Yüzlərlə erməni meyiti Şuşanın girişində qalıb - FotoAzərbaycan Ordusunun bir neçə gün əvvəl Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda keçirdiyi döyüşlər zamanı öldürülən yüzlərlə erməni hərbçisinin meyiti hələ də ərazidə qalıb.

Avrasiya.net xəbər verir ki, bu barədə “Röyter” agentliyi bu gün məlumat yayıb.

Foto Şuşa şəhərinin giriş hissəsində çəkilib.
Separatçı Fəxrəddin Abbasov Şuşanın azad edilməsinə dözməyərək intihar edib "Noyabrın 9-da Penitensiar xidmətin həbsxanasında cəza çəkən məhkum Fəxrəddin Abbasov saxlanıldığı kamerada intihara cəhd edib, həbsxana əməkdaşları tərəfindən dərhal müəssisənin tibb-sanitariya hissəsinə keçirilib. İlkin təcili tibbi yardım göstərilməsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb".

Bu barədə Ədliyyə Nazirliyinin Penitensiar xidmətindən məlumat verilib.

Qeyd edilib ki, F.Abbasov həbsxanada saxlanıldığı son dövrlərdə Ordumuzun uğurlu əks-hücum əməliyyatlarını və torpaqlarımızın azad edilməsi xəbərlərini hiddətlə qarşılayıb, Şuşa şəhərinin işğaldan azad olunmasından isə dərin psixoloji sarsıntı keçirib və özünə qəsd etməyə əl atıb.

"Qeyd ediliməlidir ki, Fəxrəddin Abbasov Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edərək dövlətə xəyanət etdiyinə, ölkəmizin ərazi bütövlüyünə qarşı, milli ədavətin qızışdırılmasına yönəlmiş cinayət əməlləri törətdiyinə görə azadlıqdan məhrum edilib.

Faktla bağlı prokurorluq tərəfindən araşdırma aparılır", - xidmətdən bildirilib.


Kürdəmirdə ağır qəza olub, 3 nəfər ölüb, bir nəfər yaralanıbKürdəmirdə ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Kürdəmir-Zərdab yolunun Kürdəmir rayonunun Köhünlü kəndindən kecən hissəsində qeydə alınıb.

"Hyundai" markalı avtomobil Kürdəmir rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və yoldan çıxaraq aşıb. Nəticədə Ağdam rayon sakinləri - 53 yaşlı Rabil Rəhbər oğlu İsmayılov, 67 yaşlı Ayulduz Qubat qızı Hümbətova və Zərdab rayon sakini, 53 yaşlı Zemfira Cümşüd qızı Mehdiyeva ölüb, 1 nəfər - Ağdam rayon sakini, 65 yaşlı İbrahim Qubat oğlu Hümbətov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.









Müasir dövrdə gənc könüllülərin diaspor fəaliyyətində iştirakı mühüm əhəmiyyət kəsb edirYaxud “Gənc könüllülərin diaspor fəaliyyətində iştirakının təbliğ olunması” layihəsinin gələcəkdə də davam etdirilməsi vacibdir

Məlum olduğu kimi, ötən illər ərzində Azərbaycan yalnız Qafqazda deyil, ümumilikdə, dünyanın inkişaf etmiş ölkələri sırasında öz yerini təsdiqləyib və mövqeyini daha da möhkəmləndirib. Ölkəmiz güclü iqtisadiyyatı, uğurlu xarici və daxili siyasəti, eləcədə, dövlət quruculuğu sayəsində beynəlxalq arenada söz sahibi olmaq statusunu qazanmış və bu statusundan yetərincə faydalanaraq, qətiyyətli addımlar atmışdır. Lakin bu uğuru əldə etmək heç də asan olmamışdır. Belə ki, məhz məqsədyönlü və hərtərəfli istiqamətlər üzrə fəaliyyətlər, eyni zamanda potensial güclərin hədəf üçün birləşməsi bu yolda həlledici amil rolunu oynamışdır. Heç şübhəsiz ölkəmizin əldə etdiyi uğurlar sırasında diaspor quruculuğu siyasətində də yeni addımlar atılıb ki, bu da son hadisələr fonunda öz müsbət nəticəsini ortaya qoydu. Daha dəqiq desək, diaspor quruculuğu siyasətinə, ümumilikdə diaspor fəaliyyətinə gənclərin, gənc könüllülərin daha aktiv şəkildə cəlb olunması artıq öz öz müsbət nəticəsini verir.

Onu da qeyd edək ki, “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi də sentyabrın 20-dən etibarən reallaşdırmağa başladığı “Gənc könüllülərin diaspor fəaliyyətində iştirakının təbliğ olunması” layihəsində məhz bu insan resursu, güc, potensial faktına əsaslanmışdır. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə keçirdiyi qrant müsabiqəsi üzrə qalib olmuş layihəsi çərçivəsində dərc olunan əvvəlki yazılarda könüllülük fəaliyyəti barədə dolğun məlumat verildiyindən yalnız onu təkrar vurğulamaq yerinə düşər ki, könüllülər bu gün ölkəmizin gerçəkləşdirdiyi ən böyük, ciddi layihələrdə yetərincə mühüm söz söz sahibi, hərəkətverici qüvvədirlər.

Ölkə başçısının 2020-ci ili Azərbaycanda “Könüllülər ili” elan etməsi özlüyündə könüllülük fəaliyyətinin nə dərəcədə vacib, mühüm olmasının təsdiqidir. Təsadüfi deyil ki, könüllülərimizin əsas hissəsini gənclər təşkil edir. Çünki bu gün ölkədə gedən bütün islahatların mərkəzində məhz gənclər dayanır. Bu gənclər müstəqilliyimizin möhkəmləndirilməsində, ölkədə uğurlu islahatların həyata keçirilməsində, dövlətin qarşısında duran vacib problemlərin həllində öz sanballı töhfələri ilə fəallıq göstərirlər.
Azərbaycan diaspor könüllülərinin də fəaliyyəti bu mənada təqdirəlayiqdir. Azərbaycanın son illərdə artmaqda olan beynəlxalq nüfuzu məhz diaspor fəaliyyətinin düzgün qurulması, hədəflərin və vasitələrin dəqiq müəyyənləşdirilməsi ilə bağlıdır. Belə ki, əksər ekspertlərin də vurğuladıqlar kimi, bu il sentyabrın 27-dən Ermənistanın növbəti genişmiqyaslı hərbi təxribatlarına cavab olaraq ordumuzun başlayan əks-hücum əməliyyatlarınadək işğal altında olan torpaqlarımızın qaytarılması istiqamətində atılan addımların düzgün müəyyən edilməsi, həqiqətimizin dünya ictimaiyyətinə doğru şəkildə çatdırılması baxımından xaricdəki diplomatlarımızla yanaşı, diaspor təşkilatları və onların ətrafında birləşən gənc könüllülər də vacib missiyanı həyata keçiriblər. 45 gün davam edən Vətən müharibəsində ön cəbhədə əsgərlərimiz mənfur düşmənə qarşı mübarizə aparırdılarsa, ölkə xaricində – Azərbaycanın hüdudlarından kənarda məhz diplomatlarımız, həmçinin diaspora fəallarımız və gənc diaspor könüllüləri öz iradələri gücünə yalançı erməni təbliğatına qarşı birləşdi. Gənc diaspor könüllüləri Azərbaycanda gedən Vətən müharibəsində haqlı tərəfin məhz azərbaycanlılar, təcavüzkar, işğalçı tərəfin isə Ermənistan olduğunu dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün səylə mübarizə apardılar. Bu, artıq ölkədaxili deyil, eyni zamanda ölkə xaricində, bütün düyna azərbaycanlılarının birgə əzmi, mübarizəsi idi ki, sonda da qələbə ilə nəticələndi. Nəticədə, şübhəsiz ki, gənc diaspor könüllülərinin zəhməti danılmazdır.

Bu məqamda xüsusi olaraq vurğulamaq yerinə düşər ki, fəaliyyətində hər zaman beynəlxalq əlaqələrə, o cümlədən ölkəmizin təbliği məsələlərinə də xüsusi önəm verən “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi məhz gənclərin maarifləndirilməsi məsələsinin hər zaman diqqətdə saxlanılması, müxtəlif ölkələrlə, xüsusilə, Orta Asiya respublikaları, Türkiyə, Şimali Kiprlə əməkdaşlığa xüsusi önəm verilməsi fikrini dəstəkləyərək, sözügedən layihənin gerçəkləşdirilməsini zəruri hesab etmişdir. Eyni zamanda, ötən müddət ərzində layihə çərçivəsində görülən işlər, atılan addımlar, dünyanın müxtəlif ölkələrində yaşayan və təhsil alan azərbaycanlı gənclərdən götürülən müsahibələr, araşdırma xarakterli, analitik yazılar, mülahizələr bir daha təsdiq etdi ki, layihə yetərincə aktual və səmərəlidir. Üstəlik, Azərbaycan diasporunun bundan sonrakı fəaliyyətində də gənc könüllülərin önə çəkilməsi əsas istiqamətlərdən birini təşkil etməlidir.

Yeri gəlmişkən, hələ iyul ayında işğalçı Ermənistanın növbəti dəfə atəşkəs rejimini pozması, təxribat törətməsindən sonra yaranan vəziyyət, xarici ölkələrdəki diasporumuzun son illər ərzində, demək olar ki, ilk dəfə olaraq, erməni diasporunu üstələməsi, eyni zamanda bu məsələlərdə gənc könüllülərin öndə olması bizim layihənin nə dərəcədə hədəfə uyğun olduğunu təsdiqlədi və işimizə yeni bir rəng qatdı. Nəticədə, biz bu layihə çərçivəsindən bir qədər də kənara çıxaraq, əhatə dairəsini genişləndirməli olduq. Eyni zamanda sentyabrın 27-dən sonra baş verən hadisələr – ordumuzun zəfər yürüşü də qarşımıza yeni məqsədlər qoydu. Bu məqsədlər, xüsusilə də, xarici ölkələrdəki soydaşlarımızın bundan sonra Azərbaycanın atacağı addımlara daha çevik şəkildə reaksiya verməsini, bundan sonra da diasporumuzun daha fəal olmasını tələb edir.

(davamı növbəti sayımızda)

Nüşabə Hüseynova

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə keçirdiyi qrant müsabiqəsi üzrə qalib olmuş “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) "Gənc könüllülərin diaspor fəaliyyətində iştirakının təbliğ olunması" layihəsi çərçivəsində dərc olunub
Qarabağdakı muzeylərimizVüqar Tofiqli

Nəhayət ki, Vətən müharibəsinin qırx beş günlük son mərhələsi başa çatdı. Bir Fateh kimi Prezident İlham Əliyev Ali Baş Komandan olaraq müzəffər Azərbaycan Ordusunun qətiyyətli hərəkətiylə otuz il ərzində davam edən müharibə mücadiləsini möhtəşəm qələbə ilə başa vurdu. İnanıram ki, müharibənin siyasi müstəviyə keçən hissəsi də zəfərlə başa çatdırılacaqdır. Heç bir şübhəm yoxdur ki, ürək yanğısıyla izlədiyim proseslər başa çatdıqdan sonra bərpa-quruculuq işlərində biz də bir ziyalı olaraq öz töhvəmizi verəcəyik. Və deməliyəm ki, indidən öz təkliflərimizi hazırlayırıq.

Ölkə başçısının da söylədiyi kimi hələ qarşıda görüləsi işlərimiz çoxdur. Həm müharibənin, həm də şərəfsiz ermənilərin ölkəmizin maddi-mədəni irsinə vurduğu ziyanlar barəsində məlumatlar toplanılmalı, beynəlxalq müstəviyə çıxarılmalı, ermənilərin nə qədər şərəfsiz və simasız olduqları faktlarla yerli-yataqlı isbat etməli və nümayiş etdirməliyik. Bu işdə səhvə, tələskənliyə və ya hər hansı pərakəndəliyə yol verilməməlidir.

Bu məqamı da deməliyəm ki, ermənilərin ölkəmizin maddi-mədəni irsinə vurduğu ziyanin hesablanmasıyla bağlı sabiq millət vəkilinin rəhbərliyi ilə illər boyu qiymətləndirmə aparılsa da və bununla bağlı Nazirlər Kabineti yanında yaradılan İşçi qrupunun fəaliyyəti üçün ciddi maliyyə ayrılsa da bu gün işçi qrupu tərəfindən ortaya konkret və əsaslı işin qoyulmaması təəssüf hissi doğurur. Qeyd edim ki, bu gün bu həssas məsələnin ciddi araşdırılmasına ehtiyac vardır.

“Qarabağ muzeyləri” mövzusu isə uzun illər boyu diqqətimdə olduğundan müəyyən məsələlərə yenidən aydınlıq gətirməyi özümə borc bilirəm. Baxmayaraq ki, bununla bağlı xeyli müddət əvvəl medaiada geniş yazılarla çıxışlarım olub.

Bu qeydlərdə bəzi məqamları təkrar olaraq oxuculara təqdim etmək məcburiyyətindəyəm.

İlk olaraq araşdırmalar barəsində.

***

“Qarabağ muzeyləri” layihəsinin ideya müəllifi olaraq bu istiqamətdə araşdırmalarımızından belə nəticəyə gəlmək olar ki, Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən Azərbaycan ərazilərində maddi-mədəni irsinin daşıyıcısı olan bizim ilkin olaraq müəyyən etdiyimiz 31 muzeydən, 29 rəsmi statusla, ikisi - Şuşa qalası Gəncə qapısının yanında “Daş sənətkarlığı Muzeyi” və “Molla Pənah Vaqifin məqbərə muzey kompleksi” ictimai əsaslarla fəaliyyət göstərmişdir.

İlkin hesablamalara görə, ümumi mövcud olmuş muzeylərdə 125 min ədədə yaxın eksponatdan bu gün 103 minlik daşınan eksponat fondu Ermənistanın Silahlı Qüvvələrinin nəzarəti altında olmuş ərazilərdə yerləşir. Yalnız Cəbrayıl rayon tarix-diyarşünaslıq muzeyinin eksponatları muzeyin direktoru işləmiş Taryel Abbaslının şəxsi təşəbbüsü ilə işğal altından çıxarılaraq İstiqlal muzeyinə, dunyada ikinci hesab edilən Ağdam Çörək Muzeyində sərgilənən arxeoloq İdeal Nərimanov tərəfindən arxeoloji qazıntılar zamanı Çalağan təpədə aşkar edilən 6000 yaşlı buğda dənələri Ağdam Mədəniyyət şöbəsinin o zamankı müdiri Çimnaz Əliyevanın təşəbbüsü ilə Azərbaycan Tarix Muzeyinə təhvil verilmişdir.

Bu gün işğal altında olan yüzlərcə daşınmaz tarixi abidələrimizin böyük əksəriyyəti isə mənfur qonşularımız tərəfindən ya erməniləşdirilib, ya da dağıdılıb.

Bu məqamı bir daha qeyd etməliyəm ki, sözügedən ideya ilkin olaraq mənimdə vaxtı ilə çalışdığım Söz Azadlığını Müdafiə Fondunun əməkdaşlarının iştirakıyla Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində gerçəkləşdirmək mümkün olmuşdur.

Layihə xeyli əvvəl başa çatmış olsa da biz axtarışlarımızı dayandırmadıq.

Beləliklə, davamlı araşdırmalarımız zamanı ictimai əsaslarla fəaliyyət göstərən və fondunda kifayət qədər eksponat olan üç muzeyin olduğu aşkara çıxarılmış və məlum olmuşdur ki, işğaldan əvvəl Ağdamda Süleyman Sani Axundovun və Xurşud banu Natəvanın xatirə muzeyi, habelə Şuşada “Dərman bitkiləri muzeyi” fəaliyyət göstərmişdir.

Əldə etdiyimiz məlumatları bir daha təqdim edirik

***

Süleyman Sani Axundovun ev muzeyi onun doğuldugu Seyidli kəndində idi. Seyidli kəndi isə o illərdə artıq şəhərə qarışmışdı. Ötən əsrin 70-ci illərində dramaturqun adını daşıyan küçədə xeyli abadlıq işləri həyata keçirilmiş, hətta həyatyanı sahələri keçməklə küçə üzü Sarıhacılıyadək uzadılmışdı. S.S.Axundov küçəsinin Sarıhacılı kəndi istiqamətindəki hissəsində 20 maşınlıq avtomobil təmir stansiyasının inşası küçənin çəkisini bir qədər artırmışdı. Bundan əlavə Şuşa, Laçın və Xankəndi istiqamətində gedən bütün marşrutlar şəhərin mərkəzinə daxil olmadan məhz bu küçə vasitəsiylə gedirdilər. S.S.Axundov küçəsi həm mərkəzi, həm də işlək küçələrdən idi.

Ev muzeyi 1975-ci il oktyabrında dahi dramaturqun yüzilliyi ərəfəsində 43 saylı Səyyar Mexanikləşdirilmiş Dəstənin inşaatçıları tərəfindən yenidən inşa edilərək ziyarətçilərin ixtiyarına verildi. Bundan xeyli əvvəl isə dramaturqun adını daşıyan küçənin baş tərəfində, yəni “soyuztransla” üzbəüz bağda onun heykəli də ucaldılmışdı. Ancaq bundan bir qədər sonra yəni 1985-ci ildə heykəlin yeri dəyişdirilərək muzeyin həyətinə köçürüldü. Qeyd edilməlidir ki, Xan çinara bürünmüş həyət səliqə-səhmanı ilə daim seçilirdi.

Səksəninci illərdə rayonda mədəniyyət şöbəsinin müdiri işləmiş Çimnaz Əliyeva bizimlə söhbətində bildirdi ki, binada olan otaqların birində yerləşən muzeydə dramaturqa aid edilən yüz əlliyədək eksponat toplanılmışdır. Burada onun geyimlərindən tutmuş əlyazmalaradək müxtəlif eksponata rast gəlmək olardı. Ev muzeyinin yerləşdiyi binada həmdə S.S.Axundovun adını daşıyan rayon uşaq kitabxanası da fəaliyətdə idi. 1977-ci ildə kitabxananın fondunda 6640 kitab fondu var idi. Kitabxananın müdiri vəzifəsini isə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakultəsinin məzunu olmuş Nazilə Hüseynova icra edirdi. Ştatda olan yeddi nəfərdən iki nəfəri məhz muzeyin fəaliyyətinə nəzarət edir, gələn qonaqları müşaiyət edirdi. Füruzə Rəsulovanın 1977-ci ildə “Lenin yolu” qəzetinə yazdığı məqalədə qeyd edir ki, “kitabxananın 340 nəfər daimi oxucusu vardır. Kitabxanaçı Səkinə Eyvazova uşaqlara kitab təbliğində fəallıq nümayiş etdirir. Muzey-kitabxanada keçirilən tədbirdə şəhər 8 nömrəli və Seyidli orta məktəbin şagirdləri yaxından iştirak edirlər.”

Maraq doğuran sual ondadır bu mədəniyyət ocağı muzey kimi niyə qeydiyyata alınmayıb, yəni dövlət statusu verilməyib. O dövrdə çalışmış ziyalılarla söhbətdən sonra belə qərara gəlmək olar ki, uşaqlarda kitaba olan maragı artırmaq və xüsusəndə S.S.Axundovun yaradıcılığında uşaq mövzunun üstünlük təşkil etdiyindən belə bir qərar verilmişdir. Kitablar vasitəsiylə uşaqlarda S.S.Axundovun həyat və yaradıcılığına maraq yaradılırdı.

***

Xurşud banu Natəvanın Ağdamla çox böyük bağlılığı var idi. Bu şəhərdə həm özünün, övladlarının mülkləri olmaqla yanaşı, həmdə ailə qəbirstanlığı (İmarət) bu şəhərdə idi. Tanınmış şairənin 1982 - ci ildə 150 illik yubileyinə həmyerliləri də ciddi şəkildə hazırlaşırdılar. Həmin ilin may ayında ilk ilaraq Natəvan Qızlar bayramı keçirildi. Bununla bağlı əməkdar mədəniyyət işçisi Cimnaz Əliyevanın fikirləri diqqətimizi daha çox çəkdi.

Çimnaz Əliyeva: “Ağdam bu bayrama ciddi çəkildə hazırlaşmışdı. Həmin illər dünya şöhrətli alimimiz Xudu Məmmədov, şair Famil Mehdi və Şahmar Əkbərzadə elə bir ay olmurdu ki şəhərə gəlməsin. Onlar hər gəlişiylə birinci katib Sadiq Murtuzayevə hansısa təklifi verməliydilər. İmarətdə təmir bərpa işlərinin aparılması, X.B.Natəvanın qəbrüstü abidəsinin yenilənməsi və şairənin büstünün qoyulması da həyata keçirilmişdi. Məhz həmin ərəfədə tarix - diyarşünaslıq muzeyinin sərgi salonu“İmarətə” köçürülmşdü. İmarətə bitişik iki böyük otağın birində isə xatirə muzeyi təşkil etmək təklif olundu. Yadımdadı ki, az müddət ərzində şairəyə məxsus yüzdən artıq hörmə, geyim və əlyazmaların surəti yığıldı. Muzey ictimai əsaslarla fəaliyyət göstərəsi oldu. Mədəniyyət şöbəsinin və tarix diyarşünaslıq muzeyinin hər birindən bir əməkdaş muzeyin fəaliyyətinə nəzarət edir və ziyarətçiləri muzeylə tanış edirdilər.”

***

Ötən əsrin səksəninci illərində ölkəmizdə otlarla müalicəyə diqqət artırılmışdı. İlk olaraq İçərişəhərdə fəaliyyətini bu gündə davam etdirən “Yaşıl aptek – muzey” açılmışdı. 1984-cü ildən fəaliyyətə başlayan “Yaşıl aptek-muzey” bu gün fito-aptek kimi xidmətini davam etdirir.

Həmin ərəfədə Şuşanın Təzə məhəlləsində Kərim bəy Mehmandarovun yaşayış kompleksindəki məscid binasında “Dərman bitkiləri muzeyi” fəaliyyətə başladı. Bura həmdə “Yaşıl aptek- muzey” adlandırılırdı. Bu muzeyin açılması ilk növbədə Şuşa təbiətinin qorunması yolunda atılan uğurlu addımlardan hesab olunur. Muzeyin Azərbaycanda tibb elminin banılərindən hesab olunan Kərim bəy Mehmandarovun kompleksində açılması da rəmzi məna daşıyırdı. Xatırladaq ki, Kərim bəy Mehmandarov inqilabdan əvvəl Şuşada dərman bitkiləriylə müalicənin ən samballı mütəxəssislərindən hesab olunur.

Muzeydə yüzlərlə quru bitkilərlə yanaşı, milli təbabətimizdə istifadə olunan qab-qacaqlar - saxsıdan yonulmuş bel küpü, mis həvəngdəstə, dərman hazırlamaq üçün şüşə qablar, manqal, sandıq, gülabqabı, sənətkarlıqla düzəldilmiş kasa və camlar sərgilənirdi. Muzeydə həmçinin Şuşada tanınmış tibb biliciləri olan Mirzə Sadıq, Mirzə Cavad, Məmmədqulu Qarabağı, Mirzə Hüseyn və Kərim bəy Mehmandarov haqqında bilgilər nümayiş etdirilirdi.

Muzeydə ayrıca bir bölmədə XX əsrin tanınmış ziyalıları-Mir Mövsüm Nəvvab, Səttar Əsədov, Validə Tytayuq haqqında foto və yazılı məlumatlar sərgilənirdi.

Qeyd edim ki, muzeyin fəaliyyət göstərdiyi binada, həmdə 666 saylı aptek fəaliyyətdə idi. O illərdə muzeyin direktoru vəzifəsini Əmirşah Məmmədov icra edirdi. Muzeyə xarici qonaqların maraq göstərdiyini nəzərə alaraq izahlar ana dilimizlə yanaşı, həm rus, həmdə ingilis dilində verilmişdi.

***

İndisə işğal altında olan muzeylərin say məsələsinə toxunaq. Bu istiqamətdə müxtəlif rəqəmlərin səslənməsi bu günədək Mədəniyyət nazirliyi və tədqiqatçılarla vətəndaş cəmiyyəti təmsilçilərinin yekdil rəqəm üzərində işləməməsi təəssüf doğurur. Bizim təklif etdiyimiz siyahının da ola bilsin işləniməsinə ehtiyac var. Ancaq bizim rəqəmlər rəsmi mənbələrə və həmin illərdə məhz bu muzeylərdə çalışan insanların fikirlərinə söykənir.

Nəticə etibariylə, deyilənlərdən belə qənaətə gələ bilərik ki, işğal altında və münaqişə zonasında 34 muzeyimizin 29-u rəsmi statusla, digər beşi isə ictimai əsaslarla fəaliyyət göstərmişdir. Bu muzeylərin onu Şuşada, altısı Ağdamda, üçü Zəngilan və Füzulidə, ikisi Laçın, Xocavənd və Cəbrayılda, biri isə Xankəndi, Xocalı, Ağdərə, Əsgəran, Qubadlı və Kəlbəcərdə fəaliyyət göstərmişdir. Üst-üstə muzeylərimizdə sərgilənən eksponatların sayı 125 minə yaxın olmuşdur. Bir məqamı da unutmayaq ki, erməni əhasilinin çoxluq təşkil etdiyi ərazilərdə - keçmiş Martuni, Mardakert və Hadrut rayonlarında fəaliyyətdə olan muzeylər elə də zəngin olmasa da hər halda burada sərgilənən eksponatlar Azərbaycan dövlətinin və xalqının maddi-mədəni irs nümunələri kimi qəbul edilməli və fikrimizcə ümumi siyahiya daxil edilməlidir.

Bununla yanaşı bu rayonların dördündə rəsm qalereyaları da mövcud olmuşdur.

İndisə siyahini təqdim edirəm;

Zəngilan Tarix diyarşünaslıq muzeyi
Filial: Xalqlar Dostluğu muzeyi
Daş Heykəllər muzeyi
Laçın Tarix diyarşünaslıq muzeyi
Filial: Sarı Aşığın xatirə muzeyi
Qubadlı tarix-diyarşünaslıq muzeyi
Füzuli tarix-diyarşünaslıq muzeyi
Füzuli B.Sərdarovun ev-muzeyi
Bala Bəhmənli kənd Tarix-diyarşünaslıq muzeyi
Cəbrayıl tarix-diyarşünaslıq muzeyi
Filial: Cəmil Əhmədovun ev-muzeyi
Ağdam tarix-diyarşünaslıq muzeyi -
Ağdam Rahib Məmmədov adına Döyüş şöhrəti muzeyi
Ağdam Q.Primovun ev-muzeyi
Ağdam Çörək Muzeyi
X.B Natəvanin xatirə muzeyi
S.S. Axundovun xatirə muzeyi
Şuşa şəhərinin tarixi muzeyi
Şuşa Ü.Hacıbəyovun Şuşadakı ev-muzeyi
Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyi Şuşa filialı
Dövlət Qarabağ Tarixi muzeyi
Şuşa Bülbülün ev muzeyi
Şuşa Mir Mövsüm Nəvvabın xatirə muzeyi
Şuşa qalasının Gəncə divarının yanında Daş Muzeyi
Xan qızı Natavanın ev muzeyi
Vaqifin məqbərə kompleksi
Yaşıl aptek muzeyi
Xankəndi tarix-diyarşünaslıq muzeyi
Xocalı (Yaloba) tarix-diyarşünaslıq muzeyi
Kəlbəcər Tarix-diyarşünaslıq muzeyi
Hadrut Tarix diyarşünaslıq muzeyi (Xocavənd)
Martuni tarix diyarşünaslıq muzeyi (Xocavənd)
Ağdərə tarix diyarşünaslıq muzeyi (Mardakert)
Əsgəran tarix diyarşünaslıq muzeyi
Laçın dövlət rəsm qalereyası
Şuşa dövlət rəsm qalereyası
Qubadlı dövlət rəsm qalereyası
Ağdam Dövlət Rəsm qalereyası
Qeyd etməliyəm ki, indiki məqamda işğal altında olan maddi-mədəni irsin öyrənilməsiylə bağlı bütün məqamlar, təkliflər, araşdırmalar nəzərə alınmalı və bir daha təhlil olunmalıdır. Əsas məqsədimiz isə bir daha erməni vandalizmini dünya ictimaiyyətinə çatdırmaq və əldə olunmuş məlumatları gələcək nəslə ötürmək olmalıdır.

***

Son olaraq işğal altından azad edilən ərazilərdə aparılacaq bərpa-quruculuq işlərində verəcəyimiz töhvəyə qayıdım.

Biz xeyli müddətdir Ağdam Çörək Muzeyi ilə bağlı ciddi aradırma və tədqiqatlar aparırıq. Nəticə etibariylə ortada bir monoqrafiya və onlarca məqalə vardır. Ən əsası isə muzeylə bağlı 180 yaxın müxtəlif səpgili eksponat tərəfimizdən toplanılmışdır. Düşünürəm ki, az iş deyil və və bu ekponatın əldə edilməsi kifayət qədər vaxt və enerji aparıb. Mənə hələ maliyyə tərəfinə toxunmuram. Və əsas niyyətimdə məhz Ağdam Çörək Muzeyinin bərpasında yaxından iştirak etməkdir.

Hələ 2014-2015-ci illərdə Ağdam Çörək Muzeyinin yenidən bərpasıyla bağlı müraciətlərimizə həm Mədəniyyət nazirliyi, həm Ağdam RİH-in o illərdə ki rəhbərliyi müsbət cavab versələrdə konkret addım təəssüf ki atılmadı.

İndisə məqam yetişib. Azərbaycan Prezidenti İlham Əliyev özünün dediyi “Qarabağ Azərbaycandır!” fikrini de-fakto və de-yure həll etməklə dünyada Azərbaycan xalqının yenilməz olduğunu isbat etməklə, Fateh olaraq işğal altında olan ərazilərimizi erməni işğalçılarından təmizlədi. Bununla da Qarabağa qayıtmağımıza və regionda bərpa-quruculuq işlərinə start vermiş oldu.

Beləliklə, müvafiq orqanlardan və xüsusiylə Mədəniyyət Nazirlyinin rəsmilərindən xahiş edərdim ki, bu yazıda qaldırılan bir çox məsələləri və təklifləri indidən diqqətdə saxlasınlar.




MHP ölkə rəhbərliyinə təkliflər veribMilli Həmrəylik Partiyasının (MHP) İdarə Heyətinin növbəti iclası keçirilib.

Bu barədə partiyanın mətbuat xidmətindən bildiriblər.

İclas ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin xatirəsinə 1 dəqiqəlik sayğı duruşu ilə başlayıb.

İclasda Milli Həmrəylik Partiyasının sədri, Birinci Qarabağ müharibəsinin iştirakçısı Əlisahib Hüseynov geniş məruzə ilə çıxış edib.

Partiya sədri və digər natiqlər öz çıxışlarında 44 günlük Vətən müharibəsi haqda, ölkədə hökm sürən milli birlik və həmrəylik əhval-ruhiyyəsi barədə, habelə vətəndaşlarımızın Ali Baş Komandanımız İlham Əliyevə, müzəffər Azərbaycan Ordusuna qarşı bəslədiyi böyük ümid, inam, güvən barədə öz fikirlərini bölüşüb, tarixi Qələbəmizə dair ətraflı fikir mübadiləsi aparıblar.

Müzakirələr zamanı MHP İdarə heyətinin üzvləri tərəfindən ölkə rəhbərliyinə ünvanlanmış bir sıra təkliflər də irəli sürülüb. Həmin təkliflərdə qeyd olunur ki:

-Şuşada Qələbə paradı keçirilsin, qəhrəman əsgərlərimizin şərəfinə möhtəşəm abidə kompleksi ucaldılsın və Şuşa Beynəlxalq Universiteti yaradılsın;

-Ermənilərin vandallığı nəticəsində xarabalığa çevrilmiş Xocalı və Ağdamda “Açıq muzey” yaradılsın;

-Çoxlu sayda şəhid vermiş Cəlilabad rayonuna, eləcə də düşmənin irimiqyaslı bombardmanlarına, terror hücumlarına məruz qalmış Gəncə, Bərdə, Tərtər şəhərlərinə “Qəhrəman şəhər” statusu verilsin;
-Ölkənin bütün magistral yolları boyunca şəhidlərin şəkilləri olan bilbordlar qoyulsun;

-Bakıda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Qafqaz Türk-İslam Ordusunun müzəffər komandanı Nuru Paşanın heykəlləri ucaldılsın;

-Ali Baş Komandan İlham Əliyevə qalib sərkərdə kimi “Azərbaycan Respublikasının Milli Qəhrəmanı” fəxri adı verilsin.

İclasda bu və digər təkliflərin yer aldığı paketin Milli Məclisə və əlaqədar dövlət qurumlarına təqdim olunması barədə qərar qəbul edilib.

İclasın rəsmi hissəsi yekunlaşandan sonra MHP üzvləri Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını, Türk şəhidlərinin xatirə kompleksini ziyarət ediblər. Ümummilli Liderimiz Heydər Əliyevin və şəhidlərimizin məzarları önünə gül qoyulub, onların ruhlarına dualar oxunub.
Ölkəmizdə koronaya yoluxanların sayı açıqlandıAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1364 yeni yoluxma faktı qeydə alınıb, 1015 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 22 nəfər vəfat edib.

MM Prezidentə və xalqa müraciət etdi - MətnParlamentin bu gün keçirilən iclasında Milli Məclis Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Azərbaycan xalqına müraciət edib.

Avrasiya.net xəbər verir ki, müraciəti Milli Məclisin deputat Nigar Arpadarai təqdim edib:

“Son 100 ildən artıq dövrdə Azərbaycan xalqı “böyük Ermənistan” yaratmaq xülyasına düşmüş erməni şovinist dairələrinin etnik təmizləmə, soyqrım və işğalçılıq siyasətinin fəlakətli nəticələrini mütəmadi yaşamalı olub. Mərhələ-mərhələ həyata keçirilən bu siyasət ötən əsrin əvvəlində Cənubi Qafqazda 100 minlərlə azərbaycanlı və digər xalqların nümayəndələrinin etnik və dini mənsubiyyətinə görə qətlə yetirilməsinə gətirib çıxarıb.

Çar Rusiyasının süqutunun ardınca keçmiş İrəvan xanlığı, sonrakı İrəvan quberniyasının ərazsində erməni dövləti yaradılıb. Ermənistanda və Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bolşevik rejiminin əli ilə Azərbaycan torpaqlarının daha bir hissəsi, o cümlədən, Qərbi Zəngəzur, Qazax qəzasının dağlıq hissəsi və Naxçıvanın bəzi kəndləri Ermənistana verilib və nəticədə onun ərazisi 9 min kv km-dan 29,8 min kv km-ə çatdırılıb.

Ermənistan ərazisində qalan ata-baba torpaqlarında elliklə yaşayan 100 minlərlə azərbaycanlıya muxtariyyət verilmədiyi halda Azərbaycan ərazisində sayı onlardan dəfələrlə az olan ermənilər üçün 1923-cü ildə “Qondarma Dağlıq Qarabağ Muxtar Vilayəti” təşkil edilib. Beləliklə, erməni millətçilərinin Azərbaaycana qarşı gələcək ərazi iddiaları üçün meydan açlımış və Cənubi Qafqazda baş verəcək yeni faciələrin əsası qoyulub.

1948-1953-cü illərin Corakert deportasiyası nəticəsində Ermənistan SSRİ-dən yarım milyona yaxın azərbaycanlı qovulmuş, onların bütün əmlakı talan edilmişdi. 1991-ci ildə Sovet ittifaqının süqutundan sonra geniş miqyas almış işğalçılıq müharibəsinin gedişində Azərbaycan ərazisinin 20 faizi yəni, Dağlıq Qarabağ bölgəsi və onun ətrafında 7 rayon – Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub, 20 mindən çox azərbaycanlı qətlə yetirilib, 10 minlərlə soydaşımız yaralanıb və əlil olub. Ermənistan ərazisindən və Azərbaycanın işğal edilmiş bölgəsindən 1 milyondan çox azərbaycanlı qovularaq didərgin salınıb.

İşğalçılıq müharibəsi zamanı erməni millətçiləri azərbaycanlı əhaliyə qarşı bir sıra soyqırım cinayətləri törədiblər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində əsrin ən dəhşətli faciələrindən biri baş verib. Soyqırım aktı nəticəsində 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib, 487 nəfər şikəst edilib, 1275 sakin girov götürülərək amansız işgəncələrə məruz qalıb.

Girov götürülənlərdən 150 nəfərin, o cümlədən, 68 qadının və 26 uşağın taleyi bugünədək məlum deyil. Ermənsitanın etnik təmizləmə, soyqırım və işğalçılıq siyasətinə qarşı müqavimət cəhdi 1993-cü ilin iyul ayında böyük siyasi və dövlət xadimi Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra təşkil edilib.

Ordu quruculuğu və silahlı qüvvələrin möhkəmləndirilməsi tarixində görülən düşünülmüş tədbirlər Ermənistan hərbi birləşmələrinin axır zərbələr endirmək və işğal altında olan bəzi ərazilərimizi, o cümlədən, Füzuli rayonunun strateji əhəmiyyət daşıyan Horadiz qəsəbəsini azad etməyə imkan verib.

Azərbaycanla daha silah dili ilə danışmağın mükün olmadığını görən Ermənistan 1994-cü ilin mayında atəşkəs imzalamağa məcbur olub. Beləliklə Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin dinc yolla aradan qaldırılması üçün mötəbər beynəlxalq təşkilatların köməkliyilə aparılan adanışıqlara əlverişli şərait yaranmış, həmin təşkilatların qəbul etdikləri sənədlər münaqşənin nizama salınmasının hüquqi bazasının ayrılmaz hissəsini təşkil edib.

BMT TŞ-nin 1993-cü ildə qəbul etdiyi 822, 853, 874, 884 nömrəli qətnamələrdən, eləcə də BMT Baş Məclisinin 2008-ci ildə qəbul etdiyi 62-243 nömrəli qətnamədə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı birmənalı şəkildə təsdiqlənmiş və Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilib.

Azərbaycan Ordusunun aldığı qüvvətli zərbələrdən lazımı nətciələr çıxarmayan Ermənistan rəhbərliyi sentyabrın 27-də növbəti planlaşdırılmış təxribata əl atıb. İşğalçı ölkənin silahlı qüvvələri müxtəlif növ silahlardan, ağır artilleriyadan istifadə edərək Azərbaycanın yaşayış məntəqələrini və hərbi mövqelərini bir neçə istiqamətdən atəşə tutublar. Mülki əhali və hərbi qulluqçular arasında ölən və yaralananlar olub.

Ermənistanın bu xain hücumu işğalçı ölkənin hərbi və siyasi rəhbərliyinin beynəlxalq hüquqa qarşı saymazyana münasibətinin növbəti təzahürüdür. Azərbaycanla aparılan sülh danışıqlarını pozaraq münaqişəni öz xeyrinə birdəfəlik həll etmək üçün niyyətinin yeni ifadəsi olub. Düşmənin hücumuna cavab olaraq Azərbaycan BMT-nin nizamnaməsinə uyğun olaraq və özünümüdafiə hüququndan istifadə edərək təcavüzkarın sülhə məcbur etmək məqsədilə əks-hücuma başlayıb.

Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün davam edən əməliyyat gedişində möhtəşəm qələbələ əldə edərək dünya hərb tarixinə yeni şanlı səhifələr yazıb. Silahlı Qüvvələrin modernləşdirilməsi ilə bağlı son 17 il ərzində həyata keçirilən hərbi siyasətin səmərəliliyi döyüş meydanında təcəssümünü tapıb.

2020-ci ilin noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzladıqları bəyanat uzun illərdən bəri davam edən münaqişəyə, Azərbaycan torpaqlarının işğalına son qoyub, Cənubi Qafqaz bölgəsinin gələcək inkişafına yönələn fəaliyyətinin yeni formatını təqdim edib. Bəyanatın müddəalarına uyğun olaraq Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunub.

Bu ilin dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları mərhələr-mərhələ Azərbaycana qaytarılacaq. Atəşkəsə nzəarət üzrə sülhməramlı mərkəz yaradılıb. Bu mərkəzdə Türkiyə və Rusiya hərbu qulluqçularının birgə fəaliyyəti nəzarətə tutulub. Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdacaq.

Hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçiriləcək. Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir.

Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək. Tarixi əhəmiyyət daşıyan bu bəyanat çoxillik münaqişə və müharibədə Azərbaycan xalqının şanlı qələbəsini nümayiş etdiririk.

Tarixi ədalət öz yerini tutdu. Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Bu möhtəşəm qələbəyə görə möhtərəm cənab Prezident, Sizə sonsuz minnətdarlığımızı bildiririk. Sizin uzaqgörən rəhbərliyiniz ilə Azərbaycanın böyük iqtisadi potensialı yaradılıb, müasir hərb nəzəriyyəsinin və taktikasının tələblərinə cavab verən güclü Azərbaycan Silahlı Qüvvələri qurulub. Sizin dəmir iradəsiniz, sarsılmaz əzminiz və digər qətiiyətiniz sayəsində həm döyüş meydanında, həm danışıqlar masasında parlaq nailiyyət qazanılıb. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsini beynəlxalq hüquq normaları və prinsipləri əsasında başa çatdırmaqda, tarixi düşmənə qarşı əsrlik mübarizədə məğlubiyyət sindromunu aradan qaldırmaqda öz inamı, hörməti, məhəbbəti və dəstəyi ilə əziz Xalqımız sizi böyük qələbə münasibətilə ürəkdən təbrik edirik.

Biz inanırıq ki, uzun illər ərzində ölkəmizin müstəqilliyi və təhlükəsizliyi üçün böyük təhdid mənbəyi olmuş Dağlıq Qarabağ probleminin həlli ilə Azərbaycan daha yüksək sürətlə inkişaf edərək regional güc mərkəzlərinə və qüdrətli dünya dövlətlərinin birinə çevriləcək. Biz bu yolda Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev başda olmaqla xalqımıza yeni-yeni uğurlar arzulayırıq. Eşq olsun, Ali Baş Komandan İlham Əliyevə! Eşq olsun, Müzəffər Ordusuna! Yaşasın, Azərbaycan xalqı! Qarabağ Azərbaycandır!”
Ermənilər azərbaycanlı gənci öldürüb, meşədə asdılar - PolşadaPolşada azərbaycanlı Müşfiq İsmayılov ermənilər tərəfindən qətlə yetirilib.

Publika.az xəbər verir ki, cinayətkarlar hadisəni törədəndən sonra meyiti meşəyə apararaq asıblar.

Meyit bir neçə gün meşədə qalıb. Daha sonra yerli sakinlər tərəfindən aşkarlanıb. Dərhal yerli polisə xəbər verilib. Cəsəd çıxarılıb və morqa göndərilib.

Müşfiq İsmayılovun nəşi hələ ki qohumlarına təhvil verilməyib.

Yaxınlarının sözlərinə görə, M.İsmayılov avtoqəzada valideynlərini itirib. O, çox savadlı və vətənpərvər insan olub.

Polşada tək yaşayırmış.

İlkin versiyaya görə, ermənilər Müşfiqi Azərbaycana dəstək mitinqinə qatılanda izləyiblər və ondan intiqam almağa qərar verdikdən sonra dəhşətli qətli törədiblər.