Biz kimik? FCC MMC
2017-ci ilin iyun ayından bəri öz uğurlu fəaliyyəti ilə rəqiblərini üstələməyə başlamış FCC MMC şirkəti yuyucu və dezinfeksiya edici məhsulların, bəzi qida sahəsi məhsullarının, eləcə də antifriz, parnik məhsulları kimi kimyəvi preparatları və bunların xammallarının tədarükü ilə məşğuldur.
İmport istiqamətləri arasında İran, Rusiya, Türkiyə, Çin, Cənubi Koreya, Malayziya, Yaponiya, Almaniya, İngiltərə üstünlük təşkil etsə də, demək olar ki, dünyanın bir çox digər ölkələri ilə də sıx əlaqələri mövcuddur və lazım olduğu təqdirdə bu ölkələrlə də sağlam biznes münasibətlərinin qurulmasında çətinlik yaşamayacaqdır.
Hal-hazırda əsas tədarük etdiyi xammal və kimyəvi məhsullar arasında öz satış həcminə görə SLES, LABSA, Kaustik soda, Natrium Hipoxlorid, Qliserin, Citric turşusu, Monoetilen qlikol, Editronik turşusu, Fosfor turşusu, Etil Asetat, Natrium Karbonat, Natrium Perkarbonat və s. üstünlük təşkil edir.
5 ildən kiçik bir fəaliyyət müddətinin olmasına baxmayaraq, bazardakı bir çox çoxillik rəqibləri ilə ciddi rəqabət apara bilməsi şirkətin düzgün və davamlı yol xəritəsi ilə addımladığının sübutudur.
Yusif Nəbiyev