Nizami Gəncəvinin "Yeddi Gözəl" əsərinin tərcüməsinin təqdimatı keçirilibİran stendində Azərbaycan Respublikasının Baş Nazrinin müavini, Mədəniyyət və Təhsil nazirlərinin iştirakı ilə Azərbaycanın dünya şöhrətli dahi şairi Nizami Gəncəvinin "Yeddi Gözəl" əsərinin tərcüməsinin təqdimatı keçirilib.

Bu gün Bakıda Beynəlxalq kitab sərgisi 100 daxili və 12 xarici ölkədən olan naşirlərin iştirakı ilə Bakı Expo Mərkəzində açılıb. Sərgidə İran Mədəniyyət Mərkəzi 36 metrlik stenddə dahi Nizami Gəncəvinin əsərləri, İranşünaslıq, müqəddəs müdfiə, ədəbiyyat və uşaq ədəbiyyatı nümayiş olunub.

Gözəl tərtibatlı iranşünaslıq kitabları, iranlı şairlərin şeirləri bu il İran stendini bəzəyib. Azərbaycan Respublikasında bu il Nizami Gəncəvi ili olması ilə əlaqədar İran stendində Nizami Gəncəvi guşəsi yaradılıb və burada şairə aid 100 dən çox kitab sərgilənib.

İran stendinin girişi Nizami Gəncəvinin portreti ilə bəzədilib digər tərəfdə isə İranın məşhur azərbaycanlı şairi Məhəmməd Hüseyn Şəhriyarın tablosu vurulub.

İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzi Nizami Gəncəvi ilində fars dilində yazıb yaradan görkəmli ədəbiyyat, ədəb və irfan şairinə hörmət olaraq mərhum Mir Cəlal Zəkinin tərcümə etdiyi Yeddi Gözəl əsərini çap edib. Bir çox ali mərtəbəli qonaqlar, səfirlər, diplomat və alimlər sərginin açılışında iştirak ediblər.

Sərginin proqramlarından ən mühümü Nizami Gəncəvinin Yeddi Gözəl əsərinin təqdimatı olub. Təqdimat mərasimində İran İslam Respublikasının Azərbaycandakı səfiri cənab Seyid Abbas Musəvi, Azərbaycan Respublikasının Baş Nazirin müavini cənab Əli Əhmədov, Azərbaycan Respublikasının Mədəniyyət naziri cənab Anar Kərimov, Azərbaycan Respublikasının Təhsil naziri cənab Emin Əmrullayev, Yazıçılar İttifaqının sədri Anar, Türkiyə Cumhuriyyətinin Mədəniyyət və Turizm nazirinin müavini cənab Əhməd Misbah İran stendində olublar. İ

İran Mədəniyyət Mərkəzinin sədri cənab Purmərcan İranda Nizami Gəncəvi barəsində görülən elmi və ədəbi işlər barədə geniş məlumat verib. Həmçinin Şah Təhmasib dövrünə aid Xəmsə nüsxəsinin surəti (İran Mədəniyyət Mərkəzi tərəfindən İran İncəsənət Akademiyasından əldə edilib) İran İslam Respublikasının Azərbaycandakı səfiri cənab Seyid Abbas Musəvi tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət naziri cənab Anar Kərimova təqdim edilib. Bu nüsxə, onun xəttatlığı, miniatürləri, qızıl ilə işləmələri barədə İran Mədəniyyət Mərkəzinin sədri cənab Purmərcan məlumat verib.

Erməni ordusunun müharibə cinayətləri... - İraq mediasıİraqın “Afkarhura.com” saytı Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadənin “Ermənistan ordusunun Gəncədə törətdiyi müharibə cinayətləri” sərlövhəli məqaləsini yayıb.

Avrasiya.net xəbər verir ki, məqalədə Vətən müharibəsinin davam etdiyi müddətdə, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-na qədər Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlı dinc əhalinin sıx yaşadığı rayon və şəhərlərin ərazisinə 30 minə yaxın mərmi və 227 raketin atıldığı qeyd olunur.

Vurğulanıb ki, düşmənin silahlı birləşmələrinin Azərbaycanın müxtəlif ərazilərində, heç bir hərbi obyektlər olmayan yaşayış məhəllələrində dinc əhalini atəşə tutması nəticəsində 12 azyaşlı və 27 qadın olmaqla 93 nəfər qətlə yetirilib, 50 azyaşlı və 101 qadın olmaqla 454 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yazıda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə 2021-ci il oktyabrın 3-də bir sıra QHT təmsilçilərinin Gəncə şəhərinə səfəri barədə məlumat verilib, mülki əhaliyə qarşı törədilən hərbi cinayətlərin mənzərəsi ilə tanış olmaq imkanı yaradılıb: “Səfərdə əsasən insan hüquqlarının müdafiəsi, habelə uşaq və qadın hüquqlarının qorunması istiqamətində fəal olan 100-ə yaxın QHT təmsilçisi iştirak edib. İlk öncə Ermənistanın hərbi cinayətləri ilə tanış olan qonaqlara məlumat verilib ki, işğalçı Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyalarını və onların Əlavə Protokollarını pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriya silahları ilə atəşə tutub. Döyüş meydanında məğlubiyyətə uğrayan Ermənistan ordusunun Gəncədə törətdiyi müharibə cinayətləri nəticəsində aralarında uşaq, qadın və yaşlıların da olduğu 26 nəfər həlak olub, 175 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini, Prezident Administrasiyasının məsul əməkdaşı Vüsal Quliyev bildirib ki, Ermənistanın raket zərbələri nəticəsində Gəncədə, Bərdədə, habelə digər şəhər və kəndlərimizdə törətdiyi terror aktlarına, faciəyə hələ də beynəlxalq qurumlar tərəfindən siyasi və hüquqi qiymət verilməyib”.

Məqalədə bildirilib ki, səfər çərçivəsində keçirilən konfransda QHT-lər tərəfindən Ermənistanın siyasi və hərbi rəhbərliyinin bir il öncə Gəncədə insanlıq əleyhinə törətdiyi cinayətlərlə bağlı beynəlxalq təşkilatlara, hüquq-müdafiə təşkilatlarına, QHT-lərə, media təmsilçilərinə, parlament üzvlərinə və hökumətlərə müraciətin qəbul olunduğu vurğulanır:

“Azərbaycan dövlətinin məqsədi regionda sülhün və ardıcıl sabitliyin təmin olunmasıdır. Məhz buna görədir ki, Azərbaycan Respublikası hər zaman müharibəyə qarşı olub və bu münaqişənin də həlli üçün sülh, danışıqlar yolunu seçməsinə baxmayaraq, işğalçı Ermənistan dövlətinin qeyri-konstruktiv mövqe göstərməsi, beynəlxalq hüququn normalarına açıq-aşkar hörmətsizlik nümayiş etdirdi. Diplomatik danışıqlar prosesinin sonuncu limiti tükənəndən sonra Azərbaycan öz ərazi bütövlüyünü alternativ yolla bərpa etməyə qadir olduğunu bir daha göstərdi. Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə əldə etdiyi şanlı Zəfər bunun bariz nümunəsi oldu”.
“Saakaşvili Gürcüstan hakimiyyəti üçün bomba rolunu oynayır”Fazil Əliyev : “O gəlişi ilə müxalifətin aktivləşməsinə, real gücə çevrilməsinə təkan verdi”

Ukraynada məskunlaşan Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili verdiyi sözü tutdu və oktyabrın 1-də ölkəsinə qayıtdı. Saakaşvili özünün “Facebook” hesabında Batumidən video yaydı və öz tərəfdarlarını oktyabrın 2-də keçiriləcək yerli özünüidarəetmə seçkilərində iştirak etməyə çağırdı. Gürcüstan hakimiyyəti əvvəlcə onun ölkə ərazisinə daxil olmadığını desə də, sonradan əməliyyat qrupu yaradaraq onu həbs etməyə müvəffəq oldu. Beləcə, Saakaşvili gəldi və ölkəsində həbs olundu. Hazırda o, Rustavi 12 saylı cəzaçəkmə müəssisəsində saxlanılır.

Oktyabrın 2-də isə seçkilər keçirildi və MSK-nın rəsmi məlumatına əsasən hakim “Gürcü Arzusu" proporsional siyahı üzrə 46,65 % seçici dəstəyi aldı, Saakaşvilinin qeyri-rəsmi lideri olduğu müxalif Vahid Milli Hərəkat Partiyası 30,7 % səs topladı. Bəzi şəhərlərdə təkrar seçkilərin keçirilməsi gözlənilir.

Müxalifət Saakaşvilinin olduğu Rustavi 12 saylı cəzaçəkmə müəssisəsi ərazisinə yığışıb. Müxalif millət vəkili Tako Çarkvianinin sözlərinə görə, mühacirlər də keçmiş prezidenti dəstəkləmək üçün həbsxana ərazisinə gəliblər.

Ukrayna Prezidenti Vladimer Zelenski onun müdafiəsinə qalxdı. Saakaşvili də öz növbəsində Zelenskiyə məktub yazaraq həbsinə göstərdiyi həssas münasibətə görə təşəkkürünü bildirdi. Onun eksdradisiyası məsələsi də gündəmdədir. Gürcüstan prezidenti Zurabişvili Saakaşvilinin əfv olunmayacağını deyib. Saakaşvilinin vəkili Giorgi Çiviaşvili isə deyib ki, sabiq prezident Gürcüstanda siyasi mübarizəsini davam etdirdiyi üçün Ukraynaya təhvil verilməsindən imtina edəcək.

Baş nazir İrakli Qaribaşvili “İmedi” telekanalının efirində deyib ki, Saakaşvili və onun komandası Gürcüstanda bir neçə müxalifət liderinin qətlini müzakirə ediblər. Məqsəd ölkədə iğtişaşlar yaratmaq və hakimiyyəti ittiham etmək idi.

Hakim "Gürcü Arzusu"nun lideri İrakli Kobaxidze də eyni fikirdədir. Söyləyib ki, Saakaşvili ölkəyə qarşı bir çox cinayətlər törətmiş biabırçı, patoloji bir insandır.
Saakaşvili isə sonadək mübarizə aparacağını deyib. Həbsxanada aclıq və tibbi yardımdan imtina edən sabiq prezident Gürcüstana xalqa azadlıq və demokratiyanı bərpa etməyə köməyə gəldiyini bildirib. O, dəmir barmaqlıqlar arasında da azad insan olaraq qaldığını deyib.

“Xalq Cəbhəsi” baş verən və gözlənilə biləcək hadisələrlə bağlı Gürcüstan Naminə Partiyanın sədri Fazil Əliyevlə müsahibə edib.

- Saakaşvili sözünü tutub Gürcüstana gəldi nə dəyişdi. Onun gəlişi proseslərə necə təsir göstərdi?

- Saakaşvilinin Gürcüstana gəlişi seçki öncəsi mühiti müsbət yönə dəyişdi. Ondan incimiş elektoratı bir yerə topladı və seçkilərə getməyə təşviq elədi. Saakaşvili gəlməsəydi, çox güman ki, tərəfdarlarının yığdığı səs bu qədər olmazdı, daha az olardı. Bundan başqa Saakaşvili Gürcüstanı tərk edəndən sonra lideri olduğu partiyadan parçalanmalar olmuşdu ki, o vətənə qayıtdıqdan sonra həmin tərəflər arasında olan soyuqluq götürüldü, birləşmə meylləri artdı. Bu da müxalifətin seçki aktivliyini, eyni zamanda seçicilərin müxalifətə olan inamını da artırdı və nəticədə müxalifət bu qədər səs topladı.

- Gürcüstanda həbs olunacağını bilə-bilə vətənə qayıtması nəyə hesablanmışdı?

