Slovakiya da Belarusa qarşı: Sanksiyalara hazırıq!
Dərc olunub:
13-08-2021, 08:47
Slovakiya Avropa Birliyinin (AB) Belarus hakimiyyətinə qarşı sanksiyalarını dəstəkləməyə hazırdır.
Axar.az xəbər verir ki, bu sözləri Slovakiyanın Baş naziri Eduard Heger deyib.
“Belarus xalqının azad, demokratik və təhlükəsiz şəraitdə yaşamaları üçün avropalı partnoylarımızla birgə hakimiyyətə qarşı təzyiqləri gücləndirəcəyik. Növbəti sanksiyalara hazırıq”, - deyə Heger bildirib.