İlhan Aşkınla “Qürbətdən Qarabağa”Bu yazımda sizə qəlbi Azərbaycanla bir vuran, Azərbaycana sevgisi ümmanlar qədər dərin, ən şad gününü- doğum gününü Vətənin müdafiəsi naminə öz sağlamlıq və əzalarını qurban verənlərə hədiyyələr təqdim etməklə taclandıran bir şəxsiyyət İlhan Aşkından söhbət açmaq istəyirəm.

İlhan Aşkın Avropada Azərbaycan bayrağının dalğalanmasına, onun adından cəməyyətlərin yaradılmasına səbəb olan şəxslərdəndir.

Bir an belə olsun yorulmadan xüsusi ilə Hollandiyada açılan dərnəklərin ən fəal üzvlərindən biri olan və Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdıran Vətən sevdalısı Avropada keçirilən mitinqlərin önündə gedirdi. Əgər qəlbin Vətən sevgisi ilə döyünürsə fəaliyyətində yorulmazsan. O da yorulmaq bilmədi. Gərgin iş rejimi və möhtəşəm cəhdlərin ardınca Hollandiya Türk-Azərbaycan Dərnəyinin sədri olan İlhan bəy yerli bələdiyyələr ilə əməkdaşlığı genişləndirərək idman, dil kursları kimi müxtəlif kurslar təşkil edir gəncləri mütəmadi dərnəyə səsləyirdi. Haqq səsin varsa o səsin qarşısını almağa cəhd edən mərdimazarlar da hökmən olacaqdır. Zaman-zaman Hollandiya qəzetləri və televiziyaları dərnəyin fəaliyyəti ilə bağlı xəbərlər və onun çalışqanlığı şübhəsiz ki, ermənilərin də diqqətini cəlb edirdi. Neçə dəfə dərnək daşqalaq edilib, pəncərələri sındırıldı. Bir mitinqdə etdiyi çıxışa görə onu məhkəməyə verdilər və həbs olunmasını istədilər. İlhan Aşkın isə soy adında olduğu kimi ilk günki qədər böyük eşq və həvəslə heç bir təhdiddən qorxmur, fəaliyyətində yorulmurdu.

Azərbaycanı sevən İlhan Aşkın bu gün daha bir mühüm işə imza atdı. Budur Türkiyə-Azərbaycan qardaşlığı, budur öz soykökünə bağlılıq və səxavət nümunəsi. Səxavət əbədi olaraq xatırlanacaq bir şeydir. Səxavətli davrandığınız insanlar bunu ömürləri boyu xatırlayacaqlar. Və eyni sürprizlə, bəzən də göz yaşları ilə. Gündəlik həyat dünyası səxavətdən uzaqdır ancaq o bunu bacardı. Əvvəlcə yüzlərlə əlil arabasını Türkiyənin İğdır şəhərinə apardı. Minlərlə avroya başa gələn və Avropada iş adamları tərəfindən maliyyələşdirilən bu arabalar “Qürbətdən Qarabağa” şüarı ilə Azərbaycanımıza göndərildi.

İlhan Aşkın artıq doğma diyarda, isti ocaqdadır. Öz həmşəhərlisi, “MİMAR” Dərnəyi Başqanı, Azərbaycanımızda yaşayıb fəaliyyət göstərən Yılmaz Okukluya Bakıdakı isti münasibət və fəaliyyətindəki dəstəyə görə minnətdarlığını bildirən Vətən fədaisi ad günündə də ürəyindəki bayrağı dalğalandırıb qazilərimizi və idmançılarımızı sevindirdi. Onu gah gülərüz və şad bir veteranın yanında ya da Azərbaycanımızın şanlı bayrağını dəfələrlə ən mötəbər yarışlarda və olimpiadalarda ən yüksək zirvəyə qaldıran paraolimpiya çempionu və rekordçuları Oloxan Musayev və Elvin Aslanov kimi aslanlarımızın yanında görəndə müharibədən sonrakı zəfərin ardınca bəxş olunan sevinc, ümid və coşğu ilə bu mənzərəni seyr edir siz dəyərli oxucularımıza təqdim edirəm.

Elsevər Məmmədov
jurnalist
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilibYanvarın 25-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin parlamentin 2022-ci ilin yaz sessiyasında ilk iclası keçirilib.

İclası açan komitə sədri Sadiq Qurbanov gündəliyi təqdim edib. Bildirib ki, müzakirəyə 4 məsələ çıxarılıb.

İlk iki məsələ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin 2021-ci ilin payız sessiyası dövründə gördüyü işlər barədə hesabatının və 2022-ci il yaz sessiyası üçün iş planının təsdiqi ilə bağlıdır.

Qalan iki məsələ isə “Qaz təchizatı haqqında” qanunda və İnzibati Xətalar Məcəlləsində dəyişikliklərin edilməsi haqqında qanun layihələrinin müzakirəsidir.

Əvvəlcə komitə sədri 2021-ci ilin payız sessiyası dövründə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində görülən işlər barədə hesabatı müzakirəyə təqdim edib. Bildirib ki, komitənin hesabat dövründə keçirilən 10 iclasında 14 məsələyə baxılıb. Komitədə baxılan qanun layihələri barədə danışan komitə sədri bildirib ki, deputatlar qanun yaradıcılığı prosesində fəal olublar, ictimai-siyasi proseslər, ekoloji problemlərlə bağlı mətbuatda aktiv mövqe nümayiş etdiriblər.

Eyni zamanda, sessiya ərzində komitə sədri və üzvləri yerli və beynəlxalq səviyyəli tədbirlərə qatılıblar, həm təmsil olunduqları parlamentlərarası əlaqələr üzrə işçi qrupları çərçivəsində, həm də digər platformalarda bir sıra görüşlər keçiriblər. Qeyd olunub ki, komitə mənsubları 44 günlük Vətən müharibəsi şəhidlərinin anım mərasimlərində iştirak ediblər, şəhid ailələri və qazilərin problemləri ilə yaxından maraqlanıblar.

Məlumat verilib ki, 2021-ci ilin payız sessiyası dövründə vətəndaşlardan, idarə və təşkilatlardan komitəyə daxil olmuş 198 müraciətə komitədə baxılıb və müvafiq tədbirlər görülüb.

Komitənin 2022-ci il yaz sessiyası üçün iş planı ilə bağlı Sadiq Qurbanov bildirib ki, planda komitəyə daxil olan qanun layihələrinin və digər sənədlərin təhlili, müzakirəsi ilə yanaşı, ekologiya və energetika üzrə qanunvericiliyin icra vəziyyətinə, bu sahənin aktual məsələlərinə dair aidiyyəti qurumlarla müzakirələrin keçirilməsi kimi tədbirlər də öz əksini tapıb.

Sənədlərin müzakirəsində komitə üzvləri Naqif Həmzəyev, Nəsib Məhəməliyev, İltizam Yusifov çıxış ediblər. Deputatlar komitənin ötən sessiyada işini qənaətbəxş sayıblar. Onlar qarşıdakı sessiyada bərk məişət tullantılarının idarə edilməsi, su problemləri, Hacıqabul gölünün mövcud vəziyyəti, qanunsuz ov edilməsi, torpaqlardan səmərəli istifadə kimi məsələlərin gündəmdə saxlanması ilə bağlı fikirlərini bildiriblər.

Müzakirələrin sonunda komitənin 2021-ci ilin payız sessiyası dövründə gördüyü işlər barədə hesabatı qənaətbəxş hesab olunub və 2022-ci ilin yaz sessiyası üçün iş planı təsdiqlənib.

Sonra komitə qanun layihələrinin müzakirəsinə keçib.

Komitə sədri bildirib ki, müzakirəyə çıxarılan hər iki sənəd - “Qaz təchizatı haqqında” Qanunda və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihələri dəm qazından zəhərlənmələrin və qaz partlayışı hadisələrinin profilaktikası üçün qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Dəm qazı zəhərlənmələrindən vəfat edənlərin və zərər çəkənlərin ötənilki statistikasını iclas iştirakçılarının diqqətinə çatdıran Sadiq Qurbanov qanun layihəsinin sosial sifarişə əsaslandığını deyib, qaz qurğularının və qaz xətlərinin, tüstü bacalarının müayinəsi və texniki xidmətin səmərəliyinin yüksəldilməsinin, neqativ halların operativ aradan qaldırılmasının, qaz paylayıcısının məsuliyyətinin artırılmasının vacibliyini vurğulayıb.

Bildirilib ki, “Qaz təchizatı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində qaz qurğularının və qaz xətlərinin, tüstü bacalarının, havalandırma və havadəyişmə xətlərinin müayinəsi və onlara texniki xidmətlə bağlı səlahiyyətlərin aidiyyəti dövlət qurumlarından qaz paylayıcısına ötürülməsi təklif olunub. Bu çərçivədə qanuna bir sıra dəyişikliklər edilib, yeni anlayışlar və tənzimləmələr təsbit olunub.

İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində isə məcəllənin 279-cu maddəsinə qaz qurğuları və qaz xətlərinə, tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmət qaydalarına əməl edilməməsi ilə bağlı 279.0.1-1-ci maddənin əlavə edilməsi təklif olunub.

Həmçinin layihədə qaz təchizatı üzərində nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələblərinin yerinə yetirilməməsi ilə bağlı 542-ci maddənin yeni redaksiyasında cərimələr nəzərdə tutulub.

Qanun layihələrinin müzakirəsində çıxış edən deputatlar Naqif Həmzəyev, İltizam Yusifov, Nəsib Məhəməliyev, Afət Həsənova təklif olunan dəyişikliklərlə bağlı rəylərini, suallarını səsləndiriblər. Deputatlar dəyişiklikləri əsasən istehlakçıların hüquq və mənafeləri kontekstində dəyərləndiriblər, onların praktiki tətbiqi, məsuliyyətin aydınlaşdırılması, bina mülkiyyətçilərinin müəyyənləşdirilməsi kimi məsələlərlə bağlı fikirlərini bildiriblər.

Energetika Nazirliyinin Hüquq şöbəsinin müdiri İbrahim Ağayev, “Azəriqaz” İstehsalat Birliyinin Hüquq Departamentinin rəisi Vüqar Eyvazov, Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov deputatların suallarını cavablandırıblar, qaldırdıqları məsələlərə aydınlıq gətiriblər.

Müzakirələrin sonunda komitə üzvləri qanun layihələrini baxılmaq üçün Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə ediblər.

İclasda deputatlar Anar Məmmədov, Əliabbas Salahzadə və digər rəsmi şəxslər iştirak ediblər.
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinin Türkiyəyə rəsmi səfəri başlayıbYanvarın 25-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinin Türkiyənin paytaxtı Ankara şəhərinə rəsmi səfəri başlayıb.

AZƏRTAC xəbər verir ki, Prezident Administrasiyasının məsul əməkdaşı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev, Agentliyin icraçı direktoru Aygün Əliyeva və departament müdiri Elnur Bağırlının təmsil olunduğu nümayəndə heyəti əvvəlcə ölkəmizin Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovla görüşüblər.

Görüşdə Azərbaycan və Türkiyə vətəndaş cəmiyyəti təsisatları arasında birgə əməkdaşlıq məsələləri müzakirə edilib.

Sonra nümayəndə heyətinin Türkiyə Respublikasının Vəqflər Baş İdarəsinin rəisi Burhan Ersoyla görüşü olub.
Qonaqları salamlayan Burhan Ersoy Türkiyədə fəaliyyət göstərən vəqflər və onların fəaliyyətindən danışıb. Bildirib ki, Azərbaycanın müvafiq qurumlarının Türkiyədə fəaliyyət göstərən vəqflərlə əlaqələrinin qurulması hər iki ölkənin milli maraqlarına xidmət edəcək və müsbət töhfə verəcək.

Daha sonra Vüsal Quliyev Agentlik haqqında məlumat verərək qurumun gələcək fəaliyyəti, Türkiyə QHT-ləri və vəqfləri ilə mövcud əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb. Bildirib ki, Türkiyə vəqflərinin təcrübəsinin öyrənilməsi və onlarla əlaqələrin qurulması Azərbaycan QHT-ləri üçün mühüm əhəmiyyət kəsb edir.

Agentliyin icraçı direktoru Aygün Əliyeva çıxış edərək qurumun qarşısında duran hədəflər və beynəlxalq əlaqələrinin inkişafı barədə məlumat verib. Diqqətə çatdırıb ki, bütün sahələrdə olduğu kimi, vətəndaş cəmiyyəti institutları ilə iş sahəsində də qardaş Türkiyənin təcrübəsinin öyrənilməsi çox vacibdir.
Qeyd edək ki, 4 gün davam edəcək səfər çərçivəsində digər aidiyyəti qurumlarda görüşlərin keçirilməsi planlaşdırılır.



Tağıyevin təsbehini sındıranlar HƏBS OLUNDUPaytaxtın Səbail rayonunda Hacı Zeynəlabdin Tağıyevin heykəlinə zərər vuran şəxslər barəsində məhkəmə qərarı olub.

Daxili İşlər Nazirliyindən (DİN) Avrasiya.net-ə verilən məlumata görə, əməli törətməkdə təqsirləndirilən şəxslər – 1991-ci il təvəllüdlü Vüqar Tağızadə, 1996-cı il təvəllüdlü Allahverdi Məmmədli barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 2 aylıq aylıq həbs qətimkan tədbiri seçilib.

Səbail RPİ İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 246-cı (Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama) maddələri ilə istintaq hərəkətləri davam etdirilir.

İstintaqın yekununda toplanmış materiallar baxılması üçün məhkəməyə göndəriləcək.
Müğənninin nəvələri eks-gəlininə VERİLDİBu gün Əməkdar artist Mətanət İsgəndərlinin oğlu Kərim və keçmiş gəlini Canana arasındakı çəkişmə ilə bağlı növbəti məhkəmə prosesi keçirilib.

Əməkdar artistin eks-gəlini bu barədə "Instagram" səhifəsində paylaşım edib.

“Balalarımın üçünü də mənə qaytardılar. Ədalətli qərar oldu. Sabahkı ad günümün ən böyük hədiyyədir", - deyə Canana paylaşımda bildirib.

Qeyd edək ki, Kərim və Canana ötən ilin oktyabrında rəsmi boşanıb və uşaqlar anadan alınaraq ataya verilmişdi.
Keçmiş Səfir “İMZA”çı oldu - Hulusi Kılıç ilə müsahibəTürkiyənin ölkəmizdəki sabiq səfiri, “Bir millətin səfiri” olaraq tanıdığımız Azərbaycan sevdalısı Hulusi Kılıç Turkmedia.az-ın suallarını cavablandırıb.
Türkmedia.az-a istinadən müsahibəni təqdim edir:

Cənab diplomat, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin ( İB)Türkiyə nümayəndəsi və sədrin iqtisadi məsələlər üzrə müşaviri vəzifələrinə seçildiniz. Bu münasibətə sizi təbrik edir, uğurlar arzulayıram. Yeni vəzifə izlə bağlı nə demək istərdiniz?

– Sözlərimə başlamadan öncə informasiya sahəsində türk dünyasına önəmli xidmətlər göstərəcəyinə inandığım Turkmedia.az saytına uğurlar arzu edirəm.

Sualınıza gəlincə, mənə göstərilən yüksək etimad üçün təşəkkür edirəm. Belə önəmli vəzifələrin verilməsi məni sevindirdi və qürurlandırdı. Bu önəmli vəzifələrin öhdəsindən gəlmək üçün əlimdən gələn hər şeyi etməyə çalışacağam.

Bilirsiniz, 13 sentyabr 2012-ci il tarixində cənab prezidentlə sağollaşarkən mənə təqdim edilən “Dostluq” ordeni törenində cənab prezidentə Vətənə xidmətə gəldiyimi və həyatımın qalan hissəsini Azərbaycanın bir nümayəndəsi və bir vətəndaşı kimi keçirəcəyimi demişdim. Cənab İlham Əliyev də Azərbaycanın öz vətənim olduğunu, buranı nə qədər sevdiyimi bildiyini və cəmiyyətdə önəmli yer tutduğumu bildirmişdi. Cənab prezidentə söylədiyim kimi Azərbaycanın bir nümayəndəsi olaraq çalışdığımı sizlər və dostlarım yaxşı bilir.

Bu vəzifə indiyə qədər könüllü gördüyüm Azərbaycanın nümayəndəsi vəzifəsini rəsmiləşdirir və məsuliyyətimi daha da artırır. Düzü, İMZA mənə böyük məsuliyyət verir. “İMZA”-nın amallları üçün çalışmaq zövq duyulan məsuliyyətdir.

Dəyərli sədr Xəyyam Əsgərovla işləməkdən də məmnunluq duyuram. Özü Can Azerbaycan xalqının və Türk Milletinin aşiqidir.

Gələcəkdə hayata keçirmək istədiyiniz bir layihə varmı? Varsa, nədən ibarətdir?

– Bəli, var. 2022 Qarabağ Beynəlxalq 2. İqtisadi Forumunun Ankarada təşkil edəcəyik. Bu foruma böyük önəm veririk. Bu forum Türkiyə-Azərbaycan qardaşlığına yeni bir güc və səviyyə qatacaq. Dünya iki əkiz ölkənin əməkdaşlığının səviyyəsini bir daha görəcək.

Ayrıca qeyd etməliyəm ki, İMZA İB komandası çox güclüdür və gələcəkdə önəmli layihələrə imza atacaq. Bizim fəaliyyətimizi izləməyə davam edin, uğurlarımızı görəcəksiniz.
Azərbaycan Ukrayna münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur.Yanvar ayının 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukraynaya 1 günlük işgüzar səfəri ölkələrimiz və xalqlarımız arasında mövcud olan tarixi dostluq əlaqələrinin inkişafına xüsusi təkan verib. Səfər çərçivəsində hər iki dövlət arasında bir sıra mühüm sənədlər imzalanıb. Strateji tərəfdaşlığın yeni müstəvidə inkişaf dinamikasının konturları müəyyənləşdirilib.

Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu, siyasi elmlər namizədi Əfqan Salmanov səfərin tarixi əhəmiyyəti ilə bağlı Respublika qəzetinə verdiyi müsahibədə ikitərəfli münasibətlərin gələcək perspektlərinə aydınlıq gətirib.

Fəxri konsulun müsahibəsini təqdim edirik.

- Əfqan müəllim, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukraynaya işgüzar səfərinin əhəmiyyətini necə dəyərləndirirsiniz ?

- Öncə onu qeyd etmək istəyirəm ki, Azərbaycanla Ukrayna arasındakı dostluq münasibətlərinin kökü uzun əsrlərə söykənir. Tarixin bütün dönəmlərində istər ölkələrimiz, istərsə də xalqlarımız arasında sıx dostluq və qardaşlıq münasibətləri mövcud olub. Tarixə nəzər salsaq görərik ki, istər 1918-ci ildə, istərsə də 1991-ci ildə ölkələrimiz bir, birinin dövlət müstəqilliklərini tanıyan ilk ölkələr sırasında olublar. Heç də təsadüfi deyil ki, bu gün Azərbaycanla Ukrayna beynəlxalq arenada strateji tərəfdaşlar kimi tanınırlar.

Müstəqillik tarixlərini qöşa addımlayan hər iki ölkə arasında iqtisadi, siyasi, elmi, mədəni, hərbi-texniki, energetika, nəqliyyat və digər sahələrdə səmərəli əlaqələr qurulub.Təbiiki, qarşılıqlı əlaqələrin möhkəm və etibarlı zəmin üzərində qurulmasında Ulu Öndər Heydər Əliyevin əvəzolunmaz xidmətləri olub. Belə ki, 1997-ci ilin mart ayıda Ukraynaya rəsmi səfər edən Ulu Öndər Heydər Əliyev ölkələrimiz arasındakı tarixi dostluq əlaqələrini yeni inkişaf mərhələsinə qaldırmağa müvəffəq olub . Həmin vaxtdan bu günədək ölkəmizin xarici siyasətində Ukrayna mühüm yer tutmaqdadır. Beləki, ötən dövr ərzində ikitərəfli əlaqələr əhəmiyyətli dərəcədə genişlənərək, strateji səviyyəyə çatıb. Bu gün iki dövlət arasında əməkdaşlıq bir çox sahələrdə intensiv olaraq inkişaf edir. Siyasi sahədə Azərbaycan və Ukrayna bir-birini həm ikitərəfli, həm də çoxtərəfli formatda dəstəkləyir. Parlamentlərarası münasibətlərdə də yüksək əməkdaşlıq əlaqələri mövcuddur.Hər iki ölkənin parlamentariləri bir sıra beynəlxalq təşkilatlarda, o cümlədən, Avropa Parlamenti və Avronest çərçivəsində ciddi əməkdaşlıq edir, müstəqil dövlətlərimizin gələcək müqəddaratı naminə eyni mövqedən çıxış edirlər. Ölkələrimiz həmçinin BMT, ATƏT, Avropa Şurası və GUAM çərçivəsində tərəfdaşlıq edirlər.

Əlbəttə, yanvar ayının 14-də Azərbaycan Respublikasının Prezident İlham Əliyevin Ukraynaya iş güzar səfəri ölkələrimiz arasında mövcud olan tarixi əlaqələrin daha da inkişaf etdirilməsinə dəyərli töhfələr verəcək. Bildiyimiz kimi, müstəqillik tarixini qoşa addımlayan iki ölkə arasında ötən 30 ildə iqtisadi, siyasi, elmi, hərbi texniki, energetika, kənd təsərrüfatı və bir çox sahələri özündə ehtiva edən sıx əməkdaşlıq münasibətləri qurulub. Hazırda iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 860 milyon dollar dəyərindədir. Əminəm ki, ölkə başçısının bu səfərindən sonra ikitərəfli iqtisadi əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyacaq.

- Əfqan müəllim! Bu dəfəki səfər ötən səfərlərdən hansı çalarları ilə fərqlənirdi ?

- Bir məqamı xatırlatmaq istəyirəm ki, Prezident İlham Əliyev Azərbaycan, Ukrayna münasibətlərinin inkişafına daima xüsusi diqqət ayırır. Bu baxımdan dövlət başçımızın Ukraynaya etdiyi rəsmi və dövlət səfərləri ikitərəfli iqtisadi, siyasi münasibətlərin inkişafina, səmərəli töhvələr vermişdir.

Ötən səfərlərdən fərqli olaraq, bu dəfə əsas müzakirə obyekti kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafına yönəlmişdi. Bildiyiniz kimi, bu gün Ukrayna dünyada ən böyük aqrar ölkələrdən biri hesab olunur. Bu baxımdan Azərbaycan öz qida təhlükəsizliyini təmin etmək üçün dost və qardaş ölkənin aqrar sektorunda əsaslı mövqe əldə etmək strategiyasını reallaşdırır. Bu ölkəmiz üçün çox böyük əhəmiyyətə malik qərardır. Əminəm ki, Ukrayna gələcəkdə Azərbaycanın qida təhlükəsizliyinin, Azərbaycan isə Ukraynanın enerji təhlükəsizliyinin təmin olunmasında ən etibarlı tərəfdaş ölkələrə çevriləcəklər. Hesab edirəm ki, bu dəfəki səfər yaxın gələcəkdə ölkələrimiz arasında mövcud olan ticarət dövriyyəsinin həcmini əsaslı şəkildə yüksəldəcək.

Azərbaycanla Ukrayna arasında indiyədək müxtəlif sahələri özündə əks etdirən 150-dən çox dövlət, hökumət və qurumlararası müqavilə, saziş və digər sənədlər imzalanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukraynaya son səfəri zamanı imzalanmış yeni müqavilələr isə dövlətlərimiz arasındakı hüquqi bazanın daha da möhkəmlənməsində müstəsna rol oynayacaq.

Bu səfərin əsas özəlliklərindən biridə, Azərbaycanla Ukrayna arasında müştərək istehsal müəssisələrinin yaradılması, biznes mühitinin təkmilləşdirilməsi məsələlərinin gündəliyə salınması idi. Bu sahədə ciddi addımlar atıldı. Səfər başa çatdıqdan sonra Ukraynanın Xarkov, Dnepropetrovsk, Poltava, Çerniqov, Zaporojye və digər vilayətlərində fəaliyyət göstərən fabrik, zavod və bir sıra istehsal müəssisələrinin rəhbərləri Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulluğuna müraciət edərək Azərbaycanla iş birliyinə maraq göstərdiklərini, xüsusən də işğaldan azad olunmuş bölgələrdə həyata keçirilən investisiya layihələrinə qoşulmağa hazır olduqlarını bildirirlər.

Səfər zamanı istər Asərbaycan Respublikasının Prezidenti İlham Əliyev, İstərsədə Ukrayna Prezidenti Volodimir Zelenski mətbuat konfranslarında dönə-dönə qeyd etdilərki, Azərbaycan və Ukrayna strateji tərəfdaş ölkələr kimi bütün sferalarda daima bir-birinə dəstək verəcək, ikitərəfli iqtisadi, siyasi əlaqələrin dahada inkişaf etdirilməsi üçün əllərindən gələni əsirgəməyəcəklə.

- Bölgədə cərəyan edən geosiyasi hadisələrin fonunda bu səfər Azərbaycan-Ukrayna münasibətlərinə necə təsir edəcək?

- Bu səfər Azərbaycan Ukrayna münasibətləri ilə yanaşı region ölkələrlə iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinə böyük töhvələr verəcək. Məlumdur ki, Azərbaycan region ölkələrlə qarşılıqlı əməkdaşlığın inkişafına böyük maraq göstərir. Bu baxımdan ölkəmiz Qaradəniz və Xəzər hövüzəsi ölkələri ilə iqtisadi əlaqələrin inkişafına real layihələrlə təkan verir. Regionda sabitliyin və dayanıqlı sülhün təmin olunmasında yaxından iştirak edir. Ötən 25 il müddətində inkişaf edərək Cənubi Qafqazda lider dövlətə çevrilən Azərbaycan beynəlxalq arenada mövqelərini gücləndirmək, milli dövlətçilik maraqlarını təmin etmək və dünyadakı etibarlı tərəfdaşları ilə əlaqələrini genişləndirmək istiqamətində çox böyük nailiyyətlər əldə edib. Bu baxımdan əminliklə demək olar ki, Azərbaycan ilə Ukrayna arasında strateji müttəfiqlik münasibətləri durmadan inkişaf edərək möhkəmlənəcək. Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş strateji əməkdaşlıq Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək ölkələrimizi bir birinə daha six bağlayacaq.

Möhsüm Qədiroğlu
“Respublika” qəzetinin Ukrayna və Şərqi Avropa ölkələri üzrə xüsusi müxbiri.
Milli Təhlükəsizlik Xidməti Sarkisyanla bağlı araşdırmaya başladı - Cinayət işi açıla bilərErmənistanın istefa vermiş prezidenti Armen Sarkisyanın başı qaldadır.

Ermənistan Milli Təhlükəsizlik Xidməti Armen Sarkisyanın prezident seçilməzdən əvvəl Sent Kitts və Nevis ölkəsinin vətəndaşlığına malik olub-olmadığını yoxlayacaq.

Bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat yayıb.

Baş Prokurorluq MTN-ə bu iş çərçivəsində “Hetq.am”-ın dünən yaydığı məlumatı yoxlamağı təklif edib.

Baş prokurorun müşaviri Qor Abramyan deyib ki, hələ 2021-ci ilin aprelində Sərkisyanın ikili vətəndaşlıq faktının saxtalaşdırılması ilə bağlı cinayət işi başlandığı nəzərə alınaraq, budəfəki araşdırma Milli Təhlükəsizlik Xidmətinə həvalə olunub.

Adı çəkilən KİV-in yazdığına görə, Armen Sarkisyan prezident seçilənə qədər (2018-ci il) Karib dənizindəki kiçik Sent Kitts və Nevis ölkəsinin vətəndaşlığına malik olub. İddia olunur ki, A.Sarkisyan xarici ölkə vətəndaşlığı daşıdığına onun prezident seçilmək hüququ yox imiş.

Xatırladaq ki, hələ 2021-ci ilin aprelində Sarkisyanın xarici vətəndaşlığının olub-olmaması ilə bağlı iş başlanmışdı. O zaman Sarkisyanın ikili vətəndaşlığa malik olması faktının gizlədilməsi ilə bağlı cinayətə dair 53 hüquqşünas hesabat təqdim etmişdi.

İndi yayılan məlumata görə, Armen Sarkisyan ən azı 10 il (2003-2012-ci illərdə) Britaniya vətəndaşlığına malik olub və 2018-ci ildə Ermənistan qanunlarından yan keçərək, prezident seçilib.

Ölkə Konstitusiyasına görə, seçkilərə qədər altı il Ermənistan vətəndaşı olan şəxs prezident seçilə bilər.

Bir neçə gün öncə - yanvarın 23-də prezident Armen Sarkisyan istefa verib və deyib ki, Konstitusiya ona sistemli daxili və xarici siyasət problemlərinə təsir göstərməyə imkan vermir. Prezidentin sözlərinə görə, ona xarici siyasətə, iqtisadi siyasətə, diasporla münasibətlərə təsir mexanizmlərinin yaradılacağı ilə bağlı vədlər verilib, lakin bu, baş tutmayıb.

Armen Sarkisyanın vətəndaşı olduğu bildirilən Sen-Kits və Nevis həm ərazisinə, həm əhalisinin sayına görə Karib dənizinin ən kiçik dövlətidir. Bu ölkə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kraliçasının rəhbərlik etdiyi Millətlər Birliyinin üzvüdür.

Uzun müddət Böyük Britaniyanın müstəmləkəsi olmuş Sen-Kits və Nevis 1983-cü ildən müstəqil dövlətdir.
İlham Əliyev: "Müharibədən sonra İran-Azərbaycan əlaqələri daha da geniş vüsət alıb""Vətən müharibəsindən sonra regional əməkdaşlıq üçün çox gözəl imkanlar yaranmışdır. Müharibədən sonra İran-Azərbaycan əlaqələri bu istiqamətdə daha da geniş vüsət almışdır və regional əməkdaşlığın yaradılması üçün hazırda "3+3" çox ümidverici əməkdaşlıq platforması yaradılmışdır”.

Avrasiya.net-in xəbərinə görə, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 25-də İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan-İran Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Rüstəm Qaseminin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərkən deyib.

“Artıq birinci görüş keçirildi. Əminəm ki, bu görüşlər müntənzəm olaraq keçiriləcək və region ölkələrinin maraqlarını təmin edəcək”, - dövlət başçısı vurğulayıb.

Dövlət başçısı yaxın gələcəkdə İran şirkətlərinin azad edilmiş torpaqlarda fəal işə başlayacaqlarına əmin olduğunu da deyib.

“İqtisadiyyat Nazirliyinə müvafiq göstərişlər verildi. İran tərəfi ilə ilkin danışıqlar aparıldı və indi konkret nəticələr gözləyirik. Siz dünən öz gözlərinizlə azad edilmiş torpaqlarda olan dağıntıları görmüsünüz”, - dövlət başçısı vurğulayıb.