- Saakaşvili Gürcüstana dönmək qərarını verdikdən sonra Avropa dövlətləri onun tərəfdarlarına müraciət etmişdilər ki, sabiq prezidentin dönüşünü elə təşkil etsinlər ki, xaosa, qarşıdurmaya çevrirlməsin. Saakaşvili də sakit bir yolla Gürcüstana daxil oldu və bir gün tərəfdarları ilə görüşdükdən sonra özü hakimiyyətə təslim oldu. Yəni Saakaşvili Gürcüstana gələndə bəyan etdi ki, burayadayam, bu hakimiyyətə bir xəbərdarlıq idi.

- Necə fikirləşirsiz, Saakaşvilinin qayıdışı elə hakimiyyətlə əvvəlcədən düşünülən birgə plan olub..

- Yox, mən deməzdim ki, Saakaşvilinin qayıdışı hakimiyyətlə razılaşdırılıb. Saakaşvili seçiciləırinə videomüraciət edəndə hakimiyyətin bütün strukturları xalqı inandırmağa çalışdı ki, o, burada yoxdur, Ukraynadadır. Sonda hakimiyyət Batumiyə böyük güc göndərəndə Saakaşvili artıq Tiflisdəydi. Hakimiyyətin Saakaşvilinin ölkə ərazisinə daxil olmasında xəbərsizliyi xalq arasında ona olan inamı azaltdı. Eyni zamanda ölkə sərhədlərinə nəzarəti itirməsi, güc strukturlarının sayıqsızlığı hakimiyyəti gülünc vəziyyətə qoydu. Yəni bütün bunlar onu deməyə əsas verir ki, Saakaşvilinin ölkəyə qayıdışından hakimiyyətin xəbəri olmayıb. Bu da hakimiyyət üçün biabırçılıqdır. Pat vəziyyətinə düşən hakimiyyət Saakaşvilini ölkədən çıxarmaq istəyir. Ukrayna prezidenti Zelinski Saakaşvilinin Ukrayna vətəndaşı olduğunu əsas gətirərək ölkəsinə qayıtmasında israrlıdır. Amma Saakaşvili Gürcüstandan getmək istəmir. Burada qalıb mübarizə aparmaq istəyir. Hadisələrin gedişatı onu göstərir ki, Saakaşvilinin Gürcüstana dönüşü heç də ABŞ və Avropa tərəfindən təşkil edilməyib. Bu planda Ukrayna və Türkiyə iştirak edib. Onu da deyim ki, Türkiyə ilə Gürcüstan hakimiyyəti arasında bir soyuqluq var. Bu yaxınlarda Gürcüstanda 1 milyard dollarlıq tender qazanan NK türk şirkəti faşist qüvvələri tərəfindən ölkədən qovulmuşdu. Hətta işə Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan qarışmış və rəsmi Ankaranın etirazını Gürcüstan hakimiyyətinə çatdırmışdı. Düşünürəm ki, Saakaşvili su və hava yolu ilə deyil, quru yolla ölkəyə daxil olub. Gürcüstanla Azərbaycan, Rusiya, Ermənistan və Türkiyə sərhəddir. Saaskaşvili ölkəsinə Rusiyadan keçə bilməzdi, Moskvaya düşmən kəsilib. Azərbaycanla Gürcüstan arasında olan isti münasibətlər isə Saakaşvilinin bu ölkədən Gürcüstana getməsini mümkünsüz edir. Ermənistan sərhədləri isə faktiki olaraq Rusiya tərəfindən nəzarətdədir. Bu da onun Ermənistandan keçməsini inandırıcı saymır. Həm də o buna risk etməzdi. Məntiqlə onun Türkiyə vasitəsilə ölkəyə daxil olduğu inandırıcıdır. Bəlkə hakimiyyət bunu bilir, amma Türkiyə ilə münasibətlərin pisləşməməsi üçün susur.

- Mişa gəlsə də müxalifət seçkidə məğlub oldu. Məğlubiyyət müxalifət düşərgəsindən qopmalar, dağılmalara səbəb ola bilərmi?

- “Gürcü Arzusu”nun qələbə mərasimləri keçirməsi hələ çox tezdir. 47 faizə yaxın səs toplaması tam qələbə demək deyil. Hələ müxalifətin gücü tükənməyib. Ölkənin beş böyük şəhərində təkrar seçkilər keçiriləcək. Saakaşvilinin ölkədə olması müxalifətin gücünü artırır, seçki fəallığı güclənir. İnsanlar Saakaşvilinin azadlığı üçün imza toplama aksiyalarına start verəcəklər, onun saxlanıldığı həbsxana qarşısında aksiyalar keçirilir. Yəni onun ölkəyə qayıdışı müxalifətin zəiflənməsinə yox, daha da güclənməsinə gətirib çıxaracaq, həmçinin siyasi palitraya əlavə rənglər qatacaq. Çox güman ki, ABŞ və Avropa Gürcüstanda müxalifətin fəallığını görüb proseslərə baş vursun. Əvvəllər verdiyim proqnozlar özünü doğrultmaqdadır. Düşünürəm ki, ölkədə qarşıdurmaların baş verməməsi üçün super dövlətlərin təsiri və iştirakı ilə ölkədə koalision bir keçid hökumət formalaşmalıdır. Demokratik institutlar, o cümlədən məhkəmə və süçki komissiyasının yenidən formalaşdırılması və gələn il parlamnet seçkilərinin keçirilməsi planlaşdırıla bilər.

- Hakimiyyət Saakaşvilini hansı şərtlər əsasında azad edə bilər. Azad etməsə nə baş verə bilər?

- Düşünürəm ki, hakimiyyət Saakaşvilinin deportasiya etməyə çalışacaq. Çünki Saakaşvili Gürcüstan hakimiyyəti üçün bomba rolunu oynayır. O, qayıdışı ilə həm seçkilərin gedişatına mənfi təsir göstərdi, hakimiyyətin müəyyən planlarının qarşısını aldı, həm də müxalifətin aktivləşməsinə, real gücə çevrilməsinə təkan verdi. Ona görə hakimiyyət çalışacaq ki, Zelinskinin müraciətini əsas götürüb onu Ukraynaya təhvil versin. Amma Saakaşvilinin bunu istəməməsi hakimiyyət üçün əlavə problemlər yaradır. Çox güman ki, təkrar seçkilər keçirilənədək onun həbsxanadan azad olunacağı real görünmür. Ancaq hər şey ola bilər, əgər super güclər işə qarışıb Saakaşvilinin azad edilməsi tələbini irəli sürsələr, o, müəyyən şərtlərlə azad oluna bilər. Amma təkrar seçkilərə qədər onun azad olunacağı o qədər də inandırıcı görünmür. Əgər təkrar seçkilərdə müxalifət qalib gələrsə o zaman onun azad olunma prosesi sürətlənə bilər. Yox məğlub olarsa gedə bilər. Prezident Zurabaşvili onu əfv etmək barədə düşünmür. Çünki özü Bdzinanın əlində oyuncaq, qeyri adekvat prezident kimi mərkəzin əmrlərinə tabedir.

- Bu dəfə də seçkilərin saxtalaşdırıldığı iddia olunur...


- Əvvəlkilər kimi bu dəfə də seçki saxtakarlıq üzərində keçirildi. Hakim partiya seçkinin saxtalaşdırmaq üçün bütün dövlət resurslarından istifadə etdi və hətta güc strukturlarını da bu prosesə cəlb etdi. Bunu seçkiləri izləyən ABŞ institutları da hesabatlarında təsdiqlədilər. Bundan başqa digər demokratik institutların da seçki ilə bağlı ürək açmayan fikirləri var. Onlar da seçkilərin şəffaf keçirilmədiyi, hətta pul paylama və zorakılıq hallarının müşahidə olunduğu qənaətindədirlər. Hakimiyyət bu seçkilərdə ən çox Kvemo Kartli və Cavaxetiyada üstünlük əldə etdi. Gürcülərin kompakt yaşadığı bölgələrdə hakim partiya qalib gələ, qazana bilmədi. Əsas beş şəhər - Tiflis, Kutaisi, Rustavi, Poti və Batumi daxil olmaqla 20-yə yaxın böyük sənaye mərkəzlərində seçkiləri qazana bilməyən hakimiyyət təkrar seçkilərə getmək zorunda qalıb. Bu da o deməkdir ki, müxalifət təkrar seçkiləri qazanmaq şansındadır. Tiflisi merliyi uğrunda mübarizədə hansı tərəfin qalib gələcəyi önəmlidir. Digər şəhərlərdə də hakimiyyət qələbə qazanarsa, müxalifət və ya əksinə müxalifət qələbə qazanarsa, hakimiyyət çıxılmaz vəziyyətə düşəcək. O zaman gələn il parlament seçkilərinin keçiriləcəyi qaçılmaz olacaq.

- Avropa Saakaşvilinin həbsinə görə rəsmi Tiflisə təzyiq edə biləcəkmi?

- Qərb həmişə ölkədə insan azadlıqlarının pozulmasına, seçkilərin demokratik keçirilmədiyinə görə rəsmi Tiflisi ittihamlayıb. Bu gün 100 min Gürcüstan vətəndaşı iş üçün Avropaya gedib, orada kölə vəziyyətindədirlər. Avropa institutları Gürcüstana artıq mesajlar verir ki, ölkə demokratiya yolundan uzaqlaşsa, zorakılıq meylləri artsa, o zaman Gürcüstan vətəndaşlarının Avropaya vizasız gediç-gəliş məsələsinə yenidən baxıla bilər. Yəni vizasız rejim ləğv oluna bilər. Bundan başqa Avropadakı Gürcüstan vətəndaşları qeyri-qanuni miqrant sayılaraq ölkəyə deportasiya oluna bilər. Bu da rəsmi Tifilis üçün fəlakət demək olacaq.
“İran islamçıların iqtidarda qalması üçün əlindən gələni edir” – İraq türkmənlərinin lideriBazar günü İraqda parlament seçkiləri keçiriləcək. Təbii ki, seçiləcək millət vəkillərinin oturduğu parlament də yeni hökumti formalaşdıracaq. Əhali uzun illərdir firavanlıq, asayiş arzusundadır, bu seçki həmin arzularına çatdıra biləcəkmi insanları? Üstəlik, bu ölkə əhalisinin 10 faizinə bərabər olan 4 milyonluq türkmən xalqı seçkidən sonra sıxıntılarından qurtula biləcəkmi, ən azından milli kimliklərini hökumətə tanıda biləcəklərmi, yaşadıqları tarixi şəhərlərində ən azı yerli idarəetmədə rol ala biləcəklərmi? Bütün bu suallara cavab almaq üçün İraqın keçmiş millət vəkili, Türkməneli Partiyasının sədri, türkmən xalqı arasında böyük nüfuz sahibi Riyaz Sarıkahya ilə söhbətləşdik. Gəlin müsahibəyə birlikdə nəzər salaq:

- Bazar günü keçiriləcək seçkilərə İraqdakı türkmən partiyaları blok şəklində qatılacaq. Birləşmiş İraq Türkmənləri Cəbhəsi adı altında yaratdığımız ittifaqa İraq Türkmən Cəbhəsi, Türkməneli Partiyası, Ədalət Partiyası, Haqq Partiyası, Qərar Partiyası, İradə Partiyası, eləcə də Türkmən Vəfa Hərəkatı, Türkmən Əməliyyat Birliyi və Millətçi Hərəkat Birliyi daxildir. Bu doqquz siyasi partiyanın birlikdə hazırladığı seçki siyahısı əvvəlkilərdən çox fərqlənir. Əslində, seçki prosesinin özü də dəyişib. Əvvəlki seçkilədən fərqli olaraq bu dəfə vilayət və rayonlar daha çox seçki dairələrinə bölünmüş vəziyyətdədir. Məsələn, ötən seçkidə Kərkük və Mosul hər biri bir seçki dairəsi idisə, indi Kərkük 3, Mosul isə 8 dairəyə bölünüb. Çox qarışıqlıq var. Kəndin yarısı bu dairədə, digər yarısı başqa dairədə səs verəcək. Hesab edirik ki, bu dəfə islamçı şiə partiyaları xeyli səs itirəcəklər. Əvəzində isə demokratik və mədəni partiyalar səslərini artıracaqlar. Eləcə də, sünnilər bu seçkidə əvvəlkindən daha çox səs alacaqlar. Çünki onlara Ərəbistandan, Körfəz ölkələrindən böyük dəstək var. Amma bu seçkilər İraqın böyük problemlərini azalda bilməyəcək. O cümlədən, türkmən partiyaları olaraq bizim də bu seçkidən elə böyük gözləntilərimiz yoxdur. Çünki, 4 milyonluq türkmən əhalisi İŞİD-in baş qaldırdığı vaxtlar öz torpaqlarından qaçqın düşərək İraqın dörd bir yanına səpələndilər, böyük bir hissəsi də xaricə köçdü. İŞİD illərdir məğlub edilsə də, qaçqınların çoxu hələ də evlərinə qayıtmayıb. Siyasi təsir imkanları böyük mərkəzlər var ki, türkmənlərin seçkili orqanlarında yer almamasına çalışırlar. Hazırda onlar İraqda sadəcə üç qüvvəni – şiə, sünni və kürdləri təşkilatlandırırlar. Təəssüf ki, bu gün İraqda 4 milyonluq türkmən xalqının sadəcə 1 naziri və 1 nazir əvəzedicisi var. Hansı ki, Maliki hökuməti dönəmində 3 nazir və 4 nazir əvəzi postu bizim idi. Bu gün istər Bağdadda, istərsə də Kərkükdə bütün yüksək postlara ərəblər, ya da kürdlər təyin olunur.

- Bildiyimə görə, İraqın hər yerində narazılıq hökm sürür və çox güman ki, bu özünü seçkidə də göstərəcək...

- Bəli, yalnız türkmənlər deyil, bütün ölkə problem içindədir. Təsəvvür edin ki, İraqın cənubunda əsasən şiələr yaşayır, amma onların da arasında qarışıqlıq var. Neçə şiə partiyası ofislərini bağlamağa məcbur olub. Cənubda yaşayanlar partiyalara deyil, ayrı-ayrı müstəqil namizədlərə səs vermək istəyirlər. Səbəb də budur ki, partiyaların bir çoxu korrupsiyaya qurşanıb, özlərini varlandırıblar, xalq isə sosial sıxıntı yaşayır. Bu gün elektrik, içməli su problemi insanların çiynində yükdür. İnsanlar işsizlikdən əziyyət çəkir və idarəetmə sisteminin naşılığına son qoymaq üçün narazılıqlarını bildirirlər. Təbii ki, Qərb İraqda mülki sistemin qələbə qazanması üçün narazı xalqın hakimiyyətin əleyhinə çıxışlarımı tam dəstəkləyir. Hazırda cənubda şiələr iki bloka bölünüblər – islamçı şiələr və onlara qarşı çıxan liberal və ya demokrat təşkilatlar. Hətta prezident, baş nazir, parlament sədri də islamçılara qarşıdır, amma qorxularından səslərini çıxarmırlar.

- Türkmən partiyaları olaraq seçki siyahısını necə tərtib etmisiniz, kimlərin adları yazılıb, sədrlərin, yoxsa tamam fərqli insanların?

- Təbii ki, seçkidə bizim də namizədlərimiz var və onlara ciddi dəstək veririk. Biz bu dəfə belə razılaşdıq ki, heç bir partiyanın sədri deputatlığa namizəd olmasın. Doqquz siyasi partiyadan səkkizi bu qaydaya riayyət elədi, yalnız İradə Partiyasının sədri xanım Jalə Neftçi öz namizədliyini irəli sürdü.

- Yeri gəlmişkən, seçkidən neçə mandat qazanacağınızı düşünürsünüz?

- Bu dəfə namizədlərimizin sayını azaltmışıq. Ötən seçkidə təkcə Kərkükdən 24 nəfərlik siyahı üzrə seçkiyə qatılmışdıqsa, bu dəfə cəmi 7 namizədimiz var. İstəyirik ki, səslərimiz parçalanmasın, namizədlərimizi yetərincə dəstələyə bilək. Mosulda və digər yerlərdə də namizədlərimiz var. Ötən seçkidə Kərkükdə 3, Mosulda 4 millət vəkilimiz olmuşdu. Arzu edirik ki, bu dəfə heç olmaya millət vəkillərimizin sayı azalmayacaq.

- Seçkinin nəticəsinə uyğun olaraq yeni hökumət qurulacaq İraqda. Sizcə əvvəlkilər kimi olacaq, yoxsa dəyişiklik hiss ediləcək?

- Məncə yeni formalaşdırılacaq hökumət bir az Qərbyönümlü, bir az da Ərəbistana, Körfəz ölkələrinə meylli siyasət yürüdəcək. Yəni İranla bir az məsafə saxlayacaq. Təbii ki, İran bunu asanlıqla həzm etməyəcək. Amma yenə də düşünürük ki, İraq qonşu ölkələrlə, dünya birliyi ilə daha yaxşı əlaqələr quracaq və öz problemlərini azaldacaq. Bu seçkidə çox dəyişikliklər olacaq, yeni simalar seçiləcək və hökumətdə yer alacaq. Amma çəkişmələrin artacağını düşünürük. Qonşu ölkələr, xüsusilə də İran islamçıların iqtidarda qalması üçün əlindən gələni etməkdədir. Təbii ki, mövcud islamçı şiə partiyaları tutduqları yüksək postları asanlıqla əldən vermək istəməyəcəklər. Həm də nəzərə alaq ki, onların ixtiyarında silahlı qüvvə və böyük pullar var. Ölkəmizin yaxın gələcəyi qaranlıq görünsə də, biz bunu istəmirik və İraqın tezliklə asayişə qovuşmasını arzulayırıq.

- Nə zamandır Türkmən Məclisini yaratmaq istəyirsiniz, amma bəzi səbəblər buna mane olub. Bu gün gecdir, amma aylar öncəsi belə bir Məclisiniz qurulmuş olsaydı, həftə sonu keçiriləcək seçkiyə birgə gedə bilərdiniz...

- Türkmən Məclisinin qurulması bütün türkmənlərin arzusudur. Əslində doqquz türkmən siyasi partiyasının hamısı Məclis quraq deyir, yalnız İraq Türkmən Cəbhəsi Ankaranı inandırır ki, bu Məclis İranın təsiri altına düşəcək, kürdlərlə əməkdaşlıq edəcək və sair. İndiyədək məhz İraq Türkmən Cəbhəsinin mövqeyi üzündən Məclis qurulmayıb, nə vaxt təşəbbüs göstərmişik, onlar mane olublar. Təəssüf ki, Ankaradakı bəzi dostlar, eləcə də türkmən quruluşlar da əl altından maneə törədiblər. Məclis qurmaq bizim haqqımızdır. İraq konstitusiyasının 125-ci maddəsində bu hüquqlar təsbit olunub. Çalışırıq ki, heç olmaya seçkidən sonra Məclisi quraq və birbaşa İraq hökumətinin nəzarətində olsun, büdcədən maliyyə dəstəyi alsın. Təbii ki, Məclisin verəcəyi qərarlar da türkmənlər üçün birləşdirici, bəzən isə tövsiyyə xarakterli olmalıdır. Hətta deyirik ki, gəlin türkmənlərin Ali Siyasi Şurasını yaradaq. Bura bütün türkmən partiyalarının sədrləri, millət vəkilləri və hökumətdə rol alacaq nazirlər üzv olsun. Sonradan həmin Şura Türkmən Məclisinin qurulması üçün hazırlığa başlasın. Başa düşürük ki, İraqda heç bir siyasi mərkəz türkmənlərin vahid gücə çevrilməsini istəmir...

- Sizcə niyə?.. Amma bunun qarşılığında seçkiyə həvəslə hazırlaşırsınız...

- Bayaq dediyim kimi, türkmən partiyaları seçkiyə vahid siyahı üzrə, böyük həvəslə qatılıb. Hələ üç gün qalır, inşallah ki, nəticələr dövlətimizə böyük dəyişikliklər gətirəcək. Xalq olaraq biz türkmənlər də bunu istəyirik. Amma İraqın seçki sistemində həmişə saxtakarlıq böyük rol oynayıb, səslər saxtalaşdırılıb. Parlamentdə özünə saxta seçki yoluyla yer edən partiyalar korrupsiya və rüşvətxorluqda hökumətə də ortaq olublar. Hətta deyərdim ki, ayrı-ayrı nazirliklər bu partiyaların kassasına çevriliblər. Əlbəttə, bütün partiyalar pis deyil, aralarında yaxşıları da var. Hər halda, bu dəfə saxtakarlıq olmasın deyə bir sıra işlər görülüb və inanıram ki, nəticəsi olacaq.

- Seçki öncəsi İraqda ciddi canlanma var, özü də məhz şiə qruplar arasında. Bildiyim qədər, şiələr seçki prosesində üç cəbhəyə bölünüblər: Əli Sistani, Hadi əl-Amiri və Müktəda əs-Sədr qrupları...

- Şiə qruplar arasında ciddi rəqabətin olduğu açıqdır. Əli Sistani şiələrə çağırış elədi ki, seçkidə aktiv olsunlar. İraq əhalisinin seçkiyə münasibəti belədir: kimlərin ki, hansısa partiyaya rəğbəti var, gedib səs verirlər. Amma hansısa partiya ilə bağlılığı olmayanlar səsvermədə iştirak etmirlər. Çox istərdim ki, Sistaninin çağırışı əhalini fəallaşdırsın. Bizim türkmən əhali arasında da seçkidə fəallıq hər zaman aşağı olub. Çalışırıq ki, hamı səsverməyə qatılaraq istədiyi namizədə səs versin. Əgər türkmənlər seçkidə tam fəallıq göstərərsə, təkcə Kərkükdə 12 millət vəkili mandatından 4-nü qazana bilərik.

- Şiələrin bu üç qrupu arasında hansısa bağlılıq və ya fərq varmı, onlardan hansı İraq üçün daha münasib gələcək vəd edir?

- Əslində şiə partiyalar arasında, istər Müktəda əs-Sədr olsun, istər Əl-Hadi və digərləri, əsas hədəflərində elə də ciddi fərq yoxdur. Onlar çalışırlar ki, nə edək daha çox mandat qazanaq. Yəni maraqları ideologiya yox, mənfəətdir. Şiələr arasında əsas mübarizə islamçılarla müasirlər arasında gedəcək. Yəni islamçı qruplar öz aralarında mənfəət, müasirlərlə islamçılar isə idealogiya uğrunda mübarizə aparacaqlar. Kürdlər arasında da mübarizə xeyli güclənəcək. Amiri qrupu İranla əlaqələrə üstünlük verir. Amma Müktəda əs-Sədr əksinə, İranla məsafə saxlayıb, şiə olmasına baxmayaraq sünni-ərəb dünyası ilə əlaqələrə üstünlük verir. Hətta o, Səudiyyə Ərəbistanında səfərdə də olub. Əs-Sədr ölkədəki sağçı-islamçı qrupları öz ətrafında cəmləməkdədir. Amma təbii ki, bütün siyasi partiyaların İranla dərin köklü əlaqələri var və İranın onlara bu gün də təsiri güclüdür. Odur ki, onların bu seçkidə hamısının birdən yeniləcəyini gözləmək olmaz.

- Müktəda əs-Sədr qonşu ölkələri seçkilərə müdaxilə etməməyə çağırdı və edərlərsə irəlidə qarşılıq verəcəkləri ilə hədələdi. Xəbərdarlıq hansı ölkəyə ünvanlanıb sizcə?

- Əs-Sədr ədalətli seçki keçirilsin deyə belə bir çağırış edib. Çox güman ki, qonşu ölkələr dedikdə İranı nəzərdə tutub. Çünki bayaq dediyim kimi, İran şiə partiyalara dəstək verir.

- Sünni iraqlılar, eləcə də kürdlər seçki öncəsi çox rahat görünürlər. Niyə sakitdirlər, bəlkə sonda istədiklərini ala biləcəklərinə arxayındırlar...

- Dorudan da, bu dəfəki seçkidə sünnilərlə kürdlər çox rahatdırlar. Düşünürəm ki, alacaqları səslərdə artım olacaq. Həm də bu dəfəki seçkidə partiyalar arasında yarışdan əlavə, namizədlərarası mübarizə gedəcək. Kərkükdə seçkilər bir növ türkmənlər, kürdlər və ərəblər arasında gedir. Odur ki, kimliyindən asılı olaraq hər kəs öz millətindən olan namizədə səs verəcək.

- Son olaraq deyin: Bu seçkilər İraq türkmənlərinə və Türkməneli yurduna nə vəd edir?

- Seçkidən sonra ölkədə vəziyyət sabitləşəcəkmi, yoxsa qarışacaqmı, bunu indidən söyləmək olmaz. Yaxşılığa doğru olarsa, əslində türkmənlərin də arzuladığı ab-hava yaranar. Elə böyük gözləntimiz yoxdur, bayaq da dediyim kimi, ən azından ötən dəfəki millət vəkili sayımızı qorumağa çalışacağıq. Həm də bu dəfə daha fəal, sözünü deyə biləcək millət vəkillərini parlamentə göndərmək istəyirik. Çünki ötən seçkidə, xüsusilə də Kərkükdən seçilmiş millət vəkillərimiz passiv oldular, türkmənlər üçün heç nə edə bilmədilər. İstəyirik daha çox gənc və aktiv insanlar seçilsin. Əvvəllər parlamentdə millət vəkillərimiz maksimum 15 nəfər olub. Hansı ki, kürdlər hər dəfə ən azı 50 millət vəkili mandatı qazanıblar. Niyə, ona görə ki, mövcud seçki sistemi bu vəziyyəti yaradıb. Bütün bunları nəzərə alaraq, türkmən millət vəkilləri daha çox işləməyə məcburdur. Kürd millət vəkili 8 saat işləyirsə, bizimkilər 18 saat işləməlidirlər ki, nəsə əldə edə bilsinlər.

Vüsal Tağıbəyli
Prezident 77 yaşlı səfiri geri ÇAĞIRDIHidayət Xuduş oğlu Orucov Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Avrasiya.net xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Qeyd edək ki, 77 yaşlı Hidayət Orucov1992-2006-cı illərdə Dövlət müşaviri işləyib. 2006-2012-ci illərdə ildə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsini tutub.

Ona 27 dekabr 2012-ci ildə Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri diplomatik rütbəsi verilib. Elə həmin gün Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Azərbaycan və Ermənistan siyasi partiya təmsilçiləri görüşdüVyanada Ermənistandan olan siyasi partiya təmsilçiləri ilə görüşümüz baş tutdu.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, bunu “Qarabağa dönüş” təşkilatının rəhbəri, deputat Tural Gəncəliyev bildirib.

Onun sözlərinə görə, görüş Avstriyanın dövlət qurumları və beyin mərkəzi nümayəndələrinin birgə təşkilatçılığı ilə olub.

T.Gəncəliyev deyib ki, görüşdə post münaqişə dövrünə aid məsələlər müzakirə edilib.
İran sonunun gəlməsini istəmirsə....Arzu Şirinova

Bəzən deyirlər ki, İranın əsl siması bəlli oldu. Xeyr, Iranın əsl siması İran adlı dövlət yaranandan, Azərbaycanı Rus imperiyası ilə birləşib ikiyə böləndən, Azərbaycanın Cənubunda fars-molla rejimini qurandan bəllidir.
Azərbaycanın müstəqil dövlət olaraq varlığı hər zaman fars-molla rejimini qorxuya salıb. Çünki müstəqil dövlət öz hüquqlarını bilir və bu istiqamətdə işini qurub, siyasətini yeridir. Ancaq nə yazıq ki, Ermənistan və onun havadarları Azərbaycanı 30 il geri atdılar. Sovet imperiyasının çöküşü ərəfəsində növbəti dəfə Ermənistan Azərbaycana torpaq iddiasını ortaya qoydu və Dağlıq Qarabağda (Azərbaycan Prezidenti cənab İlham Əliyev demişkən “artıq Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur”) fəaliyyətə başladı. Sovet İmperiyasının, sonradan Rusiyanın havadarlığı və maddi, silah-sursat dəstəyi ilə Ermənistan silahlı qüvvələri 20 Yanvar faciəsinin müsibətini yaşayan, özünə gəlməyən Azərbaycanın əzəli torpaqlarına silahlı hücumlar etməyə başladı. Xocalı faciəsini yaşadıq. Və bundan sonra faciələrimiz sanki sıraya düzüldü - Şuşa, Laşın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan.
Azərbaycan bu faciələri yaşayan ərəfədə kim deyə bilər ki, fars-molla rejimi və onun dini rəhbəri səsini qaldırdı, Ermənistanı işğalçı siyasətinə görə qınadı. Olubsa da, gözdən pərdə asmaq üçün ediblər. Arxada erməniyə arxa-dayaq durublar.

Azərbaycanla Ermənistanın sərhədləri bağlandıqdan sonra fars-molla rejimi Ermənistana madi-mənəvi dəstəyini əsirgəməyib. Erməniləri acından ölməyə, soyuqdan gəbərməyə qoymayıb. Hətta erməni silahlıları torpaqlarımızı işğal edib qənimətlər ələ keçirəndə İran bazarları onların üzünə açıq olub ki, satıb pul qazansınlar. Məscidlərimiz, dini abidələrimiz donuz yatağı kimi istifadə edilib. Sual olunur, “din, Allah, Peyğəmbər, İmam” deyib, yaxasını cırıb, səsini başına atan İranın ali dini rəhbəri, mollalar, niyə erməniyə dur demədiniz? Niyə bir dəfə də olsun ermənilərin bu əməllərini ifşa edən fətva vermədiniz? Çünki Ermənistanın işğalçılıq siyasəti fars-molla rejiminin maraqlarına tam uyğun idi. Elə zənn edirdilər ki, Ermənistanın işğalçılıq siyasəti davamlı olacaq, Azərbaycan işğal nəticəsində itirdiyi 20 faiz torpaqlarını geri almaq gücündə olmayacaq və Azərbaycan xalqı şərəfini, heysiyyatını itirən bir xalq kimi tarixdə qalacaq. Tam məsuliyyətlə deyə bilərəm ki, fars-molla rejimi bunu arzulayırdı, hətta Azərbaycanın bu durumda olması üçün dualarını belə əsirgəmirdilər. Ancaq İran adlanan dövlət bunun tərsini gördü.

