Vüqar Səfərlinin üzərinə həbs qoyulan əmlaklarının SİYAHISIKütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli növbəti dəfə hakim qarşısına çıxarılır.

Avrasiya.net Musavat.com-a istinadən xəbər verir ki, proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutur.

Qeyd edək ki, Vüqar Səfərli ilə birlikdə Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyev də hakim önünə çıxarılır.

Təqsirləndirilən şəxslərdən yalnız Nadir Məmmədov və Vüqar Səfərli barəsində həbs qətimkan tədbiri seçilib. Təqsirləndirilən şəxslərdən ev dustaqlığında olan Təmkin Xəlilov “Altun” restoranının direktoru müavini, Şahin İbrahimov “Altun” restoranının inzibatçısı, Valeh Orucov “Xəmsə” restoranının icarədarı, Bəxtiyar Fətullayev “Xəmsə” restoranının icarədarı olub.

Təhminə Yaqubova Vüqar Səfərlinin yanında baş mühasib kimi çalışıb.

Məlumata görə, restoran icarədarlarının və vəzifəli şəxslərin istintaqa cəlb edilməsinin səbəbi onların KİVDF rəhbərliyi ilə əlbir olaraq tədbirlərin orada keçirilməsi, büdcədən ayrılan vəsaitlərin ələ keçirilməsidir.

Məhkəmədə zərərçəkmiş tərəf olan Medianın İnkişaf Agentliyinin nümayəndəsi Abbas Quliyev iştirak edir.

İttihama görə, aparılmış istintaq tədbirləri ilə Fondun sabiq icraçı direktoru Vüqar Səfərlinin müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov və digər 7 nəfər şəxslə qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət satınalmalarına dair qanunvericiliyin tələblərinin pozulması, dövlət vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsi, tikinti normalarına əməl olunmamaqla iş həcmləri və qiymətlərinin şişirdilməsi yolu ilə dövlətə məxsus ümumilikdə 18 milyon 500 min manat məbləğində pul vəsaitinin mənimsəmə və israf etmə yolu ilə talanmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədilməsinə, habelə cinayət yolu ilə əldə edilmiş 5 milyon 700 min manat pul vəsaitinin leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Vüqar Səfərli və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma- külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə- ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilmiş, Vüqar Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilmiş, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2020-ci il aprelin 4-də imzaladığı sərəncamla Vüqar Səfərli KİVDF-nin İcraçı direktoru vəzifəsindən azad edilib.

O, 2021-ci il yanvarın 14-də həbs olunub və barəsində cinayət işi açılıb.

Sayt Vüqar Səfərlinin üzərinə həbs qoyulan əmlaklarının siyahısını əldə edib.

Əldə edilən məlunata görə, Vüqar Səfərlinin “Rabitəbank” ASC-də olan 300 min manat, eyni bankda oğluna məxsus isə 550 min manat əmanətin üzərinə məhkənmə qərarı ilə həbs qoyulub.

Bundan başqa, Vüqar Səfərlinin ümumi dəyəri 637 min manat olan aşağıdakı əmlaklarının üzərinə də həbs qoyulub.

- Xətai rayonu, Nobel prospektində yerləşən mağaza

- Əhmədli qəsəbəsində yerləşən torpaq sahəsi

-Xətai rayonu Lütfü Zadə küçəsində yerləşən mənzil

- İsmayıllı rayonu, Ticran kəndində yerləşən torpaq sahəsi və ev

- “Mercedens Benz ML 350”, “Wolksvagen Tuareg” və “Toyota land Gruser” markalı avtomobillər.

Bunlardan başqa, Vüqar Səfərlinin yoldaşının adına Binəqədidə olan torpaq sahəsi, oğlunun adına Novxanı kəndində olan torpaq sahəsi və oğlununa adına Xətai rayonunda olan obyektin üzərinə də məhkəmə qərarı ilə həbs qoyulub.
Meşəni yandıran şəxsi diri-diri yandırdılarƏlcəzairdə meşə yanğınlarında şübhəli bilinən şəxs yerli sakinlər tərəfindən yandırılıb.

Axar.az xəbər verir ki, bu barədə Əlcəzair prokurorluğunun məlumatında deyilib.

Bildirilib ki, polis məntəqəsinə hücum edən insanlar orada saxlanılan həmin şəxsi çölə çıxarıb, ardınca onu linç edərək yandırıblar.

Hadisəyə müdaxilə edən polis əməkdaşlarından yaralananların olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Əlcəzairdə baş verən meşə yanğınlarında 69 insan həlak olmuşdu.
Niyaz Niftiyevin ailəsi Mehriban Əliyevaya müraciət etdiBinəqədi bələdiyyəsinin sədri, tanınmış jurnalist Niyaz Niftiyevin ailə üzvləri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət ediblər.

Niyaz Niftiyevin qardaşı Mustafa Niftiyev Modern.az-a bildirib ki, müraciət bu gün səhər göndərilib:

“Müraciəti ailə üzvləri adından mən imzalamışam. Orada, ilk növbədə Niyaza qarşı irəli sürülən ittihamlar barədə məlumat verilib və qeyd edilib ki, məhkəmə araşdırması zamanı bu ittihamlar öz təsdiqini tapmayıb. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsində çağırılıb dindirilən bütün şahidlər Niyaz Niftiyevin nəfinə danışıblar, ibtidai istintaq zamanı verdikləri ifadələrdən, yəni Bələdiyyə sədri qismində Niyaz Niftiyevə rüşvət vermələri ittihamından imtina ediblər. Eyni zamanda, Bələdiyyənin əvvəlki sədri Mətanət Nəsibov, işdə adı keçən digər vəzifəli şəxslər də Niyaz Niftiyevin xeyrinə ifadə veriblər. Niyaz Niftiyevin onların imzalarını saxtalaşdırması barədə ittihamı inkar ediblər. Bununla da Niyaz Niftiyevə qarşı irəli sürülən ittihamlar öz əhəmiyyətini itirib. Biz bu və digər faktlara əsaslanıb düşünmüşük ki, Niyaz Niftiyev artıq azadlığa buraxılacaq.

Amma bu zaman məhkəmə prosesində şübhəli məsələlər ortaya çıxıb. Ötən dövrdə məhkəmə prosesi heç bir ciddi səbəb olmadan, müxtəlif bəhanələrlə 7 dəfə təxirə salınıb. Araşdırma prosesi lüzumsuz olaraq 16 aydır ki, uzadılır. Niyaz Nifiteyev barədə bəraət qərarı çıxarılmır, nə də hökm verilmir. Niyaz Niftiyev baş verənlərə etiraz olaraq 10 avqust 2021-ci il tarixdən etibarən aclıq aksiyasına başlayıb, haqq və hüquqlarının bərpa edilməsini tələb edir".

M.Niftiyev deyib ki, ailə üzvləri onun aclıq aksiyasına başlaması xəbərindən sonra böyük sarsıntı keçiriblər:

“Ailəmiz təşviş içərisindədir. Onun səhhətində problemlər var. Həmişə qidasına fikir verirdi ki, xəstəlikləri şiddətlənməsin. Onun qida qəbul etməməsi xroniki xəstəliklərini kəskinləşdirə və həyatı üçün təhlükə yarada bilər”.

Müraciət müəllifləri məktubda Azərbycanın hüquqi dövlət olmasına, qanunların aliliyinə, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın ədalət zəmanətçiləri olduqlarına inamlarını ifadə ediblər. Mehriban xanımdan xahiş ediblər ki, Niyaz Niftiyevin işini nəzarətə götürsün, ədalətin öz yerini tapması üçün səlahiyyətləri çərçivəsində köməklik göstərsin.

Qeyd edək ki, Niyaz Niftiyev prokurorluğun ona qarşı qərəzli addımlar atmasına, məhkəmə prosesinin qəsdən uzadılmasına, hüquqlarının müdafiə etməsi üçün lazımi şəraitin yaradılmamasına etiraz olaraq, avqustun 10-dan aclıq aksiyasına başlayıb.
Vahabzadə rus xalqından üzr istəsin – Millət vəkiliHeç bir normal və əxlaqı yerində olan adam belə bir açıqlamanı qınamaya bilməz. Yalnız mental sağlamlıq problemləri olan, yaxud başqa maraqlara xidmət edən adam belə bir açıqlama ilə çıxış edə bilər. Öz axmaq və tərbiyəsiz açıqlamalarına görə Jirinovskinin üzünə ən çox tüpürən rus ziyalıları və ictimai-siyasi xadimləridir.

Avrasiya.net xəbər verir ki, bunu BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.

“İsfəndiyar Vahabzadə yenidən təyinat almayanda Bəxtiyar Vahabzadənin oğlu olduğu üçün ona iş verilməsinin zəruriliyi barədə açıqlama vermişdim. İndi o deyir ki, azərbaycanlıları təhqir etdiyi üçün atam təyyarəyə minib Moskvaya uçar, Jirinovskini döyərdi. Adamdan soruşarlar ki, atan kimi davranmağa sənə kim mane oldu? Əminliklə deyirəm ki, bu sözlərinə görə Bəxtiyar Vahabzadə onu ciddi şəkildə qınayıb tənbeh edərdi. Onun o fikirləri ilə də razı deyiləm ki, guya deputatlar Jirinovskiyə tutarlı cavab verməyib. Yalnız mənim cavabımı oxusaydı, o cür danışmazdı. Mən istəmirəm ki, o da Azərbaycanın Jirinovskisi olsun. Rusiyadan fərli olaraq, o, Azərbaycanda heç vaxt vitse-spiker olmayacaq. O öz qeyri-etik davranışını qəhrəmanlıq kimi qəbul edir. Bir tərbiyəsizə görə böyük bir xalqı təhqir etmək qəhrəmanlıq deyil. Hətta o xalqı təmsil edən dövlətin xalqımıza nə qədər pislik etdiyini düşünmüş olsan belə. Mən onu özündə güc tapıb rus xalqından üzr istəməyə çağırıram. Bu onu alçaltmaz. Həm özünü yüksəldər, həm də milli maraqlarımıza uyğun bir addım olar. O, Bəxtiyar Vahabzadənin oğlu olmasaydı, bəlkə də mən belə bir təkliflə çıxış etməzdim”, - Qüdrət Həsənquliyev bildirib.


Qubada fəhlə hündürlükdən yıxılaraq öldüAvqustun 12-si saat 17:00 radələrində Quba rayon sakini, 1967-ci il təvəllüdlü Elman Abbasovun iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Quba Rayon Prokurorluğundan Avrasiya.net-ə verilən məlumata görə, Elman Abbasov fəhlə işlədiyi Quba şəhərində yerləşən Şaving İnşaat MMC-yə məxsus torpaq sahəsində tikilməkdə olan “xeyir-şər evi”nin inşası zamanı yükqaldırıcının mexanizminin pozulması nəticəsində hündürlükdən yıxılaraq aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Quba Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
İlham Əliyev Ərdoğana başsağlığı verdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib.

Avrasiya.net xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Kastamonu, Sinop və Bartında baş vermiş sel fəlakəti nəticəsində insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!"
"Bakı Bus" avtobusunda yanğın: sərnişinlər təxliyə edildiBakıda sərnişin avtobusunda yanğın olub.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, hadisə metronun "Xətai" stansiyasının yaxınlığında qeydə alınıb.

Belə ki, Bakı Bus MMC-yə məxsus 21 nömrəli marşurut xətti ilə hərəkətdə olan, 90 JX 216 dövlət qeydiyyat nişanlı avtobusun mühərrik hissəsi qəfildən yanmağa başlayıb.

