Sizin Reklam Burada

İranın növbəti özünüifşası

İranın növbəti özünüifşasıİRNA: İranın Cənubi Qafqaza münasibəti bölgədəki etnik və dini məsələlərə deyil, regionun geosiyasi və coğrafi əhəmiyyəti amilinə söykənir

İran Azərbaycana qarşı ənənəvi düşmənçilyinin ən iyrənc və ən məkrli tərəfini nümayiş etdirməklə, “İslam həmrəyliyi” haqqında hay-küyünün və tor tutmuş gözlərə kül kimi üfürdüyü dini-ideoloji təbliğatının mahiyyətini, getdikcə daha çılpaq şəkildə ortyaya qoyub.

Belə ki Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Tehrana səfəri ətrafında gülünc siyasi şoular düzənləyən mollakratiya təmsilçiləri, ona İranın dövlət informasiya agentliyinin – İRNA-nın resurslarında Azərbaycanın əleyhinə təbliğat aparmaq üçün tribuna verməyi və hətta bu məqsədlə istiqamətləndirici suallar ünvanlamağı da unutmayıblar.

Ararat Mirzoyanın İRNA-nın tribunasından ölkəmizə qarşı səsləndirdiyi ənənəvi böhtan və yalanlara xüsusi diqqət ayırmaq niyyətində deyiləm. Məqsədim Mirzoyandan daha çox, İranın mövcud rejiminin “din və məzhəb birliyi, qardaşlığı, həmrəyliyi” üzərindən yürütdüyü siyasətin nə qədər puç, nə qədər riyakar olduğunu nümayiş etdirməkdir.

Bu səbəbdən, İRNA-nın bəzi suallarını və təbii ki, bu suallara Ararat Mirzoyanın cavablarını dəyərli oxucularımızın diqqətinə çatdırmaq istəyirəm.
Öncə İRNA-nın Mirzoyana ünvanladığı suala diqqət yetirək:
“İranın Cənubi Qafqaza münasibəti bölgədəki etnik və dini məsələlərə deyil, regionun geosiyasi və coğrafi əhəmiyyəti amilinə söykənir. Ermənistan İranın bu yanaşmasını necə dəyərləndirir?”

Qeyd edim ki, İRNA İranın rəsmi dövlət informasiya agentliyidir və bu agentliyin ünvanladığı suallar da rəsmi Tehranın mövqeyini, siyasi baxışlarını ifadə edir.
İRNA (rəsmi Tehran) Ermənistanın xarici işlər nazirinin diqqətinə çatdırır ki, İran üçün etnik və dini məsələlər önəmli deyil. Yəni açıq şəkildə din amilinin İranın siyasətində, xüsusilə də Cənubi Qafqaza münasibətdə heç bir əhəmiyyət daşımadığını bildirir və bəlkə də tarixində ilk dəfə həqiqəti dilə gətirir. O zaman Mirzoyana sual ünvanlayan rəsmi Tehranın təbliğat və təxribat ruporu İRNA-ya, həmçinin İranın dini-siyasi, əmmaməli-əmmaməsiz, mərkəzi və əyalət mollalarına sual olunur: Belə olduğu halda “müsəlmanların həmrəyliyi”, “din və məzhəb qardaşlığı” haqqında 32 ilə yaxındır üyütdüyünüz nədir? Hansı haqla bütün dünyada, o cümlədən Cənubi Qafqazda “müsəlman qardaşlarınızı” himayə etdiyinizi bildirirsiniz? Necə olur ki, məkrli planlarınıza, boyunuzu dəfələrlə keçən iddia və maraqlarınıza gələndə “müsəlmanların bir-birinə qardaş olduğunu” deyirsiniz, amma uzun illərdən bəri müsəlmanların torpaqlarını işğal altında saxlayan, onları soyqırımına məruz qoyan, evlərindən didərgin salan, körpələrini, qadınlarını süngüdən keçirən, məscidlərində donuz saxlayanların yanında yer alırsınız?

Budur sizin saxta dini təəsübkeşliyiniz və İRNA vasitəsilə Ermənistanın xarici işlər nazirinə ünvanladığınız sualla özünüzü bir daha ifşa etdiniz.
Nə qədər ki, unutmamışam, bunu da yazım: Gör nə gündəsiniz ki, özünüz kimi bir övuc saxta müsəlman istisna olmaqla, dünya müsəlmanlarının və vicadını itirməyən bütün insanların lənətlədiyi, bəşər tarixinin ən ağır müharibə cinayətlərini törətmiş, Azərbaycan Ordusu tərəfindən darmadağın edilmiş Ermənistanın xarici işlər nazirinin ünvanınıza üfürəcəyi bir ağızlıq tərifə ehtiyac duyursunuz...

