Hafiz Məmmədov borcundan 600 min manat ÖDƏDİMəşhur iş adamı Hafiz Məmmədov dövlətə borcundan 600 min manatını ödəyib, qalan hissəsini bir həftə ərzində ödəniləcəyinə dair öhdəlik götürüb.

Avrasiya.net xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Bildirilib ki, iş adamı Məmmədov Hafiz Məcid oğlu barəsində bilavasitə faktiki rəhbərliyi həyata keçirdiyi müəssisələr üzrə yaranmış 1 465 200 manat məbləğində vergi və məcburi dövlət sosial sığorta haqlarının ödəməkdən yayındırılması faktları üzrə Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə başlanmış cinayət işi üzrə Yasamal rayon məhkəməsinin 25 yanvar 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hafiz Məmmədov istintaq prosesində ona qarşı irəli sürülmüş ittihamı qəbul edib, 600 min manat məbləğində vergi və məcburi dövlət sosial sığorta haqlarını ödəyib, qalan borcun 1 həftə ərzində ödəniləcəyinə dair öhdəlik götürülməsi barədə iltizam verib.

Göstərilənləri nəzərə alaraq, Yasamal rayon məhkəməsi 31 yanvar tarixində Hafiz Məmmədovun vəkilinin həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunması barədə vəsatətini təmin edib. Xatırladaq ki, ev dustaqlığı və girov həbsə alternativ qətimkan tədbirləridir.
SEPAH-ın binasına hücum edildiNaməlum şəxs Sarvan şəhərində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Kəşfiyyat İdarəsinin binasına silahlı hücum edib.

Avrasiya.net xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Naməlum şəxs mühafizəçilərə atəş açıb, lakin atəşi nəticəsində öldürülüb.

Atışma nəticəsində yoldan keçən bir mülki şəxs də yaralanıb.
Polis qəzaya düşərək həlak oldu - FOTOBakıda polis əməkdaşı qəzada ölüb.

Avrasiya.net xəbər verir ki, Xəzər Rayon Polis İdarəsinin əməkdaşı Əliyev Əli Fazil oğlu xidmətdən kənar vaxtı idarə etdiyi “Hyundai Elantra” markalı şəxsi avtomobilinin idarəetməsini itirərək aşırıb.

Qəza nəticəsində Ə.Əliyev dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Hafiz Məmmədov ev dustaqlığına buraxıldıMəşhur iş adamı Hafiz Məmmədov ev dustaqlığına buraxılıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Report-a onun vəkili İsmayıl Kəngərli deyib.

O bildirib ki, Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə H.Məmmədovun ev dustaqlığına buraxılması ilə bağlı qaldırdığı vəsatət təmin olunub.

Qeyd edək ki, H.Məmmədov böyük məbləğdə vergi və məcburi dövlət sosial sığorta haqqını ödəməkdən yayınmaqda ittiham olunur. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində sahibkarın barəsində cinayət işi başlanıb.

Başlanan cinayət işi çərçivəsində H.Məmmədov istintaqa gəlməkdən boyun qaçırdığından, onun barəsində ittiham elan edilməsi üçün şəxsin tutulması ilə bağlı axtarış haqqında qərar qəbul edilib. Yasamal Rayon Məhkəməsinin qərarı ilə iş adamının barəsində həbs qətimkan tədbiri seçilib.
Saakaşvili yeni etiraz formasına başlayır"Mixail Saakaşvili ultimatumla əlaqədar xüsusi bəyanat yayımlayacaq".

Bunu "Vahid Milli Hərəkat"ın liderlərindən olan Koba Nakopiya deyib.

Onun jurnalistlərə verdiyi məlumata görə, yaxın günlərdə Saakaşvilinin ultimatumu barədə ictimaiyyətə məlumat veriləcək.

“Onun aksiya formasının necə olacağını yaxın günlərdə biləcəksiniz. Bu barədə sizə məlumat veriləcək", - deyə müxalif lider qeyd edib.
Rəsulzadə haqqında filmin müəllifi AzTV-dən getdiAzTV-nin tarixi şəxsiyyətlərlə bağlı silsilə filmlərin çəkildiyi layihənin rəhbəri Fəxrəddin Həsənzadə işindən ayrılıb.

Avrasiya.net Bakipost.az-a istinadən xəbər verir ki, bu barədə F.Həsənzadə özünün Feysbuk hesabında yazıb:

“AzTV -də yayımlanan “Yüz ilin sirləri” proqramının layihə rəhbəri və Rəsulzadə ilə bağlı sənədli filmi hazırlayan biri kimi ümumi bir açıqlama vermək istədim. Kanal rəhbərliyinə və hər kəsə əsaslı veriləcək cavabım və dəlillərim var. Amma dostlarım bilir, mən belə məqamdan şou düzəltməyi sevmirəm, susmağı üstün bilirəm. Bu gündən etibarən AzTV ilə yollarımı ayırmaq qərarı verirəm. Məni tanıyan hər kəs siyasi mövqeyimi də bilir. Sadəcə bir məqsədim var idi. O da dünya tarixində iz qoyan azərbaycanlıları ətraflı tanıtmaq”.

Qeyd edək ki, Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 138 illiyi ilə bağlı AzTV-də nümayiş etdirilməsi nəzərdə tutulan sənədli film efirdə yayımlanmayıb.

Belə ki, layihənin müəllifi Hüseyn Cavadzadə yanvarın 22-də səhifəsində filmin anonsunu paylaşaraq, verilişin yanvarın 30-da yayımlanacağını deyib. Bundan sonra isə yanvarın 27-də filmin yayımlanmayacağını bildirib.

Bu isə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Şəbəkə istifadəçiləri AzTV-nin səhifəsində #UtanAZTV #RəsulzadəÜrəklərdə həştəqləri ilə etiraz ediblər.

Məsələ ilə bağlı AzTV Feysbuk səhifəsində açıqlama yayıb. Paylaşımda qeyd edilir:

“Bu gün AzTV hansısa verilişi efirə verməməkdə ittiham olunur. Əvvəla, həmkarlarımızdan soruşmaq istərdik ki, söhbət hansı verilişdən gedir? Yaxud nəzərdə tutduqları verilişin adını çəksinlər, biz də maraqlanaq ki, həmin verilişin anonsu AzTV-nin efirində yayımlanıbmı? Efirdə deyilibmi, yaxud proqramda yazılıbmı ki, bu veriliş efirə gedəcək? Əgər yazılmayıb və deyilməyibsə, hansısa verilişin TV-də yayımlanmaması ilə bağlı ittiham irəli sürmək hansı əsasa və ya məntiqə sığır?

İkincisi, TV-də onlarla verilişlər hazırlanır, bəzən hətta anonsu verilsə də, efirə daha çox texniki səbəblərdən təqdim olunmur. Bu xəbərdirmi? Və ya bundan xəbər düzəltmək nə dərəcədə məntiqli və peşəkar yanaşmadır?

Mövzuya gəlincə, AzTV-də Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları barədə yüzlərlə material yayımlanıb və bu gün də efirə verilir. M.Ə.Rəsulzadənin nəvəsinin ilk olaraq məhz AzTV-də efirə çıxması və maraqlı açıqlamalar verməsini diqqətli tamaşaçılar, yəqin ki, unutmayıblar.

Odur ki, bu mövzuda hər hansı kampaniyaya start verilməsinin özü, düşünürük ki, ayıbdır".
Bakıda 4 yaşlı qızın meyiti aşkarlandıYanvarın 31-i 2018-ci il təvəllüdlü Məryəm Hüseynlinin meyitinin Xəzər rayonu ərazisində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Avrasiya.net xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda qeyd edilən faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.

Hadisənin təfərrüatları ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
“Azərbaycan Gəncləri günü”nə həsr olunan kross qaçışı üzrə Siyəzən rayon çempionatı  keçirilib2 Fevral “Azərbaycan Gəncləri günü”nün təsis edilməsinin 25 illiyinə həsr olunmuş kross qaçışı üzrə Siyəzən rayon çempionatı keçirilib.

31 yanvar tarixində şəhər stadionunda 2 Fevral “Azərbaycan Gəncləri günü”nün təsis edilməsinin 25 illiyinə həsr olunmuş kross qaçışı üzrə gənclər arasında rayon çempionatı keçirilib. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən elan olunmuş “Gənclər həftəsi” çərçivəsində Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda gənc atletlər 2000 metr məsafəyə qaçış üzrə qüvvəsini sınayıb.

Yarış 2 Fevral “Azərbaycan Gəncləri günü”nün qeyd olunması, atletika idman növlərinin rayonda inkişaf etdirilməsi, gənclərin fiziki hazırlığının yüksəldilməsi, sağlam həyat tərzinin gənclər arasında təbliği, zona və respublika səviyyəli yarışlarda rayonu təmsil edəcək perspektivli idmançıların müəyyən edilməsi məqsədi daşıyıb. Yarışın nəticəsinə əsasən Əsgərov Ramiz I, Nəcəfov Hüseyn II, Dostuyev Ələsgər III olub. Yer tutan idmançılar Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərman və medallarla təltif ediliblər.




#25il
#gənclərgünü
#qalibxalqıngəncləri
#AzərbaycanGəncləriGünü
#AzərbaycanGəncləri
#GənclərHəftəsi2022
#GənclərGünü25il
#gəncəm
#SiyəzənGİİ
#GİN
Sabiq icra başçısına hökm oxunduGəncə Ağır Cinayətlər Məhkəməsində Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin sabiq başçısı Məharət Mustafayev, Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin sabiq rəisi Əli Rüstəmov və Razin Qəhrəmanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Avrasiya.net xəbər verir ki, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə müdafiə çıxışı edən vəkillər müvəkkilləri barəsində bəraət hökmü çıxarılmasını xahiş ediblər.

Məhərat Mustafayevin vəkili çıxışında hökm qəbul edərkən müvəkkilinin Gəncədə görülən işlərdə mühüm rolu olduğunu həmçinin xəstəliyinin nəzərə alınmaması xahiş edib.

Təqsirləndirlilən şəxslər də son sözlərində məhkəmədən bəraət istəyiblər.

Prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslər - Məharət Musayev və Əli Rüstəmov 4 il azadlıqdan məhrum edilib. Cinayət işi üzrə təqsirli bilinərək barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilmiş Razin Qəhrəmanov isə 10 min manat cərimə edilib.

Qeyd edək ki, prokuror Məharət Mustafayev və Əli Məmmədova 6 il, Razin Qəhrəmanova isə 5 il həbs cəzası istəmişdi.

Xatırladaq ki, təqsirləndirilən şəxslər Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyatla həbs olunublar. Həmin şəxslər barəsində Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərini aşma), 178.3.2-ci (dələduzluq), 178.2.4, 178.2.2, 178.2.3-cü, 311.3.1-ci (rüşvət alma), 311.3.1, 311.3.2, 312.2-ci (rüşvət vermə), 314-cü (Qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə) maddələri ilə ittiham olunur.
Ana 5-ci sinifdə oxuyan qızının qaçırılacağından qorxub ƏRƏ VERİR“Anası qızını qaçıracaqlarından qorxduğu üçün onu ərə vermək istəyib”.

Avrasiya.net xəbər verir ki, bunu AzEdu.az-a açıqlamasında Masallı rayon Təhsil Şöbəsinin müdir müavini Samit İslamov deyib.

Belə ki, sosial şəbəkələrdə Masallı rayonunun Alvadı kəndində məktəbyaşlı qızın ərə verilməsi barədə məlumatlar yayılıb. Yetkinlik yaşına çatmayan qızın uzun müddətdir təhsildən kənarlaşdırıldığı da iddia olunur.

Məsələ ilə bağlı RTŞ rəsmisi danışıb:

“Şəxsən yarım saat öncə hadisə baş verən məktəbdə oldum. Həmin qız ilə söhbət apardım. O 2007-ci 2 fevralında anadan olub. Uşağın atası Lənkəran rayonundandır. Anası Lənkərana gəlin köçüb və burada uşaq məktəbə getməyib. O, təhsildən kənarada qaldığı üçün Masallı rayonunda fərdi təhsilə cəlb olunub və 5-ci sinifdən tədrisə başlayıb. Belə ki, fərdi təhsildə şagirdin yaşı çox ola bilər.

Məktəbə gedib onun bütün müəllimləri ilə danışıq apardım. Valideyni məktəbə çağırdım. Atası ailəsini atıb gedib. Uşağa aliment də vermir. O, da deyib ki, mən yiyəsiz ailəyəm. Qorxub ki, qızını qaçırarlar, ona görə də belə qərar alıb, lakin onun evləndirilməsi məktəb həyatı bitdikdən sonra baş tutacaq. Ana qeyd edib ki, qız gündəlik olaraq məktəbə gedib gələcək.

Sonra isə həmin şagirdlə danışdım, onun bütün fənlər üzrə müəllimləri ilə ünsiyyət apardım və onlar da söz verdilər ki, bu şagird təhsilini tamamlamayana kimi nikaha daxil olmayacaq”.