Sürücü dərhal avtobusu saxlayıb və sərnişinlər təxliyə edilib. Alovun qarşısı yanğınsöndürən balonlar vasitəsilə alınıb.
Bakıda internat məktəbinin direktoruna cinayət işi açıldıKorrupsiyaya qarşı mübarizə, vəzifəli şəxslərin səlahiyyətlərindən sui-istifadə hallarının qarşısının alınması istiqamətində prokurorluq orqanları tərəfindən ardıcıl və sistemli tədbirlər həyata keçirilir.

Baş Prokurorluqdan Avrasiya.net-ə verilən məlumata görə, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan 11 nömrəli İnteqrasiya Təlimli İnternat Məktəbinin vəzifəli şəxslərinin səlahiyyətlərindən sui-istifadə edib saxtakarlığa yol verməklə külli miqdarda pul vəsaitini mənimsəmələri faktları ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Mcəlləsinin 179.3.2 (Mənimsəmə külli miqdarda törədildikdə), 308.1 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq istintaqı aparılır.

Aparılmış istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilmişdir ki, həmin məktəbin direktoru işləmiş Gülnarə Abdullayeva 2020-ci ilin yanvar ayından 2021-ci ilin avqust ayınadək olan müddətdə şəxsən və həmin məktəbin əməkdaşları vasitəsilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə faktiki olaraq işə gəlməyən müəllimlərin guya işə gəlməklə tədris həyata keçirməsi, müəllim və tərbiyəçilərin dərs saatlarının artıq göstərilməsi, gündəlik məktəbə gələn uşaqların sayının artıq göstərilməsi ilə onların qidalanması üçün tələb olunan qida məhsulları və içməli suyun artıq rəsmiləşdirilməsinə nail olmaqla 88 min 622 manat pul vəsaitini nağdlaşdıraraq mənimsəməsinə, vəzifə saxtakarlığına yol verərək səlahiyyətlərindən sui-istifadə edib.

Cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq, G.Abdullayevanın otağına keçirilmiş baxış zamanı ayrı-ayrı şəxslərin adına olan 4 ədəd plastik kart, işçilərə pul vəsaiti verməsi ilə bağlı qeydlərin aparıldığı dəftərçəsi aşkar olunaraq götürülüb.

Hazırda cinayət işi üzrə bütün təqsirli şəxslərin dairəsinin müəyyən edilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
"Qarabağa qanunsuz giriş qəbuledilməzdir"Azərbaycan İranın yeni rəhbərliyindən yaxşı ümidlər gözləyir. Fikrimcə, Qarabağ bölgəsinə hər hansı bir qanunsuz səfər və ya fəaliyyət qəbuledilməzdir və qəti şəkildə qınanılmalıdır.

Bunu Avrasiya.net-ə beynəlxalq məsələlər üzrə ekspert, Gənclər Diplomatiyası Forumunun prezidenti və Pakistan, Azərbaycan, Türkiyə gənclər forumunun rəhbəri Musavar Hamid Tanoli İrana məxsus yük avtomobillərinin Qarabağa qanunsuz keçməsinə münasibətində deyib.

Onun sözlərinə görə, Azərbaycanln yeni azad edilmiş ərazilərində yük maşınlarının qeyri -qanuni hərəkəti sülhü pozmaqla yanaşı, Azərbaycanın həmsərhəd ərazilərində növbəti təxribatlar üçün Ermənistana şans verəcək: "Ümid edirəm ki, İran hakimiyyəti bu məsələni araşdıracaq. Bu, Azərbaycan üçün ciddi narahatlıq yaradır, çünki yeni azad edilmiş ərazilər, eləcə də bölgədə mina təhlükəsi hələ də qalmaqdadır. Azərbaycan və İran bu məsələni aralarında çözməlidir. Bu hal bir daha təkrarlanmamalıdır. Bir gənclik lideri olaraq demək istərdim ki, qanunsuz olan hər şey qəti şəkildə qınanılır. Bu, yolverilməzdir".