2020-ci il sentaybrın 27-də Azərbaycanın Ali Baş Komandanı İlham Əliyev torpaqlarımızda anti-trrror əməliyyatına başlamaq əmrini verdi. Müzəffər ordumuz bir-bir kəndlərimizi, şəhərlərimizi qanları, canları bahasına azad etdilər. Və bütün dünya, eləcə də fars-molla rejimi azad edilən yurdlarımızda erməni vandallarının cinayət əməllərinin şahidi oldular. Azərbaycan torpaqlarını işğaldan azad etməyə başladığı andan etibarən qardaş Türkiyə mənəvi, siyasi dəstəyini əsirgəmədi. Bu dəstək hazırda da davam edir. Türkiyənin ardınca Pakistan, İranın “sionist” adlandırdığı İsrail də Azərbaycanı dəstəkləyən ölkələr sırasında yer aldı. Fars-molla rejimi isə Vətən Müharibəsinin 10-cu günü səsini qaldırdı. Bu zaman yenə də gözdən pərdə asmaqla məşğul idi. Çünki digər tərəfdən İran maşınları Ermənistana yardımlar dışıyırdı. Bundan duyuq düşən Cənubi Azərbaycandankı soydaşlarımız fars-molla rejiminin Ermənistana yardımına əngəl oldular. Həmin vaxtlar neçə maşın yandırıldı, yararsız hala salındı. Təbii ki, rejimin siyasəti davam edirdi. Ermənistan Gəncəni, Tərtəri, Bərdəni, hətta Bakı ətrafını da raket atəşlərinə tutdu. Gəncədə, Tərtərdə, Bərdədə dinc əhali atılan raketlərin, qrad qurğularının nəticəsində şəhid oldu, evləri dağıldı. Baş verənlərin hansı birində fars-molla rejiminin səsini eşitdik. Heç birində. Çünki özləri və ermənilər demişkən-qardaşlarından heç vaxt vaz keçməyəcəklər.

Vətən Müharibəsi cəmi 44 gün çəkdi. Və Ermənistan məğlub edilərək üçtərəfli (Azərbaycan, Rusiya və Ermənistan) bəyanata imza atmaq məcburiyyətində qaldı. Həmin bəyanatda bəndlərdən biri də Zəngəzur dəhlizinin açılmasıyla bağlıdır ki, fars-molla refimi bu dəhlizin açılmaması üçün bütün iyrənc resurslarını işə salıb. Bilir ki, dəhlizin açılması Azərbaycanın güclü olması, Ermənistanın sülh sazişinə imza atması, Türkiyənin bölgədə möhkəmlənməsi, söz sahibi olması və c. deməkdir. Bu isə, İranın maraqlarına cavab vermir. Və başlayıb Azərbaycana hədə-qorxu gəlməyə. Daha bilmir ki, Azərbaycan 30 il bundan əvvəlki Azərbaycan deyil. Artıq güclü oldusu, vuran biləyi, ucalan səsi var. Daha bilmir ki, Cənubi Azərbaycandakı 35 milyon türkün aşıb-daşan səbri də bir yerə qədərdi. Bu səbr tükənən vaxt İranın sonu gələ bilər. İran sonunun gəlməsini istəmirsə....
Ukraynalı deputat olimpiadada qazandığı medalı satırUkraynanın yunan-Roma güləşçisi Jan Belenyuk Tokio-2020 Yay Olimpiya Oyunlarında qazandığını qızıl medalı satmaq niyyətindədir.

"Report"un məlumatına görə, 87 kq çəki dərəcəsində çıxış edən idmançı bu barədə feysbuk hesabında bildirib.

O, əldə etdiyi gəliri xeyriyyəçilik məqsədi ilə istifadə etməyi planlaşdırdığını vurğulayıb: "Tokiodan gətirdiyim qızıl medalımla bir çox insan şəkil çəkdirib. O, ölkəmizin şərəf və qürur mənbəyidir. Ukraynaya yeganə qızıl medalı qazandırdığım üçün şanslıyam. Amma bu medalın yalnız rəfdə yatmasını yox, faydalı olmasını istəyirəm. Hərrac keçirib onu satmağı və bütün gəliri xəstə uşaqlar üçün xeyriyyəçilik məqsədi ilə bağışlamağı düşünürəm".

Qeyd edək ki, Yan Belenyuk 2019-cu il avqustun 29-dan Ukrayna Ali Radasının deputatıdır.
Lavrovdan İran nazirini pərt edən açıqlamaCənubi Qafqaz ətrafında cərəyan edən hadisələr kontekstində Azərbaycan, Ermənistan, Gürcüstana, İran, Rusiya və Türkiyənin daxil olacağı “3+3” formatının yaradılması təşəbbüsünü müzakirə etdik. İran bu təşəbbüsə müsbət yanaşır, eyni mövqeyi Azərbaycan və Türkiyədə də müşahidə edirik. Hazırda ermənistanlı həmkarlarımızla işləyirik. Hesab edirik ki, yaşadığı problemlərə rəğmən Gürcüstan da regionun sürətli inkişafı üzrə bu cür konsultasiyalar mexanizminin yaradılmasında öz marağını görə biləcək.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, bunu Rusiya XİN rəhbəri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşündən sonra keçirilmiş mətbuat konfransı zamanı bildirib.

“Biz burada (regionda) hərbi aktivliyin artırılmasına, təxribatçı təlimlərə qarşıyıq. İranlı dostlarımızın bugünlərdə sərhəd yaxınlığında keçirdiyi təlimlərlə bağlı Azərbaycanın da ifadə etdiyi narahatlıqlar mövcuddur”, - Lavrov deyib.