Sizin Reklam Burada

Erməni ordusunun müharibə cinayətləri... - İraq mediası

Erməni ordusunun müharibə cinayətləri... - İraq mediasıİraqın “Afkarhura.com” saytı Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadənin “Ermənistan ordusunun Gəncədə törətdiyi müharibə cinayətləri” sərlövhəli məqaləsini yayıb.

Avrasiya.net xəbər verir ki, məqalədə Vətən müharibəsinin davam etdiyi müddətdə, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-na qədər Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlı dinc əhalinin sıx yaşadığı rayon və şəhərlərin ərazisinə 30 minə yaxın mərmi və 227 raketin atıldığı qeyd olunur.

Vurğulanıb ki, düşmənin silahlı birləşmələrinin Azərbaycanın müxtəlif ərazilərində, heç bir hərbi obyektlər olmayan yaşayış məhəllələrində dinc əhalini atəşə tutması nəticəsində 12 azyaşlı və 27 qadın olmaqla 93 nəfər qətlə yetirilib, 50 azyaşlı və 101 qadın olmaqla 454 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yazıda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə 2021-ci il oktyabrın 3-də bir sıra QHT təmsilçilərinin Gəncə şəhərinə səfəri barədə məlumat verilib, mülki əhaliyə qarşı törədilən hərbi cinayətlərin mənzərəsi ilə tanış olmaq imkanı yaradılıb: “Səfərdə əsasən insan hüquqlarının müdafiəsi, habelə uşaq və qadın hüquqlarının qorunması istiqamətində fəal olan 100-ə yaxın QHT təmsilçisi iştirak edib. İlk öncə Ermənistanın hərbi cinayətləri ilə tanış olan qonaqlara məlumat verilib ki, işğalçı Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyalarını və onların Əlavə Protokollarını pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriya silahları ilə atəşə tutub. Döyüş meydanında məğlubiyyətə uğrayan Ermənistan ordusunun Gəncədə törətdiyi müharibə cinayətləri nəticəsində aralarında uşaq, qadın və yaşlıların da olduğu 26 nəfər həlak olub, 175 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini, Prezident Administrasiyasının məsul əməkdaşı Vüsal Quliyev bildirib ki, Ermənistanın raket zərbələri nəticəsində Gəncədə, Bərdədə, habelə digər şəhər və kəndlərimizdə törətdiyi terror aktlarına, faciəyə hələ də beynəlxalq qurumlar tərəfindən siyasi və hüquqi qiymət verilməyib”.

Məqalədə bildirilib ki, səfər çərçivəsində keçirilən konfransda QHT-lər tərəfindən Ermənistanın siyasi və hərbi rəhbərliyinin bir il öncə Gəncədə insanlıq əleyhinə törətdiyi cinayətlərlə bağlı beynəlxalq təşkilatlara, hüquq-müdafiə təşkilatlarına, QHT-lərə, media təmsilçilərinə, parlament üzvlərinə və hökumətlərə müraciətin qəbul olunduğu vurğulanır:

“Azərbaycan dövlətinin məqsədi regionda sülhün və ardıcıl sabitliyin təmin olunmasıdır. Məhz buna görədir ki, Azərbaycan Respublikası hər zaman müharibəyə qarşı olub və bu münaqişənin də həlli üçün sülh, danışıqlar yolunu seçməsinə baxmayaraq, işğalçı Ermənistan dövlətinin qeyri-konstruktiv mövqe göstərməsi, beynəlxalq hüququn normalarına açıq-aşkar hörmətsizlik nümayiş etdirdi. Diplomatik danışıqlar prosesinin sonuncu limiti tükənəndən sonra Azərbaycan öz ərazi bütövlüyünü alternativ yolla bərpa etməyə qadir olduğunu bir daha göstərdi. Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə əldə etdiyi şanlı Zəfər bunun bariz nümunəsi oldu”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər