Sizin Reklam Burada

Deputat sərt karantinə qayıtmamağın yolunu GÖSTƏRDİ

Deputat sərt karantinə qayıtmamağın yolunu GÖSTƏRDİSon günlər ölkəmizdə koronavirusa yoluxanların sayında artım müşahidə olunur. Bütövlükdə, regionda virusun yeni dalğası qeydə alınmaqdadır. Aydındır ki, sərt karantin tədbirləri real sektordakı aktiviyi qorumaq baxımdan arzuolunan deyil. Amma epidemioloji vəziyyətin necə dəyişməsi bu istiqamətdə qəbul ediləcək qərarlara birbaşa təsir göstərəcək.

Avrasiya.net xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, bir sıra inkişaf etmiş ölkələrin, xüsusilə Böyük Britaniyanın təcrübəsi göstərir ki, sərt karantin tətbiq edilməməsi üçün ən məqbul yol vaksinasiya səviyyəsini artırmaqdır.

"Ümumdünya Səhiyyə Təşkilatı əhali arasında vaksinasiya səviyyəsinin ən azı 65 faizdən çox olduğu halda əvvəlki normal həyata qayıtmağın mümkünlüyü qənaətindədir. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, indiyədək 5 milyon 607 min peyvənd aparılıb. Hər iki doza peyvənd olunanların sayı isə 2 milyon 320 min nəfərdir. Bloomberg-in məlumatına görə, Azərbaycanda əhalinin cəmi 28.1 faizi hər iki doza peyvənd olunub. Tam vaksinasiya səviyyəsinə görə, Azərbaycan Qazaxıstan ilə birlikdə MDB-də ilk yerləri bölüşsə də, peyvənd olunan vətəndaşlarımızın sayı hələlik ÜST-nin 65 fazilik tövsiyyəsindən aşağıdır.

Ötən ilin yaz aylarında tətbiq edilən sərt karantin tədbirləri Azərbaycanda iqtisadiyyatın 20 fəaliyyət sahəsinə təsir göstərmişdi. Onlardan 11-də fəaliyyətlərin tamamilə dayandırılması qeydə alınmışdı. Bu ilin 7 ayında 2.7 faizlik iqtisadi artım qeydə alınmasına isə fevral ayından sonra sərt karantin tədbirlərin yumşaldılmasının xüsusi təsiri oldu. Bu baxımdan, sərt karantinin tətbiq olunmaması və yoluxma sayının optimallaşdırılması üçün hər birimizin vaksinasiya prosesində fəal iştirakımız vacibdir. Yalnız qaydalara əməl etmək və peyvənd olunmaqla əvvəlki normal həyata qayıtmaq mümkündür", - deyə deputat vətəndaşlara çağırış edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər