40 könüllü həkim 300-dən çox şəhid ailəsi və qaziləri müayinə və müalicə etdilər
Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının(AKHA) və Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi(RİİB) təşkilatçılığı ilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi(TƏBİB)-in birgə dəstəyi ilə 15 yanvar 2022-ci il tarixində, Biləsuvar rayonunda “Azərbaycan Regionlarında Şəhid ailələri və Qazilərin sağlamlığı” adlı layihəsi Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında keçirildi.
Aksiya çərçivəsində 40 könüllü həkim 21 ixtisas üzrə Biləsuvar və digər rayonlarda yaşayan, 300-dən çox Şəhid ailəsi və Qaziləri müayinə və müalicə etdilər. Xəstələr dərman preparatları ilə təmin olundular. Aksiya zamanı xəstəlik aşkarlanmış vətəndaşların sonrakı mərhələdə tam müayinələrdən keçirilməsi, müalicəsi və zərurət olduqda cərrahi əməliyyatları həyata keçiriləcək.
Qeyd edək ki, “Azərbaycan Regionlarında Şəhid ailələri və Qazilərin sağlamlığı” adlı layihəsinin növəti aksiyası 29 yanvar 2022-ci ildə tarixində Quba rayonunda keçirilməsi nəzərdə tutulub.
#AKHA #KonulluHəkimlər #Bizbirlikdəgüclüyük
#QarabağAzərbaycandır