Sizin Reklam Burada

Tarif dəyişikliyinin aparılmasını zəruri edən səbəblər...

Tarif dəyişikliyinin aparılmasını zəruri edən səbəblər...İyunun 30-da keçirilən Tarif (qiymət) Şurasının iclasında Dövlət Neft Şirkətinin (SOCAR) ölkədə təbii qazın topdansatış və pərakəndə satış qiymətlərinin artırılması ilə bağ müraciətinə baxılaraq müvafiq qərar qəbul edilib, tariflərdə dəyişiklik baş verib.

1 iyul 2021-ci il tarixindən qüvvəyə minəcək qərara əsasən ekoloji təmiz yanacaq növlərinə keçidi stimullaşdırmaq məqsədilə sıxılmış təbii qazın (CNG) satışını həyata keçirən qazdoldurma məntəqələrinə verilən təbii qazın tarifi 20 qəpikdən 13 qəpiyə endirilib. Sənaye və kənd təsərrüfatı sahələrinə verilən təbii qazın tarifi dəyişdirilməyib və hazırkı 20 qəpik səviyyəsində saxlanılıb. Elektrik enerjisi üzrə artıma yol verməmək üçün elektrik stansiyalarına verilən təbii qazın tarifi cəmi 1 qəpik artırılıb və 12 qəpikdən 13 qəpiyə dəyişdirilib. “Azəristiliktəchizat” ASC və yaşayış binalarının məhəllə qazanxanaları üzrə təbii qaz tarifi 20 qəpikdən 13 qəpiyə endirilib.

Ölkədə aparılan sosialyönümlü siyasət nəzərə alınmaqla və əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi məqsədilə əhali üzrə təbii qazın illik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün tarif dəyişdirilməyib və hazırkı 1 kub metr üçün 10 qəpik səviyyəsində saxlanılıb. Digər sahələr üzrə tarif 20 qəpikdən 25 qəpiyə dəyişdirilib. İllik istehlak həcminin 1200 - 2500 m3 (2500 m3 daxil) olan hissəsi üçün 20 qəpik, 2500 m3-dən çox olan hissəsi üçün isə 25 qəpik müəyyənləşdirilib.

Tarif dəyişikliyinin aparılmasını zəruri edən səbəblər onunla əsalandırılır ki, ötən dövr ərzində ölkədə təbii qazın istehlakı artıb, həyata keçirilən infrastruktur layihələri nəticəsində qaz təchizatının əhatə dairəsi genişlənib, abonentlərinin sayı 18%-ə yaxın yüksəlib. Nəticədə dövlətin xərcləri xeyli dərəcədə artıb və 1000 kub metr təbii qazın hasilat və istehlakçıya çatdırılma xərci 2020-ci ildə 160 manat təşkil edib. Habelə qaz üzrə son tarif tənzimlənməsi 2016-cı ilin noyabr ayının 28-də aparıllıb və ötən müddət ərzində ölkədə və dünyada müşahidə edilən tendensiyalara baxmayaraq, Azərbaycanda təbii qazın qiymətində dəyişiklik baş verməyib. 2020-ci il üzrə təbii qazın 44%-ni “Azərenerji” ASC 12 qəpik, 28%-ni kvotaya uyğun olaraq istehlak edən əhali 1 kubmetr üçün 10 qəpik, 28%-ni isə 1 kubmetr üçün əhalinin çox az hissəsi və qeyri-əhali (sənaye, kənd təsərrüfatı, xidmət sahəsi və s.) 20 qəpik tarifi ilə istehlak edib. Təbii qazın hasilatı və əhaliyə çatdırılmasına xərclənən vəsait təbii qazın satışından əldə olunan vəsaitdən xeyli dərəcədə aşağı olub və qaz təchizatı fəaliyyəti zərərlə nəticələnib. COVİD-19 pandemiyası dövründə əhalinin gəlirlərinin azalması nəzərə alınaraq, əhali üzrə istehlak həcmi artırılıb və bir əhali abonenti üzrə 1,3 min kub metrdən 1,6 min kub metrə yüksəldilib.

Bu, zərərin daha da artması ilə nəticələnib və həmin məbləğ dövlət büdcəsi hesabına qarşılanıb. Tarif tənzimlənməsi dövlətin iqtisadi siyasətinə uyğun olaraq enerji təhlükəsizliyinin dayanıqlığının təmin olunması; iqtisadiyyatın dinamik və intensiv inkişafına daha əlverişli şəraitin yaradılması; resurslardan məqsədyönlü və səmərəli istifadə edilməsi; dövlətin sosial siyasətinin ardıcıllığının və əhalinin sosial rifahının təmin edilməsi; dövlət büdcəsindən ayrılan subsidiyaların aradan qaldırılması və dövlətin maliyyə yükünün azaldılması kimi məsələlər nəzərə alınmaqla həyata keçirilib.
Bütün bunalrla yanaşı, tariflərin dəyişdirilməsi zamanı əhalinin həssas təbəqəsi, sənaye və kənd təsərrüfatı sahələri kimi mühüm sahələr nəzərə alınıb. Belə ki, adıcəkilən qərar əhalinin alıcılıq qabiliyyətinə mənfi təsir göstərməyəcək. Kənd təsərrüfatı və sənaye məhsullarının qiymətləri sabit qalacaq, cünki sənaye və kənd təsərrüfatı sahələrinə verilən təbii qazın tarifi dəyişdirilməyib.

Yeni tariflər elektrik enerjisinin qiymətinə də təsir göstərməyəcək. Qazdoldurma məntəqələrinə verilən təbii qazın tarifi 20 qəpikdən 13 qəpiyə endirilib ki, bu da istehlakçıların xeyrinədir. Əhalinin davamlı və keyfiyyətli istiliklə təmin olunmasına da şərait yaranacaq. Cünki məhəllə qazanxanalarına verilən təbii qazın tarifi 35% endirilib. Bu, ilk növbədə əhalinin bu xidmətlərə əlçatanlığını artıracaq. Digər tərəfdən isə yaşayış binalarında mənzillərin fərdi isitmə sistemlərindən daha qənaətli mərkəzləşdirilmiş məhəllə qazanxanalarına keçidi stimullaşdıracaq.
Ümumilikdə, tarif dəyişikliyi əhalinin 51%-nin orta aylıq xərcinə təsir etməyəcək, əhalinin mütləq əksəriyyətinin bu sahədə xərcləri artmayacaq. Son tarif tənzimlənməsinin qüvvəyə mindiyi 2017-ci ildə Azərbaycanda orta aylıq əmək haqqı 528,5 manat təşkil edib.

Ötən müddət ərzində orta aylıq əmək haqqı 35% artaraq 2021-ci ilin aprel ayı üzrə 713,2 manat olub. Əhalinin gəlirlərinin də artdığı bir dönəmdə qazın yeni tarifləri əhalinin alıcılıq qabiliyyətinə ciddi təsir göstərməyəcək. Belə ki, istehlak səbətində bir nəfər üçün aylıq qaz istehlakı həcmi 21 kub metr müəyyənləşdirilib. Orta statistik ailə tərkibinin 4 nəfər olduğunu nəzərə alsaq, bu da il ərzində təxminən 1000 kub metr qaz istehlakı deməkdir. Bu isə, aşağı tarifli qaz istehlakı limiti çərçivəsindədir (aşağı tarifli limit 1200 kub metrdir.

Məlumat üçün bildirək ki, 2020-ci ildə 1 kub metr təbii qazın tarifi əhali abonenti üzrə Ankarada (Türkiyə) orta hesabla 32 qəpik, Kiyevdə (Ukrayna) 32,6 qəpik təşkil edib. Hazırda Ankarada 32-40 qəpik, Kiyevdə isə 54 qəpik səviyyəsindədir. Yeni müəyyənləşdirilmiş tariflər bəzi ölkələrin tarifləri ilə müqayisədə yenə aşağıdır. Belə ki, 1 kub metr təbii qazın tarifi əhali üzrə Azərbaycanda yuxarı qiymət 20 qəpikdir, Gürcüstanda 19,7-29,5 qəpik, Belarusda 9,2-34,2 qəpik, Rusiyada 11,9-16,5 qəpik arasında dəyişir. 1 kub metr təbii qazın tarifi qeyri-əhali abonenti üzrə isə Azərbaycanda 20 qəpik, Türkiyədə orta hesabla 50,8 qəpik, Ukrayna 26,3 qəpik, Belarusda 79,6 qəpik, Rusiyada 17,7 qəpikdir.
Tarif dəyişikliyinin müsbət təsirlərinin olacağı da gözlənilir.

Belə ki, son qərar əhaliyə göstərilən xidmət səviyyəsinin yüksəldilməsinə, dövlət büdcəsindən asılılığın, subsidiyaların aradan qaldırılmasına, büdcədə sərbəstləşən vəsaitin sosialyönümlü tədbirlərə yönəldilməsinə, yeni investisiya qoyuluşlarının təmin edilməsinə, istehlak edilən təbii qazın istehsal və təchizat xərclərinin tam ödənilməsi imkanının yaradılmasına, “Azəristiliktəchizat” ASC-nin imkanlarının genişləndirilməsi və aztəminatlı əhalinin davamlı və keyfiyyətli şəkildə istilik xidməti ilə təmin edilməsinə imkan verəcək.

“Xalq cəbhəsi”nin iqtisadiyyat şöbəsi

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər