Sizin Reklam Burada

Hindistan Səfirliyi tərəfindən 'COVID-19 üçün Ayurveda' vebinarı təşkil olunub

Hindistan Səfirliyi tərəfindən 'COVID-19 üçün Ayurveda' vebinarı təşkil olunub5-ci Ayurveda Gününün qeyd olunması məqsədilə Hindistanın Bakıdakı Səfirliyi 13 noyabr, 2020-ci il tarixində vebinar təşkil edib. 2016-cı ildən etibarən Hindistan Höküməti Danvantri Cayanti günündə Ayurveda Gününü qeyd edir və bu il bu tarix 13 noyabra təsadüf edir. Ayurveda Günü, Ayurvedanın güclü tərəflərinə və özünəməxsus müalicə prinsiplərinə diqqət yetirməyi, Ayurvedanın potensialından istifadə edərək xəstəliklərin və əlaqədar ölüm hallarının azaldılması istiqamətində çalışmağı, Milli Səhiyyə Siyasəti və Milli Sağlamlıq proqramlarına dəstək məqsədilə Ayurvedanın imkanlarından istifadə etməyi və Ayurveda şəfa prinsiplərini cəmiyyətdə tanıtmağı hədəfləyir.

"Ayurveda Günü" şənlik və ya bayramdan daha çox peşəyə və cəmiyyətə yenidən ithaf vəsiləsidir. Ayurveda veb-seminarında Hindistanın tanınmış Ayurveda şirkətlərinin nümayəndələri 5-ci Ayurveda Gününün mövzusu olan COVID-19 üçün immunitet tədbirlərinə diqqət yönəldərək Ayurvedanın faydaları haqqında təqdimatlar edib. Hindistanın Azərbaycandakı səfiri cənab B. Vanlalvawna öz çıxışında Ayurvedanın heç bir əks təsiri olmayan təbii müalicə üsulu olmasını və Ayurvedanın Covid-19 kontekstində özünə qulluq üçün səmərəliliyini vurğulayıb.
Hindistan Səfirliyi tərəfindən 'COVID-19 üçün Ayurveda' vebinarı təşkil olunub
Veb-seminarda çıxış edənlərdən biri “Sri Sri Tattwa” nın direktoru cənab Arvind Varchasvi idi. “Sri Sri Tattwa” qədim həyat və rifah elmi vasitəsilə sağlam, xoşbəxt və müasir dünyanı hədəfləyən bir şirkətdir. Cənab Varchasvi, Ayurvedanın dünya miqyasında seçilən tibb sisteminə çevrilməsindən danışıb. O həmçinin, “Sri Sri Tattwa” nın sınaq və araşdırma fəaliyyətindən danışaraq öz məhsullarının COVID-19 pandemiyasına qarşı immuniteti artırmaq istiqamətindəki səmərəliliyi haqqında məlumat verib.

Baş menecer cənab Sameani Ahuca və Dr. H.S. Tivari “Multani Pharmaceuticals Limited” şirkətini veb-seminarda təmsil edib. “Multani Pharmaceuticals Limited” şirkəti fərdi qulluq, səhiyyə xidməti, evdə qulluq və Ayurveda dərmanları kimi beş fərqli istiqamətdə bir sıra klassik Ayurveda dərmanlarını və Ayurveda OTC (respetsiz) məhsullarını təqdim edir. Cənab Auca Covid-19-un yüngül və orta dərəcəli simptomlarının müalicəsində ənənəvi dərmanların səmərəliliyini vurğulayaraq “Multani Pharmaceuticals” məhsulları barədə təqdimat nümayiş etdirib.
Hindistan Səfirliyi tərəfindən 'COVID-19 üçün Ayurveda' vebinarı təşkil olunub
Dr. Nauşad Ali Rana “Hamdard Laboratories”i təmsil edirdi. 1906-cı ildə Delhlidə əsası qoyulan “Hamdard”ın adı, ən son tədqiqat texnologiyaları ilə nisbətən ucuz Ayurveda və Unani dərmanları sahəsində təmiz və yüksək keyfiyyət ilə eynilik təşkil edir. Dr. Nauşad Ali Rana Covid-19 kontekstində Unani dərmanlarının alternativ tibb kimi gücünü və immuniteti artıran üsulları vurğulaıb.

Vebinara Azərbaycanın əczaçılıq şirkətləri, yoqa mərkəzləri, yerli və Azərbaycanda fəaliyyət göstərən iş adamlarından ibarət 40-dan çox iştirakçı qoşulub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər