Tarif dəyişikliyinin aparılmasını zəruri edən səbəblər...İyunun 30-da keçirilən Tarif (qiymət) Şurasının iclasında Dövlət Neft Şirkətinin (SOCAR) ölkədə təbii qazın topdansatış və pərakəndə satış qiymətlərinin artırılması ilə bağ müraciətinə baxılaraq müvafiq qərar qəbul edilib, tariflərdə dəyişiklik baş verib.

1 iyul 2021-ci il tarixindən qüvvəyə minəcək qərara əsasən ekoloji təmiz yanacaq növlərinə keçidi stimullaşdırmaq məqsədilə sıxılmış təbii qazın (CNG) satışını həyata keçirən qazdoldurma məntəqələrinə verilən təbii qazın tarifi 20 qəpikdən 13 qəpiyə endirilib. Sənaye və kənd təsərrüfatı sahələrinə verilən təbii qazın tarifi dəyişdirilməyib və hazırkı 20 qəpik səviyyəsində saxlanılıb. Elektrik enerjisi üzrə artıma yol verməmək üçün elektrik stansiyalarına verilən təbii qazın tarifi cəmi 1 qəpik artırılıb və 12 qəpikdən 13 qəpiyə dəyişdirilib. “Azəristiliktəchizat” ASC və yaşayış binalarının məhəllə qazanxanaları üzrə təbii qaz tarifi 20 qəpikdən 13 qəpiyə endirilib.

Ölkədə aparılan sosialyönümlü siyasət nəzərə alınmaqla və əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi məqsədilə əhali üzrə təbii qazın illik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün tarif dəyişdirilməyib və hazırkı 1 kub metr üçün 10 qəpik səviyyəsində saxlanılıb. Digər sahələr üzrə tarif 20 qəpikdən 25 qəpiyə dəyişdirilib. İllik istehlak həcminin 1200 - 2500 m3 (2500 m3 daxil) olan hissəsi üçün 20 qəpik, 2500 m3-dən çox olan hissəsi üçün isə 25 qəpik müəyyənləşdirilib.

Tarif dəyişikliyinin aparılmasını zəruri edən səbəblər onunla əsalandırılır ki, ötən dövr ərzində ölkədə təbii qazın istehlakı artıb, həyata keçirilən infrastruktur layihələri nəticəsində qaz təchizatının əhatə dairəsi genişlənib, abonentlərinin sayı 18%-ə yaxın yüksəlib. Nəticədə dövlətin xərcləri xeyli dərəcədə artıb və 1000 kub metr təbii qazın hasilat və istehlakçıya çatdırılma xərci 2020-ci ildə 160 manat təşkil edib. Habelə qaz üzrə son tarif tənzimlənməsi 2016-cı ilin noyabr ayının 28-də aparıllıb və ötən müddət ərzində ölkədə və dünyada müşahidə edilən tendensiyalara baxmayaraq, Azərbaycanda təbii qazın qiymətində dəyişiklik baş verməyib. 2020-ci il üzrə təbii qazın 44%-ni “Azərenerji” ASC 12 qəpik, 28%-ni kvotaya uyğun olaraq istehlak edən əhali 1 kubmetr üçün 10 qəpik, 28%-ni isə 1 kubmetr üçün əhalinin çox az hissəsi və qeyri-əhali (sənaye, kənd təsərrüfatı, xidmət sahəsi və s.) 20 qəpik tarifi ilə istehlak edib. Təbii qazın hasilatı və əhaliyə çatdırılmasına xərclənən vəsait təbii qazın satışından əldə olunan vəsaitdən xeyli dərəcədə aşağı olub və qaz təchizatı fəaliyyəti zərərlə nəticələnib. COVİD-19 pandemiyası dövründə əhalinin gəlirlərinin azalması nəzərə alınaraq, əhali üzrə istehlak həcmi artırılıb və bir əhali abonenti üzrə 1,3 min kub metrdən 1,6 min kub metrə yüksəldilib.

Bu, zərərin daha da artması ilə nəticələnib və həmin məbləğ dövlət büdcəsi hesabına qarşılanıb. Tarif tənzimlənməsi dövlətin iqtisadi siyasətinə uyğun olaraq enerji təhlükəsizliyinin dayanıqlığının təmin olunması; iqtisadiyyatın dinamik və intensiv inkişafına daha əlverişli şəraitin yaradılması; resurslardan məqsədyönlü və səmərəli istifadə edilməsi; dövlətin sosial siyasətinin ardıcıllığının və əhalinin sosial rifahının təmin edilməsi; dövlət büdcəsindən ayrılan subsidiyaların aradan qaldırılması və dövlətin maliyyə yükünün azaldılması kimi məsələlər nəzərə alınmaqla həyata keçirilib.
Bütün bunalrla yanaşı, tariflərin dəyişdirilməsi zamanı əhalinin həssas təbəqəsi, sənaye və kənd təsərrüfatı sahələri kimi mühüm sahələr nəzərə alınıb. Belə ki, adıcəkilən qərar əhalinin alıcılıq qabiliyyətinə mənfi təsir göstərməyəcək. Kənd təsərrüfatı və sənaye məhsullarının qiymətləri sabit qalacaq, cünki sənaye və kənd təsərrüfatı sahələrinə verilən təbii qazın tarifi dəyişdirilməyib.

Yeni tariflər elektrik enerjisinin qiymətinə də təsir göstərməyəcək. Qazdoldurma məntəqələrinə verilən təbii qazın tarifi 20 qəpikdən 13 qəpiyə endirilib ki, bu da istehlakçıların xeyrinədir. Əhalinin davamlı və keyfiyyətli istiliklə təmin olunmasına da şərait yaranacaq. Cünki məhəllə qazanxanalarına verilən təbii qazın tarifi 35% endirilib. Bu, ilk növbədə əhalinin bu xidmətlərə əlçatanlığını artıracaq. Digər tərəfdən isə yaşayış binalarında mənzillərin fərdi isitmə sistemlərindən daha qənaətli mərkəzləşdirilmiş məhəllə qazanxanalarına keçidi stimullaşdıracaq.
Ümumilikdə, tarif dəyişikliyi əhalinin 51%-nin orta aylıq xərcinə təsir etməyəcək, əhalinin mütləq əksəriyyətinin bu sahədə xərcləri artmayacaq. Son tarif tənzimlənməsinin qüvvəyə mindiyi 2017-ci ildə Azərbaycanda orta aylıq əmək haqqı 528,5 manat təşkil edib.

Ötən müddət ərzində orta aylıq əmək haqqı 35% artaraq 2021-ci ilin aprel ayı üzrə 713,2 manat olub. Əhalinin gəlirlərinin də artdığı bir dönəmdə qazın yeni tarifləri əhalinin alıcılıq qabiliyyətinə ciddi təsir göstərməyəcək. Belə ki, istehlak səbətində bir nəfər üçün aylıq qaz istehlakı həcmi 21 kub metr müəyyənləşdirilib. Orta statistik ailə tərkibinin 4 nəfər olduğunu nəzərə alsaq, bu da il ərzində təxminən 1000 kub metr qaz istehlakı deməkdir. Bu isə, aşağı tarifli qaz istehlakı limiti çərçivəsindədir (aşağı tarifli limit 1200 kub metrdir.

Məlumat üçün bildirək ki, 2020-ci ildə 1 kub metr təbii qazın tarifi əhali abonenti üzrə Ankarada (Türkiyə) orta hesabla 32 qəpik, Kiyevdə (Ukrayna) 32,6 qəpik təşkil edib. Hazırda Ankarada 32-40 qəpik, Kiyevdə isə 54 qəpik səviyyəsindədir. Yeni müəyyənləşdirilmiş tariflər bəzi ölkələrin tarifləri ilə müqayisədə yenə aşağıdır. Belə ki, 1 kub metr təbii qazın tarifi əhali üzrə Azərbaycanda yuxarı qiymət 20 qəpikdir, Gürcüstanda 19,7-29,5 qəpik, Belarusda 9,2-34,2 qəpik, Rusiyada 11,9-16,5 qəpik arasında dəyişir. 1 kub metr təbii qazın tarifi qeyri-əhali abonenti üzrə isə Azərbaycanda 20 qəpik, Türkiyədə orta hesabla 50,8 qəpik, Ukrayna 26,3 qəpik, Belarusda 79,6 qəpik, Rusiyada 17,7 qəpikdir.
Tarif dəyişikliyinin müsbət təsirlərinin olacağı da gözlənilir.

Belə ki, son qərar əhaliyə göstərilən xidmət səviyyəsinin yüksəldilməsinə, dövlət büdcəsindən asılılığın, subsidiyaların aradan qaldırılmasına, büdcədə sərbəstləşən vəsaitin sosialyönümlü tədbirlərə yönəldilməsinə, yeni investisiya qoyuluşlarının təmin edilməsinə, istehlak edilən təbii qazın istehsal və təchizat xərclərinin tam ödənilməsi imkanının yaradılmasına, “Azəristiliktəchizat” ASC-nin imkanlarının genişləndirilməsi və aztəminatlı əhalinin davamlı və keyfiyyətli şəkildə istilik xidməti ilə təmin edilməsinə imkan verəcək.

“Xalq cəbhəsi”nin iqtisadiyyat şöbəsi
Mübariz Mənsimovun 5 illik həbs qərarı qüvvədə qaldıİstanbul Regional Ədliyyə Məhkəməsi 3-cü Cəza Dairəsi yerli məhkəmə tərəfindən azərbaycanlı iş adamı Mübariz Mənsimova “FETÖ-yə bilərək və istəyərk yardım etmək” cinayətinə görə verilən 5 illik həbs qərarını qüvvədə saxlayıb.

Avrasiya.net xəbər verir ki, vəkillərin vəsatətini rədd edən məhkəmə 5 illik həbs qərarını qanunauyğun hesab edib.

Bundan əlavə, xəbər verdiyimiz kimi, iş adamı İstanbuldan çıxmama şərtiylə ev həbsindən azad olunub.

Xatırladaq ki, FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilən M. Mənsimovun bu ilin martında məhkəməsi keçirilmiş, o, 5 il müddətinə şərti cəza alaraq məhkəmə nəzarəti altında şərti azadlığa buraxılmışdı.
Ermənilər Xocavənddə minaya düşdü: ölü və yaralılar varİyunun 30-da günorta saatlarında Xocavənd rayonunun Tağaverd yaşayış məntəqəsi yaxınlığında güclü partlayış baş verib.

Avrasiya.net xəbər verir ki, sosial şəbəkələrdə ermənilərin yazdıqlarına görə, Ermənistan ordusu hərbçilərinin basdırdıqları minaya üç erməninin düşdüyü məlum olub.

Gücü partlayış nəticəsində bir erməni ölüb. Ağır xəsarət alan iki erməni isə təcili yardım maşını ilə Xankəndi şəhərindəki xəstəxanaya çatdırılıb. Yaralananlardan biri Qarik Nalbəndyan ayağını, Arik Arakelyan isə qolunu itirib.

Partlayış nəticəsində ölən erməninin cəsədinin qalıqları axtarılır.
İşığın yeni qiyməti - gecə-gündüz tarifi əhaliyə aid deyil - Tarif Şurası“Elektrik enerjisinin yeni müəyyən edilən gecə-gündüz tarifi əhali abonentlərinə şamil olunmur”.

Bu barədə Tarif Şurasından Avrasiya.net-ə sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, gecə-gündüz tarifi qeyri-əhali qrupu üzrə müəyyən edilib.

Qeyd edilib ki, qərarın detalları barədə məlumat veriləcək.

Tarif (Qiymət) Şurasının bu gün keçirilmiş növbəti iclasında qurumun “Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə” 28 noyabr 2016-cı il tarixli qərarına dəyişiklik olunub.

Dəyişikliyə əsasən, bundan sonra elektrik enerjisinin 1 kVt/saat-nın qiyməti saat 08:00-dan 22:00-a qədər 7,3 qəpik, saat 22:00-dan 08:00-a qədər isə 3,5 qəpik müəyyən edilib.

Bu qərar 1 iyul 2021-ci ildən qüvvəyə minir.
“Limit 2200 kubmetrdən 1200 kubmetrədək endirilib” - “Azəriqaz”ın baş direktoru“Limit 2200 kubmetrdən 1200 kubmetrədək endirilib”.

Avrasiya.net xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bildirib.

R.Əliyevin sözlərinə görə, bu, ümumi abonentlərin 51 faizini əhatə edəcək:

“Bizim 2020-ci il və son 5 ayın araşdırmasına görə, dəyişiklik abonentlərin 51 faizini təşkil edəcək. Hazırda 2 milyon 400 min abonentdən 1 milyon 300 minə yaxını qazın 1 kubmetrini 10 qəpikdən istifadə edə biləcək”.

Baş direktor deyib ki, qazın 1200 kubmetrədək qiyməti 10 qəpikdən hesablanacaq. 1200-2500 kubmetr aralığında işlədilən qazın 1 kubmetri 20 qəpik, 2500 kubmetrdən yuxarı hissəsi üçün 25 qəpik müəyyənləşdirilib.
Füzulidə yanğın başladı, əraziyə helikopter göndərildiFüzuli rayonunda geniş açıq sahədə və qismən meşə zolağında yanğın hadisəsi olub.

Bu barədə Avrasiya.net-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə rayonun Qacar kəndi yaxınlığında geniş açıq sahədə və qismən meşə zolağında (minalanmış ərazi, ərazinin bir hissəsi mürəkkəb quruluşlu dağlıq relyefə malikdir) yanğın olması barədə məlumat daxil olub. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Aviasiya dəstəsinin helikopteri yanğınsöndürmə işlərinə cəlb edilib.

Əlavə məlumat veriləcək.
Koronaya yoluxanların sayı açıqlandıAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 86 yeni yoluxma faktı qeydə alınıb, 26 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 336 047 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 219 nəfər müalicə olunaraq sağalıb, 4 974 nəfər vəfat edib, aktiv xəstə sayı 854 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8871, ötən müddət ərzində isə ümumilikdə 3 749 303 test aparılıb.
Tarif Şurası qazın qiyməti ilə bağlı yeni QƏRAR VERDİ30 iyun 2021-ci il tarixində Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.

Tarif (qiymət) Şurasının Katibliyindən Avrasiya.net-ə verilən məlumata görə, iclasda Dövlət Neft Şirkətinin (SOCAR) müraciətinə baxılaraq müvafiq qərar qəbul edilib.

Belə ki, Dövlət Neft Şirkəti Şuraya müraciət edərək, ölkədə təbii qazın topdansatış və pərakəndə satış qiymətlərinin artırılmasını təklif edib.

Müraciətdə təbii qazın tarifinə yenidən baxılmasına səbəb kimi istehlakın artması, qaz təchizatının əhatə dairəsinin genişləndirilməsi və abonentlərinin sayının 18%-ə yaxın artması nəticəsində xərclərin yüksəlməsi göstərilir. Əhali üzrə tarifin aşağı olması və son tarif tənzimlənməsinin qüvvəyə mindiyi 2017-ci illə müqayisədə ölkəmizdə bir əhali abonenti üzrə istehlakın həcminin təxminən 1,3 min kub metrdən 1,6 min kub metrə, ümumi istehlak həcminin isə 2,7 milyard kub metrdən 3,7 milyard kub metrə yüksəlməsi qaz təchizatı fəaliyyəti üzrə zərərin daha da artması ilə nəticələnir ki, həmin məbləğ dövlət büdcəsi hesabına qarşılanır.

Bildirilib ki, xidmət səviyyəsinin yüksəldilməsi, dövlət büdcəsindən asılılığın aradan qaldırılması və investisiya qoyuluşlarının təmin edilməsi, eləcə də istehlak edilən təbii qazın istehsal və təchizat xərclərinin tam ödənilməsi üçün tariflərin artırılmasına zərurət yaratmışdır.

Tarif (qiymət) Şurasının iclasında aparılan müzakirələrdə təklif olunan müxtəlif tarif artımı variantları nəzərdən keçirilib.

Təklif edilən modellər dövlətin iqtisadi siyasətinə uyğun olaraq enerji təhlükəsizliyinin dayanıqlığının təmin olunması, resurslardan məqsədyönlü və səmərəli istifadə edilməsi, istehlakçı və istehsalçı maraqlarının uzlaşdırılması, iqtisadi əlverişlilik, sosialyönümlülük, qaz təchizatı sahəsində bazar münasibətlərinin mərhələli şəkildə formalaşdırılması və dövlət büdcəsindən subsidiyalaşdırmanın aradan qaldırılması, təbii qazın digər ölkələr üzrə qiymətləri və s. kimi məsələlər nəzərə alınmaqla dəyərləndirilib.

Şura üzvlərinin yekdil qərarı ilə dövlətin həyata keçirdiyi sosial yönümlü siyasət əsas götürülərək əhalinin aztəminatlı hissəsinin mənafelərinə uyğun olan modelə üstünlük verilib.

Belə ki, tarif tənzimləməsində optimal yanaşma tətbiq olunmaqla əhali abonentlərinin təxminən 51%-ni (5 milyon nəfər) əhatə edən istehlakçılar üzrə təbii qazın illik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün tarif dəyişdirilməyib və hazırkı (1 kub metr üçün 10 qəpik) səviyyədə saxlanılıb. İstehlak edilən qazın 1200 - 2500 m3 (2500 m3 daxil) olan hissəsi üçün 1 kub metr üçün 20 qəpik, 2500 m3-dən çox olan hissəsi üçün isə 25 qəpik müəyyənləşdirilib.

Qeyd edilməlidir ki, əhali abonentləri üçün müəyyən edilən tarif sistemi böyük sahəyə malik yaşayış evlərini daha qənaətcil istilik sistemlərindən istifadəyə sövq edəcək.

İclasda aztəminatlı əhali təbəqəsi üçün kommunal tariflərin artırılmasının həmin təbəqənin gəlirlərinin artırılması istiqamətində atılan addımlarla uzlaşdırılmasının önəmi qeyd edilib.

Qəbul edilmiş tarif artımı modeli bir sıra sahələr üçün güzəştli tarif sisteminin saxlanılmasını nəzərdə tutur. İqtisadi dirçəlişin təmin edilməsi məqsədilə sənaye və kənd təsərrüfatı sahələrinə verilən təbii qazın tarifi bu mərhələdə dəyişdirilməyərək mövcud 20 qəpik səviyyəsində saxlanılıb.

Həmçinin təbii qazdan istifadə edilməklə hasil olunan elektrik enerjisi üzrə tarif artımına yol verməmək üçün elektrik stansiyalarına verilən təbii qazın tarifi cəmi 1 qəpik artırılmaqla 12 qəpikdən 13 qəpiyə dəyişdirilib.

Təbii qaz əsasında fəaliyyət göstərən istilik təchizatı sisteminin fəaliyyətinin dayanıqlığının təmin edilməsi, habelə ölkə vətəndaşlarının istilik sistemindən istifadə xərclərinin optimallaşdırılması məqsədilə “Azəristiliktəchizat” ASC və yaşayış binalarının məhəllə qazanxanaları üzrə təbii qaz tarifi 20 qəpikdən 13 qəpiyə endirilib.

Bununla yanaşı, ekoloji təmiz yanacaq növlərinə keçidi stimullaşdırmaq və sıxılmış təbii qazdan (CNG) istifadə edən ictimai nəqliyyat vasitələrinin xərclərini azaltmaq məqsədilə qazın satışını həyata keçirən qazdoldurma məntəqələrinə verilən təbii qazın tarifi 20 qəpikdən 13 qəpiyə endirilib.

Digər sahələrdə (ticarət, xidmət və s.) rentabelli fəaliyyət təbii qazın tarifindən daha az asılı olduğu üçün tariflər 5 qəpik artırılıb.

Qərar 1 iyul 2021-ci il tarixindən qüvvəyə minir.

“Qeyd edək ki, koronavirus pandemiyasının yaratdığı iqtisadi məhdudlaşmalar, habelə dünya ölkələrində ayrı-ayrı istehlak məhsullarının istehsal həcmlərinin aşağı düşməsi dünya iqtisadiyyatına və beynəlxalq bazarlara öz təsirini göstərir. Son bir ildə dünya bazarlarında bütün əsas ərzaq məhsulları üzrə qiymətlər davamlı şəkildə artmaqdadır. Dünya enerji bazarlarında müşahidə olunan qiymət artımları bu prosesi daha da sürətləndirir. Xüsusilə təbii qazın dünya bazar qiymətlərinin artması qeydə alınır. Qiymətlərin artıma doğru istiqamətlənməsi nəticəsində bir çox ölkələrdə təbii qazdan istifadə edən sahələr üçün tariflər dəyişmiş, o cümlədən istehlakçı kateqoriyaları üçün kommunal xərclər artmışdır.

Məlumat üçün bildirək ki, 2020-ci ildə 1 kub metr təbii qazın tarifi əhali abonenti üzrə Ankarada (Türkiyə) orta hesabla 32 qəpik, Kiyevdə (Ukrayna) 32,6 qəpik təşkil edib. Hazırda Ankarada 32-40 qəpik, Kiyevdə isə 54 qəpik səviyyəsindədir. Yeni müəyyənləşdirilmiş tariflər bəzi ölkələrin tarifləri ilə müqayisədə yenə aşağıdır. Belə ki, 1 kub metr təbii qazın tarifi əhali üzrə Gürcüstanda 19,7-29,5 qəpik, Belarusda 9,2-34,2 qəpik, Rusiyada 11,9-16,5 qəpik arasında dəyişir. 1 kub metr təbii qazın tarifi qeyri-əhali abonenti üzrə isə hazırda Türkiyədə orta hesabla 35-49 qəpik, Ukrayna 22-26 qəpik, Belarusda 21,9-78,2 qəpik, Rusiyada 15,3-18,2 qəpik arasında dəyişir.

Tarif dəyişikliyi nəticəsində qaz hasilatı və təchizatı ilə məşğul olan təsərrüfat subyektlərinin dövlət büdcəsindən asılılığı tədricən azalacaq, büdcədə sərbəstləşən vəsait sosialyönümlü tədbirlərə yönəldiləcəkdir.

Tarif tənzimlənməsindən sui-istifadəyə yol verilməməsi üçün nəzarət tədbirləri həyata keçiriləcəkdir”,-deyə Tarif Şurasından bildirilib.

İclasda, həmçinin yeni dövlət qeydiyyatına alınan 247 dərman vasitəsinin qiyməti də təsdiq edilib.

Qeyd edək ki, ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla indiyədək topdan və pərakəndə satış qiymətləri və qüvvəyə minmə tarixi təsdiq edilən 12689 dərman vasitəsinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (http://tariff.gov.az/%22http://www.tariff.gov.az/%22) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az//%22documents/DVA.pdf/%22) yerləşdirilib.

Qərarla Tarif (qiymət) Şurasının rəsmi saytının (http://tariff.gov.az/%22http://www.tariff.gov.az/%22) “Şuranın qərarları” bölməsində tanış olmaq olar.

Putin: Zelenski Ukraynanı ABŞ-a təhvil veribZelenski Ukraynanı xarici idarəçiliyə təhvil verib.

Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin keçirdiyi mətbuat konfransında deyib. O, Ukraynanın bütün məsələlərinin ABŞ-da həll edildiyini bildirib.

Putin, həmçinin Zelenski ilə görüşdən imtina etmədiyini, amma hər şeydən əvvəl nə ilə bağlı müzakirənin olacağını anlamağın vacib olduğunu söyləyib.

İnformasiya texnologiyaları ixtisasının tələbələri üçün vebinarAzərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Karyera Mərkəzi və “UNEC Future Club” tərəfindən birgə icra olunan “Motivasiyanı özümüzdən alaq” layihəsi çərçivəsində növbəti vebinar keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, vebinar “Microsoft” şirkətinin Belçika təmsilçiliyndə çalışan soydaşımız Ramin Şəfaqətovun təqdimatı ilə başlayıb. O, təmsilçisi olduğu “Microsoft” şirkəti və özünün karyera yüksəlişi barədə məlumat verib.

“UNEC Future Club” üzrə koordinator Murad Ələsgərli bildirib ki, vebinara UNEC-in Rəqəmsal iqtisadiyyat fakültəsinin informasiya texnologiyaları ixtisasının tələbələri və digər universitetlərin informasiya texnologiyaları sahəsində təhsil alan tələbələri qatılıblar.

Qeyd olunub ki, “Motivasiyanı özümüzdən alaq” layihəsinin ilkin mərhələsində Azərbaycan universitetlərində informasiya texnologiyaları ixtisası üzrə təhsil alan tələbələrin bu sahə üzrə uğurlu karyera quran, beynəlxalq şirkətlərdə çalışan şəxslərlə görüşləri keçirilir. Növbəti mərhələlərdə isə beynəlxalq informasiya texnologiyaları şirkətləri ilə təcrübə mübadilələri təşkil olunacaq. Layihə çərçivəsində tələbələrə beynəlxalq informasiya texnologiyaları şirkətləri ilə kommunikasiya qurmaq və təcrübə mübadiləsi aparmaq imkanları yaradılacaq.