Putin: Zelenski Ukraynanı ABŞ-a təhvil verib
Dərc olunub:
30-06-2021, 16:34
Zelenski Ukraynanı xarici idarəçiliyə təhvil verib.
Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin keçirdiyi mətbuat konfransında deyib. O, Ukraynanın bütün məsələlərinin ABŞ-da həll edildiyini bildirib.
Putin, həmçinin Zelenski ilə görüşdən imtina etmədiyini, amma hər şeydən əvvəl nə ilə bağlı müzakirənin olacağını anlamağın vacib olduğunu söyləyib.