşlığın genişləndirilməsini səbirsizliklə gözləyirik.

Yaşasın Pakistanlı və Azərbaycanlı Gənclər!
Sorosçuların məqsədi məhz gənclərdir - PrezidentMilli-mənəvi dəyərlər dövlətimizin əsasını təşkil edir və mən dəfələrlə demişəm ki, müasir və müstəqil Azərbaycan dövləti milli dəyərlər üzərində qurulub.

Avrasiya.net xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev gənclərlə görüşdə gənclərin suallarını cavablandırarkən bildirib.

Prezident qeyd edib ki, gəncləri əyri yola gətirmək, yaxud da yoldan çıxarmaq daha asan olur:

“Ona görə də bax, bu qlobalistlərin - mən onları şərti olaraq belə adlandırıram - sorosçuların məqsədi məhz gənclərdir. Ona görə fondlar yaradılır, o fondların xətti ilə ianələr verilir, müxtəlif yaxşı, gözəl məna daşıyan proqramlar altında məhz bu dağıdıcı missiya həyata keçirilir ki, gəncləri öz dövlətinə qarşı, ilk növbədə, öz əcdadlarına, öz tarixinə qarşı, öz dəyərlərinə qarşı qaldırsınlar və sonra onlardan zombi kimi istifadə etsinlər".

Dövlət başçısı qeyd edib ki, milli dəyərlər təkcə əcdadlar qarşısında bizim mənəvi borcumuz deyil, eyni zamanda, ölkəmizi daim müstəqil saxlamaq, ölkəmizi daim kənar təsirdən qorumaq və nəsillər arasındakı o mənəvi ipləri qırmamaq üçün bu, mütləq lazımdır.
Qarabağı görməyən gənclər Qarabağ uğrunda ölümə getdi...Elə bir gənc nəsil yetişdi ki, Qarabağ uğrunda, Vətən uğrunda, milli ləyaqət uğrunda ölümə gedirdilər.

Avrasiya.net xəbər verir ki, bu fikri Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda sualları cavablandıran Prezident İlham Əliyev deyib.

“Azərbaycanda 29 yaşına qədər insanlar gənclər sayılır. Əgər belə demək mümkündürsə, bu gün ən yaşlı gəncin mən Prezident vəzifəsinə birinci dəfə seçiləndə 11 yaşı var idi. Yəni, bu, reallıqdır. Mən çalışmışam ki, fəaliyyətim dövründə gənclərin tərbiyə olunması ilə bağlı daha çox işlər görək. Çox şadam, fəxr edirəm ki, Vətən uğurda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi. Bu, hər birimiz üçün qürur mənbəyidir. Çünki elə bir gənc nəsil yetişdi ki, hətta Qarabağı görməyən, o acı tarixi görməyən gənclər Qarabağ uğrunda, Vətən uğrunda, milli ləyaqət uğrunda ölümə gedirdilər və şəhid oldular, qazi oldular”, - deyə Prezident bildirib.