Sizin Reklam Burada

Niyaz Niftiyevin ailəsi Mehriban Əliyevaya müraciət etdi

Niyaz Niftiyevin ailəsi Mehriban Əliyevaya müraciət etdiBinəqədi bələdiyyəsinin sədri, tanınmış jurnalist Niyaz Niftiyevin ailə üzvləri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət ediblər.

Niyaz Niftiyevin qardaşı Mustafa Niftiyev Modern.az-a bildirib ki, müraciət bu gün səhər göndərilib:

“Müraciəti ailə üzvləri adından mən imzalamışam. Orada, ilk növbədə Niyaza qarşı irəli sürülən ittihamlar barədə məlumat verilib və qeyd edilib ki, məhkəmə araşdırması zamanı bu ittihamlar öz təsdiqini tapmayıb. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsində çağırılıb dindirilən bütün şahidlər Niyaz Niftiyevin nəfinə danışıblar, ibtidai istintaq zamanı verdikləri ifadələrdən, yəni Bələdiyyə sədri qismində Niyaz Niftiyevə rüşvət vermələri ittihamından imtina ediblər. Eyni zamanda, Bələdiyyənin əvvəlki sədri Mətanət Nəsibov, işdə adı keçən digər vəzifəli şəxslər də Niyaz Niftiyevin xeyrinə ifadə veriblər. Niyaz Niftiyevin onların imzalarını saxtalaşdırması barədə ittihamı inkar ediblər. Bununla da Niyaz Niftiyevə qarşı irəli sürülən ittihamlar öz əhəmiyyətini itirib. Biz bu və digər faktlara əsaslanıb düşünmüşük ki, Niyaz Niftiyev artıq azadlığa buraxılacaq.

Amma bu zaman məhkəmə prosesində şübhəli məsələlər ortaya çıxıb. Ötən dövrdə məhkəmə prosesi heç bir ciddi səbəb olmadan, müxtəlif bəhanələrlə 7 dəfə təxirə salınıb. Araşdırma prosesi lüzumsuz olaraq 16 aydır ki, uzadılır. Niyaz Nifiteyev barədə bəraət qərarı çıxarılmır, nə də hökm verilmir. Niyaz Niftiyev baş verənlərə etiraz olaraq 10 avqust 2021-ci il tarixdən etibarən aclıq aksiyasına başlayıb, haqq və hüquqlarının bərpa edilməsini tələb edir".

M.Niftiyev deyib ki, ailə üzvləri onun aclıq aksiyasına başlaması xəbərindən sonra böyük sarsıntı keçiriblər:

“Ailəmiz təşviş içərisindədir. Onun səhhətində problemlər var. Həmişə qidasına fikir verirdi ki, xəstəlikləri şiddətlənməsin. Onun qida qəbul etməməsi xroniki xəstəliklərini kəskinləşdirə və həyatı üçün təhlükə yarada bilər”.

Müraciət müəllifləri məktubda Azərbycanın hüquqi dövlət olmasına, qanunların aliliyinə, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın ədalət zəmanətçiləri olduqlarına inamlarını ifadə ediblər. Mehriban xanımdan xahiş ediblər ki, Niyaz Niftiyevin işini nəzarətə götürsün, ədalətin öz yerini tapması üçün səlahiyyətləri çərçivəsində köməklik göstərsin.

Qeyd edək ki, Niyaz Niftiyev prokurorluğun ona qarşı qərəzli addımlar atmasına, məhkəmə prosesinin qəsdən uzadılmasına, hüquqlarının müdafiə etməsi üçün lazımi şəraitin yaradılmamasına etiraz olaraq, avqustun 10-dan aclıq aksiyasına başlayıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər