Bakı polisi Tural Sadıqlını axtarışa verdiBakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Avropada yaşayan azərbaycanlı mühacirlər - bloger Sadıqlı Tural Əlövsət oğlu və jurnalist Hüseynov Fikrət Nurəli oğlu barəsində axtarış elan edib.

Avrasiya.net xəbər verir ki, bu barədə Report-a hüquq mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, T.Sadıqlı barəsində Azərbaycan Cinayət Məcəlləsinin 178.3.1-ci (Dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), F.Hüseynov barəsində isə 178.3.1-ci (Dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 318-1.2-ci (Qanunsuz miqrasiyanın təşkili), 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə axtarışa verilib.

Qeyd edək ki, T.Sadıqlı Almaniyada, F.Hüseynov isə Niderlandda yaşayır.
Dneprdə Azərbaycan multikulturalizmi təqdim olunubYanvarın 25-də Ukrayna-Azərbaycan Mədəniyyət və Biznes Mərkəzində Azərbaycan multikulturalizminə həsr olunmuş tədbir keçirilib.

Avrasiya.net xəbər verir ki, görüş zamanı Azərbaycan multikulturalizmi konsepsiyası haqqında məlumatlandırıcı videoçarx təqdim olunub.

Tədbiri Dnepropetrovsk vilayəti Azərbaycanlıları Konqresinin sədri Nəcəf Əhmədov açaraq gənclər üçün layihələrdən, həmçinin təşkilatın ümumi fəaliyyətindən danışıb. O, gələcək layihələr və tədbirlər haqqında məlumat verib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Ukraynadakı nümayəndəsi Qonçaruk Marina çıxış edərək tələbələrin Azərbaycan multikultiralizmi haqqında daha çox məlumat əldə edə biləcəkləri layihələrdən danışıb.

Filologiya elmləri namizədi, dosent Gennadi Onişenko çıxışında tələbələrin multikulturalizm mərkəzinin fəaliyyətinə marağını qeyd edib.

Dnepr Milli Texniki Universitetinin “Mühasibat uçotu və audit” kafedrasının müdiri, professor, iqtisad elmləri doktoru Marina Paşkeviç tələbələrin Azərbaycan mövzularında gənclər üçün keçirilən müsabiqələrdə fəal iştirakından danışıb.

Tələbələr Azərbaycan multikulturalizmi və Mərkəzin proqramları ilə bağlı suallar veriblər, həmçinin Ukrayna-Azərbaycan layihələrindəki fəallıqlarından danışıblar.


Seymur Şıxəliyev
Putin Türkiyəyə səfər edəcək“Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın Türkiyəyə səfərlə bağlı dəvətini qəbul edib”.

Bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.

“Epidemioloji vəziyyət və liderlərin iş qrafiki imkan verən kimi, Putin Türkiyəyə səfər edəcək”, - o bildirib.

“Cənab Prezidentin qətiyyətli çıxışları və uğurlu diplomatik addımları xarici investorlarda inam yaradır”Fərid Mustafayev: “Onların Azərbaycana investisiya qoyması üçün bu önəmli faktordur”

“Mən artıq bir neçə ildir ki, investorların Azərbaycana yönəldilməsi istiqamətində fəaliyyət göstərirəm. Məlum məsələdir ki, Avropa ölkələrinin güclü şirkətlərini və ya investorlarını Azərbaycana yönəltmək elə də asan iş deyil. Çünki, investorların, həmçinin böyük maliyyə dövriyyəsi olan şirkətlərin öz maraqları var. Üstəlik ölkə müharibədən yeni çıxıb. İstənilən ölkə ilə bağlı belə vəziyyət əksər hallarda onlarda tərəddüd yaradır”.

Bu fikirləri xalqcəbhəsi.az-a açıqlamasında İspaniya Azərbaycan Mədəniyyət və Ticarət Assosiasiyasının (ACAE) prezidenti Fərid Mustafayev deyib. F.Mustafayev “biz, istər müharibədən öncə, istər müharibə dönəmində, istərsə də post müharibə dövründə daima Azərbaycanın haqlı mövqedə olduğunu bildirmişik. Eyni zamanda Azərbaycanın ərazi bütövlüyünün bərpasının beynəlxalq hüququn tələbi olduğunu vacib qurumlara çatdırmışıq”-deyə əlavə edib: “Azərbaycanın şanlı qələbəsindən sonra bu həqiqətlər öz yerini tapıb. Ali Baş Komandanın başçılığı altında 44 günlük müharibədən dərhal sonra işğaldan azad edilmış ərazilərin yenidən qurulması işləri başlanılıb. Ən əsası isə cənab Prezidentin qətiyyətli çıxışları və uğurlu diplomatik addımları xarici investorlarda inam yaradır. Onların Azərbaycana investisiya qoyması üçün bu önəmli faktordur. Eyni zamanda dövlət başçısının göstərişi ilə tez bir zamanda layihələrin sürətlə tətbiq edilməsi xarici iş adamlarının nəzərindən yayınmayıb. Onlarda oyanan bu maraq bir çox şirkət və investorların məhz Qarabağ ərazisinə yatırım qoymasına təkan verdi. Mən, dəfələrlə investorlarla söhbətimdə onların məhz Qarabağ ərazisinə yatırım qoymaq istəmələrinin səbəbini soruşurdum. Böyük bir investisiya fondunun rəhbər şəxslərindən birinin mənə verdiyi cavabı eyni ilə təkrar edirəm: “Azərbaycan çox əlverişli coğrafiyaya malikdir. Eyni zamanda çox sürətlə inkşaf edən ölkələr sırasındadır. İşğalda olan ərazilərin qaytarılması və həmin ərazidə infrastrukturun bərpası çox yaxın gələcəkdə Azərbaycanın daha böyük iqdisadi gücə çevrilməsi ilə nəticələnəcək. Bir çox ticarət əlaqələrinin həmin ərazidən keçməsi o ərazilərin nə qədər zəngin və dəyərli olduğunu göstərir. Bu gün işğaldan azad olunmuş ərazilərə qoyulan yatırım yaxın gələcəkdə üçqat gəlir gətirəcək”. Bu sözləri deyən adam çox peşəkar və böyük təcrübəyə malik olan bir insandır. Buna görə də investorların həmin ərazilərə yatırım qoymaq arzusu təsadüfi deyil”.

F.Mustafayev əlavə edib ki, biz investorları yalnız Qarabağ ərazisinə deyil, eyni zamanda Azərbaycanın müxtəlif bölgələrinə yatırım etməyə çağırırıq: “Misal üçün Ələt Azad İqdisadi Zonası bizim investorlar tərəfindən çox böyük maraqla qarşılanıb. Artıq iki böyük şirkət Ələt Azad İqdisadi Zonasındakı layihələrə yatırım qoymağa hazır olduqlarını bildiriblər. Biz, həmçinin kənd təsərrufatı sahəsində də böyük layihələrin başlanmasına start vermişik. Bu tək heyvandarlığın inkişaf etdirilməsi ilə məhdudlaşmır. Həmçinin bu sahədə fəaliyyət göstərəcək mütəxəssislərin hazırlanması, onların peşəkarlığının artırılması da nəzərdə tutulub. Kənd təsərrufatı mütəxəssislərinin məhz Avropada hazırlanması və təcrübə keçməsi yaxın gələcəkdə Azərbaycanda da bu sektorun muasir formada inkşafına təkan verəcək. Bir daha nəzərinizə çatdırım ki, investisiya layihələrimizin uğurla başa çatacağına əminik. Azərbaycanda olan siyasi və iqtisadi stabillik buna şərait yaradır. Biz, dəmir yumruğu tək döyüş meydanında yox, bütün sahələrdə göstəririk”.

Əli Zülfüqaroğlu
Vikipediya tariximizi bu cür təhrif edir - Zaur ƏliyevVikipediyanı yaradanlar sanki millətlər arasında qıcıq yaradacaq məsələləri üzə çıxarır. Bəzi səhifələrdə redaktə etmək imkanı yoxdur. Bəzilərində isə redaktə imkanı açıqdır və ora girən hər kəs öz fikrini, öz əlavəsini yaza bilir.

Bu sözləri Axar.az-a tarixçi Zaur Əliyev Azərbaycanda Vikipediyadakı problemlər barədə danışarkən deyib.

Onun sözlərinə görə, Azərbaycanda Vikipediyanın inkişafı sahəsində dövlət müəyyən addımlar atır, lakin bu, yetərli deyil:

“Azərbaycanda bəzi tarixçi alimlər var ki, dərsliklərdə yanlış informasiyalar verir. Həmin informasiyalar da Vikipediyada əks olunur. Ölkəmizdə Vikipediyanın redaktəsinə məsul olan şəxslər alimlərə müraciət etmirlər. Düşünürlər ki, informasiya dərslikdə varsa, düzdür. Azərbaycanda belə bir fikir formalaşıb ki, düz danışan yalnız bir neçə tarixçi var. Həmin tarixçilər də buna güvənib tarixi öz istədikləri kimi formalaşdırırlar və öz şəxsi reytinqlərindən istifadə edərək insanlara təzyiq edirlər. Halbuki alternativ tarix də var”.

Tarixçi bildirib ki, Vikipediyada 20 Yanvar və Xocalı soyqırımı barədə rəqəmlərin sayı səhv göstərilir:

“Elə bir təsəvvür yaradırlar ki, sanki Xocalı soyqırımını bizim siyasi hakimiyyət həyata keçirib, ermənilər etməyib. Ermənilər də bundan bizə qarşı istifadə edirlər. Şah İsmayıl Xətai ilə bağlı Azərbaycan Vikipediyasında onun Səfəvi hökmdarı olduğu yazılıb. Amma rus və fransız versiyalarında Xətai İran hökmdarı kimi qeyd olunub. Halbuki o vaxt İran dövləti yox idi”.

Z.Əliyevin fikrincə, Vikipediyanın inkişafı üçün redaktorlar alim və tədqiqatçılarla ortaq iş görməlidir:

“Azərbaycanda Vikipediya elm qrupu yaradılmalıdır. Həmin seçilmiş şəxslər müzakirələr aparmalı və buraya ekspertlərin fikirləri də daxil olunmalıdır. Vikipediyaya cəlb olunan şəxslərin bu iş üçün çox zamanı gedir. Buna görə də həmin şəxslərə müəyyən qədər maddi təminat ayrılmalıdır ki, bu işi daha məsuliyyətli yerinə yetirsinlər”.

O qeyd edib ki, tarix elmində və müəyyən mövzularda eyni adamlardan eyni müsahibələr alınır. Azərbaycan mediası, jurnalistləri, televiziyalar eyni insanlardan əl çəkməlidir:

“Azərbaycanda ali təhsil müəssisələrində də bütün ixtisaslar üzrə Vikipediyada iş fakültəsi yaradıla bilər. Bu iş sırf universitet səviyyəsində həyata keçirilsə, Vikipediyada gənclərin fəaliyyəti daha səmərəli olar”.
“Vikipediya”da Şuşa ilə bağlı rumın dilində məqalələr yaradılır“Şuşa İli” çərçivəsində “Qorqud” Vikipediya Metodik Klubu və Rumıniyada Azərbaycanın Dostları Assosiasiyasının ortaq təşkilatçılığı ilə “Vikipediya”nın rumın dili bölməsində məqalələr zənginləşdirilir.

Bu barədə “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.

“Bir neçə gündür ki, “Vikipediya”nın rumın dili bölməsində məqalələrin zənginləşdirilməsi davam edir. Belə ki, tarixi əhəmiyyət daşıyan Mehmandarovların evi, Zöhrabbəyovun evi haqqında onlayn ensiklopediyanın rumın dili bölməsində məqalələr yaradılıb. Məqalələr Rumıniyada Azərbaycanın Dostları Assosiasiyasının sədri Vaqif Həsənov tərəfindən tərcümə olunur. Daha sonra klubun ekspertləri tərəfindən “Vikipediya”ya yerləşdirilir. Məqsəd “Şuşa İli” çərçivəsinə bu prosesə töhfənin verilməsidir. Qeyd edim ki, Milli Məclisin deputatı Elnur Allahverdiyevin təşəbbüsü ilə yaradılan “Qorqud” Vikipediya Metodik Klubunun ekspertləri Qulamhüseyn Məmmədov, Ayxan Zayıdzadə, Sübhan Xıdırzadə və başqa könüllülər tərəfindən “Şuşa İli” çərçivəsində türk, rus, ingilis və digər dillərdəki bölmələrində də məqalələr yaradılır və əsaslı redaktələr aparılır”, - deyə Elnur Eltürk bildirib.
Kameral siyahıya alma tarixi və etno-siyasi konteksdəNazir Əhmədlinin “Dərələyəz mahalının kameral təsviri” adlı kitabı fundamental tarixi əhəmiyyət daşıyan əsərdir. Kitabın ön sözündə müəllifin “Dərələyəz” toponiminin etimologiyası ilə bağlı maraqlı fikirləri yer alıb. Müəllif tarixə ekskursiya edərək qədim oğuz-türk yurdu olan Qərbi Azərbaycanın tarixin qədim dövrlərindən kameral təsvirin araşdırma predmeti olan XIX əsrin birinci və ikinci yarısına qədərki dövrlərini tarixi və etnosiyasi konteksdə dəyərləndirir.

Qərbi Azərbaycan toponimləri ilə bağlı fransız mənşəli rus alimi, İvan İvanoviç Şopenin irəli sürdüyü konsepsiyaya üstünlük verməsi müqayisəli-tarixi təhlil metodologiyası və digər elmi-nəzəri aspektlərdən düzgün əsaslandırılmışdır.

“Dərələyəz” adına inzibati-ərazi vahidi kimi ilk dəfə “Şərəfnamə” əsərində rast gəlinməsi və tarixi ilə bağlı mənbələrdən örnəklərin verilməsi əsərin elmi dəyərini bir daha artırmış olur.

N.Əhmədli mövzuya aid “Naxçıvan sancağının müfəssəl dəftəri” və “İrəvan əyalətinin icmal” dəftəri adından müxtəlif vaxtlarda çap olunmuş mənbələrdən irəli sürülmüş elmi fikirlərin əsaslandırılmasında istifadə edir.

Dərələyəzin etno-siyasi mənzərəsinin dərindən öyrənilməsi baxımından sözügedən tədqiqat əsəri çox mühüm mənbə rolu oynayır. Müəllif ön sözdə Dərələyəz mahalında yaşayan ayrı-ayrı tayfaların etnik mənşəyi ilə bağlı maraqlı fikirlər irəli sürür. Bu mənada Qaraçorlu tayfasının etnik mənşəyinin araşdırılması ilə bağlı müxtəlif tarixi mənbələrə istinadən onların məhz türk mənşəli olmasına dair əsaslı fikirləri dərin elmi məzmunu kəsb edir.

Müəllif fikrini əsaslandırmaq üçün Qarabağ ərazisində məskunlaşmış Qaraçorlu tayfasının Nadir Şah Əfşar dönəminə qədər yarımmüstəqil həyat tərzi sürməsini vurğulayıb. Tarixi mənbələrdə Qaraçorlularla Osmanlı dönəmində hətta müstəqil subyekt kimi ayrıca saziş bağlanması məlumatları da tarixi konteksdə maraq doğurur. Nadir Şah Əfşara sui-qəsdən sonra Qarabağ xanına tabe olmaqdan boyun qaçıran bu tayfaların bir hissəsi Dərələyəz mahalına köçüb.

Dərələyəz mahalının kameral siyahısının hazırlanması məsələsinə aydınlıq gətirən N.Əhmədli qeyd edib ki, Türkmənçay müqaviləsindən sonra işğalçı rus ordusunun komandanı general İ.F.Paskeviç fransız əsilli rus tarixçisinə Rusiyaya yenicə birləşdirilmiş Naxçıvan və İrəvan xanlığının yerində yaradılmış erməni vilayətində tədqiqat aparılması və əhalinin etnoqrafiyasını, sosial-iqdisadi vəziyyətinin araşdırılması tapşırığını verir. Bununla bağlı hazırlanan kameral təsvirin bir nüsxəsi Ermənistan Milli Arxivində saxlanılmaqdadır.

Müəllif əsərdə İ.Şopenin tarixi fikirlərini vasitəsiz nitq kimi oxucuya təqdim etməklə onu düşünməyə məcbur edir:

“Erməni vilayətinin Rusiya imperiyasına birləşdirildiyi dövrün vəziyyətini təsvir edən bu kitab bir sıra invertarları özündə cəmləşdirib. Bu kitabın köməyi ilə gələcəkdə müqayisə edib deyəcəklər, nəyimiz var imiş, indi nəyimiz var. Qoy bu vilayətin sakinləri bu kitabı əllərində tutduqları vaxt daimi öz keçmişlərini yaşadıqları dövrlə müqaisə etsinlər”.

Nazir Əhmədlinin təqdim etdiyi “Dərələyəzin kameral təsviri” əsəri məzmununa görə İ.Şopenin yuxarıdakı fikirlərini tam təsdiq etməklə əhalinin say tərkibi, etnik-dini mənsubiyyəti, yerli sakin olub-olmamsı, orta ömür həddi, yerli idarəçilər, ailə və nikah münasibətləri konteksində çox zəngin araşdırma materiallar təqdim edir. Tədqiqatçı alimlər (tarixçi, etnoqraflar və.s) üçün maraqlı araşdırma predmeti olan bu əsər mötəbər ilkin mənbə rolu oynayır.

Əsər saxta erməni tarixşünaslığının ermənilərin Qərbi Azərbaycan ərazisində yerli əhali olması ilə bağlı əsassız fikirlərini darmadağın edir. Kameral siyahıya almanın tarixi əhəmiyyətini qeyd etməklə bərabər milli səviyyədə də nəsillərin tarixinə işıq salmaqla “milli aristokratiyanı” da günəş işığına çıxarır. Özlərinə bəyli, xanlı təxəllüs götürən şəxslər öz soy-kökləri ilə tanış olmaq və cəmiyyətə təqdim olunmaq həqiqəti ilə üz-üzə qalırlar.

N.Əhmədlinin Azərbaycanın böyük coğrafiyasını əhatə edən (Qazax, İrəvan, Dərələyəz, Göyçə, Şəmşədin, Vedibasar, Şərur) kameral təsvirləri çox mühüm tarixi mənbədir. Bu tədqiqat əsərləri Qərbi Azərbaycanın tarixi türk torpağı olmasını təsdiq edir. Özlərini dünyada mədəniyyət oğrusu kimi tanıdan saxta tarixşünaslıq yaradan erməni “tarixçilər” bu mənbəni təkzib etmək iqtidarında deyillər. Dəyərli ziyalımız, milli vətənpərvər Nazir Əhmədli bu əsərləri ilə Azərbaycan tarixi qarşısında mühüm bir vəzifəni yerinə yetirmiş sayılır.

Səməd Vəkilov
Ukraynada əsgər 5 silahdaşını belə güllələdi - VideoUkraynanın Dnepr şəhərində Milli Qvardiyanın 20 yaşlı hərbçisi Artemi Ryabçuk AK-47 avtomat silahından xidmət yoldaşlarına atəş açıb.

Avrasiya.net xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

"Ukrayna Milli Qvardiyasının hərbçisi, 2001-ci il təvəllüdlü Ryabçuk Artemi Yuryeviç silah təhvili zamanı naməlum səbəbdən “Kalaşnikov” avtomatından atəş açıb. Hadisəni törətdikdən sonra silahla qaçıb. Nəticədə 5 nəfər ölüb, daha 5 nəfər yaralanıb", - məlumatda qeyd olunub.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

***

Ukraynanın Dnepr şəhərində 5 silahdaşını güllələyən qvardiyaçı saxlanılıb.

***

Ukraynanın Dnepr şəhərində Milli Qvardiyanın 20 yaşlı hərbçisi Artemi Ryabçukun xidmət yoldaşlarını güllələmə anının videogörüntüsü yayılıb.

Həmin videogörüntünü təqdim edirik:
"Təhsil ocaqlarında baş verən xoşagəlməz hadisələrin sayı durmadan artır"Gündəlik həyatda çox nadir hallarda təəssüf, xəcalət və qəzəb hissləri eyni anda və birgə yaşanır.
Bu günlərdə sosial şəbəkələrdə paytaxtın Xətai rayonundakı 165 nömrəli orta məktəbdə şagirdlərin dərs vaxtı qeyri-etik, daha doğrusu, əxlaqsız hərəkətləri ilə bağlı yayılan video mənə bu hissləri məhz eyni zamanda yaşatdı.

Təəssüfləndim... Çünki iştirakçıları yeniyetmələr olan bu yolverilməz hadisə başqa bir məkanda, hər hansı bir ictimai yerdə deyil, məhz təlim və tərbiyə ocağında baş verib. Çünki məktəb rəhbərliyi deyilənə görə, hüquq-mühafizə orqanlarının daim nəzarətində olan, “çətin tərbiyə olunan” yeniyetmənin qarşısında aciz qalıb. Çünki sinif otağında nalayiq hərəkətlərə yol vermiş məktəblilərin valideynləri ictimai qınaq obyektinə çevrilməkdənsə, “dərsin təşkilində yol verdiyi nöqsanlara görə” həmin videoda yer alan fənn müəlliminə töhmət verilib.

Xəcalət çəkdim... Şərəfli peşə sahibi adını daşıyan qadın müəllimin şərəfsiz gənclər tərəfindən təhqir edilməsinin, ələ salınmasının şahidi olmaq acınacaqlıdır. Bilik və bacarıqlarını, həyat təcrübəsini uşaq və gənclərlə bölüşməli olan müəllim bu hoqqabazlar qarşısında necə də aciz görünür. Ayaqlarını parta üzərində uzadıb həmyaşıdlarının əxlaqsızlığını həvəslə telefon kamerasına həkk edən şagirdi qarşısında başını aşağı dikib yazı yazan müəllimə görə xəcalət çəkdim... Və onun həmin anda nələr çəkdiyini təssəvvür etməyə çalışdım. Bacarmadım...

Qəzəbləndim... Çünki çətin tərbiyə olunan, adi etik davranış qaydalarına biganə yanaşan, hərəkətləri ilə valideynlərin adını bədnam edən bu yeniyetmələr barədə rəhbər orqanlara dəfələrlə müraciət olunmasına baxmayaraq, pandemiyanı bəhanə gətirib onların müvafiq təlim-tərbiyə müəssisəsinə köçürülmsi ilə bağlı heç bir tədbir görməyən məsul şəxslər öz vəzifə borclarına vicdanla yanaşmırlar. Məgər şəhidlərimizin canı və qanı hesabına qazanılmış Qələbə pandemiya dövrünə təsadüf etmədimi? Məgər işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri bu çətin dövrdə geniş vüsət almırmı? Bu hadisə ilə bağlı izahı məntiqsiz, əməli məsuliyyətsiz məmurların səriştəsizliyi və biganəliyi qəzəb hissi doğurmaya bilməz.

Bu nadan yeniyetmələrin valideynlərinə deməyə söz tapmıram. Bircə onu bilirəm ki, övladına düzgün tərbiyə verməyən valideyn ən sərt və kəskin ictimai qınaq obyektinə çevrilməlidir. Məlumdur ki, övlad ata və anasının əməllərinə görə məsuliyyət daşıya bilməz. Amma uşaqların tərbiyəli övlad, ləyaqətli vətəndaş kimi formalaşmasına görə ən böyük məsuliyyət ilk növbədə valideynlərin üzərinə düşür.

Niyə əvvəlki dövrlərdə olduğu kimi, nalayiq hərəkətlərə yol verən, məktəbdə müəllimi təhqir edən şagirdlər barədə valideynlərin iş yerinə məktub ünvanlanmır, onların işlədikləri idarə və ya təşkilatın rəhbərliyi və kollektivi övladını düzgün tərbiyə etməyən əməkdaşı ictimai qınaq obyektinə çevirmək imkanından məhrumdurlar? Nə vaxtadək şagird, müəllim və valideyn “üçbucağında” sonuncu “bucaq” məsuliyyətdən kənar qalacaq? Niyə çətin tərbiyə olunan uşaqlar üçün xüsusiləşmiş orta təhsil müəssisəsi paytaxtda deyil, əyalətdə (Qubada) fəaliyyət göstərməlidir? Heç bir cəza tədbirinə məruz qalmayan yeniyetmənin təkrarən etik davranış qaydalarını pozmayacağına kim zəmanət verə bilər?

Niyə məktəblərdə şagirdlərin təlim və tərbiyəsinə bir yox, bir neçə təhsil işçisinin – məktəb direktoru, tərbiyə işləri üzrə direktor müavini, sinif rəhbəri, fənn müəllimləri, psixoloq, “məktəblinin dostu” və s. cəlb olunduğu halda, təhsil ocaqlarında baş verən xoşagəlməz hadisələrin sayı durmadan artır?

Bu suallara cavab axtarışı vətəndaş cəmiyyətində ətraflı müzakirələrin aparılmasını, təcrübəli təhsil işçiləri və müvafiq qurumların məsələyə ciddi münasibət bildirməsini tələb edir.

Könül Quliyeva
"Uşaqların Gələcəyi Naminə" İctimai Birliyin sədri
“Parkovşiklərin” yaratdığı gərginlikBu gün “parkovşik” və “parklanma” sözləri yenidən gündəmə gəlib. Əslində bu mövzu iyirmi ildir ki, gündəmdən düşmür, sadəcə son aylarda bəzi “parkovşiklərin” və onlara havadarlıq edənlərin “çızıqlarından” çıxması məsələni bir qədər alovlandırıb. Belə düşünmək olar ki, adıçəkilən sahədə mövcud olan hərc-mərclik aradan qaldırılmayınca süni yaranmış gərginlik hələ davam edəcək. Baxmayaraq ki, Bakı Nəqliyyat Agentliyi üç ildən sonra hərəkətə keçib və hələlik simvolik də olsa hansısa pilot layihənin icrasına başlayıb. Nə isə...

Ötən illərdə bu mövzuya dəfələrlə toxunsamda, hazırda açıqlanan məqamların bələdiyyələrə də aid olması səbəbindən yenidən münasibət bildirməyi özümə borc bilirəm.

***

Etiraf edilməlidir ki, son iyirmi ildə parklanmaya nəzarətə sahiblənmək uğrunda mərkəzi icra orqanları arasında gedən “açıq və qapalı” mübarizə nəticəsində sahəyə nəzarətin dəfələrlə dəyişməsi ilk növbədə sahənin gəlirli olmasıyla bağlı olub. Sonuncu sənədlə sahəyə nəzarət Bakı Nəqliyyat Agentliyinə verilsə də, son üç ildə dayanacaq probleminin havadan asılı qalması, nəzarətin olmaması nəticədə bu günkü gərgin və xaos bir vəziyyəti yaratmış oldu. Sual olunur bəs indiki xaos və qarmaqarışıqlığı kim yaradıb? Niyə BNA prosesə nəzarəti vaxtında ələ ala bilməyib? Maraqlıdır, kimlər mane olub? Və yaxud bu sahəyə nəzarət dəyişsədə əldə edilən vəsaitdən bələdiyyəyə aid olanı niyə köçürülməyib? Hansı səbəbdən “sahə nəzarətçiləri” min bir bəhanə gətirərək Qanunla nəzərdə tutulan maliyyəni yerli orqanlara köçürməkdən hər dəfə vaz keçiblər? Niyə və hansı səbəbə? Və yaxud niyə sual olunmur ki, ilk Avropa oyunları ərəfəsində şəhərdə dövlət büdcəsi hesabına quraşdırılan ən müasir parkomatlar niyə söküldü? Bilən varmı? İndi milyonlarla dəyəri olan o aparatların sonrakı aqibəti haqqında kimin məlumatı var? Bəlkə o da tramvay relsləri kimi “metalloma” göndərildi. Bununla bağlı əhalidə hər hansı problem yarandığı halda, narazı kütlənin dərhal bələdiyyə üzərinə istiqamətləndirilməsi hansı məqsəd daşıyır. Bəs bələdiyyələrə qarşı, xüsusəndə mərkəzi icra strukturlarının ögey münasibəti və ya yumşaq desəm “soyuq müharibə” işartıları nə vaxtadək davam edəcək? Sual olunur, nəyə görə bələdiyyə ərazisində olan reklamlardan, avtodaynacaqlardan vergi və rüsum yığılır, lakin bələdiyyəyə hər hansı bir vəsait ödənilmir.

Suallar çox, cavablar da çox, ancaq dilə gətirəni yox. Nə isə...

***

Bakının sabiq icra başçısı, çox hörmətli Hacıbala Abutalıbovun imzaladığı 15.10.2001-ci il tarixli № 655 saylı sərəncamda göstərilirdi ki, “son vaxtlar Bakı şəhərinin küçə və meydanlarında, hökumət və dövlət idarələrinin, iri ticarət mərkəzlərinin, əhalinin istirahət etdiyi park və bağların ətrafında ayrı-ayrı şəxslər tərəfindən kortəbii şəkildə minik avtomobilləri dayanacaqlarının təşkili geniş yayılması onu göstərir ki, müvafiq bələdiyyələr Bakı şəhərinin ərazisində minik avtomobilləri dayanacağı işinin təşkilinin lazımi səviyyədə qurmayıblar ki, bu da dayanacaqlarda əhalinin və nəqliyyat vasitələrinin hərəkətinə maneçilik törətməklə yol hərəkəti qaydalarının pozulmasına gətirib çıxarıb”.

Beləliklə, o illərdə şəhərdəki hərəkət qarışıqlığına görə, bütün məsuliyyət bələdiyyələrin üzərinə atılıb və səbəbkar kimi yerli orqanlar ciddi ittiham edildilər. Xoşbəxtlikdən indiki qarışıqlığın yaradılmasında günahkarların sırasında bələdiyyənin adı çəkilmir və ümumiyyətlə elə bir siyahı da, nədənsə, gözə dəymir.

İnanıram ki, sabiq mer bu gün vəzifədə olsaydı yəqin ki, yenə də pafosla danışaraq bələdiyyəni günahkar çıxarmaqla onları cəmiyyətdə gözdən salmağı unutmazdı. Nə isə...

***

İndi isə son üç ildən artıq bir vaxtda formalaşan vəziyyətə toxunaq.

Uzun müddət bu sahənin rəsmi şəkildə Bakı ŞİH tərəfindən BNA təhvil verilmədyini əsas gətirdiklərindən sahə bəlkə də məqsədli şəkildə nəzarətsiz saxlanıldı. Əslində isə güclü nəzarət var idi və külli miqdarda pul yığılırdı. Prosesi icra etmək üçün “ASA Parkinq” MMC-də yaradılmış, bir müddət öncə bizə məlum olmayan səbəbdən “ASA parkinq” “Çinar parkinq”ə çevrilmişdi. Əvvəlki “nəzarətçi”lərdən fərq ondaydı ki, nə Bakı ŞİH, nədə ki ləğv edilmiş Nəqliyyat Nazirliyinin balansında olanda bu sahədən əldə edilən vəsaitdən bələdiyyə büdcəsinə bir qəpik belə köçürülmədiyi halda, sonuncu “nəzarətçilər” inzibati ərazilərə görə az da olsa bələdiyyələrin büdcəsinə vəsait ödəyirdilər. Əslində bu da gözdən pərdə asmaq kimi də qiymətləndirilə bilər. Nə isə...

***

“Bələdiyyənin maliyyəsinin əsasları haqqında”(1999), (maddə 7.1.6) həm də “Yerli vergilər və ödənişlər haqqında” (2001) (maddə 9.1.5.) Qanunlarında əsasən bu istiqamətdən daxil olan ödənişin məhz yerli orqanlara aid edilməsi birmənalı olaraq göstərilir. Normativ sənədlərə görə, əldə edilən maliyyə vəsaitindən hər avtomobilə görə ödənilən vəsaitin 10 qəpiyi bələdiyyə büdcəsinə köçürülməlidir. Bu Qanunun tələbidir. Və indiyədək Bakı ŞİH və ləğv edilmş Nəqliyat nazirliyi Qanunun bu maddəsini uzun müddət, kokret olaraq, pozublar. Nə isə...

***

Bəs prosesin icrasını indiki halda necə görürük.

Sonuncu nəzarətçi “Çinar Parkinq” müqavilə bağladığı bələdiyyələrə məktub göndərərək bildirib ki, vəziyyətə aydınlıq gətirilənədək icarə haqqlarının ödənişi dayandırılır. Belə güman etmək olar ki, hələ bu xəmir çox su aparacaq. Sahəyə nəzarət etməli olan BNA-nın indiki halda əziyyəti çox olacaq və qətiyyət nümayiş etdirmiş olsa sahəyə tam və qəti nəzarətə sahib ola biləcək.

Əsas məsələ isə məhz bundan sonra başlayacaq. Yəni prosesin təşkli və əldə edilən vəsaitin tam və şəffaf şəkildə xərclənməsi, hesabatlılığın təmin edilməsi, xüsusəndə bələdiyyələrə aid olan maliyyə vəsaitinin ödənişinin təşkili əsas vəzifələrdən hesab olunmalıdır.

Əgər əvvəlkilər kimi, şəffaflıq təmin edilməyəcəksə, hər yerindən duran bir dayanacağa sahiblənəcəksə indiki hay-küy yersiz görünə bilər.

Fikrimizcə, BNA yalnız bu sahə üzrə dövlət siyasətini və nəzarətini həyata keçirməlidir. Yəni tariflərin müəyyən edilməsiylə bağlı təkliflər, parkinq-daynacaqların klassifikasiyasının aparılması, Dövlət Yol Polisi ilə dayanacaqların təşkili ilə bağlı strateji yol xəritəsinin hazırlanmasını, o cümlədən bələdiyyələrin üzərinə düşən məsuliyyətin müəyyən edilməsi ən vacib məsələlərdən hesab olunmalıdır. Prosesin icrasını isə bələdiyyələrə həvalə edilməlidir. Yerli orqanlar isə artıq təsdiq edilmiş starteji yol xəritəsinə uyğun hərəkətə edərək dayancaqları açıq müsabiqə yolu ilə hüquqi və fiziki şəxslərin istifadəsinə verməlidir. Əlavə edim ki, dünyanın heç bir ölkəsində parkinq sistemi icra orqanı tərəfindən təşkil edilmir, icra orqanı prosesə sadəcə inzibati nəzarəti həyata keçirir.

Bütün bələdiyyələrin inzibati ərazilərindəki, faktiki fəaliyyətdə olan məhəllədaxili gecə dayanacaqlarının, habelə yeraltı və yerüstü parkinqlərdə işin təşkili də problemlidir. Yəni həmin dayanacaqlardan da bələdiyyə büdcəsinə hər hansı formada maliyyə ödənilmir.

Ümumiyyətlə, Qanunun bu maddəsi icra olunmur. BNA dövlət orqanı olaraq məhz bu sahəyə və bu məqamın icrasına diqqət yetirməlidir. Yəni həm prosesin icrası müəyyən standartlara cavab verən formada təşkil edilməli, həm də qanunvericiliyin tələbləri birmənalı olaraq icra olunmalıdır.

Vüqar Tofiqli