Deməli belə, necə deyirsiniz, “xub”, dinin İranın siyasətində sadəcə siyasi oyunlar üçün alət olduğunu etiraf etdiniz. İndi keçək, sizin sevimli qardaşınız, dostunuz Ararat Mirzoyanın cavabına:
“Ermənistan İranla ikitərəfli yaxın qonşuluq münasibətlərini yüksək dəyərləndirir. Ermənistan-İran əməkdaşlığı sülh, inkişaf və mədəniyyətlərarası dialoqu gündəmində əsas mövzu kimi saxlayan ölkələr üçün nümunə ola bilər.

Qədim sivilizasiyaların daşıyıcısı olan Ermənistan və İran kimi ölkələr üçün dini və milli dözümlülük, qarşılıqlı hörmət və etimad, həmçinin gələcəyə görə qarşılıqlı məsuliyyət xarakterik xüsusiyyətlərdir”.

İRNA Ararat Mirzoyanın bu cavabının qarşılığında ona heç bir sual ünvanlamayıb. Yəni soruşmayıb, sən hansı milli, dini dözümlülükdən danışırsan ki, təmsil etdiyin ölkə azərbaycanlıları etnik təmizləməyə məruz qoyub, bir milyona yaxın müsəlmanı öz yurdundan didərgin salıb, qəbirlərini dağıdıb, sümüklərini təhqir edib, oğurlayıb, məscidlərində donuz saxlayıb, ziyargahlarını dağıdıb? İRNA, həmçinin Ermənistanın xarici işlər nazirinə onun hansı haqla mədəniyyətlərarası dialoqdan danışıdığı barədə sual da vermir. Yəni demir ki, “ay filan-filan şüdə”, əgər sənin ölkən belə dialoq tərəfdarı idisə, o zaman hansı səbəbdən azərbaycanlıara onların dini və etnik mənsubiyyətinə görə divan tuturdu, işğala və onun nəticəsində yaranan münaqişəyə son qoyulması üçün 28 ilə yaxın davam edən sülh danışqılarından yayınır, yeni torpaq və yeni müharibə iddiaları ilə çıxış edirdı... Soruşmursa, deməli Ararat Mirzoyanın cavabları rəsmi Tehranı-rəsmi İRNA-nı qane edir və yuxarıda haqqında söz açdığım sual elə bu cavabı almaq üçün verilib.

İRNA-nın Ararat Mirzoyana ünvanladığı başqa bir suala nəzər salaq. Beləliklə, İranın dövlət informasiya agentliyi bölgədə münaqişə mənbəyi olan Ermənistanın xarici işlər nazirindən soruşur ki, “onun İranın bölgədə sabitliyin qorunub saxlanılmasında oynadığı rol barədə qənaəti necədir”.

Ermənistanın xarici işlər naziri isə deyir ki, İranın regiondakı gərginliyin azaldılması və sabitliyin təmin olunması istiqamətindəki rolu və potensialı göz qabağındadır: “Bunun parlaq nümunəsi İranın Ermənistanın sərhədlərinin toxunulmazlığı ilə bağlı dəqiq mövqeyini ifadə etməsidir. Biz hesab edirik ki, İranın regiondakı rolunun genişlənməsi təkcə bizim ölkələrin dostluğu və qarşılıqlı faydalı əməkdaşlığına deyil, həmçinin regionun təhlükəsizliyi, əminamanlığına və çiçəklənməsinə də müsbət təsir göstərəcək.
Həm sualdan, həm də cavabdan “xoruzun quyruğu” açıq-aşkar görünür: İran uzun illərdən bəri bəlağətli və saxta nitqlə “din qardaşı” adlandırdığı və haqlı mövqeyinin sübuta ehtiyacı olmayan Azərbaycanın yox, MirzoYAN-ların YANındadır, Ermənistanın ən yaxın müttəfiqi roluna daha açıq şəkildə sahiblənib.
Əslində göz önündə olan bir daga göz önünə sərgiləndi. Bəlli oldu ki, İran uzun illərdən bəri Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında qalması, Azərbaycanın zəif düşərək öz ərazi bütövlüyünü təmin etmək iqtidarında olmaması üçün əlindən gəlin edib. Və Müzəffər Azərbaycan Ordusunun qələbəsini özü üçün böyük faciə kimi dəyərləndirir. Əyalət, cəhalət və xəyanət mollalarının da havaya üfürdükləri sözlər, sadəcə ucuz və İran pulu qədər dəyərsiz təbliğat vasitəsindən başqa bir şey deyil.

Elçin Mirzəbəyli

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər