Sizin Reklam Burada

Koronavirusun “Delta” ştammı ilə bağlı narahatlıqlar nefti ucuzlaşdırıb

Koronavirusun “Delta” ştammı ilə bağlı narahatlıqlar nefti ucuzlaşdırıbDünya bazarında neftin qiyməti bu gün azalıb. Buna koronavirusun “Delta” ştammının yayılması səbəbindən sərmayədarlar arasında yaranmış narahatlıqlar səbəb olub.

“Report” “Prime” agentliyinə istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin sentyabr fyuçerslərinin qiyməti Bakı vaxtı ilə saat 08:54-də 0,45 % azalaraq 73,81 ABŞ dolları təşkil edib. “Brent”in avqust fyuçersləri isə 0,52 % ucuzlaşıb və 74,29 ABŞ dollara təklif olunub.

“WTI” neftinin avqust fyuçersləri bu səhər 0,41 % ucuzlaşaraq bir bareli 72,61 ABŞ dollara satılıb.

Koronavirusla bağlı yeni narahatlıqlar neft qiymətlərinə mənfi təsir göstərir. Treyderlər xüsusilə COVID-19-un yeni "Delta" ştammının yayılmasından ehtiyatlanırlar. Bu ştammın bəzi ölkələrdə yayılması xammal tələbatı üçün risklər yaradır, çünki yoluxma hallarının artmasına görə insanların hərəkətinə məhdudiyyətlər yenidən tətbiq olunur.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər